Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə3/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   2   3   4   5   6   7   8   9   ...   61

 
 
 
10
mənsubiyyətini özünəməxsus yollarla gerçəklik faktına çevirə 
bildilər. 
Bu gün Nizaminin milli və ədəbi mənsubiyyəti məsələsi 
Rusiya və  İranda yenidən aktuallaşıb. Rusiya artıq bir sovet 
dövləti olmaqdan çıxıb: ümummilli sovet məkanı, 
ümumsovet maraqları ortadan qalxıb. Bundan istifadə edən 
maraqlı (şovinist-siyasi) dairələr indi Nizminin milli və ədəbi 
kimliyi məsələsini də Rusiyanın keçmiş sovet 
respublikalarından olan Azərbaycanla münasibətlərində 
siyasi alver predmetinə, o cümlədən siyasi müstəqilliyi 
iqtisadi potensialı ilə  hər gün daha da artan xətlə güclənən 
Azərbaycana qarşı  təzyiq vasitələrindən birinə çevirmək 
istəyirlər. 
İrana gəlincə onun mövqeyi Rusiyadan bir qədər 
fərqlidir. Burada həm siyasi, həm də milli faktorlar var. 
İranın Qərblə, Amerika ilə  hər gün daha da gərginləşən 
hazırkı siyasi durumunda onu daha da çətin vəziyyətə salmaq 
istəyən daxili və xarici qüvvələr bu ölkənin onun ən yaxın 
qonşusu olan Azərbaycanla münasibətlərini korlamaq, bu 
ölkələri düşmən etmək istəyirlər. Təbii ki, qonşu dövlətdə 
İran-Azərbaycan münasibətlərinin bütün dialektik 
mahiyyətini dərk edənlər var. Türk və fars etnosunun 
yaratdığı  İran siyasi fenomeni, İranın xüsusilə son minillik-
dəki siyasi tarixinin məzmun və mahiyyətcə birmənalı olaraq 
türklərlə bağlılığı müasir Azərbaycan və  İran dövlətlərini 
vahid tale müstəvisində qovuşduran ilahi dialektikadır. 
Azərbaycan (o cümlədən Türkiyə) elə dövlətdir ki, onu İrana 
düşmən olmağa heç nə  məcbur edə bilməz. Bu gün İranla 
«can bir qəlbdə olan» Ermənistan onu öz mənafeyi naminə 
fikirləşmədən qurban verər. Ona görə müasir İranda və 
dünyada onun Azərbaycanla candan və qandan gələn 
qardaşlığını düşmənçiliyə çevirmək istəyən qüvvələr var və 
bu niyyət xüsusilə Ermənistanın  İrana münasibətdə yeritdiyi 
xarici siyasətin heç də gizlədilməyən  əsasını  təşkil edir. 
Nizaminin azərbaycanlı olmaması haqqında son dövrlərdə 


 
 
 
11
İrandan gələn səslərin arxasında erməni məkrinin durduğu da 
aydın görünür.  
Nizaminin Azərbaycan xalqına və  ədəbiyyatına 
mənsubluğu, yaxud məsələnin daha geniş aspekti kimi, onun 
milli və ədəbi kimliyi məsələsi tədqiqatçılardan bu problemin 
həllinin uyğun metodoloji modelinin tapılmasını  tələb edir. 
Mövcud yanaşmalarda kifayət qədər ağıllı  məqamlar, aktual 
tezislər, ciddi postulatlar olsa da, problemin həllinin 
metodoloji sistemi bugünə  qədər ortaya qoyulmamışdır. Bu, 
bir məqalənin həllə edəcəyi məsələ olmasa da, onun ümumi 
konturlarına toxunmaq, əsas tezislərindən bəhs etmək 
mümkündür. 
Birincisi, bu məsələdə ilk növbədə milli kimliklə ədəbi 
kimliyin münasibətlərini aydınlaşdırmaq lazımdır. Çünki 
bunlar heç də həmişə biri-birini təsdiq etmir. Bu baxımdan: 
milli kimlik – yaradıcı şəxsin milli-etnik mənsubiyyəti
ədəbi kimlik – onun hansı milli-ədəbi maraqları təmsil 
etməsidir. 
İnsanın milli etnik mənsubiyyəti də onun milli kimliyini 
heç də  həmişə  təyin etmir. L.N.Qumiloyun dediyi kimi, bir 
insanın milləti onun etnik-bioloji mənsubiyyəti ilə yox, özünü 
milli baxımdan kim olaraq dərk etməsi (milli özünüdərklə) 
müəyyənləşir. Bu halda Nizaminin milli-etnik mənsubiyyəti, 
yəni onun bioantropoloji subyekt olaraq Azərbaycan türkü, 
yoxsa fars olması  şairin öz yaradıcılığından boy verən milli 
kimliyini təsdiq, yaxud inkar etmir. Bu cəhətdən Nizami 
yaradıcılığında aydın ifadələnmiş, onun insan 
konsepsiyasının əsas bədii-estetik konsepti səviyyəsinə qədər 
inkişaf etdirilmiş türk milli kimliyi açıq  şəkildə boy verir. 
Türklük Nizami yaradıcılığının ruhuna hopmuş, yaratdığı 
bədii dünyanın ab-havasına, rəng-ruhuna çevrilmişdir. Keçən 
əsrin 20-ci illərində  İrana səfər etmiş akademik Marrın 
şəhadətinə görə, İran alimləri farsca yazdığına görə onu İran-
fars  şairi hesab etsələr də, «Əz asare-Nizami buye-türk mi-
yayəd» («Nizaminin əsərlərindən türk iyi gəlir») deyərək, 


 
 
 
12
şairin yaradıcılığını ruhən (candan-könüldən) qəbul edə 
bilmirlər. 
İran-fars alimlərinin bu etirafı,  əslində, Nizaminin milli 
kimliyini açıq  şəkildə ortaya qoyduğu kimi, onun milli-etnik 
mənsubiyyətini də aydınlaşdırır. Yaradıcılığı «türk ətri saçan» 
şair bütün varlığı ilə türklüyə bağlı olmuş və o, türklüyü həm 
fəlsəfi-ilahi, həm də  bədii-estetik konsept səviyyəsində 
mənalandırmışdır.  
İkincisi, türklük Nizami üçün dərk olunmuş etnik özü-
nüifadə modeli idi. «Xosrov və  Şirin»  əsərində Azərbaycan 
hökmdarı  Məhinbanunun qardaşı  qızı  Şirin sevdiyi fars 
şahzadəsi Xosrovdan ötrü çılğın hərəkətlərə yol verəndə 
bibisi ona deyir: 
Əgər o – Aydırsa, biz – Afitabıq (Günəşik – S.R.), 
O – Keyxosrov, bizsə – Əfrasiyabıq (9, s. 119). 
Bu beyt təkcə Nizaminin yox, eləcə  də Azərbaycan 
xalqının milli kimliyinin, milli varlığının, bu xalqın dünyanın 
harasından başlayıb harasına getdiyinin «manifesti», milli 
«bəyannaməsidir». Bu beyt eyni zamanda Nizami 
şəxsiyyətinin etnik-mədəni varlığımızın hansı qaynaqlarına 
bağlı olduğunu,  şairin nə  qədər aydın milli-ideoloji 
düşüncəyə malik olduğunu parlaq şəkildə ortaya qoyur. 
Beytdə İran-Turan (fars-türk) kimliyinin iki mühüm sə-
viyyəsi ifadə olunub: 
1. Təbii-kosmoqonik kimlik: Ay-Günəş (Afitab); 
2. Etnik-siyasi kimlik: Keyxosrov-Əfrasiyab. 
Bu qoşalıqda türk mifoloji düşüncəsinin  əsas 
elementləri modelləşib. Ay (gecə, qaranlıq) astral obraz 
olaraq Keyxosrovun işarəsidirsə, Günəş (gündüz, işıq) 
Əfrasiyabın rəmzidir. Keyxosrov İran əsatirlərinin qəhrəmanı 
olmaqla fasrların siyasi əcdadları, ideoloji eponimləri 
sırasındadır.  Əfrasiyab da Turan qəhrəmanı, türklərin siyasi 
hakimiyyət şəcərəsinin ən mühüm mifoloji obrazıdır. Nizami 
Ay obrazını Keyxosrovun simasında  İran dövlətçilik 
ənənəsinin simvolu, siyasi atributu kimi verirsə, Günəşi də 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə