Şahhüseynova sevinc asiF qızı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə20/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   ...   16   17   18   19   20   21   22   23   ...   38

 

 

33



və s. amillər də  təsir edir ki, bu da bəzi adət və  ənənələrə  gətirib çıxarır. Məsələn, alman dəqiqliyi,  şərq 

qonaqpərvərliyi və s. Əslində  hər hansı  şəxsiyyətlərarası  və ya ictimai münasibətlər müsbət və ya mənfi  əxlaqi 

keyfiyyətə malik olarsa, bu zaman əxlaqi münasibətlər kimi şərh edilə bilər. Məsələn, siyasi münasibətlər 

baxımından müharibə, müstəsna da olsa, müəyyən şəraitdə zəruri formadır. Əxlaqi cəhətdən qiymətləndirdikdə isə 

müharibə insanların kütləvi şəkildə öldürülməsinə səbəb olduğu üçün əxlaqsız hərəkətdir. Beləliklə, əxlaqi davranış 

əməllərin, adətlərin,  əxlaqi münasibətlərin məcmusudur. Davranışın  əxlaqi və ya qeyri əxlaqi (əxlaqsız) ola 

bilməsini nəzərə alaraq qeyd edək ki, insanın davranışına qiymət vermək elə də asan deyil. Belə qiymətləndirmə 

zamanı meyar, adətən, o olur ki, insanlara bunun nə kimi xeyri və ya ziyanı var, qəbul edilmiş normalara bu nə 

dərəcədə uyğundur? Bu ziyanı  və ya xeyri dərhal düzgün qiymətləndirmək, işin nəticələrini  əvvəlcədən görə 

bilmək də həmişə mümkün olmur. Bu zaman işin nəyin naminə görüldüyünü də bilmək vacibdir. Belə hallarda bəzi 

amillər nəzərə alınmalıdır.  İlk növbədə  əməllərin bir-biri ilə  əlaqədar olan struktur elementlərindən başlamaq 

lazımdır. Bunlara motiv, nəticə, şərait və vasitələr aiddir. İnsanı hər hansı hərəkətə adətən bir yox, bir neçə motiv 

təhrik edir. Belə hallarda əsas motiv aşkara çıxarılmalıdır. Eyni hərəkətlər motivindən asılı olaraq müxtəlif cür 

qiymətləndirilə bilər. Məsələn, ağacların budanması, və ya xuliqanlıq məqsədilə  kəsilməsi. Bir də görürsən, xoş 

niyyətlə başlanan iş heç də xeyirxah əməllərə  gətirib çıxarmır. Nəticədə, xoş niyyətlərdən bəd  əməllər yaranır: 

«Yaxşılıq etmək istədim, pislik çıxdı». Buna görə  də  hər hansı bir əməlin nəticəsini, yəni insanlara nə  dərəcədə 

xeyir gətirib-gətirməyəcəyini nəzərə almaq lazımdır. Əməlin baş verdiyi şəraitin də əhəmiyyəti böyükdür. Məsələn, 

imkanlı adamın yardım etməsi ilə imkansız adamın «yox yerdən», «özündən kəsərək» yardım etməsi arasında 

böyük fərq var. Məhz  şərait motivi nəticəyə çevirə bilər. Məqsədə çatmaq üçün istifadə olunacaq vasitələrin də 

olması vacibdir. Məsələn, öz qohumlarına yardım etmək üçün dövlət vəsaitindən istifadə edilir; dövlətdə  və ya 

idarədə nizam-intizam yaratmaq üçün insafsızlığa yol verilir, insanların şərəf və ləyaqəti tapdalanır. Bəzən insan 

dara düşmüş bir adama kömək etmək istəyir, lakin bacarmır, çünki ya lazımi maddi vəsaiti yoxdur, ya da həmin 

konkret sahədə lazımi bacarığı, prinsipiallığı, mətinliyi kifayət qədər deyil. Məsələn, tibb sahəsindən elementar 

bilgisi olmayan insan, qəzaya düşənə ilk tibbi yardımı lazımi səviyyədə göstərə bilmir ya ətrafdakıların təsiri altına 

düşərək düzgün olmayan hərəkətlər edir. Məsələn, tələbə imtahan vaxtı qrup yoldaşının ondan köçürməsinə şərait 

yaradır. Belə hadisələr bəzən ikiüzlülüyə də gətirib çıxarır: tələbələr özləri «şparqalkadan» köçürməyi, üzürsüz dərs 

buraxmağı pisləsələr də heç nə dəyişmir. Belə hallar hətta müəllimlərin də başına gəlir. Dərsdə şagird və tələbələrə 

myxtəlif iradlar tutan müəllimlər özləri iclaslarda oturarkən və ya təkmilləşmə kurslarında mühazirə dinləyərkən 

bir-biri ilə söhbət edir və hətta partaları da yazırlar.  

Bəzən elə hallar da olur ki, hər hansı şəxs ürəkdən bunu istəsə belə, vəzifə borcu ilə əlaqədar iş başında 

olduğu üçün xeyirxah işi yerinə yetirə bilmir. Məsələn, əsgər gecə yarı çox mühüm bir obyekti qoruyarkən kimsə 

yaxındakı çayda boğulur və köməyə çağırır.  Əsgər nə etməlidir? Öz vəzifə borcunu yerinə yetirməkdə davam 

etməli, yoxsa insan həyatını xilas etməyə çalışmalıdır? Hər iki halda o öz borc və vicdanına qarşı  çıxmış olur. 

İnsanın bir-birini təkzib edən işlər arasında seçim etmək məcburiyyəti qarşısında qalmağına əxlaqi konflikt deyilir. 

Beləliklə, insanların davranışının düzgün qiymətləndirilməsi o qədər də asan məsələ olmadığı üçün burada tələm-

tələsikliyə yol verilə bilməz. Yenə  də,  əlbəttə ki, hərəkətin motivi bəlli olmalıdır. Bəzən insanlar heç özləri öz 

əməllərinin əsas motivini düzgün müəyyən edə bilmirlər: «özüm də bilmirəm niyə belə etdim» deyirlər. Əməlin baş 

verdiyi obyektiv, zahiri (təbii, sosial, məsələn, «ictimai fon») və subyektiv, daxili (məsələn, insanın 

dünyagörüşünün tipi, psixikasının vəziyyəti, xarakterinin cizgiləri və s.) şərait onu icra edənin iradəsindən asılı 

olmaya da bilər. Çünki əməlin artıq fakta çevrilmiş  nəticələri daha insanın hökmünə tabe deyil. Hegelin dediyi 

kimi: «Daş əlindən çıxdısa, şeytana məxsus olur» (52, 373).  

Fəlsəfə və etika tarixində əməllərin zahiri – obyektiv, yoxsa daxili – subyektiv elementlərinə daha çox fikir 

verməklə bağlı bir-birinə zidd iki fikir mövcuddur. Konsekvensial (consequentia – nəticə sözündən) etikanın, 

məsələn, evdemonizm, makiavellizm, utilitarizmin nümayəndələri) əsasən hərəkətin nəticələrinə böyük önəm verir, 

motivin dəyərini arxa plana çəkirdilər. Bunu belə izah edirdilər ki, bəzən xoş niyyətlərdən xoşagəlməz işlər yaranır. 

Digər nəzəriyyənin nümayəndələri hərəkətlərin dəyərini yalnız motivin dəyəri ilə ölçürdülər. Kant deyirdi ki, işin 

məğzi görünən hərəkətlərdə yox, onların görünməyən daxili prinsiplərindədir (yenə orada). 

Bəzi adamlar müəyyən hərəkətləri vərdiş etdikləri və ya ictimaiyyətə xoş gəlmək, təriflənmək üçün edirlər. 

Məsələn, kimsəsizlərə etdiyi yardımı bacardığı qədər reklam edənlər var. Buna yalnız o zaman haqq qazandırmaq 

olar ki, bununla başqalarına nümunə göstərilsin. Və yaxud, ayrı-ayrı adamlar məscidə  dərin dini hisslər, inam 

xatirinə deyil, vərdiş və ya özünü camaata dindar göstərmək üçün gedirlər. Bu, o vaxt belə olur ki, insanın əxlaqi 

davranışı zahiri xarakter daşıyır, xeyir və ədalət törətmək arzusu yox dərəcəsinə enir və əxlaqi motivasiyası kifayət 

qədər olmur. Motivasiya – motivin seçilməsi, dərk edilməsi, başqaları  və ya özü qarşısında  əsaslandırılmasına 

deyilir.  

İnsan fəaliyyətinin xüsusi növü olan əxlaqi fəaliyyət  əxlaqi niyyətdən yaranır, yəni  əxlaqi niyyət onun 

motivi olur. Məsələn, «niyə  məhz belə etdin?» sualına: «borcum idi» və ya «başqa cür etməyə vicdanım yol 

verməzdi» cavabı alınır ki, bu da davranışın xalis əxlaqi motivdən doğduğunu göstərir. Bu, dar mənada  əxlaqi 

fəaliyyətdir ki, belə hallara həyatda az-az təsadüf olunur. Doğrudan da, motivi yalnız sırf  əxlaqi hisslər,  əxlaqi 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə