Şahhüseynova sevinc asiF qızı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə11/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   ...   7   8   9   10   11   12   13   14   ...   38

 

 

18



dilinə tərcümə etməyi təklif edir. O zaman İbn Misgəvehin bu kitabı ərəb dilində əxlaq haqqında yazılmış ən gözəl 

əsər hesab edilirdi. Tusi bu kitabı  tərcümə etmək  əvəzinə onu çoxdan məşğul edən fəlsəfi-əxlaqi, ictimai-siyasi 

məsələləri dərindən şərh etmək üçün daha mükəmməl bir kitab yazmaq qərarına gəlir. (32, s.10-11). Tusi özü bu 

barədə yazır: «Bu kitabın yazılması onun əmri və təşviqi ilə olduğundan adı «Əxlaqi-Nasiri» qoyuldu» (32, s.35). 

«Əxlaqi-Nasiri» 3 məqalə  və 30 fəsildən ibarətdir.  Əsərin  əvvəlində «Müqəddimə», «Bu kitabın yazılmasının 

səbəbi haqqında», «Kitabın məqsədi və  fəsilləri haqqında başlanğıc» adlanan hissələr yerləşdirilib. «Əxlaqın 

saflaşdırılması haqqında» adlanan birinci məqalə  «Əsaslar (başlanğıclar) haqqında» və «Məqsədlər haqqında» 

adlanan 2 hissədən ibarətdir. Birinci hissədə 7, ikincidə 10 fəsil mövcuddur. «Evdarlıq elmi haqqında» adlanan 

ikinci məqalə 5, «Ölkə (şəhərləri) idarəetmə qaydaları» adlanan üçüncü məqalə isə 8 fəsildən ibarətdir. Hələ kitabın 

əvvəlində əsərin məhz fəlsəfi əsər olduğu bəlli olur: «Bu kitabın məqsədi hikmətə aid məsələlərdən biri olduğundan 

ilk növbədə hikmətin mənasını şərh etmək, onun təsnifatını vermək lazımdır». Müəllif hikmətə tərif verərək onu 2 

yerə bölür: biri – elm, o biri – əməl (iş). Sonra müəllif hikməti nəzəri hikmət və əməli hikmətə bölərək bunların hər 

birinin bölmələrindən danışır və onların geniş təsnifatını verir ki, bunların da hər biri öz-özlüyündə böyük maraq 

doğuran problemlərdir. Məsələn, 3 yerə ayrılan nəzəri hikmətin birinci hissəsinə ilahiyyat, fəlsəfə, «Riyaziyyat» 

adlanan ikinci hissəyə  həndəsə, astronomiya, astrologiya, musiqi, «Təbiət elmi» adlanan üçüncü hissəyə kimya, 

botanika, biologiya, psixologiya, fizika və s. aiddir. Əməli hikmət də üç yerə bölünür: birinci – əxlaqın 

saflaşdırılması; ikinci – evqurma qaydası; üçüncü – şəhərsalma siyasəti.  

Etik görüşləri hələ kifayət qədər tədqiq edilməyən Tusi insan və ona məxsus olan xüsusiyyətləri mərkəzi 

planda nəzərdən keçirir, yaradıcılığı boyu insanın  əxlaqi keyfiyyətlərini tərənnüm edir. Tusi əxlaqi sifətlərin 

yaranmasını real gerçəklikdə görür: «əxlaqi sifətlər yalnız ictimai həyatda yaranır və heç də anadangəlmə proses 

deyil», «insanlar öz əxlaqi sifətlərini həyatda tapdıqlarına görə özlərini yaxşı tərbiyə etməyi də bacarmalıdırlar». (9, 

s.8). Tusinin etik sisteminə  əsasən, insanlar öz xarakterinə görə dörd qrupa bölünür: birinci, o adam ki, bilir və 

bildiyini başqalarına öyrədir, o, alimdir, ona ehtiram edin; ikinci, o adam ki, bilir və bildiyinə güvənir, o özündən 

xəbərsizdir, lovğadır, onu tənqid edin; üçüncü, o adam ki, bilmir və öyrənməyə ciddi cəhd edir, o zəhmətkeşdir, 

ona kömək edin; dördüncü, o adam ki, bilmir və öyrənmək də istəmir, o adam ağılsızdır, ondan uzaq olun. Tusinin 

fikrincə, insanlar həyatda  əxlaqi sərvətləri, keyfiyyətləri yaxşı  mənimsəmək üçün uşaqlıq dövründən düzgün 

tərbiyə edilməlidir, ata və analar hər şeydən əvvəl övladlarını vicdanlı olmağa öyrətməli və sonra təlim və tərbiyə 

işlərinə başlamalıdırlar. Tərbiyə lap körpə yaşlarından başlamalıdır, çünki kiçik yaşda uşaqların mənəviyyatı sadə 

və təmiz olur. hər bir valideyn öz övladının idealına çevrilməyə çalışmalıdır. hər bir valideyn və tərbiyəçi uşaqlara 

həyatda zəruri tələbatı ödəmək üçün maddi nemətlərə sərf edilən əməyin və zəhmətin rolundan geniş danışmalıdır. 

Uşaqlar başa düşməlidirlər ki, onların yediyi, içdiyi və geyindiyi maddi nemətlər üçün valideynləri böyük əmək və 

zəhmət sərf etmişlər. Belə olarsa, uşaqlar körpə yaşlarından əməyin və zəhmətin nəyə qadir olduğunu düzgün dərk 

edərlər. Onlar uşaqların nəzərində mal-dövlətin, qızıl və gümüşün rolunu heç vaxt şişirtməməlidirlər, çünki qızıl və 

gümüşün vurduğu ziyan böyük bəlalara səbəb olar. Heç kəs anadangəlmə  fəzilət sahibi olmur, məsələn, heç kəs 

dülgər, katib ya başqa mütəxəssis doğulmur. Fəzilət təcrübə nəticəsində əldə edilir, lakin çox zaman bir adam fitri 

olaraq bir fəziləti tez qəbul edir, onu mənimsəmək istedadı çox olur. İnsanı dörd amil hörmətli edər: doğruçuluq, 

ədəblilik, elmlilik və xoşxasiyyətlilik. Doğruçuluğun zinəti həya, camalı  mənəvi saflıq, səmərəsi isə elmdir. 

Ədəblilik hörmət artırar, elm səni yüksəldər. Elmin dəyəri mal-dövlətin dəyərindən faydalıdır. Xoşxasiyyətlilik 

insanın xoşbəxtliyi deməkdir. Xoşxasiyyətlilik yaxşılığın mayasıdır. Tusinin fikrincə, dostluq edənlər eyni 

xasiyyətə malik olmalıdırlar. Bir-birinə  həsəd çəkib paxıllıq etməməlidirlər. Bir-birlərindən mənfi xasiyyətləri 

gizlətməməlidirlər. Bir-birinə etibar etməlidirlər. Vəfalı dost seçib onu axıra qədər qorumaq çətindir. Xeyirxah 

insanlarda 10 cür müsbət əxlaqi sifət olmalıdır: əvvəla, yalançı olmamalıdır; ikinci, insaflı olmalıdır, üçüncü, eyib 

axtarmamalıdır; dördüncü, xalqın günahından keçməyi bacarmalıdır; beşinci, üzrxahlığı bacarmalıdır; altıncı, 

əziyyətə dözməyi bacarmalıdır; yeddinci, özünü tənbeh etməyi bacarmalıdır; səkkizinci, öz eybini başqasının 

eybindən tez görməlidir; doqquzuncu, hamı ilə mülayim rəftar etməlidir; onuncu, özünü çox tərifləməməlidir, özü 

haqqında yüksək fikirdə olmamalıdır. Tusi xeyir və səadətin növlərini göstərir: xeyirlər şərafətli, tərifəlayiq, qüvvə 

artıran və fayda verəndir. Xeyirlər kimi səadətin də dörd növü var: hikmət, şücaət, iffət və ədalət.  

«Ən yüksək dərəcədə arzu edilən xeyir və səadət haqqında» adlanan fəsildə xeyir və səadət arasında olan 

fərq aydınlaşdırılır, xeyir və səadətin növlərindən danışılır, bəzi qədim alimlərin rəyi verilir.  

«Xasiyyətin (xarakterin) mahiyyəti, həddi (tərifi) və  əxlaqın dəyişdirilməsinin mümkünlüyü haqqında» 

adlanan fəsildə xasiyyətə  tərif verilir, xasiyyətin fitri olub-olmaması barədə fikirlərin müxtəlif olduğu söylənir. 

Bununla  əlaqədar Aristotel və digər filosoflardan misal gətirilir: «Sonrakı alimlərin xasiyyətin fitri olmaması 

haqqında dəlilləri bundan ibarətdir, onlar deyirlər ki, xasiyyətlər dəyişkəndir, dəyişkən isə fitri ola bilməz. Buradan 

belə nəticə çıxardırlar ki, heç bir xüsusiyyət fitri deyil» (9, s.79). Sonrakı fəsillərdə fəzilət cinslərinin sayı, növləri, 

onlara zidd rəzilət zümrələri, fəzilətlərin oxşarları və fərqləri, ədalət və s. məsələlərdən danışılır.  

«Evdarlıq elmi haqqında» adlanan ikinci məqalədə «Mənzilə olan ehtiyacın səbəbi, onun əsasları  və  ən 

mühüm cəhətləri», «Ailə dolandırmaq və evdarlıq qaydaları haqqında», «Övlad saxlamaq və  tərbiyə etmək 

qaydaları haqqında», «Xidmətçiləri və qulları idarə etmək qaydaları haqqında» fəsillər, «Söz demək qaydaları», 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə