Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə12/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   8   9   10   11   12   13   14   15   ...   61

 
 
 
39
Altun-ağçan xərcləyür olsam, 
Mənim kəfənim olsun! 
Tavla-tavla şahbaz atun binər olsam
Mənim tabutum olsun! 
Səndən sonra bir yigidi sevib 
Varsam, bilə yatsam, 
Ala yılan olub, məni soqsun!»
29
 
Göründüyü kimi, Azərbaycan türklərində ailənin təməli 
əski çağlardan sevgi əsasında qoyulmuşdur. Deməli, 
Məcnunun müsəlman  Şərqini VII yüzillikdən üzü bəri 
təlatümə  gətirən «eşq üsyanı» Nizaminin həmvətənləri 
tərəfindən neçə min il əvvəl Dəli Domrulla meydana atılıb 
bəhrəsini vermişdi.  
Eposda Domrulun dəliliyinin mənbəyi birbaşa qadına 
məhəbbətə bağlanmasa da, el arasında Məcnunun analoqu 
olan adı qazanması qəribə təsadüfdür. Onun körpü başındakı 
«ərköyünlüyü» - gəlib-gedəndən pul alması da vaxtsız 
dünyasını  dəyişən gəncin müdafiəsinə qalxarkən kölgədə 
qalır. O, tanrının özünə qarşı çıxmaqla eşq dəlisi funksiyasını 
yerinə yetirir. Azərbaycan türkcəsində dəliliyin bir mənası da 
igidlik, ərənlikdir. Domrul düşmən qoşununu dəf etməmişdi
gücünü «həyat eşqi» uğrunda döyüşə sərf edəndə hiylə toruna 
salınıb yenilmişdi. Onun əsil  ərənliyi və igidliyi məhz bu 
zaman meydana çıxmışdır.  
Arxası yerə qoyulandan sonra yenidən ayağa 
qalxmasına yardım edən qüvvə – qadını ilə arasında olan 
böyük sevgi məgər dəliliyinin – məcnunluğunun nişanəsi 
deyildimi?  Ərəb dilindən gələn «məcnunluq» dəliliyin 
analoqu olsa da, əfsanələrin yardımı və Nizaminin qələmiylə 
tamamilə  əks anlamda işlənib ülviliyi, insana vurğunluğu, 
saflığı, sədaqəti, vəfanı, «məhəbbətin bakirəliyi»ni 
bildirmişdir. Beləliklə, iki aşiqdən birincisinin dəliliyi insanı 
ölümsüzləşdirməkdən, ikincisinin məcnunluğu isə məhəbbəti 
                                                 
29
 Kitabi-Dədə Qorqud. – Bakı, Yazıçı, 1988, s. 83 


 
 
 
40
ürəklərdə diriltməkdən başlanır. Lakin hər ikisinin qələbəsinə 
qarşılıqlı sevgi təminat verir. Dəli Domrul eşqin nə olduğunu
hansı gücə malikliyini tanrılara başa salır, Məcnun isə onun 
əbədiliyini, Vahid yaradıcının özündən gəldiyini, yer üzündə 
heç bir qüvvənin ona təsir etmək iqtidarında olmadığını 
göylərə deyil, yerdəki insanlara öz həyatını qurban verməklə 
əyani şəkildə göstərə bilir. 
İki aşiqdən birinin dəliliyi insanı ölümsüzləşdirmək, ikin-
cisinin məcnunluğu isə  məhəbbətin toxumunu ürəklərə  səpib 
cücərtmək olmuşdur. Lakin hər ikisinin qələbəsinə qarşılıqlı 
sevgi təminat vermişdir. Dəli Domrul eşqin nə olduğunu, hansı 
gücə malikliyini can alanlara başa salmış, Məcnun isə onun 
əbədiliyini, Vahid yaradıcının özündən gəldiyini, yer üzündə 
heç bir qüvvənin ona təsir etmək iqtidarında olmadığını göylərə 
yox, yerdəki insanlara öz həyatını qurban verməklə  əyani 
şəkildə göstərə bilmişdir. 
Məhəbbətdən söz açanlar lap başlanğıcdan onun əhatə 
dairəsinin genişliyini (erotik sevgi, özünəvurğunluq, eləcə də 
insana, tanrıya, həyata, vətənə, həqiqətə, azadlığa, 
xeyirxahlığa bağlılıq) nəzərdə tutub varlıqların  əlaqəsindən, 
münasibətindən doğan bütün halları - coşqunluq, ehtiras, 
həvəs, maraq və uyğunlaşmanı eyni nöqtədə birləşdirmiş, 
nəticədə Nizami kimi eşqi dünyanın özünü hərəkətə  gətirən 
qüvvə saymışlar. Çoxsaylı araşdırmalarda daha çox 
müxtəlifliyinə diqqət yetirildiyindən sevginin mahiyyətinə 
nüfüz edilməmiş,  əksər hallarda onun növ və formalarını 
müəyyənləşdirməklə kifayətlənmşlər.  
Qəribə hisslər aşılayan duyğunun dərkinə mifik 
təfəkkürlə başlanmasına baxmayaraq, nədənsə, məhəbbətin 
köklərini dərin qatlarda deyil, mədəni inkişafın  ən yüksək 
mərhələlərində, məsələn,  Şərqdə intibah dövründə  və  Qərbdə 
renesansda axtarmışlar. Lakin eşqin  ən primitiv anlamı 
miflərin dili ilə yozulmuş, ulu əcdad ilk sevgini Göylə Yer, 
Günəşlə Ay arasında göstərmiş, nifrətlə sevincin, işıqla 
zülmətin, ölümlə həyatın qoşa təzahür etdiyini irəli sürmüşdür. 


 
 
 
41
İlkin təsəvvürlərə görə, torpaq öz doğduqlarını – bitkilərin 
toxumlarını  hədsiz dərəcədə sevdiyindən diri-diri udub 
yenidən meydana gətirir. Bu inanc sonralar «Pişik balasını is-
tədiyindən yeyir» şəklində yaddaşlarda atalar məsəlinə 
çevrilmişdir.  
Eşqin insanla əlaqələndirilməsinin izlərinə isə ilk dəfə 
Narsislə bağlı mifdə – gözəl bir gəncin suda öz əksini görüb 
vurulması  və  həsrətdən  əriyib yox olması epizodunda 
rastlaşırıq. Xalq məhəbbəti təsvir və  tərənnüm etmək üçün 
xüsusi epik-lirik janrlar – əfsanələr, mahnılar, bayatılar, eşq 
dastanları düzüb-qoşmaqla onun mənşəyinin dərin qatlarla 
bağlılığını  əsaslandırmışdır. Maraqlıdır ki, folklorda 
məhəbbətin müxtəlifliyi arxa plana keçir və iki insan arasında 
qarşılıqlı şəkildə mövcud olub saflıq, səmimilik, qəlb birliyi, 
gözəllik, vəfa, həya və ismətin təminatçısı rolunu yerinə 
yetirir. Və eşqin tədqiqatçılar tərəfindən müəyyənləşən bütün 
formalarının –  
 
a)
 
romantik eşq,  
b)
 
qəhrəmanlıq eşqi,  
c)
 
platonik eşq, 
d)
 
qardaşlıq eşqi, 
e)
 
valideyn eşqi, 
f)
 
harizmatik eşq, 
g)
 
eşq-ehtiras,  
h)
 
eşq-ehtiyac, 
i)
 
eşq-hədiyyə (buta),  
j)
 
yaxınlara və uzaqlara (qohumlara) qarşı sevgi,  
k)
 
kişi və qadın məhəbbətinin – zəngin xalq yaradıcılığı 
qaynaqlarında özünə yer tapması da onun ilkinliyindən irəli 
gəlir.  
Azərbaycan türklərinin yaratdığı əfsanələri məhəbbətin 
salnaməsi adlandırmaq olar. Ümumiyyətlə, eşq motivlərinə 
folklorun epik ənənəsində geniş yer ayrılır və insanın ən ülvi, 
saf duyğularından biri kimi təqdim olunur. İnanclarda 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə