Şahhüseynova sevinc asiF qızı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə22/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   ...   18   19   20   21   22   23   24   25   ...   38

 

 

36



Etikanın əsas, ənənəvi kateqoriyaları bunlardır: xeyir və şər, borc və vicdan, şərəf və ləyaqət, xoşbəxtlik və 

həyatın mənası. Bu kateqoriyalar yalnız etikanın nəzəri anlayışları deyil, həm də əxlaqi şüurun əsas anlayışlarıdır 

ki, bunlar vasitəsilə cəmiyyət insanların davranışını tənzimləyir. 

 

 

 



 

 

37



3.1. XEYİR VƏ ŞƏR 

İnsanın hər hansı bir fəaliyyəti əxlaqi şüurun mərkəzi anlayışı olan xeyir və şər kateqoriyaları prizmasından 

qiymətləndirilir. Əxlaqi şüurun daha əsas, ümumi və spesifik anlayışları olan xeyir və şər insanlara aid olub, yalnız 

etika tərəfindən öyrənilir. Etikanı  bəzən hətta xeyir və  şər haqqında təlim də adlandırır, əxlaq və  əxlaqsızlığı isə 

xeyir və  şərin sinonimi kimi nəzərdən keçirirlər.  İnsanların xeyir və  şər haqqında təsəvvürləri bəşəriyyətin ilk 

çağlarında yaranaraq dövrdən-dövrə, zamandan-zamana adladıqca dəyişmişdir. Antik dövrdə xeyir və  sərvət 

vəhdətdə nəzərdən keçirilirdi. Hegelə görə təzə doğulan insan nə xeyirxah, nə də bədxah olur. Obü keyfiyyətlərə 

sonradan nail olur. Hegel bu kateqoriyaları  vəhdətdə  nəzərdən keçirirdi. Russo hesab edirdi ki, insan təbiətən 

xeyirxahdır, Freydə görə isə insan əzazildir (83, səh.193). Ümumiyyətlə, xeyir və şərə yalnız insani keyfiyyət kimi 

baxan etikada onların fitri və ya sonradan qazanılan olması barədə fikirlər də müxtəlifdir. Bəziləri bunların 

fizioloji, bioloji təbiətə malik olduğunu israr edirlər. Aristotelə görə fəzilətlər fitri olmayıb təcrübə vasitəsilə əldə 

edilir. 


Müsbət və mənfi keyfiyyətlər olan xeyir və şər daha ümumi anlayışlar olub, bütün mənəviyyatı xarakterizə 

edir və hətta insanlar arasındakı münasibətlər çərçivəsindən çıxaraq təbiət hadisələrinə də aid edilir (məsələn, «şər 

qüvvələr», «qorxulu epidemiya», «xeyirli səhər» və s). Bir sözlə, xeyir – insanların xeyrinə olan, şər – zərərinə 

olandır. Xeyir – hamının arzuladığı, dəyərli, nümunəvi,  şər isə  məhv edilməli, yolverilməz olandir. Bununla 

əlaqədar, xeyir, adətən, müsbət – mənəvinin,  şər isə  əxlaqsızlığın sinonimi olur. Bu anlayışlar insanların  şüurlu 

hərəkətlərini qiymətləndirir. Adətən, insanlar şüurlu surətdə xeyirxahlığa can atır, öz fəaliyyətlərini xeyirlə 

eyniləşdirirlər. Şər haqqında isə heç kəs açıq danışmır, onu fəaliyyətin məqsədi kimi təqdim etmir, məcburi addım 

kimi qələmə verirlər. Hətta  şərin hədələmək və ya daha böyük qəbahətlərdən qaçmaq məqsədi daşıdığını 

söyləyirlər.  İnsan xeyir işlər gördükcə onun hüdudlarını genişləndirir,  şərinkini isə daraldır. Xeyirxahlıq idealı 

insanı özünükamilliyədək yüksəldir. İnsan çox vaxt xeyiri intuisiya vasitəsilə hiss edir. İnsan şəri ona görə tanıyır 

ki, xeyir haqqında kifayət qədər anlayışı var; xeyirə ona görə qiymət verir ki, öz təcrübəsində  şərlə qarşılaşıb. 

Beləliklə, xeyir və şər bir-biri vasitəsilə dərk edilir.  

Xeyir və şər anlayışları vasitəsilə insanlar ətraf aləmi də dərk edirlər. Hər hansı bir qiymətləndirilmə (yəni 

əxlaqın, mənəvi keyfiyətlərin, insanlar və ya siniflər arasındakı münasibətlərin, cəmiyyətdəki durumun) xeyir və 

şərin daha konkret formaya düşməsinə  səbəb olur: prinsip, norma, mənəvi keyfiyyət. Digər mənəvi keyfiyyətlər 

kimi, bu anlayışlar da tarixən dəyişkəndir. Məsələn, inkvizisiya dövründə insanların tonqalda yandırılması, insan 

qurbanlarının verilməsi, totalitarizm və s. insanların xeyir və şər haqqında yanlış təsəvvürlərindən irəli gəlir.  

Xeyir anlayışı vasitəsilə insanların ümumi və mühüm maraqları, gələcəyə olan ümid və arzuları ifadə 

olunur. Nəyə aid edilməsindən asılı olaraq xeyir daha konkret mənalarda işlənir: xeyirxahlıq, ədalət, fəzilət və s.  

Abstrakt anlayışlar olan xeyir və  şərdən fərqlənən  ədalət daha konkret-tarixi xarakter daşıyır.  Ədalət 

konkret-tarixi məzmun daşıyan bərabərlik və  bərabərsizliyin inikasıdır.  İbtidai cəmiyyətdə  ədalət o dövr üçün 

nəzərdə tutulan davranış qaydaları və normalarını pozanların cəzalandırılmasını tələb etmək kimi başa düşülürdü. 

Bunlara qan düşmənçiliyi də aid idi. Yunan mifologiyasında ədalət ilahəsi olan Femida gözübağlı təsvir edilirdi. 

Bu, hökm çıxaran zaman onun düzgün mövqe tutmasına işarə idi. O dövrdə icad edilən tərəzi də Femidanın 

simvolu idi. Pifaqorçular deyirdilər ki, tərəzi bir tərəfə  əyilməməlidir, yəni cəza ciddi şəkildə cinayətə  tən 

gəlməlidir. Demokritə və digərlərinə görə, ədalət təbiətə uyğun hərəkət etmək və öz borcunu yerinə yetirməkdir. 

Sokrata görə, ədalət özgənin rifahıdır (xoşbəxtliyidir). Yaxşı adam ədalətsizlik etməz. Sokrat da, pifaqorçular da bu 

fikirdə idilər ki, ədalətsizlik etməkdənsə, ədalətsizlikdən əziyyət çəkmək daha yaxşıdır. Aristotel hesab edirdi ki, iki 

cür  ədalət mövcuddur: təbiətən  ədalətsizlik, qanuna görə  ədalət. Sonuncu dövlət tərəfindən müəyyən edilir. 

Aristotel üstünlüyü birinciyə versə də, diqqətini ikincinin üzərində cəmləşdirirdi: ədalətli olmaq – qanuna, qanun 

isə  fəzilətlərə riayət etməyi tələb edir: mərdliyə, müdrikliyə  və s. Beləliklə,  ədalət  ən kamil fəzilətdir. Digər 

fəzilətlər də burada cəmləşir. Lakin ədalət digər insanlara münasibətlə müəyyənləşir. Buna görə  də onun çıxış 

nöqtəsi, prinsipi bərabərlikdir. Qeyri-bərabərlik ədalətsizliyə gətirib çıxarır, insan özünü digərlərindən fərqli olaraq 

daha yaxşı  təmin edir. Bir sözlə,  ədalət israfçılıqla çatışmazlıq arasında olur. Artistotel bir də onu qeyd edir ki, 

insan bilmədən pis iş görürsə (məsələn, atasını düşmən zənn edib öldürür), bu, ədalətsizlik yox, bədbəxtlikdir.  

Aristotelə görə fəzilətlər fitri deyil, təcrübə ilə əldə ediləndir. Orta əsrlərdə xristian etikası 3 növ fəzilətdən 

bəhs edir: 1) inam; 2) ümid; 3) məhəbbət.  İnam – Allaha inam, ümid – Allahın mərhəmətinə ümid, məhəbbət – 

Allaha məhəbbət nəzərdə tutulurdu.  



Şər – xeyirin antipodu, mənfi etik kateqoriyadır. O, mənəviyyatsızlığın, əxlaqa zidd və mühakiməyə səbəb 

olan hərəkətlərin, bütün mənfi mənəvi keyfiyyətlərin ümumi xarakteristikasıdır. Mənfi mənəvi keyfiyyətlərə 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə