Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə18/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   14   15   16   17   18   19   20   21   ...   61

 
 
 
57
Eləcə də Nizami yazılı mənbələrdən faydalandığını poe-
manın son fəsillərində («Leylinin vəfatından Məcnunun 
xəbər tutması») açıq-aşkar bildirirdi: 
Bu məşhur misalı yazıya alan 
Əhvalatı tabloya belə yazmışdır.
49
 
Şair «Bağdadlı Salamın ikinci dəfə  Məcnunun yanına 
gəlməsi»  əhvalatının da konkret ünvanını yazılı  mənbələrlə 
bağlayırdı: 
Eşqbazlığın tarix yazanı, 
Ərəb yazılarından belə deyir.
50
 
 
Beləliklə, Nizaminin özünün aşkarlamalarından sonra 
heç bir tədqiqatçının haqqı yoxdur ki, onun bu və ya digər 
mənbəyə üz tutmasına, yaxud tutmamasına etirazını bildirsin.  
Şərqşünaslıqda «Leyli və  Məcnun»un yaranıb yazıya 
alınması problemi elmi təsdiqini tapdığı dövrdə, nədənsə, 
T.Xalisbəyli  əsassız olaraq məcnunluğun tarixini İslamdan 
əvvələ aparıb qəribə mülahizələr irəli sürür və: «Şübhəsiz, biz 
də bir çox başqa müəlliflər kimi, Məcnunun tarixi şəxsiyyət 
olmasına qətiyyən inanmırıq. Çünki bu mövzunun çox 
qədimlərdən, eramızdan  əvvəl (?) mövcud olması 
məlumdur
51
 - hökmünü çıxarıb keçən  əsrin 40-cı illərində 
qələmə alınmış bir məqaləyə söykənərək bildirir ki, 
«Y.Z.Şirvani bir sıra ağlabatan mülahizələrə əsasən «Leyli və 
Məcnun» mövzusunun bizim eradan əvvəl qədim 
Babilistanda  əmələ  gəldiyini, sonra Azərbaycana keçərək 
geniş yayılıb formalaşdığını, daha sonra Orta Asiya 
ərazilərinə yayıldığını qeyd edir».
52
 Burada hər iki alimin 
məsələləri dolaşıq saldıqları göz qabağındadır. Görünür, 
əvvəl onlar, ümumiyyətlə, məhəbbət mövzusunun dünya 
ədəbiyyatında işlənməsinə tarixilik baxımından ekskursiya 
                                                 
49
 Nizami Gəncəvi. Leyli və Məcnun, s. 239 
50
 Nizami Gəncəvi. Leyli və Məcnun, s. 245 
51
 Xalisbəyli T. Nizami Gəncəvi və Azərbaycan qaynaqları. – Bakı, 1991, s 103 
52
 Xalisbəyli T., Göçtərilən əsəri s. 105 


 
 
 
58
etmək istəmişlər. Lakin bu halda da mənşəyini Babilistanla 
məhdudlaşdırıb bir nöqtədə dondurmaqla labirintə düşmüşlər. 
Əslində Nizaminin meydana atdığı 
məcnunluğun 
köklərindən, mənbələrindən danışmağı qarşısına məqsəd 
qoyan T.Xalisbəylinin iddiaları ona görə havadan asılı 
vəziyyətdə qalır ki, o, konkret tarixi şəraitə aid mövzunu 
geniş diapozonda götürüb şərhində  fərziyədən irəli getmək 
imkanını  əldə edə bilməmişdir.  Əlacsız qalıb süni şəkildə - 
araşdırılan hər problemi qədimləşdirmək, daha doğrusu, 
aparıb  əski mədəniyyətlərə bağlamaq tendensiyasına keçmiş 
və bununla da elmi həqiqətdən uzaq düşmüşdür. Çünki 
Məcnunun sevgi qəzəlləri birinci minilliyin sonunda 
əfsanələşəndə məlum köhnəlmiş dünyagörüşünə – insani hiss 
və duyğuların cəmiyyət tərəfindən inkarına qarşı yönəlmişdi. 
Onun zəmininin nə Babil, nə hind, nə  də Misir 
mədəniyyətləri ilə birbaşa  əlaqəsi vardı. Müəlliflərin istinad 
etdikləri klinopislər yarananda Babilistanda qadın-kişi 
münasibətlərinin tamamilə fərqli, xüsusi forması mövcud idi. 
Sonrakı çağların alimləri tərəfindən «fahişə xalq»
53
 möhürü 
vurulan babillilərin qəribə adətlərdən Herodot da bəhs 
etmişdir
54
 Yunan tarixçisinin dövrünün şifahi məlumatları 
əsasında ümumiləşdirib kitabına saldığı  qənaətlər uzun 
muddət mübahisə obyektinə çevrilsə də, müəyyən məqamları 
fakt və  dəlillərlə sübuta yetirilmiş  və  dəqiqləşdirilmişdir. 
Beləliklə, öz qızlarını  şəhər meydanında xüsusi kürsülərdə, 
yaxud məbəddə  əyləşdirib ismətlərini gəlmə  dənizçilərin və 
tacirlərin ayaqları altına atmaqla fahişəliyi 
«müqəddəsləşdirən» Babil cəmiyyətində Leyli bakirəliyindən 
danışmaq ağlabatandırmı?.. 
Məcnunluğun toxumları  İslam mühitində yaşamış  ərəb 
şairinin  şeirləri vasitəsiylə münbit şərait yarananda məlum 
zaman çərçivəsində  səpilmiş, onu İbn-Kütayb,  Əbü-l-Fərəc 
                                                 
53
 Бах: Розанов В.В. Люди лунного света. Метафизика христианства. Второе издание– 
С.Петербургь, 1913 
54
 Гередот. История. В девяти томах. – М., 1999, с. 87-88 


 
 
 
59
İsfahani kimi qələm sahibləri ürəklərdə  əkib yetişdirməyə 
təşəbbüs göstərsələr də, canlandırıb dünyaya çıxara 
bilməmişlər, təkcə Nizaminin qüdrətiylə cücərib qol-budaq 
atmış və əbədi günəş işığına tutulmuşdu. Doğulma prosesində 
gəncəli söz sərrafının gübrə kimi daha çox xalq qaynaqlarına 
– Azərbaycan türklərinin eşq bayatısı, mahnı,  əfsanə  və 
oğuznamələrinə üz tutması isə heç bir şübhə doğurmur. 
Məcnunluq dünyaya İslam pəncərəsindən boylanan yeni 
baxış, təfəkkürdə mühitin məlum olaylarından doğan elə bir 
anlam idi ki, insan ruhunda çevrilişə, köklü dəyişikliyə, 
zülmün, haqsızlığın məhvinə xidmət etmişdi.  
Bu mənada T.Xalisbəylinin Y.Z.Şirvaninin obyektiv sə-
bəblərə görə diqqətdən kənarda qalmış dolaşıq 
mülahizələrini
55
 elmi dəlil kimi ətraflı şərhi təəssüf doğurur. 
Çünki «Leyli və  Məcnun»un mənşəyini  İslamdan qabağa 
aparmaq Nizaminin aşıladığı ideyanı  və  məcnunluğun 
mahiyyətini heçə endirmək deməkdir. «Babilistan varantına 
əsasən Kis (Qeys) müvəffəqiyyətlə öz sevgilisi ilə birləşir. Bir 
azdan sonra Kis (Qeys) başqa bir qadına vurularaq Lilakesə 
(Leyliyə) xəyanət edir. Axırda Kis (Qeys) Lilakesi (Leylini) 
ataraq ölümünə səbəb olur».
56
  
Bu fikirlərdə Babil klinopisindən götürülən, miflərdən 
yoğrulmuş  əhvalatın «Leyli və  Məcnun» mövzusunun ilkin 
yazılı variantı kimi verilməsi gülünc görünür və  əslində 
Nizaminin tarixi xidmətinin üstünə kölgə salır. Birincisi, ona 
görə ki, xəyanət, dönüklük, əxlaqsızlıq olan yerdə 
məcnunluqdan danışmaq həqiqətə uyğun deyil. İkincisi, Kisin 
istədiyi qadınlarla «müvəffəqiyyətlə birləşməsi» və Lilakesi 
asanlıqla özgəsi ilə  dəyişməsi məhz Herodotun göstərdiyi 
qəribə adətdən irəli gəlirdi, tamamilə başqa motivdir, daha 
doğrusu, Leyli-Məcnun sevgisinə ziddir. Hiss olunur ki, 
tədqiqatçılar qəhrəman adlarındakı zahiri səsləşməni (Kis – 
                                                 
55
Şirvani Yusif Ziya. «Leyli və  Məcnun»  əsərinin meydana gəlməsi məsələsinə dair. 
«Nizami» almanaxı, Üçüncü kitab – Bakı, 1941, s. 120-126 
56
 Xalisbəyli T. Göstərilən əsəri, s. 105-106 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə