Şahhüseynova sevinc asiF qızı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə34/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   ...   30   31   32   33   34   35   36   37   38

 

 

53



mənfi təsir göstərirsə, kütləvi işsizliyə  səbəb olursa, yaxud digər mənfi hallar yaradırsa, onda alim bu kəşfi üzə 

çıxarmamalı, ilk növbədə öz vətəndaşlıq borcu haqqında düşünməlidir. Buna görə də müasir dövrdə alimlərin peşə 

etikasının ən mürəkkəb problemi elmi kəşf və elmi nailiyyətlərdən istifadə zamanı onların əxlaqi məsuliyyətidir. 

Elm sahəsində  ən böyük əxlaqsızlıqlardan biri – plagiatlıqla (yəni başqalarının  əsərlərini, fikir və ideyalarını öz 

adına çıxmaq) məşğul olmaqdır.  

Məşhur rus rejissoru K.S.Stanislavskinin «Etika» adı ilə çap edilmiş, əslində isə «Aktyorun öz üzərində işi» 

adlanan kitabına daxil olan artistlik etikası və teatr işinin təşkili haqqında yarımçıq qalmış məqalələri səhnə etikası 

ilə  əlaqədar məsələlərə  həsr edilmişdir. Gündəlik formasında olan bu yazılar uzun illərin qeydləri nəticəsində 

meydana gəlmişdir. Stanislavski hesab edirdi ki, bütün sahələrdə oolduğu kimi, incəsənətdə  də «qayda, intizam, 

etika və s. lazımdır» (97, s.18).  

Bədii yaradıcılıq və etika məsələləri müasir dövrdə  də  tədqiqatçıların diqqətini cəlb edir. Prof. Timuçin 

Əfəndiyev «Azərbaycan dramaturgiyasında metodlar» adlı ktiabının «Yaradıcılıq etikası və teatr» bölməsində bu 

problemlə əlaqədar öz fikirlərini belə şərh edir: «Müasir teatrda yaradıcılıq etikası istedadın potensial imkanlarını 

üzə  çıxarmağa, onun təlqin gücünü artırmağa, sənətkarlığın inkişafına fəal təsir göstərir, istedadla zəhmətin 

qarşılıqlı  əlaqəsini yaratmağa imkan verir. Etika rejissorun, aktyorun mənəvi fəaliyyət kodeksi, yaradıcılıq 

qanuniyyəti, davranış qaydaları, ünsiyyət və düşüncə tərzidir. Etika sənətkarın bacarıq və istedadlarının imkanlarını 

artırır, həyata obrazlı münasibəti sahmanlayır,  əmək intizamını yüksəldir. Aktyor etikası yaradıcını ardıcıllıqla 

təkmilləşdirməyə, sənətkar kimi tədricən formalaşmağa vadar edir. Başqa sözlə, sənət etikası kollektiv yaradıcılıq 

prosesində sənətkarın üslubunu müəyyən edir, onu məqsədli səmtə yönəldir, onun şəxsiyyətini, yaradıcılıq idealını 

ifadə edir. Səmərəli yaradıcılıq mühitinin yaranmasında, dərin məzmunlu obrazların canlandırılmasında fəal iştirak 

edir. Teatrda aktyor etikası  səhnənin yaradıcılıq qanunudur. İstedadın ifadə  tərzi, işə munasibəti, təfəkkür və 

hisslərin tərbiyə prosesidir» (11, s.462). 

Digər anlayışlar kimi, peşə etikasının da spesifik anlayışları var. Məsələn, peşə borcu, peşə  şərəfi, peşə 

ləyaqəti, peşə ədaləti, peşə nəzakəti və s.  

Peşə  əxlaqının özünəməxsus prinsipləri də mövcuddur. Bunlardan humanizm prinsipi, peşə optimizmi 

prinsipi, vətənpərvərlik prinsipi və s. daha mühüm əhəmiyyət kəsb edir. Humanizm prinsipi peşə etikasının bütün 

sahələrinə aid olub, hər bir insanın şəxsiyyətinə hörmətlə yanaşmağı tələb edir. Bu prinsip insana utilitar, yəni hər 

hansı, hətta kifayət qədər mühüm məqsədlərlə  əlaqədar yanaşma ilə daban-dabana ziddir. Humanizm prinsipinin 

dərk edilməsi rəhbər işçilər, hüquq-mühafizə orqanları  əməkdaşları  və  fəaliyyətini uşaqlara məhəbbət üzərində 

quran müəllimlər üçün daha vacibdir. Bu prinsip optimizm prinsipi ilə uzlaşır. Məsələn, müəllim, himayəsində olan 

balaca vətəndaşları öz qüvvələrinə  və  gələcəyə inamı olmadan tərbiyə edə bilməz. Müxtəlif islahedici müəssisə 

işçiləri üçün də optimizm olmadan fəaliyyət göstərmək çətindir. Rəhbər işçinin də əgər insanlara inamı olmazsa, 

planlarının reallaşması  qəlizləşər. Belə inam digər peşə sahiblərinə – həkimlərə, müəllimlərə  və başqalarına, 

həmçinin onların tabeçiliyindəkilərə hava və su kimi lazımdır. 

Peşələrin əksəriyyəti, xüsusən insanla bilavasitə əlaqədar olanlar yüksək ideyalardan qidalanmalıdır. Buna 

görə də peşə etikası vətənpərvərlik ideyalarını da özündə əks etdirməlidir. Peşə əxlaqının əsas prinsiplərindən olan 

vətənpərvərlik prinsipi nəinki öz ölkəsinə, hətta digər ölkələrə və xalqlara da diqqət və hörmətlə yanaşmağı tələb 

edir. 


Beləliklə, peşə  əxlaqının  əsas anlayış  və prinsipləri onun özəyini təşkil edir ki, bu da müxtəlif həyat 

şəraitlərində yeni məzmunla zənginləşir.  

 

 

 



 

 

 

 

 

 

 


 

 

54



NƏTİCƏ 

 

Respublikamızın müstəqillik əldə etməsi digər sahələrlə yanaşı, tədrisdə də özünü büruzə vermiş, bir çox 



proqram və dərsliklər, o cümlədən «Etika» müəyyən dəyişikliyə uğramışdır. Cəmiyyətdə baş verən ictimai-siyasi 

dəyişikliklərlə  əlaqədar  əvvəlki dövrlərdə  tərtib edilmiş  dərsliklər artıq bu günümüzlə  səsləşmir. Bu baxımdan, 

təqdim edilən dərslik, göründüyü kimi, nəinki əvvəlkiləri təkrar etmir, hətta aktuallığını itirmiş bir sıra mövzular 

tamamilə proqramdan çıxarılaraq sırf elmi mövzularla əvəz edilmişdir. Məsələn, ədəbiyyat siyahısında adı çəkilən 

əvvəlki illərin dərsliklərinin mündəricatlarına baxsaq, belə mövzulara rast gələrik: «Kommunizm quruculuğunun 

əxlaq kodeksi», «Proletar əxlaqı», «Kommunist əxlaqının əsas prinsipləri», «Marksizm-leninizm əxlaqın mahiyyəti 

və  təbiəti haqqında», «Marksist etikanın yaranması  əxlaq nəzəriyyəsində inqilabi çevrilişdir», «Kommunist və 

burjua  əxlaqının  əsaslı  fərqləri», «Sosializmdə  əməyə  və ictimai mülkiyyətə kommunist münasibəti», 

«Kommunizm işinə  sədaqət», «Sovet vətənpərvərliyi və sosialist beynəlmiləlçiliyi», «Kommunist humanizmi», 

«İnkişaf etmiş sosialist cəmiyyəti əxlaqının aktual problemləri», «İnkişaf etmiş sosialist cəmiyyəti şəraitində əxlaq 

tərbiyəsinin məqsəd və  vəzifələri», «Vladimir İliç Lenin gənclərin kommunizm ruhunda tərbiyə edilməsinin 

əhəmiyyəti haqqında», «Kommunist əxlaqının kateqoriyaları», «Kommunist əxlaqı və məişət», «Kommunist əxlaq 

tərbiyəsi», «Kommunizm quruculuğu dövründə  əxlaq tərbiyəsinin məzmunu, yolları  və vasitələri», «Kommunist 

əxdaqının yaranması və inkişafı», «Marksist-leninçi etika əxlaqın inkişaf qanunauyğunluqları haqqında», «Sinifli 

cəmiyyətdə əxlaqın sinfi xarakteri və əxlaqi qiymətləndirmə meyarı», «Kommunizmin mənəvi idealı», «Sosialist 

cəmiyyəti  şəraitində kollektivçilik», «Kommunist əxlaqı  bəşəriyyətin mənəvi tərəqqisində  ən yüksək pillədir», 

«Kommunizm uğrunda mübarizədə  zəhmətkeşlərin həmrəyliyi, kollektivçilik prinsipi», «Sosialist humanizmi və 

onun müxtəlif etik prinsiplərlə  əlaqəsi», «Marksizm-leninizm əxlaqın sosial-qtisadi əsasları haqqında», 

«Kommunist ideyalılığı və sosialist kollektivçiliyi. Dünyanı kommunistcəsinə görmə», «Kommunist humanizminin 

obyektiv  əsası», «Sosializmdə  əməyin  əxlaqi dəyəri», «Sosialist əxlaq sistemi», «İnkişaf etmiş sosialist 

cəmiyyətində  əxlaqi münasibətlər», «Sov.İKP-nin tərbiyə prosesinə  rəhbərliyi», «Kapitalizmin ümumi böhranı 

dövrünün etikası. Sərvətlərin böhranı», «Sosialist əxlaqının yaradıcı-tənqidi rolu», «Kommunist və burjua 

ideallarının toqquşması», «Etikada əsas antikommunizm uydurmaları», «Kommunist əxlaqi  əqidəliliyinin yanlış 

şərhi», «Kommunist əxlaqının «qurban» xarakteri haqqında uydurma». 

«Derlər var sübh» deyən Füzuli optimizminə qoşularaq nə vaxtsa fəlsəfi elmlərin yenidən dirçəlməsi və 

bütün ali məktəblərdə yalnız «Fəlsəfə»nin tərkibində deyil, ayrı-ayrı  fənlər kimi tədris olunacağını arzulayırıq. 

Bütün elmlərin fəlsəfi dünyagörüşdən törədiyini və fəlsəfənin «elmlərin sələfi» olmasını unutmayaraq, bu və digər 

fəlsəfi elmlərin gənc nəslin intellektual və əxlaqi-estetik tərbiyəsində böyük rol oynadığını, müasir insanın fəlsəfi 

təfəkkürünün onun müxtəlif növ fəaliyyətinə təsirini nəzərə almaq lazımdır. 

 

 



 

 

 

 

 

 

 

 

 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə