Şahhüseynova sevinc asiF qızı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə18/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   ...   14   15   16   17   18   19   20   21   ...   38

 

 

30



Əxlaqi hisslər cəmiyyətdəki əxlaq normalarına bəslənən subyektiv münasibətdir. Əxlaqi hisslərin obyekti 

adamlar, qruplar, münasibətlər, adamların hərəkət və rəftarı, ictimai həyatın qanunları və s.-dir. Bəzən həyatda vaxt 

və ya informasiya qıtlığı üzündən elə situasiyalar yaranır ki, tək ağıl kifayət etmir, çünki insan hadisələri ildırım 

sürətilə qiymətləndirməli olur. Bu zaman məhz əxlaqi hisslər ağılın köməyinə gəlir. Vicdan hissi, borc hissi, ədalət 

hissi və  s.  bu  qəbildəndir. Onlar mənəvi təcrübəyə  əsaslanaraq ağılın görə bilmədiyi hərəkətləri və situasiyaları 

«tuta bilir». İnsanın gündəlik rəftarında və şüurunda, eləcə də motivasiyasında müsbət (səmimilik, rəhmlilik, dərdə 

şərik olma, xeyirxahlıq, dostluq, rəğbət, yoldaşlıq, məsuliyyət və s.) və  mənfi (fərdiyyətçilik, bədxahlıq, 

düşmənçilik, paxıllıq, ikiüzlülük, şöhrətpərəstlik, başqasının dərdinə sevinmək və s.) əxlaqi hisslər böyük rol 

oynayır. Müsbət əxlaqi hisslər mövcud cəmiyyətin birgəyaşayış qaydalarına uyğun, müəyyən davranış normalarına 

müvafiq hərəkət etməyə xidmət edir. İnsanda olan utancaqlıq, vicdan, məhəbbət və s. hisslər də xeyirxah əməllərin 

əsas törədicisidir. Mənfi əxlaqi hisslər insanı mövcud əxlaq normalarına uyğun hərəkət etməməyə, öz mənafeyini 

cəmiyyətin mənafeyindən üstün tutmağa vadar edir. Bəzən insan məhz nifrət, acıq, qibtə, qısqanclıq, 

özünəvurğunluq,  şöhrətpərəstlik hissləri ucbatından zərərli hərəkətlər törədir. Öz hərəkətlərinin ictimai əxlaqa 

uyğun gəlmədiyini dərk edərək iztirab keçirən zaman insanda təəssüf, peşimançılıq, utancaqlıq, xəcalət və s. kimi 

əxlaqi hisslər yaranır. Deməli,  əxlaqi hisslər mövcud cəmiyyətin rəftar və  əxlaq normalarına insanın bəslədiyi 

mənfi və ya müsbət münasibətin əks etdirilməsidir. Müxtəlif həyat şəraitində yaşayan insanların əxlaqi hissləri də 

məzmun etibarilə bir-birindən fərqlənir. Buna görə  də  hər bir tarixi dövrdə insan hisslərinin tərbiyə edilməsinin 

məqsəd və istiqaməti dəyişir, yeni forma və məzmun kəsb edir. Ağıl və hisslərin harmoniyası daha effektli olub, 

insanın məsləklərini təşkil edir. Bunlar isə heç də həmişə reallaşmır.  

İradə – əxlaqi  şüurun üçüncü elementi və ya komponenti olub, qətiyyət, dözüm, mərdlik, müstəqillik, 

təkidlilik, konkret işlərə hazır olma, özünüidarəetmə ilə üzə  çıxır.  İradə insan fəallığının xüsusi forması olub, 

mürəkkəb psixi prosesdir. Onun 2 əsas funksiyası var: 1) təhriketmə  və 2) ləngitmə. Birincidə insan öz arzu və 

tələbatlarından imtina edərək, daha vacib olanı seçir (məsələn, özü istirahət etmək  əvəzinə  xəstəyə baş  çəkməyə 

gedir).  İkincidə insan öz dünyagörüşünə,  əqidə  və ideallarına uyğun gəlməyən işləri görməkdən  şüurlu surətdə 

imtina edir. Məhz bu xüsusiyyətlər iradəni motivdən fərqləndirir.  



İctimai  əxlaqi  şüur  fərdi  əxlaqi  şüurla qarşılıqlı  əlaqədə formalaşır ki, bunun da daşıyıcısı bütün 

cəmiyyətdir. İctimai əxlaqi şüurun strukturuna gündəlik əxlaqi şüur və nəzəri əxlaqi şüur aiddir.  



Gündəlik  əxlaqi  şüur  hələ ibtidai icma dövründə kortəbii  şəkildə yaranaraq müxtəlif  əxlaq problemləri

onların qiymətləndirilməsi,  əxlaqi hisslərlə  əlaqədar gündəlik mülahizələri ifadə edir. Bu anlayışlar adətən 

ziddiyyətli və anlaşılmaz olur. Gündəlik  əxlaqi  şüur nəzəri  əxlaqi  şüurla sıx  əlaqədardır. Onların arasında «Çin 

səddi» çəkmək düzgün deyil. 



Nəzəri  əxlaqi  şüur  əqli  əməyin fiziki əməkdən ayrılması, peşələrin yaranması  və bu peşə sahiblərinin – 

filosofların, müəllimlərin, din xadimlərinin, dramaturqların və başqalarının gənclərin təlim-tərbiyəsi ilə  məşğul 

olması, mənəvi həyatın müxtəlif problemlərini nəzərdən keçirməsi ilə  əlaqədardır ki, burada da əsas rolu əxlaq 

fəlsəfəsi olan etika oynayır. O, daha məqsədyönlü şəkildə formalaşır və əsasən insan varlığının mərkəzinə, həyat 

əhəmiyyətli məsələlərə doğru tuşlanaraq ardıcıllığı, rasionallığı, sistemliliyi, aydınlığı ilə xarakterizə edilir. 

İnsanın mənəvi həyatında inam və hisslər daha çox iştirak etdiyindən məhz onlar əxlaqi  şüurun bütün 

səviyyələrinə nüfuz edir. Bəzi müəlliflər  əxlaqi  şüurun 2 səviyyəsini ön plana çəkir: 1) hissi-emosional və 

2) rasional.  



Əxlaqi  şüurun hissi-emosional səviyyəsi  əxlaqi hiss və  həyəcanların məcmusundan ibarətdir. Hisslərin 

ümumpsixoloji təsnifatına görə zehni və estetik hisslər kimi ali hisslərə aid olan əxlaqi hisslər şəxsiyyətin mənəvi 

tələbatları və maraqları ilə bağlıdır. Əxlaqi hisslər insanların düzgün addım atmasına və düzgün hərəkət etməsinə 

kömək edir. Bu hisslər hərəkətin motivi olduğu üçün əxlaqi  əhəmiyyətə malik olur. Onlar adətən müxtəlif 

emosional vəziyyətlərdə yarana bilən borc və vicdan hisslərindən ibarətdir. Belə  vəziyyətlər utancaqlıq, 

peşimançılıq, vicdan əzabı və s. ilə əlaqədardır. Şəxsi ləyaqət və şərəf hissi də bu qəbildəndir. Lakin əxlaqi hisslər 

bununla bitmir. İnsanın hər hansı bir hissi əxlaqi  əhəmiyyətə malik ola bilər, belə ki, o, əməl xarakteri daşıyan 

hərəkətdən törəyir. Məsələn, hər bir insana xas olan qorxu hissi təbii hiss olub, əsasən özünümüdafiə instinkti ilə 

bağlı olduğu üçün heç bir əxlaqi əhəmiyyətə malik deyil. Lakin müxtəlif situasiyalarda o, həm qorxaqlıq kimi, həm 

də qorxunu dəf etməyə yönəlmiş cəsarət, igidlik, şücaət və s. kimi üzə çıxır. Bunu digər hisslərə də aid etmək olar: 

məhəbbət, nifrət, sevinc, heyfsilənmək, məğrurluq və s. Bu əxlaqi hisslər şəxsiyyətin, kollektivin, qrupun spesifik 

reaksiyasıdır ki, bunlar da insan-insan və ya insanla cəmiyyət arasında baş verir. 

Şüur, əxlaqi hisslər və emosiyalar gerçəkliyi əks etdirmənin və hərəkətin motivinin ayrı-ayrı tərəfləri olsa 

da, bir-biri ilə qarşılıqlı əlaqədədirlər. Əxlaqi şüuru yalnız qaydalardan ibarət olan insan, real həyatla, insanın hiss 

və iztirabları ilə qarşılaşdıqda  ətrafdakılar üçün, adətən, quru, aciz, sxematik təsir bağışlayır. O, insanlara qarşı 

laqeyddir, sevməyə və nifrət etməyə layiq deyil, onun «normaları» insan qəlbinin dərin qatlarına nüfuz edə bilmir. 

Emosiya və hisslər insanın mənəvi həyatını daha dolğun edir, əxlaqi  şüura sabitlik və aydınlıq gətirir, hərəkətin 

qəbul edilib–edilmədiyini, qənaətbəxş olub-olmadığını, alqışa və ya məzəmmətə səbəb olduğunu düzgün müəyyən 

etməklə əlaqədar əxlaqi şüurun qiymətləndirmə bacarığını gücləndirir, hadisələrə olan reaksiyasını tamamlayır. 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə