Şahhüseynova sevinc asiF qızı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə10/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   ...   6   7   8   9   10   11   12   13   ...   38

 

 

17



Şair bununla da insanları pis əməllərdən  əl çəkib xeyirxah olmağa çağırır. Nizami öyrədir ki, ağıllı  və 

xeyirxah adamlar özlərinin yaxşı əməllərini öz mənfəətlərindən daha çox başqalarının mənfəətinə sərf etməlidirlər. 

Nizami göstərir ki, birisi hirsli və ya qəzəbli olarsa, xeyirxah adamın borcu özünün mülayim və ağıllı məsləhətləri 

ilə əsəbiləşmiş adamı sakit edib ona köməklik etməkdir ki, həmin adam pis yola getməsin, fitnə törədib nahaq yerə 

qan tökülməsinə səbəb olmasın. Digər tərəfdən Nizami göstərir ki, birisinə qarşı bir bədbəxtlik üz verərsə, cəmiyyət 

üzvləri onun qəminə  şərik olmalıdırlar.  Şad günlərdə – toyda, bayramda hamı bir yerdə  şadlıq edib şən həyat 

keçirməlidir. …Nizaminin fikrincə, cəmiyyət üzvləri lazımi qaydalara əməl etsələr, orada xəstəliklərin qarşısı 

alınar və insanlar vaxtsız ölməzlər. …Nizami göstərir ki, yüksək tərbiyəli cəmiyyətdə möhkəm  əxlaqi qaydalar 

olmalıdır. Bu cəmiyyətin adamları əxlaqi cəhətcə təmiz və xüsusilə tamahkar olmamalıdırlar. Nizaminin fikrincə, 

ideal cəmiyyətdə  əxlaqi təmizlik, yəni insanların  əxlaqlı olması bir adət kimi həyata keçirilməlidir. Hər kim 

cəmiyyətin bu müqəddəs qaydalarını pozsa, o, həmin cəmiyyətdən qovulmalıdır». (28, s.43-46). Nizami həmçinin 

göstərir ki, «…təlim və  tərbiyə  cəmiyyətin inkişafında böyük əhəmiyyəti olan vasitələrdən biridir. «Sirlər 

xəzinəsi»ndə Nizami təlim, tərbiyə  və  əxlaq qaydalarından bəhs edir. Qitələrin bəzilərində  şair yaxşı insanları 

tərənnüm, pis adamları isə tənqid etməklə, birincilərə hüsn-rəğbət, ikincilərə isə nifrət bəslədiyini bildirir. Nizami 

vətənpərvər, bacarıqlı  və  əxlaqlı insan tərbiyə etməyi cəmiyyətin  əsas vəzifələrindən biri hesab edirdi. Çünki 

cəmiyyətin səadəti insanın kamilliyindən, onun xalqa düzgün münasibətindən çox asılıdır.  Şair «Leyli və 

Məcnun»da belə deyir: 

Səadət kamalla yetişir başa, 

Xalqa hörmət elə, ədəblə yaşa. 

Böyük  şairin fikrincə, yaxşı  təlim-tərbiyə almış adam sağlam və  tərəqqipərvər ideyalar irəli sürməklə, 

yaxud bu ideyalara tərəfdar olmaqla həyatda yaxşı yaşamağa adət edər, qarşıya çıxan bütün çətinliklərin 

öhdəsindən asanlıqla gələr. …gərək heç kəs heç kəsi aldatmasın, cəmiyyət üzvləri qorxmaz, cəsarətli, işgüzar və 

şən olsunlar. Onlar bir-birinə ziyan vermədən, ədavət bəsləmədən kinsiz-küdurətsiz olaraq daim səmimi yaşasınlar. 

Nizami göstərir ki, gözəl bir həyat qurub səadətlə yaşamaq  ən böyük xoşbəxtlikdir. Nizami adamların yüksək 

tərbiyəli, nəcib sifətli, nəzakətli, gözəl, mülayim xasiyyətli və xüsusən elmli olmasını gözəl həyat qurmaq üçün 

nəcib bir şərt hesab edir. …Şair göstərir ki, insan yaxşı tərbiyə alıb kamal sahibi olarsa, həyatda həmişə hörmətlə 

qarşılanar. …səadət ancaq kamal nəticəsində başa gələ bilər. …Nizami hiyləgərlik və fitnə ilə  məşğul olanlara 

həmişə nifrət etmişdir. İnsan çalışıb həyatda və məişətdə həmişə təmiz və namuslu olmalıdır. Nizami …insanları 

səmimi yaşamağa çağırır». (28, s.16-18).  

Nizami dünyadakı  bəlaların «bir səbəbini də  cəmiyyətdəki əxlaq pozğunluğunda, xudpəsəndlik, lovğalıq, 

şöhrətpərəstlik, ikiüzlülük, hiyləgərlik, saxtakarlıq, paxıllıq, kinlilik, xəsislik, tamahkarlıq, tüfeylilik, əməyə, 

əməkçiyə xor baxmaq, kobudluq, qərəzçilik, eyş-işrət düşkünlüyü, hədsiz varlanmaq hərisliyi, məsləksizlik kimi 

mənfi  əxlaqi keyfiyyətlərdə görürdü. «Xəmsə»də biz bu mənfi  əxlaqi keyfiyyətləri zülmkar şahlarda, saray 

əyanlarında, böyük rütbə  və ixtiyar sahiblərində, sələmçi tacirlərdə, yalançı dindarlarda – bir sözlə, başqalarının 

əməyi ilə yaşayan tüfeylilərdə görürük («Sirlər xəzinəsi»ndə əmanətə xəyanət eyləyən şeyx, rəiyyəti incidən zalım 

padşah, «Xosrov və  Şirin»də  Bəhram Cubi, Şiruyə, «Yeddi gözəl»də  Yəzdigürd, Simnarın ölümünə hökm verən 

şah, xalqa divan tutan vəzir Rast-Rövşən, tamahkar tacir Məlixa,  şöhrətpərəst slavyan qızı, «İskəndərnamə»də 

Dara, onu öldürən rütbə sahibləri…). Bunların əksinə, «Xəmsə»də nə qədər gözəl mənəvi-əxlaqi keyfiyyətlər varsa, 

hamısı: düzlük, doğruluq, sadəlik, təvazökarlıq, mehribanlıq, xeyirxahlıq, qayğıkeşlik,  əməksevərlik …rəiyyətdə, 

yoxsullarda, zəhmət adamlarında, qismən də alimlərdə görünür («Sirlər xəzinəsi»ndə kərpickəsən qoca, «Xosrov və 

Şirin»də Fərhad, «Leyli və Məcnun»da Zeyd, «Yeddi gözəl»də Fitnə, kəndli kürd, onun qadını, qızı, qoca çoban, 

qoca bağban, 7 məzlum, «İskəndərnamə»də çinli kəniz, qoca çoban). Belə bir əxlaqi fərqləndirmə öz-özlüyündə 

şairin  əxlaq məsələlərinə  də ictimai məna verdiyini və  əxlaq pozğunluğunu da əsasən despotizm üsul-idarəsilə 

əlaqələndirdiyini göstərir». (7, s.54-55). 

Ədalətli olmaq fikri XIII-XIV əsr Azərbaycan filosofu Şəbüstərinin (1287-1320) yaradıcılığında da 

öndədir. O hamını bir gözdə görmək, insanlara sədaqətlə xidmət göstərmək, dostluq etmək kimi nəcib keyfiyyətləri 

təbliğ edir. Demək olar ki, bütün əsərlərində gözəl əxlaqa malik olmaqdan bəhs edir. «Ədalətli olmaq gözəl əxlaqın 

əsas xüsusiyyətlərindən biridir, ona görə ki, ədalətə sahib olan hər kəsin əxlaqı gözəl olur, çünki ondan heç vaxt 

zülm baş verməz». (31, s.37). 

Yaxın və Orta Şərq xalqlarının ictimai-fəlsəfi həyatında mühüm yer tutan Nəsirəddin Tusinin (1201-1274) 

«Əxlaqi-Nasiri» (Nasir əxlaqı)  əsəri Azərbaycanın etik fikir tarixində mühüm hadisədir. Elmi-ədəbi irsi olduqca 

rəngarəng olan N. Tusi əhatə etdiyi sahələrin diapazonu ilə  də  fərqlənir: nücum (astronomiya), riyaziyyat, tibb, 

məntiq, psixologiya, fəlsəfə,  ədəbiyyat, coğrafiya, mədənşünaslıq (kimya), ilahiyyat, incəsənət, musiqi, tarix, 

iqtisadiyyat və s. H. Məmmədbəyli özünün «Marağa rəsədxanasının banisi Nəsirəddin Tusi» adlı əsərində Tusinin 

76 əsərinin adını çəkir. Tusiyə dünya şöhrəti qazandıran onun riyaziyyat və nücum elmlərinə aid yazdığı «Zince 

Elxani» kimi əsəri və Marağa rəsədxanasıdırsa, onu Şərq xalqlarına sevdirən «Əxlaqi-Nasiri» əsəri olmuşdur. Bu 

əsərin qəribə yazılma tarixi vardır. Əxlaq, fəlsəfə, məntiq məsələləri ilə maraqlanan, bəzən özü də bu məsələlərə 

aid əsər yazan İsmaili hökmdarı Nasir, Tusini yanına çağıraraq ona Əli Misgəvehin «Ət-təharə» adlı kitabını fars 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə