Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə15/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   11   12   13   14   15   16   17   18   ...   61

 
 
 
48
tərəfindən gətirildiyi birmənalı  şəkildə bütün tədqiqatçılar 
tərəfindən qəbul edilir.  
Nizami poemasının mənbələrindən danışanda iki 
qaynaq diqqət mərkəzinə çəkilir:  
Birincisi, folklor, xüsusilə  şifahi  şəkildə  ağızlarda 
gəzib-dolaşan əfsanə və rəvayətlər; 
İkincisi, yazılı  ədəbiyyat – ərəb və fars dillərində 
yazılan kitablar. 
Hansının üstünlük təşkil etməsi ilə bağlı mübahisə son 
illərədək davam edir və  tədqiqatçılar fikirlərini  əsasən dörd 
istiqamətdə ümumiləşdirirlər: 
a) Bəzi motivlərin  şifahi xalq ədəbiyyatından gəldiyini 
tam inkar etməsələr də, Nizaminin poemanı yazılı mənbələrə 
söykənərək yazdığını iddia edirlər (Bertels E.E., Kraçkovski 
İ.Y., Jirmunski V.A. və b.); 
b) Foklorla bağlılığına şübhə ilə yanaşırlar (Əliyev Q., 
Əliyev R. və b.); 
v)  Əsərin yazılı  mənbələrlə  əlaqəsini görməməzliyə 
vurub  şairin ancaq folklor qaynaqlarından istifadəsini qəbul 
edirlər (Şirvani Y. Xalisbəyli T., Sasani H. və b.); 
q) Nizaminin hər iki mənbəyə eyni dərəcədə böyük əhə-
miyyət verdiyini, həm xalq əfsanələrini, həm də yazılı 
kitabları saf-çürük edərək  əsərinin kompozisiyasının 
qurulmasında tikinti materialına çevirdiyini irəli sürürlər 
(Araslı H., Azadə R., Baxşəliyeva G., Yusifov X. və b.) 
Doğrudur, tədqiqatçıların əksəriyyəti şairin ərəb və fars 
dilli mənbələrdən qidalandığını xüsusi vurğulayırlar. Hətta 
E.Bertels ikinci qaynağın poemanın yaranmasında  əsas rola 
malikliyini təsdiqləməyə çalışır.  Nizami  əsərdə  təsvir etdiyi 
bəzi epizodların hardan gəldiyini açıqlamasaydı, deyilənlərin 
mütləq şəkildə qəbulu şübhə doğurmazdı. Lakin zəmanəmizə 
gəlib çatan ərəbdilli  əlyazmalarla poemanın müqayisəsi 
çoxlarını bu qənaətlərə ehtiyatla yanaşmağa vadar edir. 
Məsələnin bu şəkildə qoyuluşu özünü doğrultmur. Çünki hər 
bir böyük və qüdrətli imperiyada çoxsaylı xalqlar yaşasalar 


 
 
 
49
da, onları çox hallarda ümumi din, ümumi yazı dili birləşdirsə 
də, mədəniyyət amillərini kökdən gələn ayrı-ayrı adət-
ənənələrdən, məişət faktorundan, torpaqla, qanla keçən cəhət-
lərdən, milli ruhdan ayırıb bir qazanda qaynatmaq hər hansı 
bir qüvvənin imkanı xaricində olmuşdur.  İslam dünyasında 
ümumi prinsiplərin, məsələn,  ədəbiyyatda forma əlamət-
lərinin bir-birinə keçməsi danılmazdır.  Əruz vəzni  ərəb 
şeirindən bütün müsəlman xalqlarına miras qaldığı kimi. 
Ənənə  və varislik məsələsində  də ancaq mədəni  əlaqələr 
zəminində incəsənətin, musiqinin bir-birinə yaxınlaşması, 
birinin digərinə  təsiri mümkündür. Lakin ərəb xilafəti 
dövründə mühüm, özül sayılan dil amili (çünki «Quran» 
ərəbcə yazılmışdı) belə uzun müddət mütləq şəkildə qorunub 
saxlanmamışdı,  əvvəl fars, sonra türkün xeyrinə güzəştə 
gedilmişdi və bütün bunlar «ərəb-müsəlman sinkretik 
mədəniyyəti»nın tükdən asılılığını göstərir. 
Ərəbin 
hakimliyinin  ən qüdrətli çağlarında Mədinədə yaşayıb-
yaradan, öz ata-baba yurdundan tamamilə uzaq düşən Musa 
Şəhavətin, İsmayıl ibn Yasərin yaradıcılığında da öz kökünə 
və soyuna bağlılığı  əsaslandıran faktlar aşkarlanmışdır. Hal-
buki hər iki sənətkarın dövrümüzə ancaq bir neçə seçmə şeiri 
gəlib çatmışdır və onlara təsadüfi olaraq orta əsrlərin başlan-
ğıcına aid təzkirələrdə  «əl Azərbaycani nisbəsi» möhürü 
vurulmamışdı.  
Nizami poemasının folklorla əlaqəsini görməməzliyə vu-
ran R.M.Əliyevin qənaətləri həqiqətdən ona görə uzaqdır ki, 
istinad etdiyi ərəb mənbələrindəki əsərlər məhz xalq arasında 
gəzib-dolaşan  əfsanə  və  rəvayətlərin yazıya alınmış 
variantlarıdır.  
Maraqlıdır ki, əks mövqedə duranlar da eyni şövqlə 
yazılı mənbələrin rolunu danırlar. T.Xalisbəyli və Ç.Sasani
33
 
də təxminən bu fikirdədirlər. Birincinin qənaətlərində Nizami 
poemasının mənşəyi Babil yazılarına bağlasa da, ikincidə 
                                                 
33
Sasani H. Nizaminin «Leyli və Məcnun» poeması. Namizədlik dissertasiyası. – Bakı, 1970 
(Azərbaycan EA-nın kitabxanasında saxlanılır). 


 
 
 
50
izləri «Kitabi-Dədə Qorqud» oğuznaməsində axtarılıb 
maraqlı  nəticələr  əldə edilsə  də, son nəticədə  əsas fikir ona 
yönəlir ki, «şair belə bir qüdrətli dastanı yaradarkən, ilk dəfə 
misilsiz sənət əsərini incələyərkən şifahi xalq ədəbiyyatına, o 
cümlədən Azərbaycan folkloruna arxalanmışdır».
34
 
Məsələyə dar çərçivədən baxanda görünüş də yarımçıq 
alınır. Nizami poemasının mövzusunu ərəb mühitində 
yaranan  əfsanələrdən götürdüyü danılmaz faktdır. Lakin 
yığcam struktura malik əhvalatın geniş  təsvirlər, dialoqlar, 
həyata və  cəmiyyətin qanunlarına baxışlar, insani və qeyri-
insani münasibətlər, duyğu və düşüncələr, iki müxtəlif ailənin 
qarşılaşması, məişət detalları, nəhayət, zaman və  məkan 
əlaqəsi, ardıcıllığı gözlənilməklə canlandırılmasında, sözsüz 
ki,  şair yerli materiallardan daha çox faydalanmışdır. Ona 
görə də «Leyli və Məcnun»un necə yarandığını bu iki amilsiz 
düzgün müəyyənləşdirmək çətindir.  
 
H.Araslıdan tutmuş A.Rüstəmzadəyə  qədər  əksər 
nizamişünaslar məsələyə bu prizmadan yanaşmışlar. 
Razılaşmayanlar, başqa mövqedən fikir söyləyənlər yenə 
tapılıb. Bizə elə  gəlir ki, mübahisələrə son qoymaq üçün 
ancaq bir üsul mövcuddur: irəli sürülən müddəalara poemada 
şairin öz münasibətini aydınlaşdırmaq. 
Dövrünün epik şeir  ənənəsinə uyğun olaraq Nizami 
əsərlərinin  əsas mövzusunu Şərq xalqlarının uzaq tarixindən 
götürmüş və müraciət etdiyi çağın nağıl, əfsanə yaddaşındakı 
izlərini bilicilərdən dinləməklə yanaşı, yazılı  mənbələri də 
diqqətlə öyrənmiş,  əlindən tutan, ilhamını  pərvazlandıran 
müəlliflərin adlarını hörmətlə  çəkmişdir, bəzən də 
razılaşmadığı  məqamlardan bəhs açmışdır. Lakin nədənsə 
«Leyli və  Məcnun» poemasının başlanğıcında mövzunun 
xalq arasında geniş yayılmasına dəfələrlə toxunsa da
özündən  əvvəlki yazılı  mənbələrin üstündən sükutla 
                                                 
34
Xalisbəyli T. Nizami Gəncəvi və Azərbaycan qaynaqları. – Bakı, 1991, s 108 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə