dəstə döyüşçü ilə Naxçıvana göndərdi. Gülşirəli xanın və Əhməd
xanın qüvvələri qarşısında duruş gətirə bilməyən Abbasqulu xan
Naxçıvanı tərk edib Tiflisə II İraklinin yanına qaçdı. Cəfərqulu xan
Naxçıvan taxtına yiyələndi [3, 50-51].
Abbasqulu xanın bir çox tərəfdarı da Naxçıvanı tərk edib
Gürcüstana pənah apardılar. II İrakli Abbasqulu xanın hakimiyyətini
bərpa etmək adı altında Naxçıvanda möhkəmlotmək qərarına gəldi.
Onun himayəçisi Rusiyamn hakim dairələri də güreü çarının
niyyətini müdafıə etdilər. Q.A.Potyomkin bıı məsələ ilə bağlı
Rusiyanın Gürcüstandakı nümayəndəsi D.S.Burnaşevə yazırdı ki, o,
Abbasqulu xanın Naxçıvanda hakimiyyətə gətirilməsinə etiraz etmir.
Potyomkin daha sonra yazırdı: «...M ənim adımdan Kartli-Kaxeti
həzrətlərinə elan edin ki, mən bu hadisələrdə ona mane olmaq
istəmirəm» [7, v. 80].
II
İrakli hər ehtimala qarşı Naxçıvana yürüşə qarabağlı
İbrahimxəlil xam da cəlb etməyi qərara aldı [3, 55 J.
Lakin Türkiyə II İraklinin Azərbaycan xanlıqlarına qarşı yürüşü
eəhdinə kəskin müqavimət göstərdi. Osmanlı nümayəndələri
İbrahimxəlil xanla II İrakli arasında ittifaqı sarsılmağa nail oldular.
Kür çayı sahilində azərbaycanlılardan ibarət ordu yaratmağa və rus
ordusunun qarşısını almağa cəhd etdilər [8, v. 20].
Naxçıvamn daxilində və ətrafında mübarizənin kəskinləşdiyi bir
vaxtda Naxçıvan feodallarından biri olan Şükıiroli bəyin oğlu Qara
bəy Naxçıvandan 10 verst aralı olan Hacı Dəmir vo Cari qalalarını
ələ keçirdi. Qara bəy bu barədə Abbasqulu xana xobər
göndərdi və o,
Naxçıvana gəlməyə tələsdi [8, v. 15].
Abbasqulu xanın yaxınlaşdığını eşidən Cəforqulu xan Naxçıvanı
tərk edərək Xoy xanlığına qaçdı. Lakin Abbasqulu xan öz
hakimiyyətini bərpa etməyo nail olmadı. Şükiiroli bəy fürəstdən
istifadə edib Naxçıvanda hakimiyyəti öz əliııo aldı. Lakin o, xanlıq
taxtında cəmi 2 il qaldı. Cəfərqulu xan yenidon Naxçıvanda
hakimiyyəti ələ ala bildi [3, 56-57].
Abbasqulu xan da yenidən hakimiyyotə qayıtmaq fikrindən
dönmürdü. Yardım üçün o, gah İbrahimxəlil xana, gah II İrakliyə,
gah da Rusiyanın Qafqazdakı hərbi dairələrinə müraciət edirdi.
Azərbaycan
xanlıqları
ilə
münasibətləri
vaxtından
əvvəl
kəskinləşdirmək istəməyən II İrakli Naxçıvan xanlığını Xoy hakimi
Əhməd xanın vasitəçiliyi ilə Abbasqulu xanla Cəfərqulu xan arasında
bölüşdürməyi təklif etdi [3, 56-57].
İbrahimxəlil xan Abbasqulu xanı Naxçıvanda hakimiyyətə
gətirmək üçün yürüşə hazırlaşdığı bir vaxtda xoylu Əhməd xan ona
Naxçıvanda birgə hərəkət etməyi, xanlığı öz aralarında bölüşdürməyi
təklif etdi [3, 57-58].
Qarabağlı İbrahimxəlil xanla xoylu Əhməd xan arasmda əldə
edilmiş razılaşmaya görə «...Təbrizi tutmaq və əldə edilmiş qəniməti
bölmək, daha sonra Naxçıvanı ələ keçirmək və Naxçıvanda 1783-cü
ildə isfahanlı Əlimurad xan tərəfindən devrilmiş və İbrahimxəlil xana
arxalanan Abbasqulu xanı hakimiyyətə gətirmək» qərara alındı [10,
176].
Əldə olunmuş razılaşma əsasında İbrahimxəlil xan qoşunla
Naxçıvana tərəf hərəkət etdi. İbrahimxəlil xanın güelənməsini
istəməyən Rusiyanın Gürcüstandakı nümayəndəsi D.S.Burnaşev Xoy
və Urmiya xanlarına məktub yazıb onlardan İbrahimxəlil xanın
yürüşünə mane olmağı tələb etdi. Lakin İbrahimxəlil xanın qoşunları
Naxçıvan xanlığının ərazisinə daxil oldular və Cəfərqulu xan Şərur
çayı sahilindəki bir qalada gizləndi [9, 20]. 1785-ci il mayın
əvvəllərində İbrahimxəlil xanın qoşunu Naxçıvan qalasını ələ
keçirib, Abbasqulu xanın hakimiyyətini bərpa etdi [9, 323]. Lakin
Cəfərqulu xanı tutmaq mümkün olmadı.
İbrahimxəlil xan vaxtı itirmədən Təbrizə tərəf hərəkət ctməyi
qərara aldı. Lakin xoylu Əhməd xan İbrahimxəli) xanla razılaşmanı
pozaraq Qarabağ xanı hələ yolda ikən Təbrizi tutmuşdu. Əhmod xan
İbrahimxəlil xana Təbrizdə ələ keçirilmiş qənimətdən heç nə
vermədi. Əhməd xan bildirdi ki, o, Təbrizdə yalnız hakimiyyəti
doyişdirmişdir. Buna qohum kimi hüquq vardır. Bunu da bildirdi ki,
onun Naxçıvan xan Cəfərqulu xanı öz himayəsinə götürüb onun
işlərinə qarşımağa ixtiyarı yoxdur. Çünki Naxçıvana sahib olmaq