Şahhüseynova sevinc asiF qızı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə29/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   ...   25   26   27   28   29   30   31   32   ...   38

 

 

47



o təsəvvürlərə əsaslanır ki, insan fəaliyyətinin əsas mənası və xoşbəxtliyin real təməli iztirablara qarşı ikrah hissi 

keçirmək və həzzə can atmaqdır. (53, s.312) 

İnsan həyatında həzzin rolunun öyrənilməsi sahəsində Z.Freydin xidmətləri böyükdür. Xüsusi tədqiqatlar 

ona  «həzz prinsipinin»  qəlbin fəaliyyəti və ya psixi proseslərin  əsas təbii tənzimləyicisi olması barədə fikir 

yürütməyə imkan verdi. Freydə görə, insan psixikasında fərdin normativ məqsədlərindən asılı olmayaraq, həzz 

almaq və ya almamaq üstünlük təşkil edir. Daha intensiv və parlaq, həm də nisbətən asan yolla əldə edilən həzz 

cismani, məsələn, seksual həzzdir. Yeməyə, soyuqdan qızınmağa, istirahətə olan tələbatların təmin olunması da bu 

qəbildəndir.  İnsan doğulandan «hedonik» olur. Körpənin tələbatlarının ödənilməsi heç də  çətin olmur. Bunu 

ətrafdakılar edir. Bu tələbatlar çox sadə  və asandır: yedizdirmək, beşiyi yelləmək, lay-lay, isti və  zərif  əllərin 

hərarəti və s. Bunlardan həzz alan körpə  ağlamır və  hətta müəyyən mənada «öz razılığını» bildirir. Freydə görə 

erkən yetkinlik çağında gəncin aldığı seksual həzz ona görə  əhəmiyyətli və yaddaqalandır ki, bu həzzi o, 

böyüklərdən asılı olmayaraq edir (53, s.313). 

Bütün bu deyilənlərdən belə çıxmasın ki, həzz əxlaqa, etikaya və humanist dünyagörüşə ziddir. Onu yəqin 

ki, müəyyən məqamlarda xoşbəxtliyin elementi kimi nəzərdən keçirmək olar. 

Bütün etik sistemlərdə xoşbəxtlik bilavasitə  həyatın mənası anlayışı ilə  əlaqələndirilir. Xoşbəxtlik kimi 

həyatın mənası da yalnız  şəxsi xoşbəxtlik üzərində qurula bilməz. Bu hal gec-tez fərdi xarakter alaraq eqoizmə 

aparır.  

Etik sistemlərin çoxunda xoşbəxtlik insan hüquqlarının ayrılmaz hissəsi, xoşbəxtliyə can atma isə insanın 

fitri xüsusiyyəti kimi nəzərdən keçirilir. 

İnsan özünü dərk etməyə başlayandan onu həyat  əhəmiyyətli suallar narahat etməyə başlayıb: «İnsan nə 

üçün yaşayır?», «Onun məqsədi nədir?», «İnsanın xoşbəxtliyi nədədir?», «Həyatın məzmunu və məqsədi nədir?». 

Beləliklə, həyatın mənası problemi insandan asılı olmayaraq mövcuddur. Xoşbəxtlik və həyatın mənası problemi 

etika tarixində çoxlarını düşündürüb. Bu baxışları  əsasən 3 qrupa bölmək olar: 1) həyatın mənasını  fərdi 

nailiyyətlərlə bağlayanlar; 2) dini etiqadlara tabe olaraq o biri dünyanı qazanmaqla bağlayanlar; 3) insan həyatını 

və mövcudluğunu absurd, mənasız hesab edənlər. 

Birinci cərəyanın nümayəndələri, fərdiçilik konsepsiyasını irəli sürənlər hedonizm (həzz) və evdemonizm 

(xoşbəxtlik) prinsiplərini ön plana çəkirlər. Xoşbəxtliyin maksimum qaneolunma kimi başa düşülməsi utilitarizm 

(yararlılıq) etikasında da mövcuddur. Bu eqoistik konsepsiyanın  əxlaqa zidd olduğunu onun tərəfdarları da hiss 

etdiklərindən özlərini təmizə  çıxarmaq üçün müxtəlif bəhanələr tapırdılar. Epikurdan tutmuş fransız 

maarifçilərinədək bu problemlə məşğul olanlar yeni nəzəriyyə – «ağıllı eqoizm» nəzəriyyəsini ortaya atdılar. 

İkinci cərəyan daha çox dini etika tərəfindən irəli sürülür. Bu dünyadakı  həyatın insanlar üçün Allah 

tərəfindən sınaq kimi göndərilməsi və  əsil həyatın o biri dünyada olması fikrindən müəyyən məqsədlər üçün 

istifadə edən bəzi din xadimləri bu minvalla insanları asketizmə (tərki-dünyalığa) ruhlandırır. Keçmiş  əsrlərdə 

əsasən hakim siniflərin mənafeyinə xidmət edən bu mövqe insanları ədavətə, zülmə, haqsızlığa qarşı mübarizədən 

çəkindirir, dinin özünə qarşı isə düzgün olmayan münasibət formalaşdırırdı. Əslində din insanı xoş həyat uğrunda 

fəaliyyətdən, zəhmətdən, mübarizədən nəinki çəkindirmir, əksinə, insanı öz həyatını yaxşılaşdırmaq, asanlaşdırmaq 

üçün elmlərə yiyələnməyə, əməksevərliyə təhrik edir, öz xoşbəxtliyini düşünməyi, həmçinin digərlərinin, xüsusən 

imkansızların qayğısına qalmağı məsləhət görür. Uzun müddət ateistlər, xüsusən, islam dininin düşmənləri bu kimi 

məsələləri təhrif olunmuş  şəkildə izah edərək insanları çaşdırmışlar. «Qurani-Kərimi» özü şəxsən oxumayan 

insanlar, özünü «molla» adlandıran, savadsız fırıldaqçıların danışdığı  cəfəngiyyatla kifayətlənməli olurdular. Bu 

gün insanların dini şüurunun və savadının artması  nəticəsində  İslamın  ən humanist din olması  qəbul edilir. 

Fanatizmdən, cəhalətdən, avamlıqdan, savadsızlıqdan uzaqlaşaraq sırf dini mövqe tutanlar həyatın  əsil mənasını 

dərk edir, bütün gücünü, qüvvəsini, vaxtını, ağıl və düşüncəsini insanların xoşbəxtliyi, xoş  həyatı  uğrunda 

mübarizəyə sərf edirlər. 

Üçüncü cərəyanı pessimist cərəyan adlandırmaq olar. Bu cərəyanın nüiayəndələri insanın mövcudluğunun 

mənasını inkar edir, onun absurd, mənasız olduğunu sübut etməyə çalışırlar. Kinik (e.ə. IV əsr, əxlaq normalarını 

inkar edən fəlsəfi məktəb) məktəbinin etikasında, ekzistensialistlərdə (mövcudluq fəlsəfəsi) və s.-də bunun izlərinə 

rast gəlmək olar. 

Etika tarixində  həyatın mənası, onun sevincləri haqqında ilk təlimin yaradıcısı Epikur sayılır. O, həyatın 

mənasını müdriklikdə görür. Onun fikrincə, insan ağlı ilə bütün mənasız arzulardan əl çəkməli, qəlbin rahatlığına 

nail olmalıdır. Qədim Yunan filosoflarından Gegesi hesab edirdi ki, o vaxt yaşamağa dəyər ki, həyatın gətirdiyi 

həzzin miqdarı iztirablardan çox olsun. Əgər  əksinədirsə, onda insan ölsə yaxşıdır. Siseronun dediyinə görə, bu 

filosof sonralar Peysitanatos ləqəbi qazanır ki, bu da «intihar carçısı» mənasını verir. Onun mühazirələri 

İskəndəriyyədə bu səbəbdən qadağan edilmişdi (102, s.203) 

XVIII əsr fransız materialistləri həyatın mənasını insanın dünyəvi maraqlarından ayırmağa qarşı qətiyyətli 

çıxış etdilər. Bu, onların əvəzsiz xidmətidir. Onlar həyatın mənasını xoşbəxtliyə, dünyəvi ideala qovuşmaqda görür, 

elmi nailiyyətləri, bəşəriyyətin tərəqqisinə sonsuz inamı bunun əsası hesab edirdilər. Psixoloq E.Fromm yazır ki: 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə