Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə4/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   2   3   4   5   6   7   8   9   ...   61

 
 
 
13
Əfrasiyabın timsalında türk dövlətçilik  ənənəsinin ideoloji 
simvolu, siyasi atributu kimi təqdim edir. 
Göründüyü kimi, Nizaminin bu beytində türk etnik-
mədəni varlığının, türk mifoloji yaradılış modelinin ən 
mühüm ünsürləri bədiiləşmişdir. Bu bədiiləşmə heç bir halda 
beytdə təqdim olunan milli kimlik informasiyasının ənənədən 
gəlməməsi, siyasi-ideoloji düşüncənin tarixinə  sərbəst bədii 
fantaziya müstəvisində yanaşılması kimi yanlış  təsəvvürlər 
yarada bilməz. Belə ki, Əfrasiyabın hün-türk sərkərdəsi Alp 
Ər Tunqa olduğu məlumdur. Hun türklərində siyasi 
hakimiyyət Günəşə bağlıdır və bu mənada Əfrasiyab//Alp Ər 
Tunqa öz mifoloji yaradılış kimliyi ilə günəşi təmsil edir. Bu 
baxımdan, Nizaminin sözü gedən beyti ondakı milli kimlik 
informasiyasını möhtəşəm türk tarixinin hun dövrünə, yəni 
özündən 1300 il, bizdən isə 2000 il qabaqdakı tarixə bağlayır 
(bu barədə geniş şəkildə bax: 10, s. 152-155). 
Üçüncüsü, istər  İranda, istərsə  də Azərbaycanda hələ 
bu günə  qədər yaradıcı subyektin ədəbi kimliyinin düzgün 
təyinetmə modeli tapılmamışdır. Bu, birbaşa «İran ədəbiyyatı 
tarixi» və «Azərbaycan ədəbiyyatı tarixi» konseptləri ilə bağlı 
məsələdir. Azərbaycan 
ədəbiyatşünaslığında tarixi 
Azərbaycan  ərazisi ilə  hər hansı formada bağlı olan 
avestadilli, midiyadilli, mannadilli, albaniyadilli, ərəbdilli, 
farsdilli, azərbaycandilli nə və kim varsa, hamısı Azərbaycan 
ədəbiyyatı elan edilib. O cümlədən 
İran 
ədə-
biyyatşünaslığında fasr dilində yazan əksər yaradıcı 
subyektləri, xüsusilə Azərbaycan  şairlərini  İran  ədəbiyyatı 
saymaq ənənəsi var. Hər iki ənənə yanlışdır. 
Şərq  ədəbiyyatı tarixində  ərəb dilində yazmaq ənənəsi 
olduğu kimi, fars dilində yazmaq ənənəsi də olmuşdur. Bu, 
bütün  ərəbdilli  şairlərin  ərəb  ədəbiyyatına mənsub olması 
demək olmadığı kimi, bütün farsdilli şairlərin də fars 
ədəbiyyatına mənsub olması demək deyil. Nizami fars dilində 
yazmışdır. Bu halda o, birmənalı şəkildə farsdilli ədəbiyyatın 
nümayəndəsidir. Ancaq farsdilli ədəbiyyat heç də tamamilə 


 
 
 
14
fars ədəbiyyatı demək deyil. Burada farsların fars etnopoetik 
düşüncə modelində yaratdıqları fars ədəbiyyatı sayıldığı kimi, 
Nizami və onun kimi Azərbaycan  şairlərinin fars dilində
lakin türk etnopoetik düşüncə modelində yaratdıqları da 
Azərbaycan 
ədəbiyyatıdır. Belə olmasaydı, 
İran 
mütəxəssisləri Nizamini formal olaraq İran  ədəbiyyatı 
tarixinə daxil etsələr də, onu «türk ətri saçan» («türk iyi 
gələn») sənətkar kimi öz milli ruhlarına yad hesab etməzdilər. 
Dördüncüsü, Nizami nə onun yaradıcılığında təcəssüm 
olunan ümumbəşəri və milli ideallar, nə  də  mənsub olduğu 
dövrün  ədəbi məkanı baxımından ona bu gün dar milli 
maraqlar, məkrli siyasi niyyətlər müstəvisində yanaşan rus 
şovinistlərinin və İran ermənisifət siyasətbazlarının dərk edə 
biləcəyi fenomen deyil. O, ümumbəşəri  şairdir. Öz 
yaradıcılığında bütün dünya xalqlarının, ümumən insanlığın 
mənafeyini güdən, yaratdığı milli obrazlar gülşənində 
türklüyü bədii-estetik gözəlliyin etalonuna çevirən Nizami 
tərənnüm etdiyi bu ümumbəşəri və ümumilli idellara görə 
dünya  ədəbiyyatının faktına çevrilmişdir. Onu dar milli 
çərçivəyə sığışdırmaq istəyən hər kəs (o cümlədən bu iddiaya 
düşə biləcəyimiz halda bizlər də) bu həqiqətlə razılaşmalıdır. 
Nizamini nə farsdilli Şərq  ədəbiyyatı tarixindən, nə farsdilli 
Azərbaycan ədəbiyyatı tarixindən, nə də öz milli-etnik düha-
sını fars dilində gerçəkləşdirməklə, bu dildə yaranan 
ədəbiyyata Firdovsidən tamamilə  fərqli olaraq ümumbəşəri 
dəyərlər gətirdiyi, Firdovsinin yaratdığı dar millətçilik 
ideyaları içərisində boğulan ədəbiyyata onun ehtiyacı olduğu 
ümummilli ideyaları  bəxş etdiyi fars ədəbiyyatı tarixindən 
ayırmaq olmaz.  
 
ƏDƏBIYYAT 
1. Arasli Щ. Şairin щəyati. Baki, 1967  
2. Aliеv R. Pоgma о bеssmеrtnоy löbvi. Baku, «Əziçi», 
1991  


 
 
 
15
3. Rustəmоva A. Nizami Gəncəvi:  щəyati və  sənəti. 
Baki, «Еlm», 1979 
4. Aliеv Q. Tеmi i söjеti Nizami v litеraturaх narоdоv 
Vоstоka. Mоskva, «Nauka», 1985 
4. Arasli N. Nizami və turk ədəbiyyati. Baki, «Еlm», 
1980  
5. Sasanian Ç. Nizaminin «Lеyli və Məcnun» pоеmasi. 
Baki, «Еlm», 1985 
6. Yusifоv Х. Şərqdə Intibaщ və Nizami Gəncəvi. Baki, 
«Yaziçi», 1982 
7. Rəsulzadə M.Ə. Azərbaycan şairi Nizami. Baki, 1991 
8. Rəsulzadə M.Ə. Azərbaycan  şairi Nizami. Baki, 
«Təknur», 2011 
9. Gəncəvi N. Хоsrоv və  Şirin. Tərcumə  еdəni Rəsul 
Rza. Izaщlarin muəllifi M.Sultanоv. Baki, «Yaziçi», 1983 
10. Rzasоy S. Оğuz mifinin paradiqmalari. Baki, 
«Səda», 2004  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
16
Ramazan QAFARLI, 
filologiya üzrə elmlər doktoru, 
AMEA Folklor İnstitutu 
 
 
 
NİZAMİ POEZİYASINDA MƏKAN, ZAMAN VƏ 
KƏMİYYƏT VƏHDƏTİ: DİNİ-MİFOLOJİ  
DÜŞÜNCƏ KONTEKSTİNDƏ 
 
Nizami epik əsərlərini dünyanın ilkin ümumi strukturuna 
uyğun şəkildə qurur. Həmin struktura əsasən bütün yaranışların 
– istər maddi, istərsə  də  mənəvi quruluşu eynidir. Söhbət 
varlıqların zahiri görünüşündən, həcmindən, ölçüsündən deyil, 
təbiətindən, tərkibindən, fəaliyyət sistemini formalaşdıran 
əlamətlərindən gedir. Doğrudur, mifik təsəvvürlərdə dünyanın 
meydana gəlməsi ilahi qüvvələrlə əlaqələnir. Müəyyən prinsip 
və ardıcıllıqla varlıqlar – göy, ulduzlar, günəş, ay, yer, dağ, 
çay, dəniz, məxluqat mühüm dörd ünsürün – su, od, torpaq 
və havanın vəhdətindən əmələ gəlir. Bütün varlıqlar durğun-
luqdan çıxdığı nöqtədən uzaqlaşıb təzədən ora – başlanğıca can 
atır. Onları  hərəkətə  gətirən qüvvə Nizamidə  eşqdir. Bu 
strukturda canlıların, xüsusilə, insanın doğulması böyük 
əhəmiyyət kəsb edir. Ağıl,  şüur, daha doğrusu, mənəvi aləm 
Adəm vasitəsi ilə göydən yerə endirilir, bundan sonra Yaradıcı 
öz funksiyasının cüzi bir hissəsini bəşər oğluna güzəştə gedir. 
İnsanlar artıb çoxaldıqca ağlın meydanı da genişlənir, fikirlər 
haçalaşır, qarşıdurmalara gətirib çıxardır.  İnsan özünü dərk 
etdikcə, onda böyüklük, iqtidarlıq meylləri artır.  İddiaları ya-
tağına sığmayıb hərisliyə,  şəhvətə dönür. Öz Yaradıcısına 
doğru can atanların bəziləri dünyanın naz-nemətinə uyub 
yollarını azırlar. Onda Tanrı insanların arasından birini seçib 
peyğəmbərlik zirvəsinə qaldırır və onu ideyalarının daşıyıcısına 
çevirir. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə