SəHİH ƏQİDƏ (Sual və Cavablarla) MÜƏLLİF: Abdus-Sələm ibn Bərcis



Yüklə 247,27 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix14.06.2018
ölçüsü247,27 Kb.
#49099
1   2   3   4   5   6   7   8   9   10

“O Saat mütləq gələcəkdir. Odur ki, Sən (onları) gözəl tərzdə bağışla.”

64

Sual 51.

Oyanış nədir və ona dəlil nədir?



Cavab:

Oyanış: Ölülərin dirilməsidir.

Uca Allah buyurur:

“Sur üfürüləcək və Allahın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı 

öləcəkdir. Sonra bir daha ona üfürülən kimi onlar qalxıb baxacaqlar.”

65

Sual 52.

Əməl səhifələrinə iman necə olur?



Cavab:

Əməl dəftərlərinə sağdan və arxa tərəfdən soldan veriləcəyinə iman edirik.

Uca Allah buyurur:

“Kitabı sağ əlinə verilən deyəcəkdir: “Budur, oxuyun kitabımı!”

66

Uca Allah buyurur:



“Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi!Sual tereziye 

iman necedir?”

67

Sual 53.

Tərəziyə iman necədir?



Cavab:

Tərəzinin Qiyamət günü qoyulacağına və heç bir kəsə zərrə zülm olunmayacağına iman edirik.

Uca Allah buyurur:

“(O gün) məhz tərəziləri ağır gələnlər nicat tapacaqlar.”

68

Sual 54.

Şəfaətin neçə növü var?



Cavab:

64

 Hicr, 85



65

 Zumər, 68

66

 Haqqa, 19



67

 Haqqa, 25

68

 Muminun, 102



21


1. Ən əzəmətli şəfaət: Bu şəfaət Allah rəsuluna xasdır. Bu şəfaət Allahın Sirat üzərindəkilərə 

hökm edəcəyi zaman baş verəcəkdir.

2. Cənnət qapılarının əhli üçün açılmasına edilən şəfaət. Bu da Allah rəsuluna xasdır.

3. Əzabın yüngülləşdirilməsi üçün edilən şəfaət. Bu şəfaət də Allah rəsuluna xasdır. O vaxt ki, öz

əmisi Əbu Talibin (Cəhənnəm) əzabının yüngülləşməsi üçün edilən şəfaətdir. Onu (Allah 

rəsulunu) qoruduğu və qəzəblənmədiyi üçün olan mükafatdır.

4. Cənnət əhlinin dərəcələrinin qaldırılması üçün olan şəfaət. Bu şəfaət də Allah rəsuluna xasdır. 

Bəzi elm əhli deyib ki, bu Allah rəsuluna xas deyil.

5. Böyük günah sahiblərinə edilən şəfaət. Onlar Allaha asi olan töhid əhlidir. Günahlarına görə 

oda düşmüşlər. (Şəfaət) onları oradan çıxarmaq üçündür. Bu şəfaəti Allah rəsulundan başqa 

müsəlman, mələklər, salehlər və şəhidlər edəcəklər.

Quran və oruc öz sahibinə Qiyamət günü şəfaət edəcəkdir. Bununla yanaşı övladlar öz 

valideynlərinə şəfaət edəcəklər.

Sual 55.

Hovuz nədir və onun vəsfi necədir?



Cavab:

Hovuza iman – peyğəmbərin hovuzuna iman deməkdir. Onun suyu süddən ağdır. Baldan şirindir.

Misk qoxusundan daha gözəldir. Ondan kim bir dəfə içərsə ömürlük bir daha susamaz.

69

Allah rəsuluna (sallAllahu aleyhi və səlləm) tabe olanlar ona yaxışlaşdırılacaq. Dində yenilik 



edənlər isə, ondan uzaqlaşdırılacaqlar. Onlara “uzaqlaşın-uzaqlaşın” deyiləcəkdir.

Sual 56.

Sirat nədir və insanlar onun üzərindən necə keçəcəklər?



Cavab:

Siratın Cəhənnəm üzərində olması və insanların onun üzərindən əməlləri miqdarında yürüməsinə

iman etmək – Sirata iman etməkdir. Birincilər işıq sürəti kimi, sonrakılar külək sürəti kimi, 

sonrakılar quş sürəti ilə Sıratın üzərindən keçəcəklər. Allah rəsulu (sallAllahu aleyhi və səlləm) 

Siratın üzərində durub deyəcəkdir: “Ey Rəbbim, asanlaşdır, asanlaşdır.”

Hətta elə insanlar olacaqdır ki, əməlləri azalacaq və iməkləyərək keçəcəklər. Sirat körpüsünün 

üzərində qırmaq (və ya ona bənzər bir şey) olacaq, oradan keçənləri götürməklə əmr olunacaq. 

Qırmağın toxunub yaralananlar (lakin keçənlər) nicat tapacaq. Siratdan yıxılanalar isə oda 

düşəcəkdir. Qiyamət günü baş verən, Kitab və Sünnədə varid olan bütün xəbərlərə iman edirik. 

Allah bizi (o günün) qorxusundan qorusun! 

69

 Buxari, 2079; Muslim, 2292



22


Doqquzuncu dərs

Qəza və qədərdə səhih əqidə

Sual 57.

Qəza və qədərə iman necədir?



Cavab:

Allahın bütün məxluqlarının qədərini təqdir etməsinə yəqinliklə iman edirik. Həqiqətən də

Allahın istədikləri olur və istəmədikləri isə olmur.

Uca Allah buyurur:



“Həqiqətən də, hər şeyi qədərində yaratdıq”

70

Sual 58.

Qədərin neçə mərtəbəsi var?



Cavab:

Qədərin dörd mərtəbəsi vardır:



Birinci: İman edirik ki, Allah hər şeyi bilir. Keçmişdə olanlar, indi olanları və olmayan şeylərin 

necə olacağını, hər şeyi əhatə edən geniş elmi ilə bilir. Hər şeyi olmadan öncə bilir. Elmində 

unutqanlıq baş vermir.

İkinci: Yazıdır. Allahın İman edirik ki, Allah Qiyamət gününə qədər olan bütün şeyləri Lövhi 

Məhvuzda yazıb.  

Uca Allah buyurur:

(Firon )dedi: “Bəs əvvəlki nəsillərin halı necə olacaq?” (Musa) dedi: “Onlar haqqındakı bilgi 

Rəbbimin yanında olan bir Kitabdadır. Rəbbim nə xəta edir, nə də unudur!”

71

Üçüncü: İstəkdir. Allahın göydə və yerdə olan hər bir şeyin (olmasını) istəməyinə iman 

etməkdir. Heç bir şey O, istəmədikcə olmur. İstədiyi hər bir şey olur, istəmədikləri isə olmur.

Uca Allah buyurur:

Bir şeyi (yaratmaq) istədikdə ona təkcə: “Ol!” deyər, o da olar.

72

Dördüncü: Yaratmaqdır. Uca Allah əməl edəni və onun əməllərini yaratmışdır. Hər bir hərəkət 

edəni və onun hərəkəti, hər bir sükut edənin və onun sükut etməsini yaratmışdır. 

Uca Allah buyurur:

70

 Qələm, 49



71

 Taha, 51-52

72

 Yasin, 82



23


Yüklə 247,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə