bölgələrinin bəyləri ilə yanaşı Naxçıvan hakimi də ölkəsini O sm an-
lılara birləşdirmişdi [11,323; 19,66]. Bununla yanaşı, qcyd etdiyimiz
kimi Şah Abbasın Naxçıvan bəylərbəyi təyin etdiyi Zülqədərli
Şahqulu Sultan 1587-1588-ci illərin qışında Naxçıvan bəyini məqlub
edərək bu bölgəni nəzarət altına almışdı.
Osmanlılar tərəfındən son dəfə Naxçıvanın ələ keçirilməsi
haqqında məlumat vaxtilə (1576-1577-ci illər) Naxçıvan hakimi
olmuş Şərəf xan Bidlisinin əsərində verilmişdir. Şərəf xan yazır: «h.
992-ei ildə (20 noyabr 1588-9 noyabr 1589-cu il) Sərdar Fərhad paşa
xalqın etdiyi xahiş və müraciətlərə əsasən İrəvaıı bəylərbəyi Xızır
paşam Naxçıvam zəbt etməyə göndərdi. Xızır paşa ora çatan zam an
bütün əhali itaət göstərdi. Vilayət ələ keçirildi. Balaban köşkündə
möhtəşəm bir qala tikdirildi» [23,260; 11,373]. Beləliklə, 1589-cu
ildə Naxçıvan bölgəsi osmanlılar tərəfındən işğal olundu. Naxçıvan
əyaləti 1590-cı ilin noyabrında tərtib edilən Rəvan Əyalət dəftərinə
əsasən İrəvan bəylərbəyliyinin tərkibinə qatılmışdı. İrəvan Əyalət
dəftərində buraya bağlı olan Naxçıvan bölgəsinin nahiyyələri belə
göstərilmişdir: «Naxçıvan bölgəsi»: 1. Naxçıvan, 2.
«Məvazıi
xatun», 3. Arslanlı-mülkü, 4. Qarabağ, 5. Dərəşam, 6. Dərəşahbuz. 7.
Bazarçayı nahiyyələri; II. Şərur bölgəsi: 1. Şərur, 2. Zar, 3. Zəbil, 4.
Əlincə, 5. Sisyan nahiyyələri; III. Ordubad bölgəsi; 1. Ordubad, 2.
Culfa, 3. Azad- Siçan, 4. Şorlut. 5. Norküt nahiyyələri» [11,178;
19,67]. Bu sənəd XVI əsrin sonunda Naxçıvan əyalətinin sərhədlərini
dəqiqləşdirməyə imkan yaradır. 1590-cı ilin 21 martında İstanbulda
imzalanan Səfəvi- Osmanlı sülh müqaviləsinə əsasən Azərbaycanın
əksər bölgələri kimi Naxçıvan da Osınanlı imperiiyasının ha-
kimiyyəti altında qaldı. Osmanlı hərbi komandanlığı Naxçıvan
şəhərini öz hərbi düşərgələrindən birinə çcvirdi. Şəhərin strateci
əhəmiyyətini nəzərə alan osınanlı hərbi komandanlığı onun möhkəm-
ləndirilməsi üçün xüsusi səy göstərdi. Naxçıvanın idarə olunması bu
vaxt Osmanlı sultanı tərəfındən Xızır paşaya həvalə olunmuşdu
[14,128; 24,67]. Lakin Şah Abbas daxili siyasətdə və hərbi sahədə bir
sıra islahatlar həyata keçirərək mərkəzi hakimiyyəti gücləndirdi,
Türkiyədə baş verən qarışıqlıqdan istifadə edərok, 1603-cü ilin sen-
tyabrında Osmanlılara qarşı müharibəyə başladı [34,65]. Səfəvi şahı
21 oktyabrda Təbriz şəhərini Osmanlı işğalından azad edərək,
Osmanlılara qarşı hücumu daha da gücləndirdi. İsgəndər bəy Münşi
bununla bağlı yazır: «Şah Təbriz qalasını alıb oranın işlərini
nizamladığdan sonra öz himmət kəməndini bütün irsi Azərbaycan
vilayətini almağa ataraq öz cahangirlik bayrağını qaldırdı, şahanə
yürüş yüyənini Naxçıvan və İrəvan şəhərinə yönəltdi» [10,446]. Əsas
hücum hədəfınin Naxçıvan seçilməsi təsadüfı deyildi. Bu zaman
Naxçıvan özünün hərbi və iqtisadi əhəmiyyətinə görə diqqət
mərkəzində idi. Məhz buna görə də,
qızılbaş qoşunları Culfa
şəhərini və Əlincə qalasını aldıqdan sonra, 1603-cü ilin sonlarında
Naxçıvan şəhərinə doğru hərəkət etdi. Bu zaman Sufıyan döyüşündə
şücaət göstərmiş Ərdəbil valisi Zülfıiqar xan Qaramanlı qızılbaş
ordusuna komandan təyin olunmuşdu [19,68].
Bu zaman Naxçıvan və İrəvan bəylərbəyi Şərif paşa idi. Əli
paşanın əsir düşməsini və Təbriz qalasımn tutulması xəbərini alan
osmanlılar pərişan oldular və Naxçıvan qalasında qalmaqdan qorxub
olduqca möhkəm olan İrəvan qalasına getdilər. Şərif paşa burada 150
nəfərlik döyüşçü saxlayıb, əsas qüvvələri İrəvana apardı. Osmanlı
qoşununun İrəvana çəkilməsinin səbəblərindən biri də Naxçıvan
qalasının bu vaxt zəifliyi, qala divarlarının alçaq olması hərbi sursat
və ərzaq ehtiyatlarının azhğı olmuşdu. Təbrizli Arakel Osmanlı
qoşunlarının Naxçıvan şəhərini tərk etməsindən bəhs edərək göstərir
ki, Təbrizin əldən getməsi və qızılbaşların Naxçıvana yaxınlaşması
xəbərindən sonra «dəhşətə düşmüş», «qanadları sınmış», «ürəkləri
zəifləmiş» və «başlarım itirmiş» Osmanlı qoşunlarının İrəvana
qaçmaqdan başqa çarələri qalmamışdı [26,50;
14,129]. Digər
tərəfdən, osmanlı qoşunları qızılbaşlara rəğmət bəsləyən şəhər əha-
lisinə mühasirə zamam bel bağlaya bilmirdi. İsgəndər bəy münşinin
verdiyi məlumata görə, Culfa və Naxçıvan döyüşsüz ələ keçirildi,
yerli əhali və əyanlar Zülfıiqar xanı qarşılamağa çıxaraq şah
ordusunu təntənə ilə qəbul etmiş, osmanlı qarnizonu və şəhər təslim
olmuşdu [10, 447]. Beləliklə də, «Azərbaycan vilayətinin əzəmətli
yerlərindən biri olan Naxçıvan qalası da qalib dövlət övladlarının
ixtiyarına keçdi. Şah Abbas Naxçıvan ülkasını Çıraq Sultan Ustaclıya
verdi» [10,447].
Naxçıvan şəhəri qızılbaş qoşunları tərəfmdən tutulduqdan üç gün
sonra Şah Abbas Naxçıvana gəldi. Onunla biıiikdə Naxçıvan
şəhərinə gəlmiş Alman imperatoru 11 Rudolfıın səfıri Tektander
göstərir ki, Naxçıvan da Mərənd və Culfa şəhərləri kimi qızılbaş
qoşunlarına heç bir müqavimət göstərməmişdi [28,33; 14,130].
Bu zaman qızılbaş ordusunun gəlişini gözləmoyən Ordubad şəhər
əhalisi osmanhlara qarşı üsyan qaldırdı. Qəssab Hacının rəhbərliyi
altında şəhər əhalisi Osmanlı qarnizonunu tərksilah edərək Ordubad
qalasını ələ keçirdi. Yaranmış vəziyyəti düzgiin qiymətləndirən Ma-
ku vilayətinin hakimi Mustafa bəy Naxçıvana Şah Abbasın hüzuruna
gələrək ona tabe olduğunu bildirmişdi. 1604-cii ilin iyulunda qızılbaş
ordusu ciddi müqavimətdən sonra İrəvan qalasım osmanlılardan azad
etdi. İrəvan qalasının fəthindən sonra o vilayətin idarəsi Əmirgünə
xana
tapşırıldı. Naxçıvan ölkəsı isə Maqsud Sultan Kəngərliyə
verildi [10,455].
Təbrizin, Naxçıvanın və İrəvan bölgəsinin səfəvilərin hakimiyyəti
altına qayıtması osmanlıların şərqdəki nüfuzunu xcyli sarsıtmış oldu.
Osmanlı dövləti ərazilərin itirilınəsi ilə hcsablaşmayaraq 1605-ci ildə
Osmanlı sərdarı Cığaloğlu Sinan paşanın komandanlığı altında
Azərbaycana yeni ordu göndərdi. İsgəndər bəy Münşi bununla bağlı
yazır: « 0 vaxtlarda müzəffər qızılbaş döyüşçiilərinin müqaviməti və
bir neçə şəhər və qalanın alınması baş vcrmişdi. Cığaloğlu özünün
şücaət, igidlik və hüsn-tədbirinə görə başqalarmdan üstün olduğu
üçün Əhməd xan onu vəzire-əzəm və ləşkər sərdarı təyin etınişdi. 0
zaman
diqqət
Azərbaycandakı
qızılbaşlara
yönəldiyindən
Cığaloğlunun yürüşü qoşun toplanması səbəbindən bir ncçə dəfə
ləngidildi» [10,466].
Osmanlı ordusunun Qarsdan yürüşə başlaması nəticəsində Səfəvi
qüvləri
Ağcaqalada
dayanaraq
düşmənin
yiiriiş
istiqamətini
müəyyənləşdirməyə çalışdırlar. Cıqaloğlunun Naxçıvan və İrəvan
səmtinə üz tutduğu və köç-köç hərəkət ctdiyi məlıım oldu. Şah Abbas
Osmanlı qoşunlarmın çoxluğundan təşvişə diişərək azad ctdiyi şəhər
və qalalardan əhalini təcili şəkildə köçürməyə və həmin şəhərlərin
dağıdılması haqqında əmr verdi. Bununla bağlı İsgəndər bəy Münşi
yazır: «Rəiyyətin pərişanlığına yol verilməməsin deyə belə bir hökm
verildi: Bu yerlərin rəiyyəti köçürülsün və uzaq bir yerə göndərilsin
ki, müxalif ləşkər hücumundan kənar və dövran hadisələrindən
arxayın olsunlar. Qızılbaş ləşkərinin özləri ilə apara biləcəyi qədər
azuqə götürüb, yerdə qalan hər şeyi oda yaxıb yox etsinlər ki,
rumilərin əlinə heç nə düşməsin. Humayun ordu isə öz ləşkərləri ilə
rumilərin olduqları yerin həndəvərində dayanıb gözləsinlər ki, rum
ləşkəri özü üçün azuqədən və atları üçün yemdən məhrum olaraq
əskərləri pis vəziyyətə
salınsın və
belə oian halda fəth nişanlı
əskərlər harada məsləhət bilinsə orada da onların dəf olunmalarına
başlasınlar» [10,466]. O zamankı şəraitdə dövlət üçün münasib olan
diizgün müəyyən və ləyaqətli əzm ilə fikirləşdikləri kimi də hərəkət
cdərək ailə üzvlərini özlərindən ayırıb Əlincə tərəfə göndərdilər.
Əmirgünə xanı isə İrəvan camaatın/ köçürməyə yolladılar. O da, əm-
rə əməl edib rəiyyəti Qaracadaq tərəfə köçürdü. Meşələrdə və
əlçatmaz yerlərdə qalanlardan başqa bir nəfər də olsa üstündə
qalmadı. Ordu Ağcaqaladan çıxıb Üçkilsədə dayandı» [10,466].
Osmanlı ordusu İrəvana çatan vaxt qızılbaş qoşunu Vcdi çayımn
kənarında dayanmışdı. Şah Abbas orada Naxçıvan hakimi Maqsud
Sultan Kəngərlini o mülkün əhalisini, qulamı Təhınasibqulu bəyi isə
Culfa camaatını köçürməyə göndərdi. Naxçıvan şəhərinin əhalisi
köçüb
Dizmara
və
Qaracadağa
getdi,
amma
öz
qədim
ırıəskənlərindən əl çəkınək istəməyən Culfa caınaatını isə, onların
can və mallarının qorunması üçün zorla köçürüb İsfalıan yaxınlığında
Zayəndərud çayı kənarında ycrləşdirdilər [10,466]. Görünlir Osmaıılı
ordusunun hücumu qarşısında şahın fərmanı qısa miiddətdə həyata
keçirilmişdi. Əhalini köçürtmək, əkin sahələrini yandırmaq, məhsıılu
osmanlı əsgərlərinin əlinə vcrməmək üçün qızılbaşlar tərəfındən
Naxçıvan bölgəsi dağıdılıb viran qoyulınuşdu. Şah ordusu bütiin tiki-
lıiəri,
istchkamları
xarabazara
çevirmişdi.
Düşməni
yaşayış
vəsaitlərindən məhruın ctmək məqsədilə onlar ağaciara od vurur,
ınal-qaranı aparır və su çcşınələrini zəhərləyirdilər. Onlar keçmişin
Dostları ilə paylaş: |