Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə8/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   4   5   6   7   8   9   10   11   ...   61

 
 
 
27
Nak buyurdu Cebraile var didi
Ademi cennet içinden sür didi. 
Geldi Cebrail Ademe söyledi,  
Haq (buyruqanı) ayan eyledi. 
 
Cebrail didi:  
«Çıgil Uçmag»dan Adem, 
Tanrıun buyraqı budur iş bu dem. 
 
Nice ki söyledi her-giz gitmedi, 
Cebrailun sözünü işitmedi. 
 
Türk Dilin Tanrı buyurdu, Cebrail, 
Türk Dilince söylegil dur git digil. 
 
Türk Dilince Cebrail «Hey dur» didi, 
«Dur-gel uçmaqun terkin ur» didi
18

 
AZƏRBAYCAN TÜRKCƏSİNƏ ÇEVRİLMƏSİ: 
 
Haqq çağırıb, Cəbrayıla «get» dedi, 
«Adəmi cənnətdən sürgün et» - dedi. 
 
Cəbrayıl Adəmə çatıb söylədi, 
Haqqın buyruğunu əyan eylədi. 
 
Cəbrayıl: «Cənnətdən get, - dedi, - Adəm! 
Tanrının əmrini icra et bu dəm». 
 
Nə qədər söylədi, Adəm getmədi, 
Cəbrayılın sözün heç eşitmədi. 
 
«-Cəbrayıl,Dur, get,  
                                                 
18
 Türk şiiri özel sayısı III (Halk şiiri). Türk dili. Aylık Dil Dergisi. C LVII, Sayı: 445-450, 
Ocaq-Haziran, 1989, s. 260. 


 
 
 
28
Türk dilində söylə və sayıl». 
Cəbrayıl tez türkcə: «Adəm, get!» – dedi,  
«Hey, dur-get, cənnəti tez tərk et» - dedi
19

Əbbürrəhman Gözəl Qayğısız Abdalın məsnəvi forma-
sında qələmə aldığı mifin şərhini belə açıqlayır: «İşte bu 
buyrukdan sonra Hz. Adem cennetten çıkar. Kayqusuz bu 
eseriyle Hz. Ademin de Türkçe ile anlaştıklarını özellikle ifade 
etmektedir. Yani Kayqusuz Abdal, Türkçeyi «İlk insan Hz. 
Adem»in de bildiğini, kendisine cennette bu dille 
hitabedildiğini, bu dili anladığını ve bu sebeple de cennetten 
çıktığını vurğulamaktadır»
20
. Öz kökünə Nizami və dilinə 
Qayğısız Abdal qədər vurğun olan ikinci bir sənətkarı 
göstərmək çətindir. Bu faklara mifoloji sistem, struktur 
baxımından nəzər salanda ilahi əlifbanın da türkə Yer üzündə 
Adəm övladları arasında ünsiyyət, birlik yaratmaq, 
mədəniyyətə yiyələnmək vasitəsi kimi türklər tərəfindən icad 
edildiyi anlaşılır. 
8.
 
Allahın seçimləri: peyğəmbərlər\\Sitayiş. Merac 
9.
 
Dünyanı idarə edən qüvvə – məhəbbət.\\ 
varlıqların öz başlanğıcına və insanların haqqa çatmaq 
təşəbbüsləri. Dünyanın dağdan idarə olunması. Bu ideyanın 
XII yüzillikdə yazıya alınan («Munisnamə») mifik modeli 
göstərir ki, Azərbaycan türklərində dünya dağına inam çox 
güclü olmuşdur. Xalq arasında dillər  əzbəri olan bir silsilə 
bayatıların bu gün də dağlara müraciətlə (A dağlar, ulu 
dağlar...) başlanması, insanların dərdlərini ulu dağlarla 
bölüşməsi bu inancdan doğur: 
A dağlar, ulu dağlar, 
Çeşməli, sulu dağlar. 
Burda bir qərib ölüb, 
Göy kişnər, bulud ağlar.
21
 
                                                 
19
 Nəzm parçası Azərbaycan türkcəsinə müəllif tərəfindən çevrilmişdir. 
20
 Türk şiiri özel sayısı, s. 260. 
21
 Bayatılar, s. 207 


 
 
 
29
10. Təbiət
 
// Yerin faunası  və florası  əmələ  gəldikcə 
məkan və zaman mücərrədlikdən çıxıb konkretləşir. 
11. Cəmiyyət
 
//  İqtidarlar, sənətkarlar və  rəiyyət 
qarşılaşdırılır. Mənəvi amilin – bədii sözün yaşadılması 
üçün birincilər mədh edilir. 
12.
 
Dünya daimidir/Dünya fanidir
 
//  İnsanın maddi 
tərəfi – bədən, cisim dəyişsə  də (torpağa çevrilsə  də), 
mənəvi göstəriciləri - söz və yaxşı ad həmişə qalır//Həyat 
şirin görünsə də, ölüm haqq sayılır. 
13. Zaman daim irəliyə doğru
 ADDIMLAYIR 
//
 
Keçmişə 
qayıtmaq mümkün deyil. 
14. Hər  şey kəmiyyətlə tarazlanır
 
//  Rəqəmlərin 
sakrallığı ilə dünyaqurmanın mərhələləri və  əsas 
strukturları işarələnib özünü təsdiqləyir. 
15. Sözün qüdrəti
 
//
 
Hikmət və mövizə(nəsihət)yə 
meydan verilir. Şair özü və ailəsi haqqında açıqlamalar 
edir.  
Y.M.Lotman  yazır ki, poeziya mifə  nəsrdən daha 
yaxındır.
22
  Böyük rus şairi Puşkinin həyatının bəzi 
məqamlarının süjetli şeirlərdə işarələrlə verildiyini nəzərə 
alan alim onun yaşadığı dövrdə senzura qadağalarına 
baxmayaraq, bədii sözün gücü ilə sürgün illərinə aid 
əhval-ruhiyyələrini qələmə aldığını bildirir. Bu mənada 
Nizami poeziyasında onun öz obrazının təsvirində iki 
cəhət nəzərə alınmalıdır.  
Birincisi, klassik Şərq  əlyazması – kitab tərtibi 
ənənəsinə görə  şairin özü və ailəsi haqqında yazdığı 
fəxriyyələr, əhval-ruhiyyəsini əks etdirən poetik parçalar, 
oğluna müraciətlərdir ki, demək olar ki, «Leyli və 
Məcnun» poemasının rəsmi hissəsində  hər birinə rast 
gəlirik.  
İkincisi isə Y.M.Lotmanın irəli sürdüyü şəkildə 
şairin dolayı yolla dövrünün olaylarını içərisindən keçirib 
                                                 
22
  Лотман  Ю.М.  Анализ  поэтического  текста.  Издательства  «Просвещение». 
Ленинградское отделение. – Л., 1972, с. 104 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə