Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə23/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   19   20   21   22   23   24   25   26   ...   61

 
 
 
73
“Xosrov və  Şirin” Azərbaycan xalqının daxilində 
yaşamış olan qədim və gözəl əfsanədən qüvvət almışdır. “Öz 
yurdunun qaynaqlarından bu əfsanəni götürmüş olan Nizami 
“Xosrov və Şirin” macərasının bədii surətlərini yenə xalqına 
deyil, bütün dünya xalqlarına qaytarmış oldu” (M.Rəfili).  
Nizami  əsərlərində Azərbaycan xalq dastanları  və 
nağılları yeni məzmun və forma almış, dovrün bütün 
hadisələri ilə  səsləşdirilmişdir. Bütün bunlar xalq bədii 
təfəkkülünü inkşafına əhəmiyətli təsir göstərmişdir. 
N.Gəncəvi bir çox Azərbaycan atalar sözü və 
məsəllərini, aforizmlərini fars dilinə  tərcümə etmiş,  şeirin 
tələbinə uyğun olaraq öz əsərlərində geniş  şəkildə istifadə 
etmişdir. Dahi şair xalq yaradıcılığı numunələrindən istifadə 
etməklə  bərabər, özudə yeni aforizmlər, hikmətli sözlər 
yazmışdır: “Ot kökü üstündə bitər”, ”Pişik balasını 
istədiyindən yeyər”, “Söyüd ağacı bar verməz”, ”Qoyunu 
qoyun ayağından asarlar, keçini keçi”, “özgəyə quyu qazan 
özu düşər” və s. 
Deməli, Nizami həm Azərbaycan şifahi xalq ədəbiyya-
tından ustalıqla faydalanmış, həm də onun inkişafına güclü 
təsir etmişdir. Nizaminin əsərləri əsasında yaradılan müxtəlif 
şifahi xalq ədəbiyyatı variantları da buna aydın sübutdur. 
Epos yaradıcılığının son mərhələsində  qədim epos və 
dastanlarla yanaşı, yeni dastanların yaranmasında Nizaminin 
“Xəmsə”si tükənməz bir xəzinə, qida mənbəyi rolunu 
oynamışdır. Ayrı-ayrı aşıq məktəblərinin, o cümlədən Gəncə-
Şəmkir, Göyçə-Borçalı,  Şirvan-Muğan aşıq məktəblərinin 
təsiri ilə neçə-neçə yeni, dərin mündəricəli dastanlar 
yaradılmışdır. “Leyli və  Məcnun”, “Fərhad və  Şirin”, 
“Şahzadə  Bəhram”, “Məmməd və Güləndam” və başqaları 
bunun ən yaxşı numunələridir. Bunlardan “Leyli və Məcnun” 
dastanı Nizaminin eyni adlı poemasından, “Fərhad və Şirin” 
dastanı isə şairin “Xosrov və Şirin”indən, “Şahzadə Bəhram” 
və “Məmməd və Güləndam” isə Nizaminin “Yeddi gözəl” 
əsərindən qidalanaraq formalaşmışdır. 


 
 
 
74
Nizami və folklor mövzusu müasir dövrdə bir çox tədqi-
qatçıların araşdırma mövzusu olmuşdur. Onlardan biri də gör-
kəmli folklorşünas alim Sədnik Paşa Pirsultanlıdır. O, bir folk-
lorşünas alim olaraq xalq yaradıcılığının ən müxtəlif sahələrinə 
dair tədqiqatlar aparmışdır və onun tədqiqatlarının mühüm bir 
cəhəti də ondan ibarətdir ki, apardığı  təhlillər konkret olaraq 
topladığı materiallara əsaslanır.  Şifahi qaynaqların zənginliyi 
Sədnik Paşa Pirsultanlının  əsərlərini səciyyələndirən  əsas 
cəhətlərdəndir. 
Xalq yaradıcılığının yaddaşlarda yaşayan yadigarlarına 
yaxından bələd olan Sədnik Paşa Pirsultanlı onları yazılı qay-
naqlarda dərhal müəyyənləşdirir və  hər kəsdən daha sərrast 
seçə bilir. Folkloru yaddaşlardan itkisiz və qalıqsız bir şəkildə 
toplayıb öyrənən alim həm də uzun illər  ərzində fenomenal 
bir folklor yaddaşına malikdir. Bu zəngin ehtiyat ona imkan 
verib ki, o, elmi problem kimi folklor və ədəbiyyat əlaqələrini 
mükəmməl bir şəkildə araşdırsın. Bu xalis elmi bir 
problemdir və filoloji araşdırmalarda aktuallığını saxlayır. 
Digər məsələ isə milli təəssübkeşlik məsələsidir.  
Folklorun milli düşüncənin ifadəsi olduğunu diqqətdə 
saxlayan alim Nizami irsində Azərbaycan xalq yaradıcılığının 
ən müxtəlif janrlarını  aşkarlamaqla onun təkcə  əsərlərinin 
deyil, eyni zamanda düşüncəsinin türk milli dəyərlərindən 
qaynaqlandığını  və ya başqa sözlə onun türklüyünü 
aydınlaşdırmışdır. Bunun üçün onun istifadə etdiyi folklor 
qaynaqları içində əfsanələrin xüsusi yeri vardır. Əfsanələr bir 
folklor janrı olaraq mifə çox yaxın olan mətnlərdir.  Əslində 
əfsanə gerçəkliyin mifoloji izahıdır. Amma bununla yanaşı 
əfsanə özündə mifoloji dünya modelini əks etdirən mühüm 
mətn qaynağıdır. Bu mətnlərdən milli düşüncə  bərpa oluna 
bilir. Eyni zamanda əfsanədə tarix, coğrafiya, etnoqrafiya və 
s. bu kimi məlumatlar da spesifik şəkildə mövcud olur. Bu 
mənada  əfsanə bir janr olaraq folklorşünaslığın ciddi 
problemidir.   


 
 
 
75
“Azərbaycanda  ən qədim zamanlardan əfsanələr 
toplanıb sistemə salınmamış, öyrənilməmişdir. Eradan əvvəl 
V  əsr yunan tarixçisi Heredotun əsərində  məzmunu verilən 
Midiya  əfsanələri göstərir ki, Azərbaycanda folklorun bu 
janrı çox qədim bir tarixə malik olmuşdur. Azərbaycanda 
əfsanələr ilk dəfə e.ə. V əsrdə  qələmə alınsa da, bu sahədə 
Azərbaycanlıların daha qədim bir ənənəyə malik olduqları 
aydındır. Bunu Heredotun göstərdiyi  əfsanələrlə yanaşı, 
indiyə  qədər respublikamızın müxtəlif rayon və  kəndlərində 
yaşayan çoxsaylı əfsanələrin məzmunu və xarakteri də təsdiq 
edir. Bu əfsanələrin bir qismi məzmunu və surətləri ilə çox 
qədim dövrlərin baxış  və görüşlərinə bağlıdır”.  Əfsanələrin 
hələ əski zamanlardan yazıya alınması onlar üzərində tədqiat 
aparmaq imkanlarını bir qədər asanlaşdırır. Çünki belə 
olduqda yazılı qaynaqla şifahi yaddaşda yaşayan oxşar 
nümunələri müqayisə etmək imkanı yaranır. 
“Sonrakı dövrlərin epik poeziyasında, o cümlədən 
Nizaminin əsərlərində istər Heredotun nəql etdiyi əfsanələrin, 
istərsə  də digər qədim  əfsanələrin izlərinə rast gəlirik. 
Ümumiyyətlə, folklorla qüvvətli  şəkildə bağlı olan Nizami, 
əfsanələrdən daha çox istifadə etmiş, ecazkar sənətini xalq 
əfsanələrindən aldığı kiçik süjetlərlə 
bəzəmiş, 
ümumiləşdirmiş, qüvvətləndirmiş, xalqa yaxınlaşdırmışdır. 
Məhz buna görə də yazılı epik poeziyanın əfsanələrlə əlaqəsi 
məsələsini aydınlaşdırmaq üçün Nizami yaradıcılığı  zəngin 
material verir. Bu mütəfəkkir şairin əsərlərində əfsanələrdən 
yerli-yerində istifadələrin xarakterini açmaq, faydalı 
nəticəsini göstərmək müasir ədəbi proses baxımından da 
faydalıdır. Bunları nəzərə alaraq, biz burada daha çox Nizami 
və Azərbaycan şifahi ədəbiyatı problemi üzərində dayanmaq 
istərdik”. Problemə ciddi tədqiqatçı münasibəti və  zəngin 
məlumat ehtiyatı alimə uğurlu nəticələr almaq imkanı təqdim 
edir. Bunun üçün alim əsas yanaşma istiqamətlərini 
müəyyənləşdirir.  


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə