Şahhüseynova sevinc asiF qızı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə28/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   ...   24   25   26   27   28   29   30   31   ...   38

 

 

46



haqqında deyir ki, gənclik çağlarında öz əqlimə tamamilə inanırdım, nöqsanlı olduğumu heç vaxt ürəyimə 

gətirmirdim. Rəyimə müvafiq olmayan bir işi, öz istəyimin  əksinə  nəticələnən bir məsələni özgəsindən bilərək, 

zəmanə adamlarını  təqsirləndirirdim. Hərçənd ki, onlar da günahsız deyildilər. Lakin onların günahı  mənim 

düşündüyüm qədər deyildi. Getdikcə tədqiqatım və təcrübəm artdı. Öz əqlimin dərəcəsinə şübhə etməyə başladım, 

bilmədiyim nöqsanlar yavaş-yavaş meydana çıxdı. Nəhayət, zövqümün xoş bir çağında və yabançılardan uzaq 

olduğum bir zamanda insafı hakim edərək özümün xasiyyət və rəftarımı bir-bir nəzərdən keçirdim. Məlum oldu ki, 

mənim təsəvvürlərim puç imiş, nəfsimin və şəhvətimin təsiri altında imiş. Yaxşı sandığım şey mənim halıma uyğun 

deyilmiş. Zehnim və zirəkliyim xudbinliyimə qalib gəlmiş olsaydı, bu gün xatırladıqda, peşmançılığını çəkdiyim 

işləri görməzdim.  

Bakıxanov məsləhət görmüşdü ki, elm və kamalımızın nöqsanları olduğunu bildikdən sonra, insan gərək öz 

elm və etiqadına arxayın olmasın. İşin dal-qabağını dərin düşünmədən ona əl atmasın; əqli tədqiqatını, dünyanın 

böyük adamlarının və xalqlarının görkəmli alimlərinin rəyləri ilə tətbiq etsin və ümuminin faydasına olan işi qəbul 

etməkdən utanmasın. Çünki bizim heç bir işimiz təqlidsiz olmamalıdır, heç olmazsa pisliyə və zərərə səbəb olan işə 

deyil, ümuminin faydasına olan iş təqlid edilsin.  

Maraqlıdır ki, Abbasqulu ağa Bakıxanov təvazökarlıq və sadəlikdən danışarkən, sadəliyi prinsipsizlik, 

acizlik dərəcəsinə endirməməyi tələb etmişdir. O yazırdı ki, həlimliyin acizlik, təvazökarlığın isə alçaqlıq 

dərəcəsinə gəlib çıxmasından saqınmaq lazımdır. Ancaq acığı və vüqarı, yeri gəldiyi vaxtda, bədəni qorumaq üçün 

alət etmək lazımdır. Çünki, bir çoxları bir nəfəri aciz gördükdə onu incitməyə tələsirlər» (16, s.234-235).  

Z.Göyüşov özü isə belə hesab edir ki, «…xoşbəxtlik – əxlaqi ideal və arzu ilə sıx surətdə bağlıdır. Əxlaqi 

ideal və arzu insanın xoşbəxtliyinin mühüm tərkib hissəsi olmaqla bərabər, həm də qiymətli əxlaqi sərvət xarakteri 

daşıyır.  İdealsız, arzusuz, məqsədsiz, gələcəyə inamsız mənalı insan həyatı  təsəvvür etmək çətin olduğu kimi

bunlarsız əsl xoşbəxtlik də mümkün deyil» (16, s.290). 

İnsanın həyatı yalnız sevincdən yox, kədərdən də ibarətdir. Xoşbəxtlik kimi bədbəxtlik də dərin həyəcanla 

müşayiət olunur. Lakin xoşbəxtlik fəlsəfi anlayış olduğu halda, bədbəxtlik fəlsəfi anlayış deyil. Psixoloqlardan 

fərqli olaraq filosoflar bədbəxtlik haqqında müzakirə açmırlar. Ona görə yox ki, onlar insan həyatına biganədirlər, 

sadəcə olaraq xoşbəxtlik anlayışı, onlara görə, ideala yaxındır. İnsanlar xoşbəxtliyi uğurdan ayıra bildikləri kimi

bədbəxtliyi də şansın reallaşmamasından, bəxti gətirməməkdən fərqləndirməyi bacarırlar. Bəzən adi danışığımızda 

dərdi, bəlanı, dərin həyəcanları bədbəxtlik kimi tələffüz etsək də, bunun əsl bədbəxtlik olmadığını başa düşürük. 

Bədbəxtlik – fəciədir. Bu zaman insan öz istəklərini həyata keçirmək imkanından obyektiv və ya subyektiv 

səbəblər üzündən məhrum olur. Bəziləri hesab edirlər ki, iztirab çəkməyən adamlar xoşbəxtdirlər. Lakin bu, 

insanlıqdan uzaq haldır.  İnsan qəlbi özgə iztirablarını başa düşməli, onlara şərik çıxmağı bacarmalı, imkan 

dairəsində kömək etməyə meylli olmalıdır. Yalnız iztirablarla qarşılaşdıqdan sonra insan həyatın rəngarəngliyini, 

onun yalnız sevincdən deyil, kədərdən də ibarət olduğunu dərk edir. Bədbəxtlik bəzən bəxti gətirməkdən daha çox, 

insanın pis xasiyyətli olmasının nəticəsidir. Heç kim səhv buraxmaqdan, günah işlətməkdən, xəstəliyə tutulmaqdan, 

pis adamların ona vuracağı zərbədən və yaxın adamlarını itirməkdən sığortalanmayıb. Bədbəxtliyin səbəbi də çox 

vaxt elə bunlar olur. Hər adamın həyatında sevincli və kədərli günlər mövcuddur. Xoşbəxtliklə bədbəxtlik bir-birini 

istisna etmir. Eyni cəmiyyətdə hamının eyni dərəcədə xoşbəxt olması mümkün deyil. Rəqiblərdən hansınınsa 

xoşbəxtliyi digərinin bədbəxtliyinə  səbəb ola bilər. Çox vaxt insanlar xoşbəxtlikdən danışarkən yalnız  şəxsi 

xoşbəxtliyi nəzərdə tuturlar. Çoxları isə hesab edirlər ki, insan məhz öz borcunu yerinə yetirdikdə xoşbəxt olur.  

Bəzən həyatda insanın elə halları olur ki, o, cəmiyyət tərəfindən qınanılan və özünə heç bir zaman layiq 

bilmədiyi hərəkətləri etmək istəyir. Hətta özü elə vəziyyət yaradır ki, qanun-qaydaya riayət etməli olmasın. Bunu 

bir anlıq gözünün önünə gətirən insan özünü müstəqil və sərbəst hiss edir. O, hətta öz adətlərinə, vərdişlərinə də 

riayət etmir. Bəzi xalqların mədəniyyətində belə hallar üçün xüsusi şərait mövcuddur. Bu cür kütləvi formalardan 

biri karnavallardır. Karnaval zamanı insan maska taxır və tanınmayacağına əmin olduğu üçün özünü sərbəst aparır, 

istədiyi hərəkətləri edir və öz məqsədlərinə çatmaq üçün yollar axtarır. Belə «sərbəstliyə çıxma» iri həcmli tədbir 

olan karnavallarla yanaşı, kamera xarakteri daşıyan kiçik formalar, məsələn, lətifələr vasitəsilə də həyata keçirilir. 

Lətifələrin köməyilə «sarı simə» toxunan, çox incə mövzuların gülüş vasitəsilə ifşa olunmasına geniş şərait yaranır. 

İnsanın həzz alma mənbələrinin çoxsaylı olmasına baxmayaraq, həzzin özü həmişə ani, müvəqqəti, 

qısamüddətli olur. O heç vaxt kifayət etmir.  

Həzz – tələbat və maraqların təmin edilməsi ilə müşayiət edilən hiss və həyəcandır. Bioloji baxımdan həzz 

və iztirabların təsiri (rolu) onların adaptiv (uyğunlaşdırıcı) funksiya daşıması ilə müəyyən olunur. Həzz – 

orqanizmin tələbatlarına cavab verən fəallığı stimullaşdırır, həzzin yoxluğu və iztirab isə orqanizmi onun üçün 

təhlükə törədəcək təsirlərdən təcrid edir. Psixofizioloji baxımdan həzz tələbatların təmin edilməsi olub, daxili 

gərginliyin fiziki və psixi cəhətdən azalması  və sönməsi ilə müşayiət olunur, orqanizmin zəruri funksiyalarının 

bərpa edilməsinə  səbəb olur. Həzzin insan üçün faydalı olması müəyyən normativ mövqeyə gətirib çıxarır: həzz 

alma, məmnun olma orqanizm üçün ideal olduğundan insan bu halı əldə etməyə çalışmalıdır. Etikada belə mövqe 

hedonizm adlanır (yunanca «hedone» həzz deməkdir). Baxışlar sistemi və həyat tərzi kimi mövcud olan hedonizm 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə