Həsən bəy Rumlu yazır: «İbrahim Sultan və Ənıir Şahməlik 20 min
suvari ilə Naxçıvan tərəfə getdilər. Bu vaxt Mirzə İsfahanın (Qara
Yusifın oğlu - İspənd. müəlliflər) mülazimi fələk əzəmətli orduya
gəlib ona öz
isti münasibətini bildirdi. O, həzrət (yəni-Sultan
Şahrux) onu mehribanlıqla yola saldı» [8,124]. Bu faktlar bir daha
göstərir ki, Naxçıvan bölgəsi Sultan Şahruxun
1420-ci
ildə
Azərbaycana yürüşü zamanı hələ də Qaraqoyunlu əmirlərinin nə-
zarətində idi. Əbu Bəkr Tehranı yazır ki, «bu zaman İsgəndər Mirzə
İsfahan bəyin Azərbaycanda şöhrətinin günbəgün artdığını görəndə
üzünü Təbrizə tutdu və Təbrizi, Əlincə qalasını İsfahanın əlindən alıb
onu Azərbaycandan çıxarmaq istədi. İsfahan bəy qaçıb Avnikə və
Ərzruma getdi» [25,73] Naxçıvan bölgəsi İsgəndər Mirzənin nəzarə-
tinə keçdi. Teymuri ordusunun Azərbaycanı tərk etməsindən sonra
İsgəndər Mirzə Qaraqoyunlu taxt-tacında möhkəmləndi. Lakin,
1429-cu ilin sentyabrmda Səlmas döyüşündə Sultan Şahrux İsgəndər
Mirzəni məğlub etdikdən sonra Naxçıvan istiqamətində irəliləyərək
Əlincə qalasına gəlmişdi. Qalada olan İsgəndərin arvadları və
oğlanları o zaman Şahruxa böyük hədiyyələr göndərdikləri üçün
Əlincə qalası mühasirəyə alınmamışdı [22,130; 14,97]. Buna
baxmayaraq 1429-cu ilin oktyabrında Naxçıvan və Əlincə qalası
Teymurilərin əlinə keçmişdi. Lakin, 1431-ci ildə həmin ərazilər
yenidən İsgəndərin nəzarəti altına düşmüşdü.
Dövrün mənbəyinin verdiyi məlumata görə, «1435-ci ildə qış
qurtarıb soyuqlar çəkiləndə Şahrux cənub qışlaqlarından köçüb
Azərbaycana gəldi, Sultaniyyə yolu ilə köç edə-edə Təbrizə daxil
oldu, bütün Azərbaycan şəhərlərini öz ixtiyarına aldı, vilayətlərə öz
darğa və hakimlərini təyin etdi, İsgəndərin adamlarının mühafizə
etdiyi Əlincə qalasını mühasirəyə aldı» [25,79].
1436-cı ilin yazında Teymuri Şahrux Azərbaycanı tərk etdiyi
zaman Əlincə qalası İsgəndərin oğlu Şah Qubadın ixtiyarına keçdi.
Şahrux
Azərbaycanda
Qaraqoyunluların
hakimiyyətini
aradan
qaldırmağa daha qadir olmadığını anlamışdı. Buna görə də o, Qara
Yusifın oğulları arasında gedən rəqabət və düşmənçilikdən istifadə
etməyi münasib bildi. Qeyd etmək lazımdır ki, Şahrux Qarabağı tərk
edən zaman Azərbaycan hökmdarlığını Cahanşaha tapşırmışdı.
Bununla da İsgəndərlə qardaşı Cahanşah arasında kəskin mübarizə
başladı. Əbu Bəkr Tehrani yazır ki, «İsgəndərin orduya və əhaliyə
etdiyi zülm nəticəsində ona nifrət edən Azərbaycan qalalannın baş-
çıları Əlincə qalasından başqa bütün digər qalaları Cahanşah Mirzəyə
verdilər» [25,93]. Amma o zaman Əlincə qalası və Naxçıvan
İsgəndərə sadiq qüvvələrin nəzarətində qalmışdı. 1438-cı il baharın
əvvəllərində «İsgəndər əzəmətli əmirləri ilə Çuxur-Səd və Sürməli
qışlaqlarından çıxıb Təbriz istiqamətində hərəkət etdi. Onun qardaşı
Cahanşah da Qızılağac qışlaqlarından ayrılıb Ərdəbilə yollandı. O,
Əmir Bayazid Bəstami və bəzi Şirvan əmirlərilə birlikdə Təbrizə
yollandı, Mərənd yaxınlığında dayandı. Mirzə İsgəndər də onunla
döyüşmək üçün hərəkət edib. Sufıyanın Həft Çeşmə adlı yerində
dayandı». Döyüş ərəfəsində «İsgəndərin yolunda çox zəhmətlər
çəkən və heç bir mükafat görməyən nökərlər ondan naümüd oldular.
Onun dövlətinin ulduzunu sönmüş, Cahanşah Mirzənin cah-cəlalını
artmış gördülər. Döyüş səfləri bir-birilə qarşılaşanda İsgəndərin
qoşunu Cahanşaha qoşulmağı qərara aldı. Onun əyanlarından Piri
bəy Qaramanlı bu vaxt ondan üz döndərib Cahanşahın dərgahına iiz
tutdu. İsgəndər bundan çox həyəcanlandı və bu zaman ona necə
bədbəxtlik üz verdiyini anladı, atını minib Əlincə qalasına gəldi.
Xəzinəsi, arvadları, övladlarından bəziləri bu qalada idilər. Qardaşı
Cahanşah Mirzənin qoşunu isə səmanıh qəzavii-qədəri və amansız
bəla kimi o qalanı mühasirəyə aldı» [25,90-91; 8,228-229]. İsgəndər
Əlincə qalasında olduğu vaxt oğlu Şah Qubad atasını öldiirmək
tlkrinə düşüb qırx nəfərlə birlikdə İsgəndərin yataq otağına soxuldu
və onu qətlə yetirdi, xəzinəni ələ keçirərək bir qismini qoşuna
payladı və əhvalatı əmisi Cahanşaha bildirdi. Xəzinənin yarısı, Avnik
qalası və Pasin vilayəti Cahanşah tərətlndən ona vcrildi [25,94;
8,230]. Beləliklə Əlincə qalası Cahanşahın ixtiyarına keçdi. Qalada
baş verənləri öyrəndikdən sonra Cahanşah ata qatili olan Şah Qubadı
və bu işdə əli olan bəzi əınirləri öldürdü.
1467-ci ilin noyabrında Cahanşahın Ağqoyunlu Uzun Həsənlə
döyüşdə öldürülınəsindən sonra Maku qalasında zindanda saxlanılan
oğlu Həsən Əli qaladan çıxaraq ətrafına topladığı 2-3- minlik qüvvə
ilə Təbrizə daxil oldu. Bu zaman «Əlincə qalasının sahibi Yaqub
Çöhrə onun hüzuruna gəldi və atasının illərlə topladığı, onun
sağlığında məmləkətin zəruri işlərini həll ctmək, yeni torpaqlar
tutmaq kimi məqsədlərə sərf olunan xəzinəsini Həsən Əliyə çat-
dırdı» [25,234]. Əbu bəkr Tehraninin verdiyi bu məlumatdan aydın
olur ki, XV əsrin 60-cı illərində Əlincə qalası Qaraqoyunlu
dövlətinin nəzarətində olmuş və Yaqub Çöhrə
tərəfindən idarə
olunmuşdur. Dövlətin ən vacib işlərinin həlli üçiin ayrılan xəzinənin
məhz Əlincədə mühafızə olunması bu qalaya diqqəti daha da artır-
mışdı. Bu zamandan başlayaraq Əlincə qalası Qaraqoyunlularla
Ağqoyunlular arasında gedən mübarizə mcydanına çevrildi. Uzun
Həsən Cahanşah üzərindəki qələbədən sonra Naxçıvan vilayətinə
gəlmiş, Naxçıvana çatanda Ağqoyunlu dəstələrinin Avnik, Bayazid
və Gərni qalalarını ələ keçirdiyi haqda xəbər tutmuşdu. O zaman
Həsən Əlinin rəhbərliyi altında Qaraqoyunlu oıdusunu darmadağın
etdikdən sonra Sultan Xəlil Təbrizə gəlmiş vo Şahəli bəy Pornakı
müzəffər əsgərlərdən bir dəstə ilə birlikdə Əlincə qalasına
göndərmişdi
[25,250].
Əbu
Bəkr
Tehrani
Əlincə
qalasının
ağqoyunlular tərəfındən tutulması haqda maraqlı məlumat verir. O,
yazır: «Huri adlı yerdə xəbər gəldi ki Şahəli boy Əlincəni tutub. Qısa
müddətdə belə bir qala əziyyət çəkmədən bütün xəzinələri ilə
birlikdə ələ keçdi. Bu hadisə Turan şahlarının dilində bir misal oldu
ki, əvvəlki sahibqran Əmir Teymur o cür qüdrətlə təqribən on yeddi
il (on dörd olmalıdır-T.N.) Əlincəni mühasirədə saxladı; elələri oldu
ki, mühasirə dövründə doğulub böyüdü və mühasirədəkilərlə
döyüşdü; böyük əzab və itkilərdən sonra qala fəth olundu. Lakin bu
əbədi dövlətdə ilahinin hökmü ilə qala xəzinəsilə birlikdə qısa
zamanda ələ keçdi və sakinlərə heç bir ziyaıı dəyınədi» [25,251].
Beləliklə, Qaraqoyunlu dövlətinin süqutundan sonra Naxçıvan və
eləcə də Əlincə qalası Azərbaycan Ağqoyunlıı dövlətinin nəzarəti
altına keçdi. Ağqoyunlu Sultan Yaqubun öliimündən sonra taxt-tac
uğrunda şahzadələr və əmirlər arasında qanlı toqquşmalar başladı.
Sultan Yaqubun oğlu Baysunqur lələsi Sufl Xəlil Mosullunun
köməyi ilə rəqiblərinə qalib gəldikdən sonra əmirlər tərəfindən
padşahlığa namizəd göstərilən Rıistəm Mirzəni Əlincə qalasında
zindana saldırdı [33,176; 14,98]. Həsən bəy Rumlunun məlumatına
görə, 1492-ci ildə Eybə Sultan Bayandur ordusu ilə Qarabağdan
Əlincəyə yollandı, qalanın hakimi olan Qazaq Seyid Əlini özünə
müttəfiq etdi və həbsdəki Rüstəm bəyi azad edərək Təbrizə yollandı
[8,632-633]. Baysunqur qaçdığı üçün Rüstəm Mirzə taxt-taca
yiyələndi. 1497-ci ilin yazında Uzun Həsənin nəvəsi Gödək Əhməd
Naxçıvan
yaxınlığında
Rüstəm
padşahın
qüvvələrini
ağır
məqlubiyyətə uğratmış və hakimiyyəti ələ almışdı. Naxçıvan ölkəsi
XV əsrin əvvəllərində Ağqoyunlu dövlətinin hakimiyyəti altında olan
əraziyə daxil oldu.
XV
əsrdə Naxçıvanın Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin
tərkibində olmasını bu bölgədə həmin sülalə ilə bağlı çox qiymətli
qoç daş heykəllər və qəbirüstü sənədlərin tapılması da sübut edir.
Naxçıvan qəbristanlıqlarında belə qoç daş heykəllər və sənduqə-
lərvardır. Bu qoç heykəllərin və sənduqələrin bir qisminin üzərinə
ərəb əlifbası ilə, kufi xətlə yazılmış kitabələr və tarix verilmişdir.
Qəbirüstü sənədlərin bəziləri ağ mərmərdən ustalıqla yonulub hazır-
lanmış və üzərləri nəbati ornamentlə böyük zövqlə bəzədilmişdir
[4,86].
Qaraqoyunlu Cahanşah dövründə Culfa rayonunun Xanağa
kəndində tikilmiş məscid və türbə dövrümüzə kimi gəlib çatmışdır.
Türbəni vəzir vəzifəsində işləyən Hacı Məhəmmədin tikdirdiyi
məlumdur [17,22-23].
Azərbaycan Səfəvilər dövlətinin yaranması vətonimizin orta
çağlar tarixində ümdə əhəmiyyətə malik olan hadisələrdən biridir. Bu
dövlətin yaranması Azərbaycan və həmhüdud ölkələrdə fcodal
münasibətlərinin daha da inkişafının labüd yekunu idi. Sofəvilərin
yürütmüş olduqları mərkəzləşdirmə siyasəti iqtisadi inkişaf üçün
imkanlar yaratdı. Azərbaycan şəhərləri arasında mövcud olan əla-
qələr xeyli genişləndi. Yadelli işğalçıların basqınları zamanı dağıdıl-
mış bir sıra şəhərlər yenidən dirçəlməyə başladı. Yenidən dirçələn
bclə şəhərlərdən biri də Naxçıvan idi. Naxçıvan 1501-ci ildə
Dostları ilə paylaş: |