Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə132/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   128   129   130   131   132   133   134   135   ...   147

153 
 
Onun qədər möhtəşəm və  əzəmətli görünüşə malik digər bir Bakı  məscidi keçmiş Kaspiyski (indiki 
Səməd Vurğun) küçəsi 76 ünvanda yerləşir. Bakılılar onu "Göy məscid" kimi tanıyır. Bununla bərabər, keçmiş 
illərdə bu məscid onun əsasını qoyan, iri Bakı taciri və mesenatı Hacı Əjdər bəy Aşurbəyovun adı ilə "Əjdər bəy 
məscidi" də adlanırdı. Nabat xanım kimi bu şəxs də  həmin məşhur və tanınmış  qədim Aşurbəyovlar nəslinə 
mənsub idi. Heç də  təsadüfi deyil ki, Əjdər bəy və onun oğlu  İsmayıl bəyin adına Rusiya İmperiyasının  ən 
məşhur sahibkarları və səxavətli mesenatları sırasında "Romanovlar çar evinin 300 illiyi" nəşrində (1913-cü il) 
rast gəlinir. "Bir nəfər yoxsul şəxs belə, əgər yardım üçün ona müraciət etmişsə, rədd cavabı almayıb", - deyə 
biz bu kitabda oxuyuruq. 
Əjdər bəy Aşurbəyovun neft mədənləri vardı. Onun özü isə 10 ildən çox Bakı Şəhər Dumasının üzvü 
("qlasnı") olmuşdu. Şahidlərin xatirələrinə əsasən Əjdər bəy kimi bir adamın tək bircə sözü istənilən vekseldən 
və ya iltizamdan daha sanballı tutuma malik idi. 
Əgər Təzə Pir məscidi ibadət zalının həcminə  və  bəzəklərinin zənginliyinə görə misilsizdirsə, Göy 
Məscid ilk öncə formasının əzəmətinə, klassik proporsiyalarına görə diqqəti özünə  cəlb edir. Yeri gəlmişkən, 
Əjdər bəy məscidini də  həmin Zivər bəy 
[274 - 275]
  Əhmədbəyov layihələşdirmişdir. Onun təntənəli 
təməlqoyma mərasimi 2 mart 1912-ci ildə olmuş, o biri ilin sonlarına yaxın isə inşaat işləri başa çatdırılmışdır. 
*** 
Diqqəti çəkən bir detal: Bakının dörd iri məscidindən ikisi əsilzadə Aşurbəyovlar nəslinin təmsilçiləri: 
Nabat xanım və Hacı Əjdər bəy Aşurbəyovlar tərəfindən ucaldılmışdır. Bu məscidlər  şəhərdəki dini binaların 
əksəriyyətinin unudulduğu və baxımsız hala düşdükləri illərdə belə  fəaliyyət göstərirdi. Bütün həmin illər 
ərzində Aşurbəyov məscidləri bizim şəhərin tikinti ənənələrinə bu nəslin verdiyi böyük töhfələrin canlı xatirələri 
olmuşlar. 
Aşurbəyovların ucaltdıqları möhtəşəm binalar, məscidlər, onların iştirakları ilə inşa edilən məktəblər və 
xəstəxanalar inqilabdan əvvəlki Bakı memarlığının indiyə qədər qızıl fondunu təşkil etməkdədir. Aşurbəyovlar, 
heç  şübhəsiz, böyük var-dövlətə malik əsilzadə familiyalarından biri olmaqla bərabər, eyni zamanda köhnə 
Bakının sənayeçiləri və sahibkarları sırasında, əlbəttə, ən əsilli-nəsəbli familiya idi. 
Təsadüfi deyil ki, sovet hakimiyyətinin qurulmasından sonra ən amansız repressiyalar məhz 
Aşurbəyovların üzərinə yönəldilir, ən ikrah doğuran donoslar onların barəsində yazılır, onlara münasibətdə ən 
ağlagələn və ağlagəlməz alçaqlıqlar edilir. Lakin bunlar da bu qədim əsilzadə  nəslin övladlarının şəxsiyyətini 
sındıra bilməmişdir. Sovet dövründə var-yoxdan çıxarılan, mal-mülkləri əllərindən alınan Aşurbəyovlar nəsli öz 
sıralarından  şəhərimizə gözəl alimlər, müəllimlər, istedadlı  və qeyri-adi şəxsiyyətlər,  ən başlıcası isə - əsl 
bakılıların ənənəsini illərin sınağından ləyaqət və şərəflə keçirib gətirən nəcib insan bəxş etdi. 
Daha bir səciyyəvi detal: bu çoxsaylı və qollu-budaqlı nəslin demək olar heç bir təmsilçisi mühacirətdə 
dünyasını  dəyişməmişdir. Hətta 20-ci illərin  əvvəllərində Bakını  tərk etməyə  məcbur qalanlar, sonralar bu 
ayrılığa dözməyərək qayıtmışlar. Vətəndə onları  təqiblər, məşəqqətlər, repressiya dəhşətləri gözləyirdi. Lakin 
bizim tariximizin ən amansız dövrlərində belə Aşurbəyovları sındırmaq mümkün olmayıb və düşünürük ki, Sara 
xanım Aşurbəylinin 90 illik yubileyi tək onun bir alim, tarixçi olaraq deyil, həm də indi həyatda olan bütün 
Aşurbəyovlar üçün, eləcə də bizim şəhərin tarixini və ənənələrini əziz tutan hər bir kəs üçün yeni bir mərhələnin 
başlanğıcı olacaqdır... 
Fuad AXUNDOV, 
İnterpolun Milli Mərkəzi Bürosunun əməkdaşı,  
zərbaycan Jurnalistlər Birliyinin üzvü. 


154 
 
 
AŞURBƏYOVLAR BU GÜN VƏ SABAH 
 
Nəslin qurub-yaratmaq ənənələrini davam etdirməklə, Sara xanım Aşurbəyliyə öz yubileyi günündə, 
Nabat xanım Aşurbəyovanın - Təzə Pir məscidinin əsasını qoyan nəcib insanın adı ilə "Nabat" adı verilən on altı 
mərtəbəli yaşayış kompleksinin təməlini qoymaq şərəfi nəsib olmuşdur. 
Postsovet dövründə  Aşurbəyovlar nəslinin övladları birincilər sırasında respublikada kooperativ 
hərəkatının beşiyi başında durdular, Azərbaycanda ilk əmtəə-xammal birjasını  təsis etdilər, qəzet buraxır, 
televiziyada və  təhsil sferasında çalışırlar. Özü də bütün bunlar sovet hakimiyyəti illərində  Aşurbəyovlar 
nəslinin nəinki bütün maddi bazalarından, o cümlədən onlarca mülklərindən, evlərindən, torpaq sahələrindən, 
neft mədənlərindən və müəssisələrindən tamamilə məhrum edilmələrinə, həm də özlərinin bir çox ən ləyaqətli 
təmsilçilərini itirmələrinə - repressiya edilmələrinə, İkinci Dünya müharibəsində həlak olmalarına, İstanbuldan 
Parisə qədər dünyanın çox yerinə səpələnmələrinə baxmayaraq mümkün olmuşdur. Nəslin bir çox qanadları öz 
mövcudiyyətlərinə son qoymuşdur. 
Lakin gənc və yeniyetmə  nəsil böyüyür və qüvvə toplayır. Aşurbəyovlar nəsli davam edir və onlar 
Azərbaycan tarixinə hələ çox şanlı səhifələr yazacaqlar. 
 
 
SARA XANIM AŞURBƏYLİ MÜASİRLƏRİN XATİRƏLRİNDƏ 
 
Yəqin ki, böyük dostluq ilk görüşdən, ani bir təbəssümdən və əlsıxmadan başlanır. Sara xanımla mənim 
ilk görüşüm 1982-ci ildə Şirvanşahlar Sarayında, onun "Şirvanşahlar Dövləti" adında son dərəcə dəyərli kitabı 
işıq üzünə çıxdıqdan sonra olmuşdur. 
O vaxtlar "Şirvanşahlar Sarayı kompleksi" dövlət tarix-memarlıq muzey-qoruğunun rəhbərlərindən biri 
olaraq, mənə müəllifi öz kitabının ilk təqdimat mərasiminə dəvət etmək şərəfi nəsib olmuşdu. Mənim fikrimcə, 
təqdimat məhz Şirvanşahlar Sarayında keçirilməli idi. 
Habelə mənim tapşırığımla Sara xanımın kitabının tirajının bir hissəsi muzey tərəfindən hədiyyə fondu 
üçün alınmışdı ki, bu da kitabın  ən yüksək səviyyəli qonaqlara, Bakıya təşrif buyuran və o vaxtlar MK-nın 
birinci katibi işləyən Heydər Əliyevlə görüşən xarici dövlətlərin hökumət nümayəndə heyəti üzvlərinə hədiyyə 
etmək imkanı yaradırdı. Heydər  Əliyev onları  Şirvanşahlar Sarayını ziyarətə  dəvət edir, imkan daxilində özü 
şəxsən onları müşayiət edirdi. 
O vaxtlar filialları ilə birlikdə bu muzey-qoruğa ildə yarım milyona qədər adam təşrif buyururdu. 
Sara xanımın bir vaxtlar Azərbaycan Tarix Muzeyinin elmi əməkdaşı işlədiyini bildiyimdən, mən dedim 
ki, muzeyə uzun illər mənim anamın qardaşı Məmmədəmin Adil bəy oğlu Qazıyev - İrəvan Xanlığının qədim 
bəy nəsillərindən birinin övladı - rəhbərlik etmişdir. 
[276 - 277] 
1915-ci ildə qanlı erməni terroru zamanlarında 
xaincəsinə arxadan vurulan yaxın qohumları itirdikdən sonra ailə 1919-cu ildə doğma torpaqları  tərk etməyə 
məcbur olur və birtəhər Bakıya gəlib çıxırlar. Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor M. Qazıyev 
də çoxlu məşəqqətlər görmüşdü və onların Sara xanımla və  Aşurbəyovlar  əslizadə  nəsli ilə talelərində çoxlu 
bənzərliklər vardı. 
Sara xanımın siması xoş bir təbəssümlə  işıqlandı, məni bir ana kimi qucaqladı  və  təkcə bunu dedi: 
"Eldar müəllim, sən Məmmədəmin Qazıyevin bacısı oğlusan?!" 
Sonralar birgə işlərimiz üzrə Sara xanımla tez-tez ünsiyyətdə olurdum. 
"Şirvanşahlar Dövləti" kitabının təqdimatına qonaqları dəvət edərkən, bir görüşümü ayrıca qeyd etmək 
istəyirəm. O vaxtlar Xarici Ölkələrlə Respublika Dostluq Cəmiyyətinin sədri, Azərbaycan Ali Sovetinin 
deputatı, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycanın xalq şairi, akademik Nəbi Xəzri idi. İndi Fransanın 
Azərbaycandakı səfirliyinin yerləşdiyi binada onun yanında olarkən mən ona kitabın təqdimatına dəvətnamə ilə 
birlikdə "Şirvanşahlar Dövləti" kitabının bir nüsxəsini də bağışladım. Kitabı qayğı ilə götürüb onu vərəqləyərək 
dedi ki, bu gözəl kitabın işıq üzünə çıxmasından xəbərdardır və mənə nəzər salaraq təbəssümlə söylədi ki, əsl 
kitabdır və Azərbaycanın əsl tarixidir. Xatırladım ki, o vaxtlar 80-ci illərin astanasında dayanmışdıq və heç də 
tarixə dair hər kitab senzura idarəsinin (Qlavlit) manelərini keçib nəşr edilə bilməzdi. 
Mənim vəsatətimlə Sara xanım muzeyin Elmi Şurasının tərkibinə daxil edildi ki, bu da bizə onunla hər 
ay muzeydə, Elmi Şuranın iclaslarında görüşməyə, elmi və  nəşriyyat işinin vacib problemlərini müzakirə 
etməyə imkan yaradırdı. 
Bu gün onun işıqlı simasını, zərif  əsilzadə  şəxsiyyətini, adı böyük hərflərlə yazılmağa layiq alimi 
xatırlayarkən mən onun mərdanəliyi qarşısında, uzun bir ömrü ləyaqətlə yaşamış insanın ruhu qarşısında baş 
əyirəm. O, Azərbaycanın müstəqil və çiçəklənən bir ölkəyə çevriləcəyinə, Azərbaycan xalqını  bəxtəvər 
görəcəyinə ümidlərini heç vaxt itirmirdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə