Şəfəq dolu bir nəğmə
69
Ġlk məhəbbətim
Könlümdə lövbər salan,
Dalğalarla çarpışan,
Yelkənsiz bir gəmidir-
Mənim ilk məhəbbətim.
Sevdasına çatmayan,
Sübhə kimi yatmayan,
Bir aşiqin qəmidir-
Mənim ilk məhəbbətim.
Qanadları qırılmış,
Qəfəslərə salınmış,
Bülbülün naləsidir –
Mənim ilk məhəbbətim.
Muğam səslənən zaman,
Həzin-həzin ağlayan,
Qırılmış tar simidir-
Mənim ilk məhəbbətim.
Nəbzim ilə bir vuran,
Ürək döyüntüm olan,
Həyatımın himnidir-
Mənim ilk məhəbbətim.
05.03.1978
Əyyub Sabiroğlu
70
Vəfasıza
Sən mənim qədrimi biləsən deyə,
Bu cavan yaşımda ölümmü indi?
Əli Kərim
(Bir əsgərin dilindən)
Mənə söz vermişdin, dilin qurusun!
Nədir barmağında nişan üzüyü?
Görüm üzük taxan əlin qurusun!
Nədir barmğında nişan üzüyü?
Bəlkə, istəyirdin kölgə kimi mən,
Dalınca sürünüm, qulunam-deyə?
Bəlkə, istəyirdin gecə sübhəcən
Mənim ahu-naləm ucalsın göyə?
Bəlkə, düşünürdün sən ey vəfasız,
Qul kimi alçaılır aşiq olanlar?
Nifrət! Sənə nifrət! Yalnız və yalnız –
Nifrətə layiqdir əhdi dananlar.
1997
Şəfəq dolu bir nəğmə
71
Qələmim
Əyyubam, Əyyub tək dözümüm vardır,
Qəm-qüssə qəddimi əyəmməz mənim!
Gül, cavan qələmim, hələ bahardır.
Qoy qəmli görməsin məni düşmənim.
Qəm-qüssə qəddimi əyəmməz mənim!
Ayaq izlərinə həsrət zirvələr,
Yolumu həsrətlə gözləyir mənim.
Bizə yoldaş deyil bu yolda kədər,
Ağlama, ağlama, cavan qələmim,
Qoy qəmli görməsin məni düşmənim.
Qəm-qüssə qəddimi əyəmməz mənim!
1980
Əyyub Sabiroğlu
72
Hardasa
Hardasa yenə də toplar atılır,
Hardasa körpələr yuxusuz qalır.
Hardasa bir cocuq tir-tir əsərək,
Yadalra əl açır: çörək- deyərək.
Hardasa bir ana əlləri göyə
Allaha yalvarır:- Kömək ol...deyə.
Hardasa bir gəlin öz körpəsiylə
Şəhidlər içində ağlar səsiylə,
Ömür yoldaşını gəzir, axtarır...
Öpərək oğlunun solğun üzündən,
Hardasa bir ana şivən qoparır.
Hardasa atılan güllənin səsi
Mənim ürəyimi yaralar keçər.
Dilsiz bir körpənin acı naləsi
Gecənin qoynunu paralar keçər.
Bəsdir! İnsan oğlu, saxla əlini,
Anamız Yer sülhə səsləyir səni!
Bəsdir! Su yerinə axdı qızıl qan,
Bəsdir, qənim oldu İnsana insan.
1980
Şəfəq dolu bir nəğmə
73
Qanlı 20 Yanvar
Yenə cingildədi qanlı qədəhlər,
Verdilər kiminsə «fatihəsini».
Döndü qan gölünə böyük bir şəhər,
Dünya eşitmədi fəryad səsini...
Bir səmum yeliydi, əsdi şimaldan,
Dənizdən şəhərə süründü duman.
Gəzdi küçə-küçə, dalanbadalan,
İzlədi Bakını ölüm anbaan.
Azadlıq meydanı önündə şərin...
Nalə səslərindən tüklər ürpəşir.
Şəhid qanı hopmuş qərənfillərin
Bağrını sanki ah güllə tək deşir...
1990
Əyyub Sabiroğlu
74
Güllə səsi
Meşədə bir güllə səsi eşitdim, -
Bir cüyür balası anasız qaldı.
Meşədə bir güllə səsi eşitdim, -
Bir kəklik yuvası kimsəsiz qaldı.
Bir güllə açıldı: bir ana dövşan
Bir də yuvasına qayıtmayacaq.
Turac balaları öldü acından...
Bir durna qatarı başsız qalacaq.
Amandır, uçub get, yaşılbaş sona!
Qoy qana batmasın ağ mərmər sinən.
Uç get, zalım ovçu rəhm etməz sənə.
Qurban gedəcəksən bir gülləsinə.
15.02.1978
Dostları ilə paylaş: |