Şahhüseynova sevinc asiF qızı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə30/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   ...   26   27   28   29   30   31   32   33   ...   38

 

 

48



«İnsan yeganə heyvandır ki, onun varlığı özü üçün problemə çevrilir, o, bu problemi həll etməlidir və ondan heç 

yerə qaça bilməz» (86, s.81). 

Keçmişini və gələcəyini, özünü və ətrafdakıları, etdiyi hərəkətləri və gətirə biləcəyi yenilikləri düşünməyən 

adamın həyatını mənalı hesab etmək olmaz. İnsan təbiətən praktik məxluqdur. O qarşısına məqsəd qoyur və onlara 

çatmağa çalışır. Məqsəd və  vəzifələrsiz insan heyvana çevrilir. İnsan öz inkişaf və  fəaliyyət perspektivlərini, 

həyatının məqsədini, nəyə əsaslanmalı olduğunu başa düşməli, bilməli və görməlidir. 

Həyatın mənası və həyatın məqsədi anlayışları bir-biri ilə sıx bağlı olsa da eyniyyət təşkil etmir. Həyatın 

mənası – insanın istəyindən asılı olmayaraq obyektiv şəkildə mövcuddur. Həyatın məqsədi – daxili, şəxsi və 

konkret olub, insanın özü tərəfindən qoyulur. Bu, hər hansı peşəyə yiyələnmə, konkret bir işdə hansısa nəticəni əldə 

etmə  və s. ola bilər.  İnsanın bütün həyatının məqsədi ayrı-ayrı konkret hissələrdən ibarət ola bilər ki, bunun da 

məcmusu bütöv bir proqram təşkil edir. Şüurlu surətdə qarşıya qoyulmuş  məqsədin  əxlaqi tərəfi onun həyatın 

mənasına olan münasibəti ilə ölçülür. 

Bütün tələbatları birdən yerinə yetirmək mümkün deyil. Böyük və kiçik məqsədlər mövcuddur. Kiçik 

məqsədlər yaxın, bilavasitə, birgünlük olduğu halda, böyük məqsədlərə çatmaq üçün insan bəzən bütün ömrünü 

həsr etməli olur. Məsələn, dissertasiya müdafiə etmək, milyon dollar toplamaq, Amerikaya getmək, özü üçün 

ayrıca ev almaq və s. Bunlar məqsəd-ideallardır. Həyatın mənası ayrı-ayrı  məqsədlərin  əhəmiyyətliliyi ilə yox, 

insanın bütün həyat boyu davranışı, götürdüyü istiqamətlə müəyyənləşir. 

Bəzən insanın məqsədi  şəxsi mənfəət çərçivəsindən, karyeradan «o yana» getmir. Hətta  əxlaqa zidd 

məqsədlər də olur ki, bunlara bəraət qazandırmaq mümkün deyil. Lakin belə  də düşünmək düzgün olmazdı ki, 

həyatın mənası guya yalnız ictimai rifahla bağlı olmalıdır. Cəmiyyət ayrı-ayrı fərdlərdən ibarət olduğu üçün hər bir 

insanın səadəti mühüm əhəmiyyət kəsb edir. Hər bir insan ilk növbədə özü, öz şəxsi xoşbəxtliyi barədə 

düşünməlidir. Cəmiyyətin xoşbəxtliyi ali məqsəd olduğu halda, fərdin xoşbəxtliyi son məqsəddir. 

Həyatın mənası anlayışı sosial amillərlə yanaşı şəxsi həyatda baş verən bəzi hadisələrlə də bağlıdır. Bura 

yaxın adamların itirilməsi, şəxsi həyatdakı qəfil dəyişikliklər, müəyyən yaş dövrü və s. aiddir. Bu zaman yüksək 

əxlaqi dəyərlərə söykənmək zəruridir. Çünki belə olduqda insan istər-istəməz xeyir, şər,  ədalət, borc haqqında 

düşünür və bunları öz həyatı, taleyi, plan və ümidləri ilə əlaqələndirir. Həyatın mənasız olduğunu dərk edən insan 

mənəvi cəhətdən sarsılır,  əsəbləri pozulur. Əlbəttə, həyatın mənası haqqında düşünmək və narahat olmaq 

qabiliyyəti bütün insanlarda eyni deyil. Bu, insanın peşəsindən, iş qabiliyyətindən və başqa keyfiyyətlərindən asılı 

deyil. 

İnsanın mənəvi həyatında belə bir fikir əsas rol oynayır ki, həyatın mənası var və son məqamda xeyir şərə 



qalib gəlməlidir. Bu inam olmasa (hətta zəif formada) insan həyatı ağır, məşəqqətli, yorucu və əzablı keçər. 

İnsanın həyatı onun yaşadığı illərin sayı ilə yox, məzmunu ilə, ətrafdakılara münasibəti, cəmiyyətə verdiyi 

xeyirlə, əxlaqi keyfiyyətləri, həmçinin şərəfi, namusu, vicdanı, ləyaqəti ilə qiymətləndirilir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

49



 

 

IV FƏSİL 

TƏTBİQİ ETİKA 

 

4.1. TƏTBİQİ ETİKA NƏYİ ÖYRƏNİR 

 

İnsanın biliyinin və texnoloji imkanlarının inkişafı etik problemlərin də sayca çoxalmasına səbəb 

olduğundan biologiya, fizika, kimya, təbabət və digər elmlərin nailiyyətlərinin  əldə edilməsində etik təfəkkür də 

iştirak edir. Bu, etikanın da bir elm kimi müəyyən dəyişikliyə uğramasına səbəb olur. Təbabət, siyasət, ekologiya, 

biznes və s. kimi müxtəlif sahələri məhz etika, daha doğrusu, bunlarda mövcud olan ortaq etik problemlər 

birləşdirdiyi vaxt etikanın yeni sahəsinin – «Tətbiqi etika»nın meydana gəlməsinə ehtiyac yarandı. 

«Tətbiqi elm» termini ilk dəfə təbiətşünaslıqda fundamental elmlərin tərkibində yaranıb, sonra humanitar 

elmlərə, o cümlədən fəlsəfə və etikaya keçib. Bunun üçün həmin elmlərin nəzəri hissələri həddindən artıq inkişaf 

etməli və praktikadan uzaqlaşmalı idi. Nəzəriyyə  və praktika arasında fərqi ilk dəfə klassik alman fəlsəfəsinin 

banisi İ.Kant görərək «təcrübi zəkanı» əxlaqi idrak və davranışın sinonimi kimi işlətmişdir. Kanta qədər etikanın 

əsaslandırılması müxtəlif empirik-hedonist, utilitar (həzz prinsipinə, mənfəət prinsipinə  əsaslanmaq) üsullarla 

əlaqədar idi. İlk dəfə olaraq Kant etikanın nəzəri  əsaslandırılmasının mümkünlüyünü sübut etmişdir. Məhz bu 

səbəbdən Kantı «Tətbiqi etikanın» ilk nümayəndəsi hesab etmək olar. (69, s.7).  

L.V.Konovalovanın eyni adlı kitabında tətbiqi etika müəyyən təsnifat çərçivəsində verilərək «Metaetika», 

«əxlaqın sosiologiyası», «əxlaqın psixologiyası» ilə birlikdə «normativ etikanın» tərkibinə daxil edilmişdir. 

Halbuki neopozitivizm tərəfdarları üçün «metaetika» və «normativ etika» anlayışları bir-birinə  əks qütblərdir. 

Neopozitivist nöqteyi-nəzərə görə, metaetika əxlaqi mühakimə  və terminlərin mənasının izahı,  əxlaqın məntiqi 

təhlili ilə kifayətlənməlidir. Yəni metaetika, əxlaq problemlərindən azad, sırf elmi nəzəriyyə, normativ etika isə 

əxlaqi qiymətləndirmə (yəni  əxlaqın praktik məsələləri,  əxlaqi fəaliyyət) ilə bağlı olub qətiyyən elmi xarakter 

daşıya bilməz.  

Müasir dövrdə  tətbiqi etikanın  əhatə dairəsi genişdir: bioetika, ekoetika, biznes etikası, pedaqoji etika, 

hüquqi etika, siyasi etika, parlament etikası, incəsənət etikası, hərbi etika, senzura etikası, kompyuter etikası və s. 

Bu sahələrin hər biri öz növbəsində kifayət qədər müstəqil olub, özünəməxsus problematikaya malikdir. Məsələn, 

bioetikada «gen mühəndisliyi», «klonlaşdırma», «surroqat (saxta, əvəzedici) analıq»; ekoetikada «təbiət və onun 

hüquqları», «atılmışlar»; hüquqi etikada «şpionaj», «ölüm hökmü»; kompyuter etikasında robotlardan insan 

əməyinin əvəzedicisi kimi istifadə edilməsi; tibbi etikada evtanaziya, abort, insan orqanlarının transplantasiyası və 

s. problemlər mövcuddur.  

İnsanın özünün bir fərd kimi cəmiyyətdə real statusunun dəyişməsi və bununla əlaqədar dövlətin onun 

hüquqlarının qorunmasına təminat verməsi, inkişaf etmiş texnologiyanın insanın sağlamlığına və rifahına xidmət 

etməsi və s. tətbiqi etikanın inkişafı ilə  əlaqədardır.  Əxlaqın insanların milliyəti, mədəniyyəti, peşəsi və s. ilə 

əlaqədar dəyişməsi tələbatı da bu qəbildən olan problemlərin yaranmasına səbəb olur. Bu problemlər içərisində 

peşə etikası özünəməxsus əhəmiyyət kəsb edir.  



 

 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə