Şahhüseynova sevinc asiF qızı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə15/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   ...   11   12   13   14   15   16   17   18   ...   38

 

 

25



şüurun digər formalarında olduğu kimi sosial gerçəkliyi  əks etdirir. Lakin əxlaqi  şüur mövcud olan və ya 

formalaşan sosial varlığı, ictimai münasibətləri qanunlar şəklində deyil, cəmiyyətin tələbləri və  şəxsiyyətin 

maraqlarını bildirən ideya, təsəvvür, ümid, arzu, əhvallar kimi müəyyən məqsədlər  şəklində, yəni «bu belədir» 

əvəzinə «belə olmalıdır» kimi əks etdirir. 



Dünyagörüş funksiyası müxtəlif sistemli əxlaq normalarının, prinsiplərinin, ideallarının cəmiyyət və 

şəxsiyyətin fəaliyyətinə yol göstərən dəyərlər məcmusundan ibarət olması ilə  əlaqədardır. Fərd cəmiyyətin 

yaratdığı əxlaqi norma və prinsipləri mənimsəyərək öz şüurunda özünə gərək olacaq müəyyən baxış və məsləklər 

formalaşdırır. Əxlaq sadə normalardan ibarət ola bilməz. O, bu normaları əsaslandırmalı, onlara haqq qazandırmalı, 

onların nəyə görə yerinə yetirilməli olduğunu göstərməlidir. Beləliklə, əxlaqi şüur həyat əhəmiyyətli suallarla, ali 

dəyərlərlə əlaqədar olur. Bunları həll etmək üçün insanın dünyadakı mövqeyini aydınlaşdırmaq tələb olunur. Bunun 

üçün isə dünya haqqında heç olmasa elementar da olsa təsəvvürə malik olmaq lazımdır. Dünya haqqında təsəvvür 

əldə etmək üçün yalnız elmi nəticələrə əsaslanmaq olmaz, indiki halda bu, natamam olar. Dünyanın elmi mənzərəsi 

və dünyagörüş eyniyyət təşkil etmir. Dünyagörüş yalnız biliklər  əsasında formalaşmır, bura həmçinin insan 

hisslərinin rəngarəng qamması da aiddir. Əxlaqi  şüurda dünyagörüş xüsusi anlayışlar prizmasında formalaşır: 

Dünya ya xeyirxah, ya qəddar, ya da neytral; qaydaya salınmaz və ya xaotik kimi nəzərdən keçirilir. 

Tərbiyəvi funksiya – əxlaqın əsas funksiyalarındandır. Fasiləsiz, intensiv və məqsədyönlü tərbiyə prosesi 

olmadan nə cəmiyyət mövcud ola bilər, nə də ayrıca insan şəxsiyyət kimi formalaşa bilər. Tərbiyənin mərkəzində 

şəxsiyyətin mənəvi özəyini formalaşdıran əxlaq tərbiyəsi dayanır. 

Tənzimləyici funksiya digər funksiyaların özünəməxsus sintezidir. Lakin əxlaq insanların hərəkətlərinin 

yeganə tənzimləyicisi deyil: din, incəsənət, hüquq, siyasət də bu qəbildəndir. Lakin məhz əxlaqi dəyərlər insanın 

mənəvi aləminin mərkəzində dayanaraq, onun həm siyasi mövqeyinə, həm mövcud hüquq qaydalarına (o 

cümlədən, insanın hüquqi şüuruna) münasibətinə, həm müxtəlif dini təlimlərə qiymət verməsinə, həm də incəsənət 

sahəsindəki biliklərinə (estetik zövqünə) təsir edir. Hüquq, siyasət və estetik şüurdan fərqli olaraq əxlaq, demək 

olar ki, insan həyatının bütün sahələrini tənzimləyir. Əxlaq insanlardan çox şey tələb edərək onları mənəvi ideala 

yaxınlaşdırır (bu, qeyri-mümkün olsa da). Nəhayət, bu funksiya da insanın  əxlaqi  əqidəsinə  və ictimai rəyin 

nüfuzuna, ilk növbədə vicdana əsaslanır. Lakin bütün bunlarla yanaşı əxlaq kifayət qədər gücə malik deyil. Buna 

saysız-hesabsız cinayətlərin olması, gündəlik həyatdakı kobudluq, nəzakətsizlik və s. misaldır. Bunların da səbəbi 

az deyil: əvvəla, ayrı-ayrı fərdlərin əxlaqi şüuru çox vaxt lazımi səviyyədə olmur; ikincisi, ictimai rəy də səhv edə 

bilər. Bundan başqa, bəzən həyat şəraiti əxlaqi hissləri boğur. Məsələn, uşaqları acından ölən qadının cinayətə və 

ya oğurluğa əl atması və s. 




 

 

26



2.2. ƏXLAQ VƏ İCTİMAİ ŞÜURUN DİGƏR FORMALARI 

 

Əxlaq – ictimai şüurun qədim formalarından olub, insanlar arasındakı qarşılıqlı münasibətlərin 



xüsusiyyətlərini  əks etdirir və  tənzimləyir.  Əxlaqi münasibətlərin rüşeymləri insan cəmiyyətinin formalaşmağa 

başladığı ilk çağlardan yaranıb.  İbtidai dövrdə görülən bir çox işlər, məsələn, yem axtarma prosesi, bu zaman 

görüləcək işlərin planlaşdırılması və razılaşdırılması, əməyin bölünməsi, əmək alətlərinin hazırlanması təcrübəsinin 

yayılması  zərurəti insanlar arasında olan qarşılıqlı münasibətlərin tənzimlənməsini tələb edirdi. Adətlər  şəklində 

reallaşan bu cür tənzimlənmə ibtidai cəmiyyətin ilk əxlaq normalarına çevrilir. Adətlərin şüurlu surətdə nəsildən-

nəslə ötürülməsi və qorunması, mövcud quruluşa münasibətin formalaşması əxlaqın yaranmasına səbəb olur, əxlaqi 

təcrübəni praktik cəhətdən ümumiləşdirir və hamı üçün vacib edir.  

Əxlaq da ictimai şüurun digər qədim növü olan din kimi ictimai şüur formasına ibtidai dövrdə hələ çevrilə 

bilmir, çünki onun da rüşeymləri həmin dövrdə kifayət qədər inkişaf tapa bilməmişdi. Bu da ibtidai icma dövründə 

insanların bütün şüurlu fəaliyyətinin bilavasitə istehsal fəaliyyəti ilə bağlı olmasından irəli gəlirdi.  

Məhz ictimai əmək bölgüsü nəticəsində əməyin zehni və fiziki əməyə bölünməsi ictimai şüur formalarının 

inkişafı üçün şərait yaratdı ki, bu da quldarlıq dövrünə aiddir. Əxlaq yalnız sinifli cəmiyyətdə nisbi müstəqillik əldə 

edə bildi. Onun mahiyyəti son nəticədə cəmiyyətin iqtisadi quruluşu ilə müəyyənləşir. İctimai şüur forması kimi 

ibtidai dövrdə yaranan əxlaq da nəzəri cəhətdən yalnız sinifli cəmiyyətdə inkişaf tapır.  Əxlaqın nəzəri cəhətdən 

dərk olunması və əsaslandırılması əxlaq haqqında elm olan etikanı yaratdı. Etika əxlaq normaları və prinsiplərinin 

dərk edilməsi, izahı və əsaslandırılması, yəni əxlaqın nəzəriyyəsidir.  

Cəmiyyətin inkişafı əxlaqla bərabər mənəviyyatın digər sahələri, o cümlədən ictimai şüurun digər formaları 

üçün geniş imkanlar açdı. İctimai şüurun hər bir forması gerçəkliyi özünəməxsus şəkildə əks etdirərək digər ictimai 

şüur formaları ilə  sıx  əlaqədədir.  İctimai  şüurun 7 forması var: 1) siyasət, 2) hüquq, 3) elm, 4) fəlsəfə, 5) din, 

6) incəsənət, 7) əxlaq. 

Elm, incəsənət və s. kimi obyekt–subyekt münasibətlərini  əks etdirən ictimai şüur formalarından fərqli 

olaraq əxlaq da hüquq kimi subyekt- subyekt münasibətlərini əks etdirir. Əxlaqın digər ictimai şüur formaları ilə 

münasibətində müəyyən maraqlı cəhətləri nəzərdən keçirək.  

Siyasət və əxlaq. Siyasət siniflər arasındakı münasibətləri, onların hakimiyyət uğrundakı mübarizəsini əks 

etdirərək, diqqət mərkəzinə siyasi məqsədəuyğunluğu, yəni sinfi maraqların daha səmərəli ifadəsini və təminatını 

qoyur.  Əxlaq da sinfi maraqları  əks etdirir və bunu özünəməxsus  şəkildə, bütün insanlara aid olan, özündə 

ümumbəşəri element və aspektləri cəmləşdirən universal tələblər kimi ifadə edir. Siyasət sinfi mübarizə 

qanunlarına, strategiya və taktikaya malikdir ki, bunlara əməl etməyənləri cəza gözləyir. Bununla yanaşı, öz strateji 

məqsədlərində o, mənəvi dəyərlərə, ideallara əsaslanır, öz taktikasında və mübarizə üsullarının seçilməsində 

ümumi rəyi,  əxlaqi qiymətləndirməni,  əxlaqi uyğunluğu nəzərə alır. Siyasət də,  əxlaq da insanların davranışını 

tənzimləyir, hakim sinfə və partiyaya xidmət edir. Müəyyən siniflərin siyasəti əxlaqi hiss və baxışların məzmunu 

ilə əlaqədardır. Buna görə də hakim sinif özünün əxlaq normalarını və prinsiplərini hakim edə bilir. Çünki əxlaq 

normaları müəyyən sosial birləşmələrin – siniflərin, qrupların, millətlərin siyasi tələblərini əks etdirir. 

Siyasi münasibətlər cəmiyyətin həyatının mənəvi tərəflərini özünəməxsus şəkildə tənzimləyir. Bütün siyasi 

addımlar insan əməllərinin nəticəsi olduğu üçün əxlaqi məzmun daşıyır.  Əxlaq prinsipləri cəmiyyətdə insanların 

praktik fəaliyyəti vasitəsilə reallaşır. Belə praktik fəaliyyət siyasi xarakter daşıyır. Praktik fəaliyyət tələb edən digər 

sahə – iqtisadiyyat isə əxlaqi münasibətlərə öz siyasi təzahürləri – müəssisələr, nəzəriyyələr, praktik işlər vasitəsilə 

təsir edir. Bu baxımdan əxlaq cəmiyyətin siyasi maraqlarını daha düzgün əks etdirir.  

Mütərəqqi  əxlaqa zidd olan, hadisələrin gedişini ləngidən, xalqa bədbəxtlik gətirən siyasət  əvvəl-axır 

məğlubiyyətə uğrayır. Tərəqqipərvər əxlaqa söykənən siyasət həmişə müvəffəqiyyət əldə edir. Ədalətli siyasət özü 

mürtəce  əxlaqın məhv edilməsinə  və mütərəqqi  əxlaqın yaranmasına kömək edir. Beləliklə, siyasət daim əxlaqi 

qiymətləndirməyə məruz qalır. Əxlaq isə bir tərəfdən, hakim sinfin siyasi ideallarından asılı olmaya bilmir, digər 

tərəfdən o, cəmiyyətin əsas qüvvələrinin mənəvi dəstəyinə ehtiyac duyan siyasətə güclü təsir göstərən amillərdən 

birinə çevrilir. 

Məhz siyasi şüur dövlətin və digər siyasi institutların fəaliyyətini, həmçinin ayrı-ayrı sosial qrupların və 

bütünlükdə cəmiyyətin gündəlik, həyat əhəmiyyətli maraqlarını, özünəməxsus hiss və təsəvvürlər vasitəsilə ifadə 

edir və qoruyur. Bura mədəni, milli, iqtisadi və s. maraqlar aid edilir. Hər bir dövlətin bütün əhali üçün ümumi olan 

maraqları var: sərhədlərin qorunması, beynəlxalq aləmdə müəyyən nəticələr əldə edilməsi, milli mədəniyyətin və 

ənənələrin qorunması və s. 

Dövlətin ilk mövcud olduğu dövrlərdə – quldarlıq və feodalizm quruluşlarında hakim təbəqələrin siyasi 

şüuru aparıcı rol oynasa da, sonrakı dövrlərdə, xüsusən XX əsrdə siyasi şüur ümumbəşəri məzmunla daha çox 

zənginləşir. Siyasi və  əxlaqi  şüurun qarşılıqlı münasibətinin xarakteri də tarixən müəyyən dəyişikliyə  məruz 

qalmışdır.  

Siyasi şüuru adətən əxlaqi şüur istiqamətləndirir. Əxlaqi şüurun əsas anlayışları xeyir və şər olduğu halda, 

siyasi şüurun əsas anlayışı hakimiyyətdir. Sonuncuya güc tətbiq etmə, məcbur etmə, hədələmə, azadlıqdan məhrum 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə