Şahhüseynova sevinc asiF qızı


Əxlaqi şüurun rasional səviyyəsi



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə19/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   ...   15   16   17   18   19   20   21   22   ...   38

 

 

31



Əxlaqi şüurun rasional səviyyəsi normativ-dəyər məzmunlu xüsusi tip anlayışlardan ibarətdir ki, bunlara 

əxlaq normaları, mənəvi prinsip və ideallar, düzgün olan və olmayanlar haqqında ideyalar, əxlaqi qiymətləndirmə 

aiddir. Şüurun digər formalarında olduğu kimi, əxlaqi şüurda da emosional tərəflə rasional tərəf bir-biri ilə qovuşur, 

hissi təcrübə ilə idrak (ağıl) birləşir. İ.Kant yazırdı ki, ağıl hissi təcrübəsiz boşdur, hissi təcrübə isə ağılsız kordur 

(102, 45). Ağıl hisslərə müəyyən ictimai istiqamət verir, şüur isə emosional hisslərin intellektual əsası kimi çıxış 

edir.  


Əxlaq normaları insanların hərəkətlərini müəyyənləşdirir, istiqamətləndirir, nəyi etmək olar, nəyi yox, 

hansı  şəraitdə  nə cür hərəkət etmək lazımdır və s. kimi suallarda onlara yardımçı olur, davranış qaydalarının 

çərçivəsini, standartlarını bildirir. Əxlaq normaları mənəvi və praktik tərəflərin vəhdətindən ibarətdir. Onlar əxlaqi 

şüurun özəyidir.  Əxlaq normaları yalnız davranış qaydaları qarşısında tələblər qoymur, həm də  cəmiyyətin buna 

münasibətini ifadə edir, onları qiymətləndirir.  Əxlaq normaları eyni zamanda həm tələb, həm də 

qiymətləndirmədir. Bunlara norma-tələblər, norma-qiymətləndirmə deyilir. Bundan başqa, hər hansı davranış 

xəttini müəyyən edən norma-məqsədlər və  hərəkəti məhdudlaşdıran və ya qadağan edən norma-çərçivələr də 

mövcuddur. Bunlar vasitəsilə  cəmiyyət  şər  əməlləri mühakimə edir, xeyir əməllərə  bəraət qazandırır. Beləliklə, 

əxlaq normaları sonuncuların (xeyirin) katalizatoru kimi çıxış edir. 

Əxlaqi  şüurun tərkib hissəsi olan adət və  ənənələr insanların məişətinə möhkəm daxil olaraq davranış 

qaydalarının sabit tərəfi kim çıxış edir. Onların formalaşması böyük insan birliklərinin iştirakı ilə illərlə, hətta 

onillərlə davam edir. Bu zaman insanların tələbatı  və ictimai rəy nəzərə alınır. «Ənənə» anlayışı «adət» 

anlayışından daha genişdir. Ənənəyə bir neçə adət daxil ola bilər, məsələn, qonaqpərvərlik, toy adətləri və s. Hərbi, 

vətənpərvərlik, inqilabi, mədəni, məişət, milli, beynəlmiləl və s. ənənələr də mövcuddur. Bir çox ənənələr 

minilliklərin sınağından keçib. Öz dövrünü yaşamış, mürtəce xarakter almış adət-ənənələrlə  cəmiyyət 

heyfsilənmədən vidalaşır, insanların xeyrinə olan adətlərin isə qoruyucusuna çevrilir.  

Əxlaq prinsipləri  əxlaqi  şüurun daha mürəkkəb forması olub, ayrıca  əxlaq normalarında konkretləşir. 

Əxlaqi norma və prinsiplərin məcmusu əxlaq kodeksini yaradır. Bütün dini kitablar (əlbəttə, orijinal variantları), ən 

başlıcası isə Quran özünəməxsus əxlaq kodeksidir. Əxlaq prinsipləri əxlaqi tələblərin ümumiləşmiş ifadəsidir. 

Mənəvi ideal  əxlaqi  şüurun daha geniş, ümumiləşmiş formasıdır. O, bəşər tarixinin nisbətən sonrakı 

pillələrində yaranıb. İbtidai və quldarlıq cəmiyyətlərində o hələ inkişaf etməmişdi. Əgər əxlaq normaları bugünkü 

davranış qaydalarını  tələbata uyğun ifadə edirsə, mənəvi ideal əxlaqi tələbləri mümkün qədər mütləqləşdirərək 

gələcəyə tuşlanır. Mənəvi ideal – əxlaqi qiymətləndirmə, prinsip və normaların sintezidir. 

Əxlaqi qiymətləndirmə – əxlaqi  şüurun mühüm elementi olub, insanların hadisələr,  şəxsiyyətlər, adətlər, 

davranış qaydalarının mənəvi dəyəri haqqındakı təsəvvürləridir. Burada subyektin qiymətləndirilən obyektə rəğbəti 

və ya tənqidi ifadə olunur. Subyekt – ayrıca insan, insan birliyi, yəni kollektiv, sinif, cəmiyyət; obyekt isə fərdin 

əməllərindən tutmuş, qlobal ictimai-siyasi hadisələrə  və ya tarixi dövrlərədək olan daha geniş anlayışdır. 

Qiymətləndirməyə aid olan mühakimələrə «bu yaxşı  işdir», «bu ədalətli deyil», «layiqli hərəkətdir», «ləyaqətli 

insandır» və s. daxildir.  

Beləliklə, əxlaqi şüurun çoxşaxəli olduğunun şahidi olduq. 

 

 

 




 

 

32



2.4. ƏXLAQİ FƏALİYYƏT 

 

Əxlaq da ictimai şüurun digər formaları – siyasət, hüquq, elm, din və s. kimi yalnız şüur formasında deyil, 



həm də insanın davranışının, praktik fəaliyyətinin bir növü kimi mövcuddur. 

İnsanın hər hansı  fəaliyyəti onun tələbatları  və maraqları ilə çox bağlıdır. Etika və psixologiya 

mütəxəssislərinin çoxu bu fikirdədir ki, insanın bütün motivlərinin əsasını onların şüurlu tələbat və maraqları təşkil 

edir. Məsələn, estetik fəaliyyətin əsasında estetik tələbat və maraqlar durur. Estetik şüur anlayışına insanın estetik 

tələbatları, estetik maraqları, estetik zövqü, estetik idealı, estetik hissləri, bədii emosiyaları, bədii qabiliyyətləri

bədii təfəkkürü, bədii təxəyyülü daxildir və onun zəminində həyata keçir. O cümlədən, əxlaqi fəaliyyəti əxlaqi şüur 

reallaşdırır. (Doğrudur, bəzən insan hər hansı bir işi istəmədən, məcburən və ya kiməsə xoş gəlməkdən ötrü görür, 

ya da öz borcunu, vəzifəsini yerinə yetirir.) 

Tələbat və maraqlarla yanaşı insanın əxlaqi fəaliyyətinə əxlaqi hisslər, xüsusən, utancaqlıq, məhəbbət və s. 

də  təsir göstərir. Bunlar çox vaxt xeyirxah işlərin  əsas səbəbi olur. Bədxah işlər paxıllıq, düşmənçilik, kinlilik, 

qısqanclıq, eqoizm, şöhrətpərəstlik və s. hisslər nəticəsində yaranır. Beləliklə, estetik fəaliyyətdən fərqli olaraq

əxlaqi fəaliyyət yalnız müsbət deyil, həm də mənfi ola bilər. 

Əsasən insanların gündəlik həyatında və  rəftarında reallaşan  əxlaqi fəaliyyətin «hüceyrəsi», «kərpici», 

«hissəciyi» hərəkətdir. Fəaliyyət məhz hərəkətlərin məkan-zaman ardıcıllığı nəticəsində yaranır. Hərəkətlər iki cür 

olur: 1) əməliyyat xarakterli və 2) əməl xarakterli. Əməliyyat xarakterli hərəkətlərdə digər tərəfin münasibəti tələb 

olunmur. Məsələn, «O, ağacdan alma dərdi» cümləsi  əxlaqi keyfiyyətlərdən bəhs etmir. «O, özgənin ağacından 

alma dərdi» desək isə söhbət oğurluqdan gedər ki, bu da mühakiməyə  səbəb olan hərəkətdir. Artıq diqqət 

mərkəzində  hərəkətin baş verməsi faktı deyil, onun əxlaqi tərəfi dayanır. Hərəkət  əməliyyatdan  əmələ çevrilir. 

Adətən, əməliyyata «neytral» hərəkət, əmələ isə etik hərəkət deyilir. Məsələn, «o, mağazadan çörək aldı» neytral 

hərəkət, yəni  əməliyyat, «o, mağazadan xəstə qonşusu üçün çörək aldı» isə etik hərəkət,  əməldir.  Əməliyyat 

kortəbii, mexaniki, əməl isə şüurlu işdir. Məsələn, mağazadan nəsə almaq, ev işləri ilə məşğul olmaq, nəqliyyatdan 

istifadə etmək və s. heç bir əxlaqi məqamla müşayiət edilmədiyi halda, məsuliyyətli və ədalətli olmaq, xeyirxahlıq 

etmək, kiminsə qayğısına qalmaq kortəbii surətdə mümkün deyil. İnsan bunları dərk edərək həyata keçirir. Çünki 

fərdi davranış aktı olan əməl – insanın  şüurlu surətdə istiqamətlənmiş  və sona yetən hərəkətidir.  Əməlin 

qiymətləndirilməsi onu törədənin  şəxsiyyətindən çox asılıdır, yəni cinsindən, yaşından, ictimai vəziyyətindən, 

xasiyyətindən və s. Məsələn, qadının xuliqana fiziki zərbə endirməsi, Fitnənin ağır heyvanı qaldırması, futbol 

yarışında qadınlardan ibarət komandanın kişi komandasına qalib gəlməsi, azyaşlı  uşağın qonaqpərvərliyi, 

böyüklərə münasibəti, və s. Pis adamın yaxşı hərəkət etməsi o dəqiqə gözə görünür və təriflənir, çünki ondan bunu 

heç kəs gözləmir. Yaxşı adamın bu hərəkəti etməsi isə heç kəsin diqqətini cəlb etmir. Alovun içində yanan uşağı 

yoldan keçən xilas edirsə, bu, qəhrəmanlıq kimi nəzərdən keçirilir, yanğınsöndürənlər xilas edirsə, bu, onların 

vəzifə borcu hesab olunur. Adətən məşhur adamların adi hərəkətləri şişirdilir, pis əməlləri isə ya hiss edilmir, ya da 

tez bağışlanır. Adi adamlarda isə əksinə – yaxşı əməlləri gözə görünmür, əhəmiyyətsiz qüsurları şişirdilir. Əməlin 

qiymətləndirilməsində onun yönəldiyi obyekt də mühüm rol oynayır. Məsələn, köməksiz adama – uşağa, qocaya, 

əlilə və s. əl qaldırmaq, özünü müdafiə edə bilənə əl qaldırmaqdan daha çox günah hesab edilir.  

Əməl – insanın konkret hərəkətlərindən ibarət olub, tərifə  və ya mühakiməyə, müsbət və ya mənfi 

münasibətə səbəb olan hər hansı ictimai əhəmiyyətli hərəkətdir.  

Əməl – yalnız hərəkətlə yox, həm də hərəkətsizliklə, sükunətlə, susmaqla, passivliklə, laqeydliklə, və ya 

ton, jest, baxış və s. ilə bildirilən münasibətlə də ifadə oluna bilər. Məsələn, lazımi məqamda etiraz etmək əvəzinə 

susmaqla müəyyən insanlara müvafiq işə başlamaq üçün razılığını bildirmək, yəni «susmaq – razılıq əlamətidir»; 

İclasda hücuma məruz qalan kolleqasının xeyrinə olan faktları açıqlamamaq, laqeydliklə, susmaqla nə olacağını 

gözləmək, «nəyimə lazımdır» – deyə heç nəyə qarışmamaq; nüfuzundan istifadə edərək hansısa işə razı olmadığını 

səsinin tonu, hərəkət, baxış  və ya jestlə anladıb, onunla hesablaşacaqlarını bilə-bilə istədiyi nəticəyə nail olmaq, 

«gizli səsvermədə» kimə səs vermək lazım olduğunu müdirin «üzündən oxumaq» və s. Bəzi valideynlər övladını 

cəzalandırmaq üçün onunla müəyyən müddət danışmırlar. Və yaxud iki mübahisə edən  şəxsdən biri o birinin 

söyüşlərini, təhqirlərini sadəcə olaraq cavabsız buraxır, onun «səviyyəsinə enmir». Ya da övlad ev üçün, 

valideynləri üçün heç bir iş görmür, bütün günü onlarla heç danışmır da. Buna görə  də «danışmaq gümüşdür, 

susmaq qızıl» kəlamı özünü nəinki doğrultmur, hətta bəzən mənfi nəticə verir. 

İnsanların və heyvanların ekologiya, psixologiya, pedaqogika, kriminologiya sahəsindəki fəaliyyətinə 

bəzən davranış deyilir. Etikada davranış yalnız şüurlu fəaliyyətdir ki, bu zaman hərəkətlər azad seçim şəraitində 

baş verməli və əxlaqi keyfiyyətə malik olmalıdır. Əxlaqi davranış cəmiyyətdə mənəvi iqlimin yaranmasında, əxlaqi 

sərvətlərin formalaşmasında böyük rol oynayır. Əxlaqi davranış əxlaqi fəaliyyətə nisbətən daha dar məna daşıyır. 

Əxlaqi davranış insanın şüur və iradəsi ilə bağlı olan əxlaqi əməllərin məcmusudur. Yəni əməl davranışın vahidi, 

elementidir. Hər hansı bir əməlin törənməsi insanların bir-birinə müəyyən münasibəti ilə  nəticələnə bilər. Belə 

münasibətlər çox zaman əxlaqi münasibətlər olur. Əxlaqi münasibətlər arzu və ya xülya şəklində mövcud olmayıb, 

müəyyən fəaliyyətlə əlaqədardır. Kömək, məsləhət, toxtaqlıq və s. bu qəbildəndir. Əxlaqi münasibətlərə milli, dini 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə