SəHİH ƏQİDƏ (Sual və Cavablarla) MÜƏLLİF: Abdus-Sələm ibn Bərcis


Sual 5. Əgər rububiyyət tövhidi insanların qəlbində öz yerini tapmışdırsa, bəs nə üçün Allah bunu öz  kitabında vurğulamışdır? Cavab



Yüklə 247,27 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix14.06.2018
ölçüsü247,27 Kb.
#49099
1   2   3   4   5   6   7   8   9   10

Sual 5.

Əgər rububiyyət tövhidi insanların qəlbində öz yerini tapmışdırsa, bəs nə üçün Allah bunu öz 

kitabında vurğulamışdır?

Cavab:

Allah rububiyyət tövhidini isbat və təkid üçün qeyd etmiş və bunu ibadət tövhidinin vacibliyinə 

dəlil etmişdir. Deməli rububiyyət tövhidi Allahdan başqa heç bir şeyə ibadət etməməyi 

gərəkdirmişdir. Uca Allah buyurur:



“Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə (Allahdan) 

qorxasınız.”

10

Sual 6.

Rububiyyət tövhidində şirkin batil olmasının ağlı dəlili nədir?



Cavab:

Uca Allah bizə rububiyyət tövhidində şirkin batil olmasını xəbər vermişdir. Əgər belə olsaydı, o 

zaman göylər və yerlər fəsada uğrayardı.

Uca Allah buyurur:



“Allah Özünə heç bir övlad götürməmişdir. Onunla yanaşı heç bir ilah yoxdur. Əks təqdirdə 

hər ilah öz yaratdıqlarını özü idarə etmək istəyər və onların bir qismi digərinə üstün gəlməyə 

can atardı. Allah onların (Ona) aid etdikləri sifətlərdən uzaqdır.”

11

İkinci dərs

Ad və sifətlər tövhidindəki səhih əqidə

Sual 7.

Ad və sifətlər tövhidində Əhli-Sünnənin əqidəsi nədir?



Cavab:

Əhli-Sünnə vəl camaat Allah və rəsulunun (sallAllahu aleyhi və səlləm) Allaha aid isbat etdiyi 

gözəl ad və uca sifətləri isbat edirlər. Onlar Qurandan və peyğəmbərdən (sallAllahu aleyhi və 

səlləm) sabit olan hədislərdən kənara çıxmırlar. Bütün sözləri isbat edirlər və onun mənasını 

Quranın nazil olduğu dildə başa düşürlər, keyfiyyətini isə Allaha həvalə edirlər. Çünki Allah onu

özünə xas etmişdir və əhlindən heç kəsə xəbər verməmişdir.



Sual 8.

10

 Bəqərə, 21



11

 Muminin, 91

5



Şəriətin əsasları nədir, hansı ki, ondan yapışan sabit qalar?

Cavab:

1. Allah və rəsulunun (sallAllahu aleyhi və səlləm) Allaha aid isbat etdiyini artırmadan və 

azaltmadan isbat etmək. 

2. Allahı sifətlərində məxluqlara bənzətməkdən çəkindirmək. 

Uca Allah buyurur:

“Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir.”

12

3. Allahın sifətlərinin keyfiyyətini fikirləşməkdən uzaq olmaq.

Uca Allah buyurur:

- “Onların elmi isə Onu ehtiva edə bilməz!”

13

Sual 9.

Allahın sifətlərindən (Ərşin üzərinə yüksəlməsi) Ona necə iman edirik?



Cavab:

Yüksəlmək sifətini Allaha həqiqi yüksəlmək kimi isbat edirik. Mənasını bilir, keyfiyyətini isə 

bilmirik.

Onun mənası isə: Ucalıq və yüksəlməkdir.

Ərəb dilində bu cür gəlmiş və bu mənas üzərində də əhli-sünnə vəl camaat ittifaq etmişdir.

Keyfiyyətinə gəldikdə isə, bu ucalığın keyfiyyətini Allahdan başqa heç kəs bilmir və Onun şəriki

yoxdur.

Sual 10.

Allahın sifətlərindən (eşitmək) Ona necə inanırıq?



Cavab:

Uca Allah buyurur:



“Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir.”

14

Bu və bunun mislində olan ayələrdən istifadə edib Allahın görmək sifətini isbat edirik.

Ərəb dilində eşitmək – səsləri dərk etmək deməkdir.

Allahın eşitmək sifərini isbat edirik və onunla bütün şeyləri eşidir. Ancaq yaratdıqlarında heç biri

Allaha bənzəməz. Bunun keyfiyyətini Allaha həvalə edirik. Demirik ki, necə eşidir? Bu haqda 

12

 Şura, 11



13

 Taha, 110

14

 Nisa, 58



6


elmsiz danışmırıq. Allah bu haqda bizə heç bir şey öyrətməmişdir. Əksinə onu Öz elmində 

gizlətmişdir. 



Üçüncü dərs

Üluhiyyət (ibadət) tövhidində səhih əqidə

Sual 11.

Üluhiyyət (ibadət) tövhidində əhli-sünnətin əqidəsi nədir?



Cavab:

Əhli-sünnənin üluhiyyət tövhidində etiqadı - Allahı ibadətdə təkləşdirmək, Allahla yanaşı heç bir

ilaha ibadət etməməkdir. Allahın əmr etdiyi bütün itaətləri -vacib və müstəhəb - hər birini Allaha

aid edirlər. Allahdan başqasına səcdə etmirlər, Allahın evindən başqa heç bir yeri təvaf (dövr 

etmək) etmirlər və Allahdan başqası üçün qurban kəsmirlər. Allahdan başqası üçün nəzir 

vermilər. Allahdan başqasına and içmirlər. Allahdan başqasına təvəkkül etmirlər və Allahdan 

başqasını çağırmırlar (dua etmirlər). Bu üluhiyyət tövhididir.

Uca Allah buyurur:



“Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın!”

15

Sual 12.

Üluhiyyət tövhidinin əsası nədir?



Cavab:

Allaha şərik qoşmamaq. Ondan Allaha sığınırıq. Şirk – Allaha qarşı edilən ən böyük zülmdür. 

Uca Allah buyurur:

“Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə 

dilədiyi kimsəyə bağışlayar.”

16

Artıq Allah bizə bildirmişdir ki, şirk bütün əməlləri batil edir və insanı İslam ümmətindən 

çıxarır. Uca Allah buyurur:

“Əgər (Ona) şərik qoşsaydılar, əlbəttə, etdikləri əməllər puç olardı.”

17

Sual 13.

15

 Nisa, 36



16

 Nisa, 48

17

 Ənam, 88



7


Müşrik kimdir?

Cavab:

Kim ibadətin növlərindən birini Allahdan başqasına sərf edərsə o müşrik və kafirdir.



Sual 14.

Duanın Allahdan başqasına edilməməsinə dəlil nədir?



Cavab:

Dua ibadətdir və Allah onu əmr etmişdir. Kim Allaha dua edirsə, (Onu) təkləşdirmişdir və o, 

tövhid əhlindədir. Kim Allahdan başqasına dua etmişsə, o, artıq şirk etmişdir. Uca Allah 

buyurur:


“Allahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilməyən şeylərə yalvarma. Əgər belə 

etsən, sözsüz ki, zalımlardan olarsan.”

18

Sünnədə Nomən ibn Bəşirdən varid olmuşdur ki, Allah rəsulu (sallAllahu aleyhi və səlləm) dedi:



“Dua ibadətdir.”

Sual 15.

Məlumdur ki, həqiqətən də peyğəmbər və onların qövmləri arasında münaqişə olmamışdır. Bəs 

peyğəmbərlərlə onların qövmləri arasında uluhiyyət tövhidində münaqişə baş vermişdirmi?

Cavab:

Bəli. Üluhiyyət tövhidində peyğəmbərlər ilə qövmləri arasında münaqişə olmuşdur. Bu tövhidin 

bəyan olunması və ona dəvət olunması üçün rəsullar göndərilmişdir. Onun bərqərar olması və 

hüccət olması üçün kitablar endirilmişdir. Necə ki, uca Allah buyurur:



“Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– (deyə), elçi göndərdik.”

19

Sual 16.

Elçilər öz dəvətlərinə tövhidin hansı növü ilə başlamışdırlar.  Rübubiyyət tövhidi yoxsa 

Uluhiyyət tövhidi?

Cavab:

Rəsullar öz qövmlərini üluhiyyət (ibadət ) tövhidinə dəvətlə başlamışdırlar. Bütün elçilər öz 

qövmlərinə demişdir:

“Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur.”

20

Sual 17.

Müşriklərin öz şirklərində dəlilləri varmı?

18

 Yunus, 106



19

 Nəhl, 36

20

 Əraf, 59



8


Yüklə 247,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə