Şahhüseynova sevinc asiF qızı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə23/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   ...   19   20   21   22   23   24   25   26   ...   38

 

 

38



antihumanizm, zorakılıq, yalan, alçaqlıq, oğurluq, xuliqanlıq, zalımlıq, satqınlıq, xəbərçilik və s aiddir. İstismar, 

işğalçılıq müharibələri, başqa dinlərin, azadfikirliliyin, başqa dərili insanların, digər millətdən, təbəqədən, 

mənşədən olanların təqibi və s. kimi qlobal miqyaslı «şərin» mövcud olduğu cəmiyyətdə «mikroşər» də mövcud 

olur ki, bu da insanların gündəlik həyatına və psixologiyasına daxil olaraq adətə çevrilir. Bunlara kobudluq, 

eqoizm, digərlərinin, hətta öz qohumlarının dərdinə laqeydlik, qəddarlıq, yalançılıq, sərxoşluq, biclik, fırıldaq və s. 

aiddir. Belə hallarda güclü zəifi incidir, kimsə öz günahını başqasının üstünə atır, xuliqan adamları  təhqir edir, 

satıcı adamları acılayır, bürokrat rüşvət gözləyir, taksi sürücüsü, usta, ofisiant gördüyü işdən dəfələrlə çox pul tələb 

edir, kiçiklər böyüklərə hörmət etmirlər, kişilər otururlar, qadınlarsa ayaq üstə qalırlar, işdə xaltura edilir, vəzifədən 

şəxsi məqsədlər və ya qazanc üçün istifadə edilir, rəhbər işçilər öz tabeçiliyində olanların qayğısına qalmır, yalnız 

öz rütbəsi barədə düşünür, zəhmətsiz gəlirlərlə yaşayır.  

Şər ya özgəsinin hesabına özünütəsdiqə  cəhd formasında, ya da iradəsizlik formasında, mövcud şəraitin 

təzyiqinə müqavimət göstərə bilməmək kimi mövcud olur. Hərəkətin və ya niyyətin  əxlaqsızlıq kimi 

qiymətləndirilməsi milli şüurda və milli mədəniyyətdə bu anlayışların mövqeyi ilə bağlıdır. 

Z.Göyüşov «Əxlaqi sərvətlər» adlı əsərində bu problemləri belə şərh edir: «Xeyir kateqoriyası etikanın əsas 

və müəyyənedici kateqoriyasıdır. Bu kateqoriyanın məzmunu düzgün müəyyən edilməsə heç bir etik problemi həll 

etmək olmaz. Xeyir və şər anlayışları elə mühüm və elə ümumi anlayışlardır ki, bunlarsız habelə əxlaqi hərəkət və 

davranışlara qiymət vermək də olmaz. Xeyir artıq müsbət qiymətləndirilmiş  və  əxlaqi sərvət  şəkli almış 

kateqoriyadır. Bunun əksinə olaraq şər mənfi qiymətləndirilmiş  əxlaqi keyfiyyət və sifətlərin, hərəkət və 

davranışların təcəssümüdür. Geniş mənada xeyir əxlaqlılığı, şər isə əxlaqsızlığı ifadə edir. Başqa etik kateqoriyalar 

kimi xeyir və  şər kateqoriyaları da zaman keçdikcə  dəyişmiş, sinfi xarakter daşıyaraq müxtəlif məzmun kəsb 

etmişdir. Lakin əxlaq yarandığı gündən indiyədək xeyir ayrı-ayrı insan qrupları, siniflər və bütövlükdə cəmiyyətin 

əxlaq cəhətcə  bəyəndiyi, təqdir etdiyi, fəzilət hesab etdiyi hərəkət və davranışları,  şər isə  cəmiyyətin pislədiyi, 

bəyənmədiyi, qəbahət saydığı hərəkətləri ifadə etmişdir. Buna görə də bu anlayışlar özündə müəyyən ümumbəşəri 

cəhəti də, nisbi sabitliyi də ehtiva edir.» (16, s. 67). 



 

 

 

 

 

 


 

 

39



3.2. BORC VƏ VİCDAN 

 

Borc və vicdan anlayışları insanın daxili tələbatlarından irəli gələrək etikada mərkəzi yer tutur. Onlar 

insanın  şüurunda  şəxsiyyətin cəmiyyətə, kollektivə, digər insanlara və özünə olan mənəvi öhdəçiliklərindən irəli 

gəldiyi üçün müəyyən əxlaq normaları və mənəvi prinsiplərlə bağlıdır. Mənəvi dəyərlər imperativdir, yəni vacibdir. 

Onlar əxlaq normaları və prinsipləri ilə bağlı olub insanlar arasındakı münasibətləri tənzimləyir. Bunlara yalnız hər 

hansı  şəraitlə  əlaqədar yox, hər zaman riayət edilməlidir. Bunları yalnız məhdud dairədə – qohumlar, dostlar, 

kolleqalar, yerlilərlə deyil, bütün insanlarla münasibətdə  əldə  rəhbər tutmaq lazımdır. Mənəvi imperativlər 

yerindən, şəraitdən, zamandan, milliyyətdən, şəxsiyyətdən asılı olmayıb universal xarakter daşıyır. Etikada borc və 

vicdan anlayışlarının fitri olması barədə baxışlar geniş yayılmışdır. Bu anlayışlar fərdi inkişaf prosesində 

formalaşır, çünki cəmiyyətdə müxtəlif insanların borc və vicdanının inkişaf səviyyəsi eyni deyil. Bəziləri borc və 

vicdanı xoşbəxtliyə qarşı qoyur və hesab edir ki, bu zaman insan öz istəyinin əksinə getməli olur: «istəyirəm» və 

«etməliyəm» anlayışları bir-birinə qarşı  çıxır. Lakin bir çox filosoflar hesab edirlər ki, insan öz borcunu yerinə 

yetirdikdə və ya vicdanla hərəkət etdikdə öz işindən zövq alır, məmnun olur. Məsələn, suda boğulanı xilas edərkən 

insan öz bahalı geyiminin korlanmasına heyfsilənməməlidir. Bəzən cinayətkarlar «vəzifə borcu» adı ilə öz çirkin 

əməllərini həyata keçirirlər. Məsələn, faşistlərin törətdikləri antihumanist hərəkətlər buna misaldır. 

«Azərbaycanfilm» kinostudiyasının istehsalı olan «İstintaq» filmində müstəntiqlə müttəhimin söhbəti, müttəhimin 

verdiyi ifadələr bu baxımdan maraqlıdır. Müttəhim  əlbir işlədiyi cinayətkar yoldaşlarını  ələ verməməyini belə 

əsaslandırır: «mən onlarla bu şərtlərə əsasən işləməyə söz vermişəm, indi də öz borcumu yerinə yetirirəm».  

Borc kateqoriyası insanın cəmiyyət və ya digərləri qarşısındakı mənəvi öhdəçiliyidir. Bu, obyektiv olaraq 

mövcud olan ictimai öhdəçiliyin yerinə yetirilməsi ilə əlaqədar daxili mənəvi zərurətdir. Borcun mənbəyi və təməli 

ictimai maraqdır. Borc daxilində maraq imperativ, amiranə xarakter alaraq hakim meyl kimi üzə çıxır və hərəkəti 

seçən motivi müəyyənləşdirir. Lakin insan öz öhdəsinə düşəni avtomatik şəkildə yerinə yetirmir. Borc həmişə 

hərəkətin motivlərindən biri kimi çıxış edir. Bu halda o, digər kateqoriyalardan fərqli olaraq daha güclü amiranə 

stimula çevrilir.  

İnsanda olan borc hissi hələ  qədim dövrdən mövcuddur. Sinifli cəmiyyətə keçid bu hissin yaranmasına 

şərait hazırlayır ki, bu da mənəvi təsəvvürləri alt-üst edir. Mənəvi inkişafın yeni dövrü başlayır. İnsanların kollektiv 

qarşısında borc hissi yaranır. Cəza ilə  əlaqədar qorxu kollektivin nüfuzunun artmasına gətirib çıxarır. Çətin 

məqamda kollektivin köməyinə arxalanmağın mümkünlüyünü dərk edən insan kollektivlə hesablaşmağa, ictimai 

prinsip və normalara əməl etməyə daxili tələbat duyur. Borcun yerinə yetirilməsi məcburi xarakter daşımamalıdır. 

İnsanın borcu mənəvi ideala uyğun gəlməlidir. O daim xeyirxahlığa doğru yönəlməli, imkan dairəsində hamıya 

yaxşılıq etməli,  şərdən uzaq olmalıdır. Borc insanlar arasındakı münasibətlərin özünəməxsus mexanizmidir. 

Könüllülük prinsipinə əsaslanan borcda şəxsi və ictimai cəhətlər vəhdətdə olmalıdır.  

Mənəvi borc anlayışına daxil olan öhdəçilik yalnız gələcək qarşısında deyil, həm də keçmişə aiddir. Bura 

vətən uğrunda canından keçənlərin ruhuna hörmət və s. aiddir. Borcun könüllü surətdə yerinə yetirilməsi 

şəxsiyyətin yüksək mənəvi şüurundan xəbər verir.  

Borcun müxtəlif formaları mövcuddur ki, bu da ictimai şəraitdən, həyati situasiyalardan, öhdəçilikdən 

asılıdır, məsələn, vətənlə bağlı «vətənpərvərlik borcu», dövlətlə bağlı «vətəndaşlıq borcu», bundan başqa, 

«beynəlmiləlçilik borcu», «hərbi borc», «peşə borcu» və s. Lakin insan yalnız cəmiyyət qarşısında deyil, özü və 

yaxınları qarşısında da müəyyən borca malikdir. Məsələn, «ailə borcu», «yoldaşlıq borcu» və s.  

Mənbələrə görə borc anlayışını etikaya ilk dəfə Demokrit gətirib (102, s.179) O, bunu insan fəaliyyətinin 

daxili motivi ilə əlaqələndirir, ağılla icra edilən yaxşı əməlləri qorxu və ya məcburiyyət qarşısında görülənlərdən 

qat-qat üstün tuturdu. Məsələn, satıcı müştəriyə yaxşı xidmət göstərirsə, bunun 2 səbəbi ola bilər: ya satıcı  işini 

itirməkdən qorxur, ya da sadəcə olaraq öz vəzifə borcunu yerinə yetirir.  

Balaca uşaqlarda öz öhdəçilikləri barədə  təsəvvür olmadığı üçün onlar böyüdükcə yaşlıların tələblərini 

mənimsəyir və özlərində  mənəvi keyfiyyətlərin formalaşması üçün zəmin yaradırlar. Beləliklə, fərdin  şüurunda 

borc və buna uyğun hisslər və təsəvvürlər formalaşır. Borcun dərk edilməsi əxlaqi şüurun digər komponentləri – 

ədalət, vicdan və s. ilə sıx bağlıdır. Ədalətlə hərəkət etmək – borcun yerinə yetirilməsindən irəli gəlir. Borcu yerinə 

yetirmək – insanın vicdanı ilə bağlıdır. Deməli, borc əxlaqi zərurətdir. Buna xüsusi mənəvi motiv də demək olar.  

Borc anlayışı dilimizdə 2 mənada işlənir: maddi və mənəvi borc: 1) «Mən qonşuya 100 manat borcluyam»; 

2) «Mən dostuma kömək etməyə borcluyam». Mənəvi borca insanların birgəyaşayış prosesində yaranan 

öhdəçilikləri (məsələn, vətən, xalq, kollektiv, ailə, valideyn qarşısındakı borc və ya ər-arvadlıq borcu), o cümlədən 

peşə fəaliyyəti (müəllimlik borcu, həkimlik borcu və s.) ilə bağlı vəzifələri aiddir. 

Xüsusi (qeyri-tipik) vəzifələri, xüsusi qayda və  tələblərin yerinə yetirilməsini borcdan fərqləndirmək 

lazımdır. Bunlar etiket, ünsiyyət sahəsinə və s. aiddir. Məsələn, «teatra» getmisinizsə, əvvəlcə bilet alırsınız, sonra 

zalda məhz öz yerinizi tutursunuz, tamaşa zamanı söhbət etmirsiniz, telefonunuzu söndürürsünüz, yerə zibil 

atmırsınız və s. Siz bunu etməyə borclusunuz, yəni teatrın qayda-qanununa əməl etməyə məsuliyyətlisiniz, bu sizin 

vəzifənizdir. Borc insanı digərləri ilə, cəmiyyətlə bağlayır və obyektiv öhdəçiliklər əldə edir. Obyektiv – yəni bizim 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə