Şahhüseynova sevinc asiF qızı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə16/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   ...   12   13   14   15   16   17   18   19   ...   38

 

 

27



etmə və s. aid olduğu halda, əxlaqi şüur zor işlətməyə nadir hallarda, şərin məhv edilməsinin başqa yolu olmadıqda 

müraciət edir. 

Hər hansı bir cəmiyyətdə  əxlaqi  şüurla siyasi şüurun qarşılıqlı münasibəti zəruridir. Onların hər ikisi 

insanların müxtəlif mənəvi tələbatlarına cavab verərək cəmiyyətin sabitliyini özünəməxsus şəkildə qoruyur.  



Hüquq və  əxlaq. Hüquq ictimai şüur formaları içərisində  əxlaqla daha sıx bağlıdır. Çünki hər ikisi 

insanların cəmiyyətdə davranışını  tənzimləyən müəyyən qaydalar və normalarla əlaqədardır. Hər ikisi tarixi 

xarakter daşıyır, hakim sinfə xidmət edir, həmin sinfə  məxsus norma və qaydaları qoruyur. Hər iki halda bu 

normalar hər bir vətəndaşa aid olur.  

Hüquqa nisbətən  əxlaqın tarixi daha qədimdir.  Əgər  əxlaq cəmiyyətin təşəkkül tapdığı ilk dövrlərdən 

yaranıbsa, bəşəriyyət mövcud olduqca yaşayacaqsa, hüququn xeyli sonra – siniflər meydana gəldikdə yaranması 

diqqəti cəlb edir. Hüququn yaranması dövlətin yaranması ilə əlaqədardır. Hüquq – dövlətin başlıca tərkib hissəsidir. 

Onun meydana gəlməsi şüurlu xarakter daşıyaraq dövlət tərəfindən əsaslandırılır. Məhz dövlətin yaranması ilə qan 

düşmənçiliyi, insanın qurban verilməsi kimi adətlərə son qoyuldu, müxtəlif cinslər arasındakı münasibətlər nizama 

salındı. Dövlət, həmçinin, şər qüvvələrin tərksilah edilməsi, vətəndaşların cinayətkarlardan qorunması, qarşıdurma, 

toqquşma və s. halların aradan qaldırılması, həmçinin mənəvi dəyərlərin həyata keçirilməsi işində də müstəsna rol 

oynayır. Ayrı-ayrı imkanlı şəxslər 10, 20, ən çox isə 100 adama yardım edə bildiyi halda, məhz dövlət milyonlarla 

imkansız və köməksizi öz qanadı altına almağa qadir olub, onların hüquq və azadlığını qorumaq iqtidarındadır.  

Hər bir ictimai-iqtisadi formasiyanın özünəməxsus hüquq və əxlaq normaları olur. Hər bir cəmiyyət borc 

və vicdan, ədalət və ədalətsizlik haqqında ümumbəşəri təsəvvürlərə malikdir. Hüququn əsas kateqoriyaları ədalət, 

əxlaqınkı – xeyirdir. Ədalətə nisbətən xeyir kateqoriyasının əhatə dairəsi daha genişdir. Bəzi hüquq normalarının 

əxlaqla qətiyyən əlaqəsi olmur. Əxlaq normalarının da hamısı hüquq qaydalarında öz əksini tapmaya bilər. Hüquq 

qaydaları adətən ümumi olduğu halda, əxlaq qaydaları  fərdi də ola bilər. Çünki heç bir hüquq məcəlləsi insan 

hərəkətlərinin rəngarəngliyini  əvvəlcədən nəzərə ala bilməz.  Əxlaq normaları ayrı-ayrı insanlar və ya kollektiv 

qarşısında qoyulan konkret tələblərdir ki, onların yerinə yetirilməsi hər bir kəsin vicdanından asılı olub, ictimai 

rəyə söykənir. Hüquq normaları isə dövlət orqanlarının nəzarəti altında olur və onların pozulması hüquq qaydaları 

ilə  nəzərdə tutulmuş sanksiyalarla müəyyənləşir. Hüquq normaları adətən yazılı  şəkildə mövcud olduğu halda, 

əxlaq normaları  şifahi mövcud olub, xalqın  şüurunda yaşayır və ictimai rəy tərəfindən tənzim edilərək könüllü 

xarakter daşıyır. Hüquq qaydalarına  əməl edilməsi lazım gəldikdə xüsusi qanunçuluq aparatının köməyi ilə 

səlahiyyətli  şəxslər tərəfindən həyata keçirilən güc vasitələrilə (inzibati, cinayət və iqtisadi sanksiyalarla) təmin 

edilir.  

Hüquq və  əxlaqın münasibəti keçmişdə  və indi mövcud olan etik nəzəriyyələrin ayrılmaz hissəsi olaraq 

qalır. Sokrat, Platon, Aristotel hüququn ideologiyası barədə fikir söyləyərək etikanı qanunçuluqla bağlamağa 

çalışırdılar.  

Elm və əxlaq. Elm və əxlaq ilk baxışdan ictimai şüurun müxtəlif formaları olsa da, onlar müəyyən mənada 

bir-birini tamamlayır. Elmin nəzəri təfəkkürə  əsaslanmasını,  əxlaqın isə gündəlik ailə-məişət problemləri ilə 

əlaqədar olmasına baxmayaraq, onlar bir-biri ilə qarşılıqlı əlaqədədirlər. Alimin öz fəaliyyətində əxlaq prinsiplərini 

rəhbər tutması əxlaqın elmə, əxlaq prinsiplərinin elmi cəhətdən əsaslandırılması imkanı isə elmin əxlaqa göstərdiyi 

müsbət təsirlə bağlıdır. Çünki bəzi elmi kəşflər bəşəriyyətin xeyrinə deyil, ziyanına xidmət edə bilər. Alim 

insanların sağlamlığına və psixikasına mənfi təsir edəcək və ya kütləvi işsizliyə səbəb olacaq vasitələrdən istifadə 

etməzdən əvvəl bəşəriyyət qarşısındakı vətəndaşlıq borcunu, əxlaqi cavabdehliyini unutmamalıdır.  

İncəsənət və əxlaq. İncəsənət və əxlaq ictimai şüurun digər formalarına nisbətən bir-birinə daha yaxındır. 

Həm incəsənət, həm də  əxlaqın  əsasını etiklik və estetikliyin vəhdəti təşkil edir. Əxlaq və incəsənətin qarşılıqlı 

əlaqəsi gözəllik və xeyirxahlıq ideyalarının birliyi ilə də bağlıdır. Bu, həm əxlaq, həm də incəsənətdə müəyyən etik 

və estetik idealın formalaşmasına gətirib çıxarır. Hər iki ictimai şüur forması insanın mənəvi simasının 

formalaşmasına xidmət edir. İncəsənət həyatı  hərtərəfli  əks etdirə bildiyi halda, əxlaq onun yalnız bir tərəfini – 

mənəvi münasibətləri əks etdirir. 

Əxlaqi problemlər incəsənətdə mühüm yer tutur. Buna görə də həyat hadisələrini incəsənət əxlaqa nisbətən 

daha geniş işıqlandıra bilir. Etikadakı xeyir və şər problemləri incəsənətdə bədii şəkildə həll edilərək gözəllik və 

eybəcərlik kimi qiymətləndirilir. Həyatdakı  əxlaqi – etik problemlər, məsələn, xeyirlə  şərin mübarizəsi, borc, 

xoşbəxtlik, məhəbbət və s. incəsənətdə  bədii vasitələrlə, bədii formada, estetik cəhətdən həll edilir. İncəsənət 

cəmiyyətin mənəvi idealının təbliğatçısına çevrilir. Əxlaqi normalar incəsənətə sadəcə olaraq köçürülmür, onlar 

əvvəlcə sənətkarın fikir süzgəcindən keçir. İncəsənət hər hansı bir hadisəyə həm əxlaqi (xeyir və ya şər), həm də 

estetik qiymət verərək (gözəllik, ülvilik, rəzillik) bunları birləşdirir. İncəsənətdə mənəvi gözəlliyin təsviri – bədii 

yaradıcılığın  əsas vəzifəsidir. Xeyirxahlığa xidmət edən incəsənət eyni zamanda gözəldir. Bu, çox vaxt təkcə 

xeyirin təsdiqi kimi deyil, həm də şərin inkarı kimi verilir. Sənətkar eybəcərliyi və şəri fiziki cəhətdən məhv edə 

bilməsə  də, onları  mənən yox edir. İncəsənət  şəri inkar etməklə insanda ona qarşı müəyyən estetik münasibət 

yaradır. 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə