Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə7/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   2   3   4   5   6   7   8   9   10   ...   61

 
 
 
24
«Doqquz fələk öz gözlərindən ona kəcavə düzəltdi.  
Zöhrə və Ay ona məşəltutan oldular».
11
 
v) eləcə  də mif mətnində verildiyi kimi dünya yeddi 
qatlıdır: 
Yeddi göyün bir zərrəsi olan biz,  
Sənin yeddi xaricindən xaricik.
12
 
Yaxud: 
Sən fələyə yeddi düyün vurdunsa,  
Onunla yetmiş düyün açdın.
13
 
6. Yaranışlar.
 
«Sənin varlığın özündədir, Səndən əvvəl 
heç bir varlıq olmamışdır»
14
 - deyən Nizamiyə görə, Allah 
əvvəl göy qatlarını, sonra sudan yeri yaradır, orada insanları 
yerləşdirib yağış damcıları ilə torpağı cana, bərəkətə  gətirir. 
Maraqlıdır ki, miflərdə olduğu kimi, Nizamidə  də suyun 
günəş istisi ilə qurudulub qatı  məhlula, isti məhlulun 
soyudulub yaş torpağa çevirməsinə işarə olunur:  
Sən göyləri qurub ucaltdın,  
Yeri isə onların güzərgahı etdin.  
Sən bir damcı sudan yaratdın  
Günəşdən də parlaq gövhərləri...  
Sən «Yağ» deməyincə, göy yağdırmaz,  
Sən «Gətir» deməyincə, torpaq məhsul gətirməz...  
İstini, soyuğu, qurunu və yaşı 
Biri-birilə əndazəsincə qarışdırdın,  
Elə bir (kainat) yüksəltdin və (onu) elə bəzədin ki,  
Ağıl ondan yaxşısını təsəvvürünə gətirə bilməz.
15
 
Mifik təsəvvürlərdə bəzən yaranışların mənbəyi Günəş, 
Ay və Ulduzlarla bağlanır. «Cinnər həmmişə istəyillər ki, 
adamnara pisdih eləsinlər. Bir də görürsən ki, cinnər göyə 
                                                 
11
 Nizami. Sirlər xəzinəsi (filoloji tərcümə). - Bakı, 1981, s. 27. 
12
 Nizami. Yeddi gözəl, s. 16. 
13
 Nizami. Leyli və Məcnun (filoloji tərcümə). - Bakı, 1981, s. 18 
14
 Nizami. Yeddi gözəl, s. 15 
15
 Nizami. İsgəndərnamə (filoloji tərcümə). - Bakı, 1983, s. 22 


 
 
 
25
qalxıp ya Günü, ya da Ayı tutdular, qabağa örtük çəkip 
qoymadılar ki, işıxları yerə düşsün».
16
 
7.  İlk insanın Yer üzünə  gəlməsi // Adəm.
 
Nizaminin 
qənaətində  xəta işlətdiyinə görə  cənnətdən qovulub yer 
üzünə göndərilən ilk insan – Adəm türk olmuşdur. 
Türkün mifoloji dünyagörüşündə belə bir təsəvvür var 
ki, yer üzünün ilk insanı Adəm ayağını torpağa basanda türk 
dilində danışmışdır. Ulularımız gələcək nəsillərə mifoloji 
görüşlərdən götürdükləri bir qənaəti həmişə örnək tək 
vurğulamışlar. Türkün dünyanın qədim və köklü sakini 
olduğunu hamıdan öncə böyük Nizami qeyd etmişdir. O, 
bəşəriyyətin atasının milliyyətindən danışanda bu qənaətə 
gəlir ki, Adəm də  mənşəcə türkdur. Şairin «Sirlər xəzinəsi» 
poemasında oxuyuruq: 
«[Alah] Adəmi öyrətdi» [ayəsi] onun pak sifətinədir... 
O, həm ev-eşiyini, həm də [behişt] bəzəyini tərk 
edərək  
Elə bir danənin tələsinə düşdü ki,  
O [danə] «Allah sənə şükür!» duasına da layiq deyil... 
O, ay kimi Xətay türkü oldu, 
Və xəta zülfünü papağının altında gizlətdi
17

Şair ayəni Qurandan götürmüşdür, lakin müsəlmanların 
müqəddəs kitabında yazılmamışdır ki, Adəm xəta işlətdiyinə 
görə yer üzünə Xətay türkü sifətində göndərilmişdir. Eləcə də 
bəşərin atasının Aya bənzədilməsinə  də Quranda işarə 
edilmir. Adama elə  gəlir ki, Nizami Adəm peyğəmbərdən 
deyil, Ay kağanın bətnində ikən Allaha tapınan Oğuzdan 
danışır. Ola bilsin ki, Böyük türk sərkərdəsi  Şah  İsmayıl da 
özünə bu səbəbdən «Xətai» ləqəbini götürmüşdü. Maraqlıdır 
şairin qənaətinə görə, Adəm  ay kimi Xətay türkü olub xəta 
zülfünü papağının altında gizlədir.  Papağın məhz çox əski 
çağlardan Türkün qeyrət, namus rəmzinə çevrilməsinin 
kökündə bu qənaət dayanır. 
                                                 
16
 Azərbaycan mifoloji mətnləri, s. 39 
17
 Nizami. Sirlər xəzinəsi. Filoloji tərcümə prof. R.Əliyevindir. –Bakı, 1981, s. 79-81. 


 
 
 
26
Bir fakt da heyrət doğurur: «Qayğısız Abdal» təxəllüsü 
ilə  şeirlər düzüb-qoşan türk xalq təsəvvüf  ədəbiyyatının 
görkəmli nümayəndəsi Alaiyeli Əlaəddin Gaybi XIV yüzildə 
Ulu soydaşı Nizaminin səsinə  səs vermişdir. O, Adəm 
peyğəmbərin «türklüyünü əsaslandıran» bir mifi xalq 
dilindən götürüb nəzmə  çəkmişdir. Nizaminin və Qayğısız 
Abdalın yaşadığı bölgələrin ağsaqqalları danışırdılar ki: 
«Məlum səbəbdən həzrət Adəmin cənnətdən çıxması  əmri 
verilir. Fəqət həzrət Adəm «bəlkə, əf edildim» - ümidi ilə bir 
müddət orada qalır. Bu durumu görən Cənab-i Haqq 
Cəbrayıla buyurur: «-Ya Cəbrayıl, get Adəmə söylə, 
Cənnətdən çıxsın!» Cəbrayıl vəzifəsini o dəqiqə yerinə 
yetirir. Lakin Həzrət Adəm cənnətdə qalmaq arzusunda və 
günahının bağışlanmasında yenə israrlı görünür. O zaman 
Cənab-i Haqq Cəbrayıla təkrar buyurur: «-Ya Cəbrayıl, get 
Adəmə TÜRK DİLİNDƏ söylə, durmasın, cənnəti  ən qısa 
zamanda tərk etsin!..» [3, 259]. 
Göründüyü kimi, Allah Adəmin günaha batıb 
adiləşəndən sonra ilahi aləmdəki deyimi anlamadığını görür 
və öz mələyinə göstəriş verir ki, onunla yer əhli üçün ayırdığı 
dildə danışsın. Bu gün Azərbaycan türklərinin gündəlik 
söhbətləri zamanı fikrini düzgün anlada bilməyənə, kəlmələri 
baş-ayaq söyləyənə, tələffüz qaydalarına riayət etməyənə 
qarşı acıqlanıb belə bir cümlə  işlədirlər: «Sözünü Adam 
dilində söyləsənə!» Yaxud «Adam kimi danışsana!..» Bu o 
anlamı verir ki, ulu əcdad Adamın cənnətdən özü ilə gətirdiyi 
dili – türkcəni qoyub yad sözlər işlətmə. Bizcə, bu, 
Nizaminin və Qayğısız Abdalın faydalandığı əsatirin əsrlərin 
sınağından keçərək xalq məsəlinə çevrilməklə  şifahi yolla 
zəmanəmizə çatdırılmasıdır. 
Qayğısız Abdalın «Gülüstan» əsərindəki mənzum parça 
daha dolğun və poetikdir: 
 
«GÜLÜSTAN»NIN ORİJİNAL MƏTNİ: 
 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə