SəHİH ƏQİDƏ (Sual və Cavablarla) MÜƏLLİF: Abdus-Sələm ibn Bərcis



Yüklə 247,27 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix14.06.2018
ölçüsü247,27 Kb.
#49099
1   2   3   4   5   6   7   8   9   10

Cavab:

Müşriklərin öz şirkləri üçün nə sağlam əqli dəlilləri, nə də elçilərdən dəlilləri yoxdur. Allah əqli 

dəlillərlə müşriklərin şirklərini batil etmişdir. Uca Allah buyurur:

De: “Bir deyin görək, sizin Allahdan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar? 

Yoxsa onların göylərin (yaradılmasında) bir şərikliyi var? Əgər doğru danışanlarsınızsa, 

mənə bundan əvvəl (nazil olmuş) bir kitab və ya elmdən qalan bir əsər gətirin”

21

Bu əqli və qəti dəlildir ki, həqiqətən Allahdan başqa ibadət edilən hər şey batildir. Əgər onlar bir 

şey yarada bilmirlərsə, onların məxluqları onlara heç bir kömək edə bilməzlər. Yalnız buna qadir

olan tək Allahdır. Onlara (ilahlara) ibadət etmək nəyə lazımdır?



Sual 18.

(Bu dində) tövhidin önəmi nədir?



Cavab:

Əvvəldə qeyd etdiyimiz kimi, tövhid - ən birinci vacib olan şeydir. Allah heç kimdən ondan 

başqasını qəbul etməyəcək.

Dördüncü dərs

İmanın altı şərtində səhih əqidə

Sual 19.

İmanın altı ərkanı hansılardır?



Cavab:

1. Allaha iman

2. Onun mələklərinə iman

3. Onun kitablarına iman

4. Onun elçilərinə iman

5. Axirət gününə iman

6. Qədərə iman

Sual 20.

Allaha iman nəyin üzərində formalaşmışdır?



Cavab:

O (iman), rububiyyət, üluhiyyət və ad və sifətlər tövhidində iman etməklə formalaşmışdır. 

21

 Əhqaf, 4



9


Beşinci dərs

Mələklərə imanda səhih əqidə

Sual 21.

Mələklərə iman nədir?



Cavab:

Onların vücudlarına iman etmək. (Quranda) zikr olunan adlarına və əməllərinə iman etmək. Uca 

Allah buyurur: “Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də (iman 

gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər.”

22

Səhih Muslimdə (gələn hədisdə) Cəbrail (aleyhissələm) Muhəmməddən (sallAllahu aleyhi və 

səlləm) iman barəsində soruşarkən, Allah rəsulu (sallAllahu aleyhi və səlləm) dedi: “İman – 

Allaha, mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə və qədərin xeyrinə və şərinə iman 

etməkdir!”

Sual 22.

Quranda varid olmuş mələklərin bəzi sifətlərini zikr et.



Cavab:

Uca Allah öz kitabında onları bu cür vəsf etmişdir:



“Göylərdə və yerdə kimlər varsa, (hamısı) Onundur. Onun yanında olanlar Ona ibadət etməyə

təşəxxüs göstərmir və (bundan) yorulmurlar.Onlar gecə-gündüz, usanmadan (Onun) şəninə 

təriflər deyirlər.”

23

Həmçinin Uca Allah buyurur:



“(Kafirlər): “Ər-Rəhman (Özünə )övlad götürdü!”– dedilər. O, pakdır, müqəddəsdir! Əksinə, 

(o mələklər )möhtərəm qullardır.(Mələklər) Ondan qabaq danışmazlar; onlar ancaq Onun 

əmrini yerinə yetirərlər.”

24

Sual 23.

Mələklərin uluhiyyətə xas olan xüsusiyyətləri varmı?



Cavab:

Xeyr! Onlar uca Allahın qullarıdır və yaratdıqları məxluqlardan bir məxluqdur. Onlar ibadət 

olunmağa layiq deyillər. Uca Allah buyurur:

22

 Bəqərə, 285



23

 Ənbiya, 19-20

24

 Ənbiya, 26-27



10


“O gün (Allah) onların hamısını toplayacaq, sonra da mələklərə buyuracaq: “Bunlar sizəmi 

ibadət edirdilər?” (Mələklər) deyəcəklər: “Sən paksan, müqəddəssən! Onlar deyil, Sənsən 

bizim Hamimiz! Xeyr, onlar cinlərə ibadət edirdilər. Əksəriyyəti də məhz onlara iman 

gətirmişdi”.

25

Sual 24.

Onların yaradılış sifətləri necədir?



Cavab:

Səhih Muslimdə (gələn hədisdə) Aişə (Allah ondan razı olsun) dedi: “Allah elçisi (sallAllahu 

aleyhi və səlləm) buyurdu: Mələklər nurdan, cinlər tüstüsüz oddam, Adəm isə sizə vəsf olunan 

şeydən (palçıqdan) yaradılmışdır!”

26

Onların yaradılış sifətlərindən – onların qanadlarının olması. Onlardan iki qanadlı, üç qanadlı və 



dörd qanadlı olanları vardır. Uca Allah buyurur:

“Göyləri və yeri Yaradan, mələkləri iki, üç və dörd qanadlı elçilər edən Allaha həmd olsun! O,

xəlq etdiklərindən istədiyini artırır. Həqiqətən, Allah hər şeyə qadirdir.”

27

Səhih Buxaridə İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (sallAllahu 

aleyhi və səlləm) Cəbraili altı qanadlı görmüşdür.

28

Sual 25.

Mələklər başqalarının cildinə girmək qüdrətinə malikdirlərmi?

Cavab:

Bəli. Allah onlara gözəl cildlərə girmək qüdrəti vermişdir. Necə ki, Cəbrail (aleyhissələm) 

Məryəm üçün cavan bir insan şəklində, İbrahimə hörmətli qonaq şəklində və Lutun qövmünə 

əzan endirdikdə başqa cilddə nazil olmuşdur.



Sual 26.

Allah müşriklərin “Mələklər Allahın qızlarıdır!” – sözlərini özlərinə rədd etmişdir. Bunu izah et!



Cavab:

Uca Allah buyurur:



“(Kafirlərdən) soruş: “Nəyə görə qızlar sənin Rəbbinin, oğlanlar isə onların 

olmalıdır?”Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da (buna) şahid olublar? Həqiqətən, 

onlar yalan uydurub deyirlər:“Allah doğmuşdur”. Şübhəsiz ki, onlar yalançıdırlar. Məgər 

(Allah) qızları oğlanlardan üstünmü tutmuşdur? Sizə nə olub, bu necə mühakimədir 

25

 Səba, 40-41



26

 Muslim, 2996; Əhməd, 21104

27

 Fatir, 1



28

 Muslim, 174 və 3232

11



Yüklə 247,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə