Səfəvilər dövlətinin təşəkkülü zamanı həmin dövlətin tərkibinə daxil
oldu [35,92]. Bu zaman Naxçıvanda Şərur adlı yerdə qızılbaş
qoşunları ilə ağqoyunlu əsgərləri arasında baş vcrən şiddətli döyüş
şəhərin səfəvilər tərəfindən ələ keçirihnəsi üçiin əsas amil olmuşdu.
Qızılbaş ordusunun Naxçıvandakı bu qələbəsinin səbəbi yerli əha-
linin ağqoyunlulara rəğbət bəsləməməsi, qızılbaş qoşununun və
bilavasitə İsmayılın şəxsi döyüş qabiliyyəti ilə izah edilir. Naxçıvan
şəhərinin əhalisi qızılbaşlara heç bir müqavimət göstərmir, yaxud da
açıqcasına onların tərəfınə keçirdilər [2,96; 14,124]. Naxçıvan
bölgəsinin Səfəvilər dövlətinə birləşdirilməsi qızılbaşların qüvvəsini
daha da gücləndirdi.
Səfəvilərin qərbə tərəf irəliləməsi onları Yaxın Şərqdə ilhaqçılıq
siyasəti yeridən qüdrətli Osmanlı imperiyası ilə toqquşdurdu. Lakin
1514-cü il
Çaldıran döyüşündə
Şah
İsmayılın məqlubiyyəti
Azərbaycanın mərkəzi şəhəri Təbrizlə yanaşı, Naxçıvanın da osman-
lıların əlinə keçməsilə nəticələndi. Osmanlı qoşunlarının Naxçıvanda
ağalığı beş gündən artıq davam ctmədi və Osmanlı ordusu Naxçıvan
şəhərini tərk edərək İrəvana çəkilməyə məcbur oldu. Osmanlı or-
dusunun Naxçıvana daxil olması və gcri çəkilınəsi «Çaldıran Rüzna-
məsində» təfsilatı ilə öz əksini tapmışdır: «1514-cü ilin 20 scntyabrı
çərşənbə günü
Araz çayını keçib Əlincə qalasının yuxarı
hissəsindəki Kəsikkünbəzdə dayanıldı. Növbəti gün Naxçıvan
şəhərinə daxil olub, qızılbaş olduqlarına görə xalqı yəğma edildi.
Sentyabrın 22-də cuınə günü Qarabağ şəhərinin yanında düşərgə
salındı. Ertəsi gün Naxçıvanın Əhmədbəy Zoviyyəsi, sonra isə Sədə-
rək və Hacı-Ləiəli yanından kcçilərək Böyiik Vcdi və Kiçik Vedi
kəndləri arasında dayanıldı. Scntyabrın 26-da Zəngi çayından
keçərək İrəvan şəhərinə daxil olundu» [3,291; 1 1,226-227].
XVI
əsrin 30-cu illərində Osınanlı-Səfəvi miinasibətlərinin
gərginləşməsi nəticəsində ycnidən hər iki dövləl arasında hərbi
əməliyyatlar təzələndi. 1534-cii ildə İbrahim paşanın rəhbərliyi
altında Osmanlı ordusunun Azərbaycana yiirüşii başlandı və İbrahim
paşa tərəfındən Xosrov paşa Əlincə qalasmı tutmağa göndərildi
[8,247]. Sultan Süleymanın Azərbaycana yiiriişləri zamanı əsas
döyüş meydaniarından birinə çevrilən Naxçıvan gah Osmanlı, gah da
Səfəvi qoşunları tərəfındən əldən-ələ keçmişdi.
1554-cü ilin
ortalarında Sultan
Süleyman dördüncü dəfə
böyük qoşunla
Azərbaycan ərazisinə daxil olaraq Naxçıvan şəhəri üzərinə hərəkətə
başladı. Bu onun «Naxçıvan səfəri», yaxud «12-ci səfəri» adlanır
[6,159; 11,108]. Şah Təhmasib 1554-cü ilin 8 iyununda Naxçıvanı
tərk edərək Bazarçay yaylağına tərəf çəkildi. Öz taktikasına sadiq
qalan Şah Təhmasib düşmənin başlıca qüvvələri ilə toqquşmadan
çəkinərək, sultan qoşunlarının hərəkət edəcəyi gözlənilən yollara
viranedici həmlələr edirdi. İsgəndər bəy Münşinin yazdığına görə,
sultanın Naxçıvana hərəkəti zamanı qızılbaşlar yollarda osmanlılara
qəfıl basqınlar edir, ayrı-ayrı dəstələri qılıncdan keçirir və əsir
alırdılar [9,179-180]. Buna baxmayaraq, Osmanlı ordusu iyulun 28-
də Naxçıvana daxil olmuş, şəhərdə qalan əhalinin mallarmı və
gizlədilmiş dəfinələri qarət etmiş, yerli əmirlərin saraylarını və
iqamətgahlarını yandırmış, üç gün ərzində «daş üstə daş qoymamış-
dılar» [3,291; 11,227]. Osmanlı ordusunun törətdiyi dağıntıları, hətta
Osmanlı tarixçiləri də etiraf edirlər. XVI əsrin sonları - XVII əsrin 1
yarısında yaşamış tarixçilərdən İ.Pəçəvi yazırdı: «Aydınlıq gündüz
qaranlıq gecəyə çevrildi. 27-ci gün Naxçıvan düzənliyinə çatdılar...
Bütün şəhər və kəndlər, qəsəbələr və evləri o qədər amansızlıqla
talan edirdilər ki, onlardan bir əsər belə qalmırdı» [31,22; 14,125].
Mənbələrin verdiyi məlumatlara görə Sultan Süleyman Naxçıvanda
çox qalmadı. Bunun əsas səbəblərindən biri qoşun üçün yaşayış
vəsaiti, ərzaq və hərbi sursatın çatışmaması olmuşdu [16,85; 5,82].
Buna görə də, sultan üç gündən sonra 1554-cü ilin 30 iyulunda şəhəri
tərk etməli olmuşdu. Osmanlı əsgərləri şəhəri tərk edən zaman Sultan
Süleymanın əmrinə əsasən şəhər yandırıldı [8,378; 14,126]. Kəskin
ərzaq çatışmazlığı ilə üzləşən sultan qabaqcadan od vurub yandırdığı
Naxçıvanı tərk edərək Ərzuruma qayıtdı. Qızılbaş qoşunları gcri çə-
kilən osmanlıların ardınca Osmanlı ərazisinə qədəm qoydular.
Osmanlı mənbələrində «Naxçıvan səfəri» adı ilə məşhur olan Sultan
Süleymanın bu hərbi yürüşündən Osmanlı dövləti bir şcy qazanmasa
da, həmin yürüş Səfəvi ordusunun möhkəm müdafiə mövqelərini
dağıtmaq, sərhəddəki mühüm hərbi məntəqələri tutmaq və ölkənin ən
zəngin sahələrindən hesab olunan Naxçıvanı iqtisadi cəhətdən zəif-
lətınək və əzməklə nəticələnmişdi [14,126; 16,85 j.
Beləliklə, XVI əsrin birinci yarısında bir tərofdən Osmanlı- Səfəvi
müharibələrinin vurduğu ağır zərbə, digər tərəfdən Şah Təhmasibin
«Viran edilmiş ərazi» taktikasından istifado etməsi Naxçıvanın
xarabazara çevrilməsinə səbəb olmıış, onun goləcək iqtisadi və
mədəni inkişafına mənfı təsir göstərmişdi. 1555-ci ilin iyununda
Amasyada Səfəvi- Osmanlı sülhünün imzalanmasından sonra Nax-
çıvan bölgəsi Səfəvi dövlətinin tərkibində qaldı.
XVI
əsrin son rübündə Osmanh sultanı 111 Muradın Aırıasya
sülhünü pozaraq Səfəvilərə qarşı yeni müharibəyə başlaması nəinki
Naxçıvana vurulan ağır zərbəni aradan qaldırmağa iırıkan verməmiş,
hətta onu yenidən müharibə meydamna çevirmişdir. 1578-1590-cı
illər osmanlı-səfəvi müharibəsinin gedişində Naxçıvan bölgəsinin
osmanlılar tərəfindən tutulması ilə bağlı dövriin mənbələrində geniş
məlumatlar azdır. Oruc bəy Bayat Fərhad paşanın 1583-cü ildə İrə-
vana yürüşü zamanı Naxçıvanı ələ keçirdiyi haqda məlumat verir
[29,104]. Türk tarixçisi Bəkir Kütükoğlu Oıuc bəy Bayatın bu
məlumatının digər mənbələrdə öz əksini tapmadığını əsas götürərək,
Naxçıvanın alınmasına şübhə ilə yanaşmış, oııun fəthinin Özdəmir-
oğlunun Təbriz yürüşünə kimi mümkünsüz olduğunu qeyd ctmişdir
[12,136; 19,65]. İsgəndər bəy Münşinin göstərdiyi kimi, Çuxur-Səd
bəylərbəyi Məhəmməd xan Toxmaq diişmən lıticumu qarşısında
dayana bilməyərək İrəvanı tərk cdərək Naxçıvana çəkildi, qazilərin
ailəsini və uşaqlarım Əlincə qalasında mühafi/ə ctdi [9,88]. Bu
faktlar göstərir ki, Naxçıvan şəhəri həmin dövrdə osınanlıların nə-
zarəti altında olmamışdı. Görüniir osmanlı ordusıı şəlıəri talan edərək
onu tərk etmişdi. B.Klitükoğlunun ınəlumatma görə, səfəvi şahının
Azərbaycana gəlməsi Toxmaq xanın İrəvandan sonra sığındığı
Naxçıvan üzərinə yiırüş edərək qala tikdirmək ar/usundan osmanlı
qüvvələrini çəkindirmiş və sərdarın Giirciistana yiiriişə qərar verınəsi
ilə nəticələnmişdir [12,139; 19,65]. B.KiitükoğLunun istifadə ctdiyi
hökmlərdən birində, 1583-cü ilin mayında osınanlıların Naxçıvana
yiirüş edərkən möhtəşəm bir qala inşa edilməsi tələbi öz əksini
tapmışsa, da Naxçıvanın keçmiş hakimi olan Şərəf xan Bidlisiyə
göndərilən hökmdə, Naxçıvanm fəth olunmasından sonra onun oğlu
Əhməd bəyə sancaqlıq kimi veriləcəyinə aid məlumat verilmişdir
[12,139; 19,65]. Bu bir daha göstərir ki, həmin dövrdə Naxçıvan
şəhəri səfəvilərin nəzarətində qalmışdı. Naxçıvan bölgəsinin hərbi
strateci mövqeyi Osmanlı dövlətini müharibənin gedişində daim
maraqlandırırdı. Oruc bəy Bayatın fikrincə, Sultan Murad Osman
paşanı iranlılara qarşı gələcək kampaniya üçün baş komandan təyin
edərək əsas məqsədin Naxçıvanın ahnması olduğunu ona bildirmişdi.
Lakin 1585-ci ilin 11 avqustunda Osman paşa Ərzurumdan yürüşə
başlayan zaman əsgərlər qarşısında rəsmi şəkildə bildirmişdi ki, Nax-
çıvana hərəkət edəcəklər. Ancaq tezliklə aydın oldu ki, həqiqi
məqsəd Təbrizi tutmaqdır. Buna görə də yürüş Naxçıvana deyil,
Təbrizə yönəldildi [29,109-110]. Bu faktlar bir daha göstərir ki,
Osmanlı dövləti Naxçıvana hərbi strateci cəhətdən xüsusi diqqət
yetirmişdi.
B.Kütükoğlunun
istifadə
etdiyi
Osmanlı
«Mühimmə»
sənədlərində göstərildiyi
kimi,
1588-ci
ilin
yazında sərdara
göndərilən hökmdə bildirilirdi ki, Qəzvinə göndərilmiş casuslar və
çaşnigir Vəli Ağadan hələlik bir xəbər alınmasa da, İrəvan
bəylərbəyinin kətxudası vasitəsilə göndərdiyi məktubda şahın
Naxçıvan valiliyinə təyin etdiyi Şahqulunun Ordubad və Culfanı zəbt
etdiyi, ətrafdakı bəylərbəilərin Naxçıvana gəlməsi əmr olunmuşdu
[12,191-192; 19,66]. Bu məlumatları Mustafa Selaniki də təsdiq edir.
Onun məlumatına görə, çəkilməyə məcbur edilmiş Şahqulu Sultan
İrəvanı mühasirəyə almış, ancaq geri çəkilməyə məcbur cdilmiş,
həmçinin bununla bərabər qızılbaşlar Naxçıvan bəyini məqlub edib
öldürmüşdülər [21,30-31 ].
Naxçıvan bölgəsinin osmanlılar tərəfindən işğal edilməsi ilə bağlı
nə osmanlı, nə də fars dilli mənbələrdə məlumat yoxdur.
F.Kırzıoğlunun fikrincə, Təbrizin fəthindən sonra, 1586-cı ilin
yayında Qaracadağ hakimi Şahverdi xan ilə birlikdə Təbriz mühafızi
Səfər paşaya adam göndərən Ordubad, Qarqar, Culfa, Qapan
Dostları ilə paylaş: |