Şahhüseynova sevinc asiF qızı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə32/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   ...   28   29   30   31   32   33   34   35   ...   38

 

 

51



atmalıdır» (102, s.319). Qədim yunan həkimi Hippokratın məşhur «And»ındakı  vəsiyyətləri bütün dövrlərdə 

populyar olub. Dahi həkim özünün «Həkim haqqında», «Xoş rəftar haqqında», «Nəsihətlər» əsərlərində həkimlik 

sənətinin zəngin təcrübəsini ümumiləşdirməklə yanaşı, tibbi etika tarixində ilk dəfə olaraq, həkimlik fəaliyyətinin 

uzun illər  əhəmiyyətini itirməyən  əsas  əxlaqi prinsip və normalarını elmi cəhətdən formalaşdırmışdır. Onların 

müəyyən hissəsi bu gün də aktuallığını qoruyub saxlayıb. «Hippokrat and»ının bəzi müddəalarını nəzərdən keçirək: 

«Hansı evin kandarına ayaq basıramsa, xəstənin xeyrindən başqa heç nə düşünmürəm. ...Mən xəstələrin rejimini 

onların xeyrinə yönəldərkən öz qüvvə  və biliyimi nəzərə alır, hər cür ziyan və  ədalətsizlikdən uzaq olmağa 

çalışıram. Mən heç kimə özünü öldürmək üçün yol və vasitə göstərmərəm» (102, s.319).  

Tibb fakültələrini bitirənlər üçün Hippokrat andı əsasında müvafiq andiçmə mərasiminin keçirilməsi artıq 

çoxdandır ki ənənə şəklini almışdır.  

Orta əsrlərdə həkimlik etikasının əsas prinsipləri bir qədər də inkişaf etdirilir, qədim dövrdə formalaşmış 

ayrı-ayrı müddəaların ümumi cəhətləri konkretləşir, həkimlik sənəti və ləyaqəti barədə aforizmlər geniş yayılmağa 

başlayır.  

Orta  əsrlərdə  həkimlik etikası sahəsində  ərəb filosofu, həkim  İbn-Sinanın (980-1037) böyük xidmətləri 

olmuşdur. «Həkimlik elminin qanunları»  əsərində  xəstəliklərin öyrənilməsi, müalicəsi və qarşısının alınması ilə 

yanaşı  xəstənin  şəxsiyyətinə münasibət və  həkimin özünün əxlaqi simasına olan tələblər də  şərh olunmuşdur. 

Müasir dövrümüzdə tibbi etika və  həkimlik  əxlaqı normalarının pozulması hallarına heç də az təsadüf olunmur. 

Saxta dərmanlar hazırlamaq və satmaq, xəstə ilə pis rəftar etmək, ona soyuqqanlı münasibət göstərmək, xəstəyə 

qarşı bilik və bacarığını  əsirgəmək, öz xeyri üçün bahalı firma dərmanları yazmaq, xəstədən rüşvət tələb etmək, 

eləcə də uşaq alveri və s. buna misaldır. Tibb sənəti laqeydliyi sevmir. Həkimin özünə arxayınlığı, təmkinliyi, işə 

can yandırması, diqqətliliyi, xoşniyyətliliyi, optimizmi, qayğıkeşliyi və s. onun nüfuzunu qaldırır, xəstəyə isə ruh 

yüksəkliyi verir. Həkimdən başqa heç bir sənət sahibi xəstə ilə belə yaxın ünsiyyətdə olmur. Buna görə də həkimlik 

əxlaqı hətta digərlərinə nümunə ola bilər. Həkim qədər heç bir sənət sahibi insanın bioloji və sosial həyatına belə 

hərtərəfli və  dərindən yanaşmır. Həkimin qarşısındakı yalnız xəstə  və onun xəstəlikləri deyil, bütün həyat tərzi, 

özünəməxsus xarakter və  həyəcanları olan insandır. Həm də  həkimin insanla görüşü ona məhz bədbəxtlik üz 

verəndə – yəni insan xəstələnəndə baş verir. Bu vəziyyət həkimin daha diqqətli və qayğıkeş olmasını tələb edir. 

Həkimin əməyinin əsas çətinliyi ondadır ki, o, digərlərindən fərqli olaraq heç cür, hətta kiçicik səhv və ehtiyatsızlıq 

edə bilməz. Burada səhlənkarlıq, etinasızlıq, formallıq dözülməzdir. Həkimin işi yalnız diaqnozu düzgün qoymaq 

deyil, o həm də pasiyentin vəziyyətini başa düşməli, onun iztirablarını azaltmağa çalışmalı, xəstəliklə  əlaqədar 

qorxusunu, çıxardığı  nəticə  və  şübhələrini dağıtmalı, sağalmağa inamını artırmalı, emosional vəziyyətini 

yüksəltməlidir. Təbabətdə peşə  və  əxlaqi problemlərin vəhdəti psixoterapiyada özünü göstərir. Hansı  xəstəliyi 

müalicə etməsindən asılı olmayaraq, həkim maddi vasitələrlə yanaşı (dərman, fizioterapiya, tibb alətləri, operativ 

müalicə, qida rejimi və s.) insanlara həmçinin mənəvi-psixoloji və  əxlaqi-etik təsir də göstərir. Psixoterapiya ilə 

həkimin  əxlaqı arasındakı bilavasitə mövcud olan əlaqə onunla şərtlənir ki, psixoterapiya xəstəliklə mübarizə 

aparmaqdan ötrü xəstənin fiziki və mənəvi qüvvələrini səfərbərliyə almağı bacarmaq üçün tibb işçisinin davranış 

prinsiplərini formalaşdırır. Çünki xəstəlik prosesi insanı xeyli dəyişə bilər. İnsan fikirli ola bilər, xəstəliyi barədə 

çox və ciddi düşünər, özünün cəmiyyətdəki rolunu və imkanlarını götür-qoy edər ki, bu da onun ruhdan düşməsinə 

gətirib çıxarar. Həkim bütün bunları nəzərə alaraq, xəstəyə çox diqqət və qayğı ilə yanaşmalı, əlindən gələn köməyi 

göstərməklə onu həm fiziki, həm də  mənəvi baxımdan həyata qaytarmağa çalışmalıdır. Psixoterapiyanın bu 

elementləri, demək olar ki, bütün xəstəliklərin müalicə metodlarında mövcuddur.  

Həkimlik etikasına həkimlik sirri də aiddir. Bu, iki cür olur: 1) xəstə haqqında xəstənin özündən alınan və 

ya müalicə prosesində üzə çıxan və gizli qalmalı olan məlumat; 2) xəstə haqqında o gizli məlumat ki, onu xəstənin 

özünə  qətiyyən demək olmaz, məsələn, çarəsi olmayan xəstəlik haqqında diaqnoz və s. Bu problem, yəni tibbi 

sirrin qorunması  hələ  qədim dövrdən mövcud idi. Feodalizm dövründən başlayaraq isə tibbi sirrin saxlanması 

zərurəti bəzi ölkələrin hətta qanunvericilik aktlarında öz əksini tapdı. Həkimlik etikasının peşə kodeksi 

insanpərvərlik naminə «müqəddəs yalan» danışmağa, diaqnozu «yüngülləşdirməyə» də yol verir.  

Tibbi etikaya bir sıra başqa problemlər – evtanaziya, süni mayalandırma, klonlaşdırma, orqanların 

transplantasiyası, koma vəziyyətində uzun müddət həyatın süni surətdə saxlanması  və s. də aiddir. Dünənədək 

fantastik sayılan bu əməliyyatların mümkünlüyü bu gün bir çox ənənəvi norma və təsəvvürlərə yenidən baxmağı, 

insanın həyatı  və ölümü ilə  əlaqədar məsuliyyətli qərarlar qəbul etməyi tələb edir ki, bunlar da bir sıra  əxlaqi 

problemlər yaradır. Bu problemlərlə nisbətən yeni sahə olan bioetika məşğul olur. Bioetika XX əsrin 70-ci illərində 

ABŞ-da daha intensiv inkişaf taparaq tətbiqi etikanın əsas hissələrindən birinə çevrilmişdir. Bioetika terminini ilk 

dəfə 1971-ci ildə amerikalı V.R.Rotter işlətmişdir.  

Bioetikanın  əsas anlayışlarından olan evtanaziya «gözəl (yüngül, xoş) ölüm» deməkdir. Bu termin can 

verən insanın ölümünü asanlaşdırmağı, ölməyinə kömək etməyi bildirir. Qədim yunanlar bu terminlə orqanizminin 

zəiflədiyini və ölümünün yaxınlaşdığını başa düşən insanın vəziyyətini təsvir edirdilər. Həmin söz bugünkü 

mənada VII əsr ingilis filosofu F. Bekonun dövründən işlənməyə başlayıb. Hələ orta əsrlərdə Avropa dinşünas 

alimləri müqəddəs Avqustin və Akvianlı Foma bunun əleyhinə  çıxaraq söyləyirdilər ki, insanın ölümünə yalnız 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə