Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   24   25   26   27   28   29   30   31   ...   145

 
65
Oğlan bir müddət həyətdə dayanıb Bikəbacının pəncərəsinə baxırdı, sonra çıxıb 
gedirdi. 
Məsməxanım hər gecə oğrun-oğrun onlara baxırdı və yuxuya getməzdən əvvəl 
onun özünə də bir oğlan bu cür ürəkdən gələn yumşaq səslə cürbəcür sözlər deyirdi. 
Məsməxanım bu sözlərin mənasını başa düşmürdü, amma bu sözlər yağ olub, 
yuxuya getməzdən əvvəl onun bədəninə yayılırdı. 
Bir gecə  Məsməxanım mətbəx pəncərəsinin qabağında çox gözlədi, amma 
Gülzarla həmin oğlan gəlib blokun qapısına söykənmədi; ikinci gecə Məsməxanım 
təkcə  həmin oğlanı gördü, həyətin yuxarı başında tək-tənha dayanıb Bikəbacının 
pəncərəsinə baxırdı; üçüncü gecə oğlan da daha gəlmədi; dördüncü gecə də blokun 
ağzı bomboş qaldı və Məsməxanım elə bildi ki, gecələr bu blokun ağzı daha həmişə 
bomboş olacaq, amma beşinci gecə yenə  də bayırda tanış  səslər eşitdi və gizlincə 
mətbəxin pəncərəsindən boylanıb aşağı baxdı, qaranlıqda Gülzarı o saat tanıdı  və 
burasını da o saat başa düşdü ki, Gülzarın bu dəfə qucaqlaşıb öpüşdüyü oğlan başqa 
bir oğlandı. 
Gülzar bu oğlanı da birinci oğlan kimi öpürdü və heç özü də bilmədi necə oldu 
ki, birdən-birə Məsməxanımın ürəyi kövrəldi, başını pəncərədən çəkib çarpayısının 
yanına gəldi, oturub gözlərini döşəməyə dikdi, dünyadakı  vəfasızlıq onu yandırıb-
yaxdı və bu zaman iki damla göz yaşı onun ayaqlarının yanına düşdü; Məsməxanım 
bir də heç vaxt pəncərənin qabağında dayanıb Gülzarın yolunu gözləmədi. 
Gün keçdi, ay dolandı, bir qız bir oğlanındı deyiblər, iş belə  gətirdi ki
Məsməxanımın da bəxtinə Mirzoppa çıxdı, yenə illər keçdi, amma Məsməxanım 
axırıncı dəfə Mirzoppanı nə vaxt öpdüyünü yadına gətirə bilmirdi və ona elə gəlirdi 
ki, heç ömründə öpməyib Mirzoppanı; Mirzoppanın da axırıncı  dəfə onu nə vaxt 
öpdüyü Məsməxanımın yadına gəlmirdi. Mirzoppa araqdan zəifləmiş kişiliyini ört-
basdır eləmək üçün: 
– Qısırsan! Doğub-törəməzsən! – deyirdi və guya buna görə  həftələrlə 
Məsməxanıma yaxın düşmürdü. Hərdənbir spirt iyi verə-verə gecələr Məsməxanımı 
qamarlayırdı, amma bu vaxt nə öpmək məsələsi olurdu, nə də əzizləmək. 
Məsməxanımın uşağı olmurdu və bir dəfə o, hamının təriflədiyi həkim 
Mesropyanın yanına getdi. Mesropyan ona baxıb yoxladı və dedi ki, gərək ərinizi də 
müayinə edək. Axşam Məsməxanım Mirzoppaya dedi: 
– Sabah get Mesropyanın yanına. 
Mirzoppa  əvvəlcə elə başa düşdü ki, Mesropyan yenə  də milisdə  işləyən 
kiminsə familidir və yenə  də onu milis idarəsinə çağırırlar; araqdan qıpqırmızı 
qızarmış gözlərini bərəldib soruşdu: 
– Mesropyan hansıdı? 
– Doxtur Mesropyan də, tanımırsan? 
– Doxturun yanında nə ölümüm var mənim? 
– Get yanına, baxsın sənə, görsün niyə uşağım olmur də!.. 
Mirzoppa qulaqlarına inanmadı: 
– Nə?! Gedib Mesropyanın qabağında soyunacağam ki, nə var – mənə bax?! 
Hə? Öz ayıbını mənim üstümə tökürsən? 
Və  həmin gün evlərində yenə  də qiyamət qopdu. Qonşular da onların belə 
işlərinə öyrənmişdilər... 
...Məsməxanım bağlamanı kətilin üstündən götürüb furqondan çıxdı: 


 
66
– Getdik. 
Məmmədağa hələ  də  Məsməxanımın sərin və quru, qalın dodaqlarını öz 
çənəsində hiss edə-edə qızın ardınca furqondan çıxdı. 
Məsməxanım əlini qaldırıb qayalığı göstərdi: 
– Ode, o tərəfə gedəcəyik, – dedi. – Qayalığın lap aşağı başına. 
Həmin qəribə yay gecəsi Məsməxanım Məmmədağanı Zuğulba qayalarının 
üstünə  çıxartdı  və buradakı  hər çuxuru, hər yarığı tanıyırmış kimi, bir dəfə  də 
sürüşmədən, büdrəmədən tez-tez addımlamağa başladı; Məsməxanım tələsirdi, elə 
bil ki, səhərin açılacağından qorxurdu. 
Abşeronda elə bir asfalt yol yox idi ki, Məmmədağa onu tanımasın, amma bir 
belə illər  ərzində birinci dəfə idi ki, qayaların üstü ilə bu cür gedirdi; o, hara 
getdiklərini bilmirdi və özünü güclə saxlayırdı ki, bığ yeri tərləməmiş yeniyetmə 
kimi, əlini çənəsinə aparıb Məsməxanımın sərin və quru, qalın dodaqlarının yerini 
oxşamasın. 
Məsməxanım arxaya çevrilib gülümsədi və: 
– Az qalıb, – dedi. – Darıxma. 
Qayaların çala-çuxuruna su dolmuşdu, üstünü də çox yerdə mamır basmışdı; 
çuxurlara dolmuş su ilıq idi.  
Məsməxanım yenə arxaya çevrildi: 
– Sürüşkəndir a, yavaş ol... 
– Qorxma... 
Sonra qayalıqdan qumluğa düşüb dənizdən xeyli aralandılar. Buralar tamam 
çılpaq idi, bütün ətraf ay işığında bomboz bozarırdı, nə bir ağac, nə bir kol vardı. 
Onlar balaca bir gölün yanından keçdilər, o qəribə yay gecəsi Abşeron göyünün ayı, 
bütün ulduzları həmin kiçik gölün üzündə idi. 
Məsməxanım gölün yanında dayanıb bu yerlərin köhnə bələdçisi kimi dedi: 
– Duzlu göldü bu. 
– Adı Duzlu göldü? 
– Hə. Müharibə vaxtı gəlib buradan duz aparırmışlar. Deyirlər, yaxşı duzu olur 
buranın. 
Elə bil bura bu saat ay işığında gümüş kimi ağaran furqondan cəmi üç-dörd 
kilometr aralı yox, dünyanın tamam başqa bir yeriydi və bu yerlərin bircə bilicisi 
vardısa da Məsməxanım idi; birdən-birə yenə  də Bakı, məhəllələri Məmmədağaya 
çox uzaq gəldi və indi o heç cürə ağlına sığışdıra bilmirdi ki, bir neçə saat keçəcək, 
hər  şey yenə  əvvəlki adiliyinə qayıdacaq, evdə oturub anasının çayını içəcək, Dar 
dalanın qabağına çıxıb məhəllənin cavanları ilə söhbət edəcək və bütün bu yerlər, 
ancaq xatirə olub qalacaq– bütün bu yerlər və bu yerlərdə ona bələdçilik edən 
Məsməxanım. 
– Qurbağalara qulaq asırsan? - Bunu Məsməxanım soruşdu. 
Burada dənizin səsi uzaq bir uğultu kimi gəlirdi, burada qurbağalar 
quruldayırdı  və qurbağaların bu qurultusu, dəniz uğultusunun uzaqlığı birdən-birə 
Məmmədağanın ürəyinə bir tənhalıq gətirdi; o, qızın əlindən tutub: 
– Məsmə... – dedi və özü öz səsinə  təəccüb etdi; təəccüb etdi ki, bu Duzlu 
gölün sahilində qurbağa qurultusundan, uzaq dəniz uğultusundan başqa, insan səsi 
də eşitmək olarmış və ən təəccüblüsü də bu idi ki, həmin səs onun öz səsi idi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə