Şahhüseynova sevinc asiF qızı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə24/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   ...   20   21   22   23   24   25   26   27   ...   38

 

 

40



istəyimizdən asılı olmayaraq mövcud olan öhdəçiliklərdir. Bunlara əməl etməsək  ətrafdakılara ziyan vurarıq. 

Məsələn, dostumuzu aldatsaq, onun qarşısındakı borcumuzu, dostluq öhdəçiliyini yerinə yetirməsək, dostumuzu 

itirə bilərik; və ya iş yerində səhlənkarlığa yol versək, oğurluq etsək işimizi itirə bilərik. İctimai borc bəzi hallarda 

qanunla tənzimlənir.  

İmmanuil Kant borcu etikanın ən əsas kateqoriyası hesab edərək onu fəaliyyətin müəyyən sxemi, davranış 

norması adlandırır. Kantın etikasını «borc etikası» adlandırmaq olar. Kant borc anlayışını son dərəcə  nəzəri və 

normativ səviyyəyə qaldırır, onu əxlaqın spesifikası ilə əlaqələndirir. (52, s.63) Kantın etikaya aid əsərləri çoxdur. 

Bunlardan daha mühümü 1787-ci ildə yazdığı «Təcrübi zəkanın tənqidi» əsəridir  

Belə güman edilir ki, insanın fərdi  əxlaqi  şüurunda  vicdan borca nisbətən öndə gedir. O, insanın daxili 

hakimi olub, öz hərəkətlərini hiss etmək və başa düşmək qabiliyyəti kimi çıxış edir. Şəxsiyyətin müstəqilliyinin, 

əxlaq azadlığının və buna uyğun mənəvi məsuliyyətinin artması ilə  əlaqədar insanın mənəvi  şüurunda bir qədər 

sonra borc anlayışı formalaşır. Borc və vicdanın ümumi cəhətləri çoxdur. Onlar adətən məzmunca oxşar olub, 

insanın hərəkətlərinin əxlaqi tənzimlənməsi zamanı oxşar funksiyalar yerinə yetirir. Əgər borcda əxlaqın daha çox 

imperativ, amiranə cəhətləri ifadə olunursa, vicdan ilk növbədə insanın hərəkətlərinin nəzarətçisidir. Vicdanın əsas 

xüsusiyyəti budur ki, o, dərin intim hiss olub, insanın daxili həyəcanlarında özünü göstərir. Vicdan – şəxsiyyətin 

cəmiyyət qarşısında məsuliyyət və borcunun subyektiv dərk edilməsidir. O, şəxsiyyətin mənəvi özünənəzarət 

funksiyasını  həyata keçirən etik kateqoriya olub, mənəvi öhdəçiliyi müstəqil dərk etməyə, onların həyata 

keçirilməsini özündən tələb etməyə  və etdiyi hərəkətlər üçün özünə qiymət verməyə imkan yaradır. Vicdanını 

rəhbər tutan insan öz hərəkətlərini, onun motiv və nəticələrini özü təhlil edir. Vicdan insanın hərəkətlərinin mövcud 

cəmiyyətin əxlaq normaları baxımından mənəvi qiymətləndiricisi və nəzarətçisidir. Borc kimi vicdan da müəyyən 

hiss, təsəvvür və bilikləri özündə birləşdirir. Borc insanın öz hərəkətlərinə, fikir və arzularına tənqidi yanaşma 

qabiliyyəti kimi çıxış edir. Borc kimi vicdan da ətrafdakıların rəyindən, fikrindən asılı olmayıb müstəqildir. Bu 

baxımdan vicdan insan şüurunun digər daxili nəzarət mexanizmindən – utancaqlıqdan  fərqlənir. Qeyd edək ki

vicdan və utancaqlıq arasında yaxınlıq mövcuddur. Utancaqlıq da insanın özünün və ya yaxınlarının qəbul olunmuş 

bəzi mövcud normalara uyğunsuzluğunun və ya günahının dərk edilməsidir. Lakin utancaqlıq bütünlüklə digər 

insanların rəyi ilə əlaqədardır. Ətrafdakılar insanı nə qədər çox qınayarsa, insan bir o qədər çox utanar. Bəzən insan 

təsadüfi hadisələrə görə də utana bilər. Məsələn, onun normal saydığı hadisəni ətrafdakılar qəbul etmirsə o, bununla 

əlaqədar da utana bilər. Ətrafdakıların şəxs haqqında rəyi düzgün olmadıqda da utancaqlıq hissi əmələ gələ bilər. 

Lakin utancaqlıq vicdanın yerini tuta bilməz. Utancaqlıq şahid olarkən yaranır, lakin vicdan üçün şahid vacib deyil. 

İnsan öz hərəkətlərini təhlil edərkən, ona qiymət verərkən onun mənəvi məsləkləri və dünyagörüşü  əsas 

amilə çevrilir. Öz hərəkətlərini təhlil edən insan bunun pis və ya ədalətli olub-olmamasını «öz arşını ilə ölçür». 

Lakin insanların düşüncə tərzi müxtəlif olduğu üçün bəzən pis iş görən insan nə utanır, nə də vicdan əzabı çəkir, o 

hətta öz hərəkətinə  bəraət qazandırmağa çalışır. Belə insanlara elə  gəlir ki, onların vicdanı  təmizdir. Bəzən isə 

əksinə, insan səbəbsiz utancaqlıq hissi keçirir. Ədalətli hərəkət etdiyi halda ona elə gəlir ki, düz iş görmür, hamı 

onu qınayacaq. Öz hərəkətlərini düzgün qiymətləndirmək üçün insan aydın mənəvi məsləklərə, elmi dünyagörüşə 

malik olmalıdır. Öz məsləklərinə  xəyanət edən insan vicdan əzabı  çəkir. Bu öz əxlaqında və ya işdə yol verilən 

səhvlər nəticəsində  də yarana bilər. Düşüncəli insan öz səhvinə görə vicdan əzabı  çəkir. O, ürəyində  də olsa öz 

kollektivi qarşısında sanki hesabat verir, səhvlərini boynuna alır, onları düzəltmək üçün yollar axtarır, gələcəkdə 

təkrar etməməyə çalışır. Vicdan əzabı emosional həyəcan hissi zamanı da yaranır.  

İnsanda vicdan hissinin formalaşması üçün müəyyən həyat təcrübəsinin olması  zəruridir. Bu hissin 

formalaşması müəyyən yaş dövrünün yetişməsini tələb edir. Vicdan əzabı və utancaqlıq da bu qəbildəndir. Müasir 

dövrün insanlarından fərqli olaraq qədim dövrdə bu keyfiyyətlərin  əldə edilməsi üçün kifayət qədər zaman ötüb 

keçib. Bu uzunmüddətli proses dəblərin, adət və ənənələrin formalaşması ilə paralel mövcud olub. Buna görə də o, 

bioloji deyil, ictimai köklərə malik olub, müəyyən  şəraitdə  və yalnız insanda olur. İnsanın mədəni həyatı 

zənginləşdikcə bu anlayış vaxtı keçmiş, lazımsız elementlərdən təmizlənir. Məsələn, ibtidai dövrdə istehsal 

qüvvələrinin aşağı səviyyədə olması, ağır həyat şəraiti qoca və xəstələrin öldürülməsi adətinin yaranmasına səbəb 

olmuşdu. Bunu edən ibtidai insan qətiyyən vicdan əzabı  çəkmirdi. Lakin zaman keçdikcə, istehsal qüvvələrinin 

inkişafı nəticəsində əmək qabiliyyəti olmayanların qayğısına qalmaq imkanı yarandı. Artıq nəinki belə hərəkətlər 

tənqid olundu, hətta bunu edənlər vicdan əzabı  çəkməyə başladı. Vicdan əzabı insanın həyatında mühüm rol 

oynaya bilər. O, insanın mənəvi həyatına qəfildən daxil ola bilər, onun planlarını alt-üst edər və  həyat yolunu 

kökündən dəyişə bilər. Qədim romalılar hesab edir ki, vicdan – on şahidə bərabərdir. Beləliklə, vicdan kateqoriyası 

qiymətləndirici xarakter daşıyır. İnsan dərk edəndə ki, yaxşı hərəkət edib, məmnunluq hissi keçirir, əksinə, pis iş 

tutanda vicdan əzabı  çəkir. Vicdan aktiv və passiv xarakter daşıya bilər. Birinci halda vicdan insanı yaxşı  işlər 

görməyə  təhrik edir, ikinci halda isə yalnız pis işlər görməkdən saxlayır. Vicdanın aktiv və ya passiv olması 

tərbiyədən və insanın xarakterindən çox asılıdır. 

Vicdan əzabını həm utancaqlığın bir forması kimi, həm də  şəxsiyyətin dərin emosional həyəcanları kimi 

nəzərdən keçirmək olar. Lakin bütünlükdə oxşarlığa baxmayaraq vicdan və utancaqlığı eyniləşdirmək olmaz. 

Utancaqlıq, qeyd edildiyi kimi, şahid tələb edir. Məsələn, insan dəbə uyğun geyinmədikdə  də utancaqlıq hissi 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə