Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə6/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   2   3   4   5   6   7   8   9   ...   61

 
 
 
21
də, sonra da bir əbədi mövcudluq var, o da Yaradıcıdır. Buna 
uyğun Nizami yazır ki: 
O var ikən hələ [göylər] və yastı [yerlər] yox idi, 
İndi mövcud olanlar olmayanda da o, var olacaq.
1
 
Şair dünya yaranmamışdan qabaq ancaq Allahın tək 
halda varlığını  və daimiliyini təsdiqləyir.  Əksər mifoloji 
sistemlərdə yaradıcıyadək yaşayışın olması göstərilir. 
«Avesta»da  əsas yaradıcı Ahur-Məzda kimi səkkiz tanrıdan 
söhbət gedir. Yeri, Göyü yaradan Ahur-Məzdın dünyaya 
gəlməsi üçün zaman və tale tanrısı Zirvan min illər boyu 
qurbanlar verir. Deməli, mücərrəd məkanda və mifik 
zamanda başqa varlıqlar mövcud imiş ki, onları qurban da 
kəsirdilər. Yaxud yunan mifologiyasında dünyanın  əsas 
elementlərini köməkçi tanrılar vasitəsi ilə yaradıb idarə edən 
Zevsə  qədər Kronun çoxsaylı icadları olmuşdur. Belə 
mifoloji sistemlərdə dünyanın başlanğıcı dumanlı təsvir edilir 
və insanların sitayiş etdiyi əsas yaradıcılar onlaradək qurulan 
dünya modelində restovrasiya (köklü dəyişikliklər) edirlər, 
bir növ onu durğunluqdan çıxardıb hərəkətə  gətirir, 
tamamlayırlar.  
Yaradıcının mütləqliyi, daimiliyi, vahidliyi, birinciliyi, 
ilkinlərin ilkini olması ideyası Azərbaycan mifik görüşlərinin 
arxaik nağıl, qəhrəmanlıq eposu, klassik ədəbiyyatdan 
başlamış son zamanlarda xalqın dilindən yazıya alınan 
inanclara, mif mətnlərinədək müxtəlif qaynaqlarında özünə 
geniş yer tapır. Məsələn, «Lap qabaxlar Allahdan başqa heç 
kim yoxuymuş. Yer üzü də başdan-ayağa suyumuş. Allah bu 
suyu lil eliyir. Sonra bu lili qurudup torpax eliyir. Sora 
torpaxdan bitkiləri cücərdir. Onnan sora da torpaqdan palçıx 
qəyirip insannarı yaradır, onnara uruh verir».
2
  
2. Yaradıcı və adları // Tövhid. Göylə Yerin birliyi, 
yəni yaradıcının insanlara, təbiətə yaxınlığı. «Qabaxlar göy 
yerə yaxın idi. Adamlar bir-birini öldürüb qan tökürdülər, 
                                                 
1
 Leyli və Məcnun, s. 17. 
2
 Azərbaycan mifoloji mətnləri, s. 35. 


 
 
 
22
bərəkətin qədrini bilmirdilər. Bunu görəndə tanrının qəzəbi 
tutdu, göyü yerdən uzaqlaşdırdı».
3
 
Nizami birmənalı şəkildə hər şeyin başlanğıcını Allah 
və onun müqəddəs adları ilə əlaqələndirir və əsərlərinin 
əvvəlində bir sorğuya cavab axtarır: 
Ey adı ən yaxşı başlanğıc olan! 
Sənin adın olmadan kitabı necə başlayım?
4
 
3. Qərar. Proses. «Kun // Ol» əmri. Nət. Münacat.
 
Şair dünyanın mənəvi amillər üzərində qurulduğunu irəli 
sürür. Çünki ilk olaraq Allah ağlın irəli sürdüyü sözləri - 
yaranışların adlarını dilinə  gətirmiş, sonra doğulmaq  əmrini 
vermişdir. Lakin mənəvi amillərin təsiri olmasaydı, maddi 
şeylər cansız, hərəkətsiz, dəyişməz qalardı. Onları 
əlaqələndirən, bir-biri ilə bağlayan və ayıran da mənəvi 
ünsürlərdir. Nizami Yaradıcının düşünüb qərara aldıqlarını 
sözə çevirib əmr verməklə gerçəkləşdirdiyini söyləyir: 
Ey əmri mütləq təsirə malik olan! 
Sənin əmrinlə kainat törəmişdir.
5
 
Göyün - yaradıcının üz döndərməsinin səbəbinin 
insanların şərə, pis əməllərə meyl etmələri ilə izahı: «Əzəli 
yer üzündə heş  nə yoxuydu. Elə vaxd öz-özünə  cəlif 
keçirmiş. Sonra heyvanlar, cücülər, otdar, ağaşdar yarandı. 
Lap axırda Allah adamları yaratdı. Bullar yer üzündə o qədər 
artıf törədilər ki, dünya bullara darrığ elədi, insannar 
başdadılar bir-birinə pisdih, paxıllığ eləməyə. Bunu görəndə 
Göy acıxlanıf yerdən aralandı. O vaxtdan da bərəkət azalıf, 
çörəh daşdan çıxır».
6
 Nizamidə də həmin inancın eyni şəkildə 
izahına rast gəlirik:  
Ey uca göyü qaldıran,  
...Səcdədən boyun qaçırmış o naəhlin isə  
Qapısı qıfıl üstündən bağlandı».
7
 
                                                 
3
 Leyli və Məcnun, s. 35. 
4
 Yenə orada, s. 17. 
5
 Yenə orada, s. 17. 
6
 Azərbaycan mifoloji mətnləri, s. 35. 
7
 Nizami. Yeddi gözəl (filoloji tərcümə). - Bakı, 1983, s. 15. 


 
 
 
23
4. Ünsürlər arasında əlaqələrin və münasibətlərin qu-
rulması // Məkan, zaman və  kəmiyyətin vəhdəti.
 
Bütün 
yaranışların mayasında dörd ünsür dayanır. Su, od, torpaq və 
havanın vəhdəti ilə zamanın çıxışı, məkanın isə ilk dayanacağı 
müəyyənləşir. Vahiddən zərrələr ayrılır, varlıqlara çevrilir, hər 
şey ikiüzlü formalaşır, rəqəmlərin ardıcıllığı  fəaliyyətin və 
inkişafın mərhələlərini təyin edir. Tərəzinin bir gözü olsaydı, 
ölçülərin bərabərliyini, tarazlığını tapmaq mümkün olmazdı. 
Dünya birüzlü yaranıb zaman və  məkanla ikiləşəndə (gecəli-
gündüzlü, istili - soyuqlu, dağlı - düzənli ) biri o birinin tərsi 
kimi meydana gəlmişdi. Varlıqlar cütləşəndə bir birinə  əks 
tərəflərdə durmasaydı, təbiət durğunluqdan çıxa bilməzdi. 
Nizami yazır ki: 
[Əlindəki] şey istər arpa, istər qara pul olsun, 
Onda dörd gövhərdən [torpaq, od, su, hava]hər  şey 
var.
8
 
Yaxud: 
Bir atla elə çapdın ki, 
İki atlı [gecə-gündüzlü] dövranı arxada buraxdın, 
Fələyin (bağı) dörd bir tərəfdən 
Sənin mərhəmətindən min bəhər verdi.
9
 
Göründüyü kimi, şairin təsvir ustalığında sakral rə-
qəmlər  əsas poetik vasitələrdən biridir. Eləcə  də 
başlanğıcda zaman və  məkan mücərrəd olsa da, çox 
hallarda torpaqla, yerlə əlaqələnir. 
5.
 
Dünyanın quruluşu.
 
Dünya yeddi qatlı təsvir olunur. 
«Göyün yeddi qatı var. Birinci qat torpaxdı ki, qara camahat 
yaşayır. Sonrakı qatlarda huri-pərilər, qılmannar, 
peyğəmbərlər yaşayır. Lap yeddinci qatda isə Allah öz 
taxtında oturup dünyanı idarə eləyir».
10
 
Nizamidə bu məsələyə ikili münasibət özünü göstərir:  
a) dünya doqquz qatdan ibarətdir:  
                                                 
8
 Leyli və Məcnun, s. 33. 
9
 Yenə orada, s. 26. 
10
 Azərbaycan mifoloji mətnləri, s. 35. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə