Şahhüseynova sevinc asiF qızı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə17/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   ...   13   14   15   16   17   18   19   20   ...   38

 

 

28



Həm  əxlaqın, həm də incəsənətin ümumi funksiyası olan tərbiyəvi funksiya əxlaqda  əsas, incəsənətdə 

köməkçidir. Əxlaq tərbiyəsində çox vaxt incəsənət daha təsirli rol oynayır. Lakin incəsənətin tərbiyəvi funksiyaya 

malik olması onun əxlaqı əvəz edə bilməsi demək deyil. Bəzi sənət əsərləri əxlaqa hətta mənfi təsir də göstərə bilər. 

İncəsənətin tərbiyəvi funksiyası yalnız  əxlaq tərbiyəsindən ibarət deyil. Bura tərbiyənin digər növləri də aid ola 

bilər, məsələn, əmək tərbiyəsi, vətənpərvərlik tərbiyəsi, fiziki tərbiyə (xoreoqrafiya sənətində, rəqsdə və s.), estetik 

tərbiyə (peyzaj, natürmort və s. janrları vasitəsilə) və s. 



Din və  əxlaq. Din əxlaqdan sonra yaranan ictimai şüur formasıdır. Müxtəlif adət və  ənənələr,  əxlaq 

qaydaları (primitiv şəkildə də olsa) dindən xeyli əvvəl mövcud idi və insanlar buna riayət edirdi. 

Dünya dinlərindən hər biri öz inkişafında müəyyən iqtisadi, sosial amillərlə yanaşı  əxlaqa da dəfələrlə 

müraciət ediblər. Bütün dini sistemlərdə əxlaq prinsipləri, norma və qaydaları haqqında kifayət qədər informasiya 

var. Din heç də yarandığı gündən cəmiyyətin  əxlaqi funksiyalarının daşıyıcısı olmamışdır. Məsələn, qədim 

misirlilərin, babillərin və yunanların dini ilk vaxtlar əxlaq məsələləri ilə bağlı deyildi. Tədricən din, cəmiyyətin 

hakim əxlaq nəzəriyyələrinin daşıyıcısı olaraq ibtidai icma quruluşunun sonunda əxlaqın məzmununa qatılır və ona 

güclü təsir göstərməyə başlayır. Artıq əxlaq qaydaları insanların dini təsəvvürlərindən asılı olur ki, bu da kahinlər 

və rəhbərlərin şəxsi maraqlarına xidmət edir. 

Dinə yalnız inam sistemi kimi deyil, həmçinin mədəniyyət, dünyagörüş, əxlaq və hüquq kimi də yanaşmaq 

lazımdır. Bütün dini abidələr insanların həyatını,  əxlaqını, məişətini, adət və  ənənələrini  əks etdirir. Belə dini 

kitablar tarix və mədəniyyət abidələridir.  

Ən möhtəşəm və son din olan İslam və onun müqəddəs kitabı «Qurani-Kərim» bütün bəşəriyyətə Allah 

tərəfindən göndərilən və vacib buyrulan əvəzedilməz nemətdir. «Qurani-Kərim» dini abidə olmaqla yanaşı, həm də 

insanların ictimai həyatının bütün sahələrini əhatə edərək istənilən məsələ və problemlərin həlli yollarını göstərir. 

Burada müxtəlif elmi (elmin bütün sahələrinə – astronomiya, okeonologiya, embriologiya, coğrafiya, fizika, kimya, 

sosiologiya, etika, biologiya, hüquq, tarix və s. aid), tərbiyəvi və digər məsələlər işıqlandırılıb. Bütün bunları ilk 

dəfədən anlamaq asan olmadığından  İslam dini insanların ilk növbədə elmli olması  zərurətini yaradır. «Qurani-

Kərimdə» dini tərbiyə ilə yanaşı, insanların hüquq və əxlaq tərbiyəsi də ön plana çəkilərək, konkret vəziyyətlərdə 

necə hərəkət etməyin lazım olması məsləhət və ya zəruriyyət kimi göstərilir. Bu baxımdan «Quran» bütün dövrlər, 

bütün xalqlar və millətlər üçün dəyişilməz qalan əxlaq kodeksidir. Bu gün olduqca dəbdə olan gender probleminə, 

ümumiyyətlə qadının həm cəmiyyətdə, həm ailədə mövqeyinə hələ VII əsrdə «Quran»da münasibət bildirilmiş və 

bütün məsələlərdə qadının mənafeyi üstün tutulmuşdur. Vərəsəlik, övladgötürmə  və s. kimi hüquqi problemlər, 

insanın həyat yoldaşına, valideynlərinə, övladlarına, qonaqlara, dövlət başçısına və digər insanlara olan münasibəti, 

hətta geyimi, yerişi ilə əlaqədar bəzi əxlaqi problemlər islami dəyərlərin üstünlüklərini nümayiş etdirir. 

 

 

 

 

 



 

 

29



2.3. ƏXLAQİ ŞÜUR 

 

Müasir tədqiqatçıların çoxu əxlaqda iki, nisbətən müstəqil sahə olduğunu söyləyir: 1) əxlaqi  şüur və 



2) əxlaqi fəaliyyət (praktika və ya təcrübə). Bəziləri  əxlaqda 3-cü elementi də ayırır ki, bu da əxlaqi 

münasibətlərdir. Lakin əxlaqi münasibətlər əxlaqi fəaliyyətlə (praktika ilə) əlaqədar olduğu üçün əksər hallarda hər 

iki element vəhdətdə nəzərdən keçirilir. 

Əxlaqi şüur ictimai şüurun spesifik forması olub, ictimai münasibətləri əks etdirən anlayış və təsəvvürlərin 

məcmusundan ibarətdir. Anlayışlar sistemi hər hansı bir təlimin – siyasi, dini, estetik və s. özünəməxsus «dilidir» 

və bunlarsız  əsas ideyaları ifadə etmək mümkün deyil. Ən ümumi anlayışlar kateqoriyalar adlanır ki, bunlar 

vasitəsilə gerçəklik müxtəlif səviyyələrdə dərk edilir. Əxlaqi şüurun anlayışlarının spesifikliyi ondan ibarətdir ki, 

onlar cəmiyyətin və  şəxsiyyətin mənəvi həyatını özünəməxsus  şəkildə  əks etdirir. Bu anlayışlardan har hansı bir 

hərəkətin qiymətləndirilməsi zamanı da istifadə edilir. Əxlaqi şüurun əsas anlayışlarına xeyir və şər, borc və vicdan, 

şərəf və ləyaqət, əxlaqi hisslər, əxlaq normaları, əxlaqi prinsiplər, əxlaqi ideal, əxlaqi qiymətləndirmə və s. aiddir. 

Əxlaqi  şüur insan həyatının  əhəmiyyətli tərəflərini – insanların bir-birinə, cəmiyyətə  və bütün dünyaya 

münasibətlərini  əks etdirən norma, adət,  ənənə, dəb, baxış, ideya, emosiya, hiss və  təsəvvürlərdən ibarətdir ki, 

bunlar da xeyir, şər, ədalət, vicdan, ləyaqət və s. anlayışlarla ifadə olunur. 

Əxlaqi  şüur anlayışının təşəkkülü hələ  qədim dövrlərdən başlayır. Etika ilə  məşğul olan ilk filosoflar – 

Platon, Aristotel, Epikur və başqaları əxlaqın əsas anlayışlarının bir çoxunun, məsələn, ədalət, xoşbəxtlik, müxtəlif 

fəzilətlər və s.-ni dərin təhlil etmişlər. Hətta müxtəlif anlayışların təsnifatına, içərilərindən  ən  əsaslarının 

seçilməsinə  də  cəhd göstərmişlər.  Əsas anlayışın müəyyən edilməsinə, digər anlayışların onun üzərində 

qurulmasına da təşəbbüs göstərilmişdir. Bu istiqamətdə hərə öz variantını qurmağa çalışsa da, antik etikanın əsas 

anlayışı xoşbəxtlik sayılırdı. Həzz (zövq almaq) də bu qəbildən idi. Epikur hesab edirdi ki, bütün fəzilətlər öz 

təbiətinə görə gözəl həyatla əlaqədardır, həzz isə həyatın bizə verdiyi ilk və fitri xoşbəxtlikdir. Sonralar İ.Kant əsas 

anlayış kimi borcu diqqət mərkəzinə qoyur və onun vasitəsilə digər anlayışları müəyyən etməyə çalışır. 

Antik etikanın diqqət mərkəzində, həmçinin,  əxlaqi  şüurun  əsas anlayışlarından olan şəxsiyyətin mənəvi 

keyfiyyətləri dururdu ki, bunlar da «fəzilət» və «qəbahət» adlanır. «Fəzilət» dedikdə, müsbət əxlaqi keyfiyyətlər – 

əməksevərlik, təvazökarlıq, nəzakət, xeyirxahlıq, səmimilik, vicdan, düzlük, cəsarət, mərdlik, öz səhvini etiraf 

etmək, başqasının halına yanmaq və s., «qəbahət» dedikdə isə  mənfi  əxlaqi keyfiyyətlər – xainlik, yalançılıq, 

yaltaqlıq, namərdlik, paxıllıq, vəfasızlıq, kobudluq, qorxaqlıq, cəsarətsizlik, ikiüzlülük, riyakarlıq, şöhrətpərəstlik 

və s. nəzərdə tutulur. «Xalis» əxlaqi və ya qeyri-əxlaqi mənəvi keyfiyyətlər olmur. Yalnız ictimai qiymətləndirmə 

mənəvi keyfiyyətləri əxlaqi və ya qeyri-əxlaqi, «fəzilət» və ya «qəbahət» kimi müəyyən edə bilər. 

Əxlaqi şüur fərdi və ictimai olur. 

Fərdi əxlaqi şüur insanın daxili aləmi ilə əlaqədardır. Hələ antik dövrdə insanın daxili aləmini 3 hissəyə 

bölürdülər: ağıllı, hissiyatlı, iradəli. Bununla əlaqədar, fərdi  əxlaqi  şüurun 3 komponenti var: 1) ağıl; 2) hisslər; 

3) iradə. 

Ağıl – fərdi əxlaqi şüurun rasional tərəfi olub, xeyir, şər, borc, vicdan, ali sərvətlər haqqında təsəvvürlər, 

ideya və ya anlayışlardır.  İnsanın mənəvi həyatında ağılın mühüm rol oynadığını  hələ Sokrat və Platon da qeyd 

edirdilər. 

Hisslər insanın həyatında mühüm rol oynayır. Psixologiya elmi bütün psixi hadisələri 3 qrupa bölür: 

1) psixi  proseslər (dar mənada, çünki bütün psixi hadisələr həmçinin prosessual xarakter daşıdığı üçün həm də 

«proses» adlandırıla bilər ki, bu da geniş mənada başa düşülür); 2) psixi hallar; 3) psixi xassələr və ya keyfiyyətlər.  

Psixi proseslər adlanan birinci qrupa iradi proseslər, emosional proseslər və idrak prosesləri aiddir. Bunlar 

digər psixi hadisələrdən fərqli olaraq, sırf prosessual xarakter daşıdığı üçün bu qrup məhz belə  də adlanır. O 

cümlədən idrak prosesləri də 2 yerə bölünür: hissi idrak və məntiqi idrak. Hissi idrak proseslərinə həm insanlara, 

həm də heyvanlara xas olan duyğylar (görmə, eşitmə, dadbilmə, qoxubilmə, lamisə), qavrayış, diqqət, hafizə, 

təsəvvür; məntiqi idrak proseslərinə isə yalnız insana məxsus olan nitq, təfəkkür və təxəyyül prosesləri aiddir.  

Psixi hallar adlanan ikinci qrupa hisslər, emosiyalar, affektlər, stress, şok, depressiya və s. aiddir ki, bunlar 

birinci qrupdakı proseslərdən fərqli olaraq daha uzunmüddətlidir.  Əgər birinci qrupdakı proseslər bir neçə an, 

saniyə, dəqiqə və ya saat davam edirsə, ikinci qrupdakı proseslər bir neçə gün, hətta bir neçə ay davam edə bilər.  

Psixi keyfiyyətlər adlanan üçüncü qrupa tələbatlar, maraqlar, xarakter, temperament, zövq, ideal, 

qabiliyyətlər, dünyagörüş  və s. aiddir ki, bunlar həm də insanın fərdi psixoloji keyfiyyətləri adlanır və daha 

uzunmüddətli proseslər sayılır.  

Göründüyü kimi, hiss və emosiyalar 2-ci qrupa daxildir. İnsan hissləri müxtəlifdir: aclıq, susuzluq, 

yuxusuzluq, sevinc, kədər, məhəbbət, nifrət, qısqanclıq, təəssüf, peşmançılıq, qəzəb, fərəh, utancaqlıq və s. 

Hisslərin bir qismi maddi tələbatla əlaqədar olub, heyvanlara da xasdır. Lakin maddi tələbatla bağlı olmayan hisslər 

də heyvanlara aid ola bilər. Məsələn,  şadlıq, məhəbbət, qəzəb və s. Yalnız insanlara məxsus olan ali hisslər  də 

mövcuddur ki, bunlara da zehni hisslər, estetik hisslər və əxlaqi hisslər aiddir.  



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə