Şahhüseynova sevinc asiF qızı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə21/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   ...   17   18   19   20   21   22   23   24   ...   38

 

 

34



normalar,  əxlaqi təsəvvürlər olan fəaliyyət – nadir hadisədir. Adətən, insanlar öz davranışlarında  əxlaqa aid 

olmayan digər məqsədləri, maraqları, meyarları rəhbər tuturlar, yəni onları fəaliyyətə əxlaqi şüura aid olmayan şüur 

elementləri də  təhrik edir ki, bu da geniş  mənada  əxlaqi fəaliyyətə aiddir: məsələn, məqsədəuyğunluq (səmərə, 

xeyir götürmə), effektivlik (qoyulan məqsədə daha yaxşı çatmaq baxımından), siyasi proqramlar, oyunlar və 

idmandakı müəyyən qaydalar, təlimatlar, qəbul edilmiş gözəllik qanunları (dəb baxımından) və s. Beləliklə, əxlaq 

insanın hər cür fəaliyyətinin və davranışının mühüm tərəfidir. Hansı motivlə stimullaşmasından asılı olmayaraq, 

insanın bütün şüurlu və azad fəaliyyəti əxlaqi xüsusiyyətlərə malik olub, «xeyir», «şər», «haqq», «nahaq» meyarları 

baxımından qiymətləndirilir. Bura insanın dostlarına, yaxınlarına, ailəsinə,  əməyə, kollektivə münasibəti; elm, 

incəsənət, mədəniyyət sahəsində  fəaliyyəti; eləcə  də gündəlik işləri və s. aiddir. Bütün bunlar nəinki insanın 

cəmiyyətə, həmçinin cəmiyyətin insana, insanın təbiətə və özünə qarşı münasibətlərini formalaşdırır.  

Şüurun daxili elementi olan niyyətlər  əməlin motivi olmaya da bilər. Niyyət – hələ baş verməmiş 

fəaliyyətin obrazı olub, çox vaxt motivlə üst-üstə düşmür. Məsələn, kimsə iclasda söz almaq niyyətindədirsə, bunun 

motivləri müxtəlif ola bilər: həqiqəti sübut etmək, rəqiblərin cavabını vermək, kütlə qarşısında özünü göstərmək, 

natiqlik məharətini nümayiş etdirmək, hazırcavab kimi şöhrət qazanmaq və s. Niyyət əməldən əvvəl gəldiyi halda, 

motiv ondan sonra da yarana bilər. Bu, törədilmiş əmələ haqq qazandırmaq, onu əsaslandırmaq üçün edilə bilər. 

Məsələn, məhkəmə zamanı aqressiv xarakterli adam kiməsə  xətər yetirməsini özünü müdafiə etmək, öz şərəf və 

ləyaqətini qorumaq kimi motivləşdirir. Hegelə görə, motiv həmişə daxili və subyektiv, lakin dərk edilmiş səbəbdir 

(52, s.372). Əməlin strukturunda insanın  şüur və iradəsinə tabe olan yeganə element subyektiv xarakter daşıyan 

motivdir. Ona görə  də  əməlin və ya davranışın  əxlaqi qiymətləndirilməsi zamanı motivlər və onların  əxlaqi 

keyfiyyəti mühüm rol oynayır. Bu zaman biz əvvəlcə törədilmiş əməlin müsbət və ya mənfi tərəfi ilə, sonra onu 

icra edənin şəxsiyyəti ilə maraqlanırıq. 

Heyvanlardan, körpə  uşaqlardan və ruhi xəstələrdən fərqli olaraq, hər bir normal insan öz əməllərinin 

mahiyyətini,  şəxsi motivini, mənəvi (dini, əxlaqi) və hüquqi məsuliyyətini dərk etməlidir. Çünki qanunları 

bilməmək insanı məsuliyyətdən azad etmir.  

 

 

 



 

 

 

 

 

 

 

 

 

 


 

 

35



 

III FƏSİL 

ETİKANIN ƏSAS KATEQORİYALARI 

Hər hansı bir təlimin (estetik, siyasi, dini və s.) öz əsas ideyalarını ifadə etməsi üçün müəyyən anlayışlar 

aparatı, özünəməxsus «dili» olur. «Kateqoriya» adlandırılan  ən ümumi anlayışlar gerçəkliyin mənəvi 

mənimsənilməsində mühüm rol oynayır. Latınca «mühakimə», «tərif» mənasını verən «kateqoriya» bütün elmlərin 

anlayışlar sistemini təşkil edir. Hər bir elm öz obyektini öyrənmək və  məzmununu  şərh etmək üçün xüsusi 

sözlərdən istifadə edir: riyaziyyat – mənfi və müsbət, fizika – elektron, kimya – molekul və s. Əxlaqın müxtəlif 

tərəflərini və funksiyalarını ifadə edən etik kateqoriyalar xaraktercə struktur və substansional olur. Struktur 

kateqoriryalar  əxlaqı onun komponentlərini təşkil edən daxili əlaqə baxımından, substansional kateqoriyalar isə 

əxlaqı cəmiyyət və şəxsiyyət arasında yaranan münasibətlərin məzmununun xüsusiyyətləri baxımından xarakterizə 

edir. Birincilərə  əxlaq normaları, prinsipləri;  əxlaqi qiymətləndirmə, ideal, baxışlar, hisslər; adətlər, hərəkət, 

davranış, münasibətlər və s., ikincilərə isə xeyir, şər, borc, vicdan, ədalət və s. aiddir. Etikanın nəzəri əsası olan 

kateqoriyalar cəmiyyətin mənəvi həyatının zənginliyini və  rəngarəngliyini,  əxlaqi münasibətlərin obyektiv 

qanunauyğunluqlarını əks etdirir.  

Etikanın kateqoriyalar sistemi əxlaqın strukturunu müəyyən edən,  əxlaqi prinsiplərin və  əxlaqi  şüurun 

mühüm tərəflərini  əks etdirən  ən ümumi anlayışlardır.  Əxlaq prinsipləri  əsasında inkişaf edən etik kateqoriyalar 

onlardan asılı olaraq insanın mənəvi simasını,  əxlaqi sifətlərini, davranış qaydalarını  və başqalarına münasibəti 

müəyyən edərək etikada mərkəzi yer tutur.  

Əxlaq kateqoriyaları öz məzmununa görə obyektiv, həyata keçmə formasına görə isə subyektivdir. Bir 

tərəfdən, onlar həyata aid olub, onu qiymətləndirənin şüurundan asılı olmayaraq mövcuddur; digər tərəfdən, onların 

subyekt tərəfindən seçimi azaddır, yəni insan ya xeyiri, ya şəri seçir; eqoizmi və ya altruizmi üstün tutur. 

Kateqoriyaların bir qismi əks qütblü, digər qismi isə qarşılıqlı şərtləndirilmiş olur. Birincilərə xeyir və şər, ədalət və 

ədalətsizlik, ikincilərə borc və vicdan, şərəf və ləyaqət və s. aiddir. Özünəməxsus xüsusiyyətlərə malik olan hər bir 

etik kateqoriya elmi idrakın müxtəlif pillələrini ifadə edərək, şəxsiyyət və cəmiyyət əlaqələrinin müəyyən tərəfini 

əks etdirir. 

Əvvəlki dövrlərin filosofları, adətən, bu kateqoriyalardan hər hansı birini ön plana çəkir, digərlərini ona 

tabe edirdilər. Məsələn, Aristotel və Platon xeyiri, Kant borcu, Hegel vicdanı, Demokrit, Epikur, Helvetsi, 

Feyerbax xoşbəxtliyi üstün tuturdu.  

Hər bir tarixi mərhələnin özünəməxsus  əxlaqi dəyərlər sistemi olduğundan insanların müxtəlif dövrlərdə 

xeyir və  şər, borc və vicdan və s. haqda təsəvvürləri də  fərqli olur. Bu anlayışların formalaşmasına ümumbəşəri 

mənəvi təcrübə də təsir edir.  




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə