yadigarı olan gözəl sənət əsərlərini- abidələri bclə məhv etməkdən
çəkinmirdilər. O, dövrün xatirə yazılarından birində açıq şəkildə
deyilir: «Culfadan başlayaraq Naxçıvana və Vana qədər bir bina da
olsun qalmamışdı» [34,68].
İsgəndər bəy Münşi yazır ki, «Səfəvi ordusıı Naxçıvanda bir gün
qaldı, taxıl və başqa azuqə toplanmasından ötrü ətrafa adam
göndərildi. Asimamn qəzavü-qədəri nəticəsində yaşamalı olan kiçik
bir yer belə qalmamışdı.... Ertəsi gün oradan çıxıb Culfa keçidi
vasitəsilə Araz çayım keçib münasib bir yerdə dayandılar [10,466].
Şah Abbas tərəfındən Naxçıvan və Culfa əhalisinin köçürülməsi
barədə
İsgəndər bəy
Münşinin
verdiyi
məlumatları
Arakel
Təbrizlinin məlumatları da təsdiq edir. Onun yazdığına görə,
qızılbaşlar Naxçıvanı dağıtmaqla köçürülən əhalidə geri qayıtmaq
ümüdini tamamilə söndürmək istəyirdilər. Naxçıvanla birlikdə Culfa
da Şah Abbas tərəfındən dağıdılmış və əhalisi zorla İsfahan şəhərinə
sürgün edilmişdi [26,63-64; 14,133]. Nəzərə alınaq lazımdır ki, Şah
Abbas tərəfındən Culfanın dağıdılmasında ınəqsəd bir
tərəfdən
İsfahanda mühüm ticarət mərkəzinin yaradılması idisə, digər tərəfdən
Naxçıvanın dirçəldilməsinə yol verməmək olmuşdu, Naxçıvanın
yenidən dirçəlməsinə həmin şəhərdələrdəki ticarət əlaqələri müsbət
təsir göstərə bilərdi.
Şah Abbasın hərbi və siyasi zərurətdən həyata keçirdiyi «böyük
sürgün» siyasəti nəticə etibarı ilə Naxçıvan bölgəsinin xarabazara
çevrilməsinə gətirib çıxardı. İsgəndər bəy Miinşinin yazdığı kimi,
Osmanlı ordusunun gəldikləri hər bir ycrdə abadlıqdan əsər əlamət
yox idi. Ehtiyat azuqənin olmaması və başqa çətinliklər vəziyyəti
olduqca pis hala salmışdı. Yeniçərilər sərdara dcmişdilər ki, belə bir
vəziyyətdə nə müqavimətə taqətimiz, nə də burada qalmağa qüv-
vətimiz vardır. Bunu nəzərə alan Cığaloğlu məsləhətləşmələrdən
sonra Vana qayıdıb orada qışlamağa qərar vermişdi [10,462]. Həmin
ilin qışını İrəvan hakimi Əmirgünə xan Naxçıvan hakimi Maqsud
Sultan Kəngərli və tabeliyində olanlarla birlikdə Əlincədə keçirdilər.
Şahin göstərişi ilə baharın əvvəlində gəlib orduya birləşmək şərtilə
başqa əmirlər qışı keçirmək üçün öz ülkalarına çıxıb getdilər
[10,471]. İsgəndər bəy Münşinin verdiyi məlumatdan aydın olur ki,
1606-cı ilin baharında osmanlı qoşunu Qacar paşa və Mustafa
paşanın rəhbərliyi altında Vandakı kürd əmirlərilə birlikdə Naxçıvan
üzərinə hərəkət etmişdi. Əlincə qalasında olan Əmirgünə xan Qacar
qazilərdən ibarət bir dəstə və tabeliyindəki əmirlərlə Araz çayı
kənarına kimi irəliləmişdi. Onun qorxmazlığını və cəsarətli addımını
görən osmanlı paşaları ehtiyat edib irəli çıxmağa cürət etməmiş və
geri dönmüşdülər [10,471].
Mənbələrin verdiyi məlumatdan aydın olur ki, Şah Abbasın
göstərişi ilə qızılbaş ordusunun Van və Ərzurum arasında yerləşən və
Osmanlı ordusunun keçid yeri olan Naxçıvana gedib Araz çayı
kənarında dayanması qərara alındı ki, əgər bu il osmanlı sərdarı öz
ordusu ilə Azərbaycana hücum etsə, qızılbaşlar hər iki yol arasında
mövqe tutub özlərini müdafıə etməyə hazır olsunlar. Yox, əgər sərdar
bu il gəlməsə, qızılbaş ordusu qışlaq Qarabağda olsun və Gəncə
qalası ilə Şirvan ölkəsini azad etsin. Səfəvi qoşunu Naxçıvanda Araz
çayının Yəzdabad keçidindən keçib, çay kənarında dayandılar. Şah
Əmirgünə xana bir dəstə adam verib onu İrəvan şəhərinin təmirinə
göndərdi [10,481]. Bir müddət sonra Şah Abbas Ordubada gələrək bu
gözəl şəhəri seyr etməyə başladı.
İsgəndər bəy Münşi bu
hadisələrdən bəhs edərək yazır: «Ordubad olduqca ürəkaçan və
ürəyəyatan bir qəsəbədir... Ordubad Qapan dağının ətoyində
yerləşmişdir.
Suyunun
təmizliyi,
bağ-bağatınm
meyvosi
vo
çeşmələrinin gözəlliyi ilə bütün ölkədə məşhurdur. Diinyada elo bir
yer və ölkə yoxdur ki, bu lətafətdə və sərinlikdə su çeşıuəlorino ınalik
ola bilsin. Oranın camaatı qatı şiədirlər, kəranıotlo səfoviyyə
xanodanına sadiq olmaları ilo məşhurdurlar. Mohz buna göro do,
Osmanlı ağalığı vaxtı bir neçə dəfo qətliam olunmuşdular. O zaman
həmin connotmokan yer tamamilə dağıdıldı, əhalisino, xiisusilo Xaco
Tusinin ali nosriyye Tusiyyo təbəqəsinə böyük sədomo doydi. Həmin
porişanlığın iqbal qüvvəsi ilə aradan qaldırıldığı bu vaxtlarda
Ordubad şahanə inayotə layiq görüldü, bütün divan vcrgilorindon
azad olundu. Azərbaycan vilayətində ona bənzər başqa bir yerə bu
imtiyazlar vcrilmədi» [10,507].