Şahhüseynova sevinc asiF qızı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə12/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   ...   8   9   10   11   12   13   14   15   ...   38

 

 

19



«Oturub-durmaq adətləri, hərəkət və sükut qaydaları», «Yemək qaydaları haqqında», «Şərab içmək qaydaları» kimi 

yarımfəsillər mövcuddur.  

Nəhayət, «Ölkə  (şəhərlərin) idarəetmə qaydaları» adlanan üçüncü məqalədə  «İctimaların  əlaqəsi üçün 

zəruri olan məhəbbətin fəziləti və növləri haqqında», «İctimaların növlərinin və  şəhərlərin  əmələ  gəlməsi 

haqqında», «Sədaqətin fəziləti və sədaqətli adamlarla (dostlarla) davranış qaydaları haqqında», «Ölkə dolandırmaq 

siyasəti və  şahların xisləti haqqında», «Şah xidmətində olmaq və  rəiyyətin qayda-qanunları haqqında», «Xalqın 

bütün təbəqələr ilə davranış qaydaları (xüsusiyyətləri) haqqında» fəsillərindən sonra sonda «Bütün fəsillər üçün 

faydalı olan Əflatunun vəsiyyətləri haqqında» fəsil gəlir ki, bununla da əsər bitir. 

Füzuli (1498-1556) yaradıcılığında məhəbbət problemi ön plandadır. Füzuli məhəbbəti ilahi məhəbbət 

olub, insanın mənəvi gözəlliyini təsdiq edir. Füzuli məhəbbəti həm də ideal məhəbbətdir. Şair onu təzadların inkarı 

kimi göstərir. «Fəzliyə nəsihət» əsərində Füzuli yazır ki, hər kəs özünə əməklə yol açır, cəmiyyətdə etibar sahibi 

olur və  şöhrətlənir. Ona görə  də  əməksevər olmaq lazımdır.  İnsanın zəhmətə,  əməyə qatlaşması onu ədalətli, 

yüksək əxlaqi sifətlərə sahib edir (26, s.70). «Şikayətnamə», «Rind və Zahid», «Ənisül-qəlb» əsərlərində ictimati 

ədalətsizlik və zülm tənqid edilir. Şairin fikrincə bədxah adamlar heç vaxt həyatda xoşbəxt ola bilməzlər».  

Füzulinin fəlsəfi, etik və estetik görüşlərini diqqətlə  tədqiq etmiş akademik Fuad Qasımzadə «Qəm 

karvanı», yaxud zülmətdə nur» əsərində yazır: «Füzuli öz əsas fəlsəfi traktatı olan «Mətləül-etiqad»da yunan 

fəlsəfəsinə dərindən bələd olduğunu büruzə verir. Əsər bir çox yunan mütəfəkkirləri haqqında dolğun və yığcam, 

həm də  əsasən düzgün məlumat verdiyindən, o, bir növ fəlsəfə tarixinə aid olan əsərə, ayrı-ayrı filosoflar və 

cərəyanlar haqqında biliklər verən məlumat kitabçasına, ensiklopediyaya oxşayır. …«Mətləül-etiqad»da qədim 

yunan fəlsəfəsinin Fales, Heraklit, Demokrit, Anaksaqor, Empedokl kimi materialist, Aristotel (materializm və 

idealizm arasnda tərəddüd  edən), Pifaqor, Sokrat, Platon, Prokl kimi idealist nümayəndələrinin və başqalarının, 

habelə bir sıra alimlərin adları  çəkilir, yaradıcılığı izah olunur. Füzuli bədii  əsərlərində  də yunan alim və 

mütəfəkkirlərini, tarixi şəxsiyyətləri tez-tez qeyd edir, onların işlərinə yüksək qiymət verir. Onun şeirlərində 

Ərəstunun (Aristotel), Əflatunun (Platon), Makedoniyalı  İskəndərin (Aleksandr), Buqratın (Hippokrat) və 

başqalarının adına rast gəlirik. Farsca yazılmış  qəsidələrdə Füzuli Aristotelin fəlsəfəsini, Hippokratın tibbi 

görüşlərini tərifləyir, onları  İbn-Sina və Loğmanla yanaşı  təbliğ edir. Şair su, od, torpaq və havadan danışaraq 

(şübhəsiz ki, Empedokla işarədir) yunanlarda böyük alimlərin olduğunu yazır. «Ənisül-qəlb»də də yenə Əflatunun 

adı çəkilir, onun həqiqət sirlərini aça bilmədiyi qeyd olunur və bununla belə yunan mütəfəkkirinə, ümumiyyətlə, 

yüksək və layiqincə qiymət verən Füzuli onları «yunan biliciləri» adlandırır (21, s. 50-51). Əsərdə  Əflatunun 

(Platonun) adını hörmətlə  çəkən  şair oxucuya xitabən deyir ki, hətta  Əflatunu belə hikmətdən xəbərdar güman 

etmə. Məhz platonik eşqi nəzərdə tutan Füzuli «ğərəz» rədifli qəzəlində göstərir ki, xalqın qərəzi gözəl vüsalından 

rahatlanmaqdır, aşiq üçün isə  qərəz bu deyildir, təsərrüfsüz tamaşadır (seyr etməkdir). Platonik eşqin müəyyən 

təzahürləri «Leyli və Məcnun»da da vardır. Əsərin başlanğıcında verdiyi rübailərdə Füzuli ilahi eşqə, platonik eşqə 

işarə edərək yazır ki, o, həqiqət tələbinə görə məcaz yolunu tutmuşdur (21, s.138). Füzulinin etik görüşlərini təhlil 

edən müəllif daha sonra yazır ki: «şair əxlaq məsələləri ilə elmin məşğul olması zərurətini dərk etmiş və əxlaqdan 

xüsusi olaraq bəhs etməyi bir elm saymışdır. Yəni …o, etikanı – bu istilahın özü onda olmasa da – əxlaq haqqında 

təlim,  əxlaqi anlayış  və qaydalardan bəhs edən elm olduğunu bilmişdir. …Şair etikanı (fünuni-ədəb, yəni  ədəb 

elmi) bir elm kimi qəbul etsə də, nəhayətdə insan əxlaqının əvvəlcədən təyin edildiyi kimi təzahür edəcəyini, pis 

təbiətli adamın bütün ömrü boyu məhz belə qalacağını söyləmiş  və beləliklə  də  əxlaqın çıxış nöqtəsi kimi ilahi 

başlanğıcı, allahı  qəbul etmişdir.  Əxlaqın mənşəyi məsələsində onun idealist mövqeyi bir çox şeirlərində aydın 

görünməkdədir və  şair bunu dəfələrlə, dönə-dönə söyləmişdir. «Leyli və  Məcnun» poemasındakı minacatlardan 

birində Məhəmməd peyğəmbəri mədh edərək yazır ki: 

Keyfiyyəti-halı rövşən etdin, 

Xeyrü şər işin müəyyən etdin. 

Füzuli insan əxlaqının, davranış və əməllərinin Allahın iradəsindən asılı olması məsələsində daha da irəli 

gedərək iqbal və idbarın, xoşbəxtliyin və  bədbəxtliyin büsbütün allahdan, ilahi iradədən asılılığını  qəbul edir və 

bunların izahında fatalist mövqe tutur. Allahın qoyduğu səadəti  əzəli sayan şair xoşbəxtlik və  bədbəxtliyin 

təyinində ilahi buyuruğun, qeyridən edilən «əmri-mühalın» həlledici rolunu qəbul etməklə  əxlaqi  əməllər 

məsələsində açıq-aydın qəza-qədər ideyasına gəlib. …Şair qəza-qədər ideyasını, əsasən dünyəvi hissləri, saf və real 

məhəbbəti tərənnüm edən «Leyli və  Məcnun» dastanında da irəli sürür. …Bəs bu bədbəxtlik haradan gəlir, onu 

aradan götürmək, səadət və xoşbəxtliyə yetmək mümkündürmü? Məlum olur ki, bu, Məcnunun  əvvəlcədən 

müəyyən edilmiş taleyidir, onun bəxti, müqəddəratı, qisməti irəlicədən məhz belə yoğrulmuşdur ki, o, bədbəxt 

olmalı və eşqinə qovuşmamalıdır» (21, s.258, 260, 261). «Şair həyatın mənasını mal-dövlət toplamaqda, simü-zər 

cəmləməkdə deyil, bilik və elm əldə etməkdə görür, o, hünər kəsb etməyi, biliklərə yiyələnməyi daim fəzilət və 

hünərin şərti sayır. …əxlaqın yüksəlməsində əqlin, elmin gücünə verdiyi qiymət demək olar ki, bütün əsərlərində 

dönə-dönə  təkrar edilir və onun rasionalist etikası geniş  şəkil alır.  Əxlaq normalarının müəyyən edilməsində, 

insanların davranışlarında əqlin roluna verilən bu fikir Füzulidə sistemləşdirilmişdir. O, insan şərəfinin səbəbini də 

əqlin gücündə, elmin rolunda görür. Farsca olan rübailərindən birində deyir ki: 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə