Tofiq M ustafazadə
tar. e.d., professor
AM EA A.Bakıxanov adına Tarix İnstitııtu
NAXÇIVAN XANLIĞININ TARIXINDƏN
Xanlıq
yaranması
ərəfəsində
Naxçıvan
digər
Azərbaycan
torpaqları kimi Nadir şah əfşar dövlətinin tərkibino daxil idi.
1736-cı ildə Muğan qurultayında özünü şah elan etdikdən sonra
Nadir
Azərbaycamn
inzibati
ərazi
bölgiisiinü
dəyişdirdi,
bəylərbəyilikləri ləğv edib, Azərbaycanın bütiin ərazisini vahid
Azərbaycan vilayətində (Mərkəzi Təbriz şəhəıi olmaqla) birləşdirdi
və vilayətin idarəsini qardaşı İbrahim xana hovalo ctdi. Naxçıvan,
bölgəsində
yaşayan
Kəngərli
tayfası
Nadir
şaha
itaətsizlik
göstərdiyinə görə bu tayfanın bəzi üzvləri Əfqanıstana köçüriildülər.
Nadir şah Naxçıvan əyalətinə eyni zamanda iki hakiın təyin etdi.
Bunlardan biri hakim-e ölke-ye Naxçıvan digori hakim-e tümen-e
Naxçıvan adlanırdı. Hakim-e tümen-e Naxçıvan şah tərəfindən təyin
olunınuş, iqtisadi və idarə işlərinə rəhborlik ediıdi. Hakim-e ölke-ye
Naxçıvan tayfa vəkili və əyalətdən toplanan qoşunun rəisi idi [3, 18].
Hakiın-e tümen-e Naxçıvan Mirzə Rza yerli ohalini çox incitdiyindon
və öz tamahı ucundan müəyyən olunmuş məbloğdon xcyli çox vergi
topladığından ona qarşı əhalidə böyük qəzəb yaranmışdı. Buna görə
də 1736-cı il Muğan qurultayından dərhal sonra Nadir şah onu bu
vəzifədən kənarlaşdırıb Ağa Hosoni Naxçıvana lıakim toyin etdi [3.
I8]'
Lakin Ağa Həsən də yerli əhali ilə amansızcasına rəftar edirdi.
1747-ci ilin iyununda Nadir şah Əfşar oyanlarının sui-qəsdi
nəticəsində öldürıildükdon sonra Kəngorli tayfa başçısı Hcydorqulu
xan Ağa Həsəni hakiıniyyotdən salıb öziinii Naxçıvanın miistəqil
xanı elan etdi. Naxçıvan xanlığı Zongəzur dağlarından başlayaraq
Araz çayı vadisinə qədor olan ərazini ohato edirdi. Naxçıvan şəhəri
xanlığın
mərkəzi
oldu.
Xanlıq
inzibati
cəhətdən
mahallara
bölünmüşdü. (Əlincə, Xok, Dərələyəz, Ordubad, Əylis, Dəstə
Çalanapek, Bəllə) [3, 23].
S.Budaqovanın yazdığına görə 1797-ci ildən etibarən Naxçıvan
xanlığına daxil olan Mehri və Qafan mahalları qarabağlı İbrahimxəlil
xan tərəfindən zəbt olunmuşdur. 1813-1888-ci illərdə Naxçıvan,
Əlincə, Xek və Dərələyəz mahalları Naxçıvan tumənini, Ordubad,
Əylis, Dəstə, Cənnab və Bilev mahalları isə Ordubad tümənini təşkil
edirdi [2, 26].
Mahalları mirzəbəyi adlı məmurlar idarə edirdi. Mahallara daxil
olan kəndlər kəndxudalar tərəfındən idarə olunurdu.
Xanlığın şəhərlərində polis funksiyasını darğa və əsəsbaşı yerinə
yetirirdi. Darğaların sərəncamında yüzbaşılar və onbaşılar olurdu.
Darğalar asayişə və bazarlara nəzarət edirdilər. Darğalara maaş
verilmirdi, əvəzində hər dükandan ayda 15 qəpik gümüş pul almalı
idilər. Darğalar bazara nəzarətlə yanaşı, həm də şəriət qanun-
qaydalarının yerinə yetirilməsinə nəzarət edirdilər. Əsəsbaşı şəhəri
və bazarı gecə vaxtı qoruyurdu. O da maaş əvəzinə hər dükandan
ayda 15 qəpik almaq hüququna malik idi [3, 24]. Xanın ən yaxın
köməkçisi eşikağası idi. Bu və ya başqa məsələ ilə əlaqədar xanın
yanına gələnlər əvvəlcə eşikağası tərəfındən qəbul olunurdular.
Mirablar həm şəhərdə, həm də kənddə suyun bölüşdürülməsinə
nəzarət edirdilər. Onlar maaş əvəzinə sudan istifadə edənlərdən 15
batman taxıl və yarım batman pambıq alırdılar [3, 24-25].
Naxçıvan xanlığında natural təsərrüfat hökm sürürdü. Əsas
istehsal sahələri əvvəlkitək heyvandarlıq və əkinçilik idi. Digər
xanlıqlarda olduğu kimi Naxçıvan xanlığında da beş torpaq
mülkiyyəti forması mövcud idi: 1) Dövlət (xəzinə torpaqları). Dövlət
torpaqları əvvəlki məzmununu itirərək bir növ xanın xüsusi
mülkiyyətinə çevrilmişdi. Əksər hallarda divan torpaqları xanın
razılığı ilə hər hansı şəxsə bu və ya digər xidmətinə görə «tiyul»
hüququnda istifadəyə verilirdi. Torpaqdan tiyul hüququnda istifadə
edən şəxs tiyuldar adlanırdı. Tiyulun irsən keçməsi üçün varislik
hüququ xan tərəfindən təsdiq olunmalı idi. Tiyuldar əldə cdilən
məhsulun müəyyən hissəsini xəzinəyə verməli idi. Naxçıvan
xanlığında torpaqdan istifadəyə görə verilən vergi «bəhrə» adlanırdı
[3, 25-26]. 2) Xan ailəsinə məxsus olan xalisə torpaqları. 3) Şəxsi
mülkiyyət olan mülk torpaqları. 4) Dini miiəssisələrin sərəncamında
olan vəqf torpaqları. 5) Kənd icmasına məxsus olan camaat
torpaqları [4, 38-39].
Dağ kəndlərində yaşayan əhalinin əsas məşğuliyyəti maldarlıq idi.
Kəndlilər rəiyyətlərə, rəncbərlərə və elatlara böliinürdülər. Rəiyyətlər
pay torpağını becərir və əldə etdikləri məhsulun oııda birindən beşdə
birinə qədərini vergi verməli olurdular. Nə torpağı. nə də əmək aləti
olmayan rəncbərlər xanın və bəylərin torpaqlarında işləyir və
götürülən məhsulun təqribən üçdən bir hissəsini alırdılar. Yaylaq-
qışlaq köçmə maldarlığı ilə məşğul olan kəndlilər clat adlanırddar.
Naxçıvan xanlığında bütün təbəələrdən (15 yaşına çatmış kişilər)
ildə gümüş pulla 1 man 20 qəpik baş pulu, hər cvdən 20 manat ev
pulu (tüstü pulu) almırdı [3, 29-30; 4, 48].
Xəzinə torpaqlarından toplanmış məhsulun hər on hissəsindən 3,5
hissəsi xana, qalanı isə torpağı becərənlərə çatırdı. Mülkədar
torpaqlarından toplanmış məhsulun 1/5 hissəsi xəzinənin, qalan
hissəsi isə mülkədarın payına düşürdü [3, 30].
Maldarlar heyvanlarını xana məxsus çəmənliklərdə otardıqları
üçün «çöpbaşı» yaxud «çobanbəyi» adlı vergi ödəyirdilər. Kəndlilər
daha bir sıra başqa vergi və mükələfıyyətlər: bağpulu, dəyirmanpulu
və s. ödəyirdilər. Sənətkarlardan mancanaq pıılu, toxucu pulu,
ticarətlə məşğul olanlardan göınrük, rəhdar, qapan pulu və s. vergilər
və rüsumlar alımrdı.
Xanlığın ərazisində iki şəhər ınövcud idi: Naxçıvan və Ordubad.
Naxçıvan şəhəri dörd məhəlləyə böliinmüşdü: Əlixan, Şahab.
Qurdlar və Sarbanlar. Şəhərin mərkəzində dördkiinc bazar var idi.
Bazarda üç karvansara yerləşirdi. Dükanlarm dcmək olar hamısı
bazarda cəmləşmişdi. Naxçıvan şəhəri xanlığm başlıca ticarət
mərkəzi idi. Ordubad şəhəri iki dağın arasında, Ordubad çayının
vadisində yerləşirdi. Ordubad şəhəri inzibati cəhətdən bcş məhəlləyo
bölünürdü: Anbaras, Kürdüstan, Minqis, Sərşəhər və Üç düdəncə. 0
dövrdə Ordubad Naxçıvandan kiçik olsa da daha abad və gözəl idi.
Bu, birincinin daha çox basqınlara məruz qalması ilə bağlı idi.
Naxçıvan şəhərində beş min nəfərə yaxın əhali yaşayırdı.
Kəngərli tafasının üzvləri Qızıllı, Sarbanlar, Ağabəyli, Qaradolaq,
Əlixanlı, Qaraxanbəyli və Qarabağlar kəndlərində yaşayırdılar [3,
48].
Naxçıvan xanlığının hərbi qüdrəti az olduğuna görə Heydərqulu
xan daha qüdrətli xanlara arxalanmağa çalışırdı. Heydərqulu xan
Qarabağlı Pənahəli xanla müttəfıq oldu, onunla və gürcü çarları ilə
birlikdə 1752-ci ildə Şəki xanı Hacı Çələbiyə qarşı yürüşdə iştirak
etdi. Uğursuz qurtaran bu yürüşdən qayıdandan sonra Heydərqulu
xan xanlığın iqtisadiyyatını tənzimləməklə məşğul oldu. Heydərqulu
xanın ölümündən sonra (1763/64) Naxçıvan xanlığı nisbətən zəiflədi.
Taxta çıxmış Hacı xan Kəngərli Kərim xan Zənddən asılılığı qəbul
etmişdi [3, 49]. Sonralar Kərim xan Hacı xanı Şiraza dəvət edib kiçik
bir günah üstündə əsir aldı. 1770-ci ildə Kərim xan Zəndin köməyilə
taxta çıxmış Rəhim xan da üç ildən sonra Vəliqulu xan Kəngərli
tərəfındən devrildi [3, 49].
XVIII əsrin 80-ci illərinin əvvəllərində İrəvanlı Hüseynəli xanın,
Qarabağlı İbrahimxəlil xanın və Kartli-Kaxeti çarı II İraklinin
yardımı ilə Kəngərlilərdən olan Abbasqulu Naxçıvanın xanlıq taxtına
çıxarıldı. Lakin Abbasqulunun əmisi oğlu Cəfərqulunu hakimiyyətə
gətirmək istəyən xoylu Əhməd xan bundan narazılığını bildirib əvəz
kimi Nazik və Şükürlü kəndlərinin ona verilməsini tələb etdi.
Abbasqulu xandan rədd cavabı alan Əhməd xan öz qoşunu ilə
Naxçıvana tərəf hərəkət etdi. Müqavimət göstərmək iqtidarında
olmayan Abbasqulu xan Naxçıvam tərk edib Sisyana gctdi. Ancaq
irəvanlı Hüseynəli xan xoylu Əhməd xandan Naxçıvan xanlığınm
ərazisini tərk etməyi tələb etdi və sonuncu Naxçıvandan uzaqlaşmalı
oldu. Abbasqulu xan yenidən Naxçıvana qayıtdı [3, 50].
Çox keçməmiş Əhməd xan yenidən Naxçıvan xanlığının daxili
işlərinə müdaxilə etdi. O, Cəfərqulu xanı Naxçıvanda hakimiyyətə
gətirmək üçün Kərim xan Zəndin ölümündən sonra Mərkəzi İranda
hakimiyyəti ələ keçirmiş Əli Murad xana kömək üçün müraciət etdi.
Əli Murad xan həvəslə bu müraciətə cavab verdi və Gülşirəli xanı bir
Dostları ilə paylaş: |