SəHİH ƏQİDƏ (Sual və Cavablarla) MÜƏLLİF: Abdus-Sələm ibn Bərcis


“Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”



Yüklə 247,27 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix14.06.2018
ölçüsü247,27 Kb.
#49099
1   2   3   4   5   6   7   8   9   10

“Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”.

73

Sual 59.

Qulların əməllərində səhih olan əqidə nədir?



Cavab:

Qulların etdikləri əməllərin onların istəyi və iradəsi ilə olmasına iman edirik. Uca Allah onları, 

onların istəklərini, sözlərini və əməllərini yaratmışdır. Sözləri və əməlləri (insanlar) özləri edir 

və onların özlərinə qaytarılır. Bu şey üzərində də, (bu əməl və ya sözə görə) ya savab 

qazanacaqlar, ya da əzaba düçar olacaqlar. Onlar (qullar) Allahın onlar üçün yazdığından başqa 

heçnə edə bilməzlər. Allahın istəyi olmadan heç bir şey istəyə bilməzlər.

Uca Allah buyurur:

Həqiqətən, bu bir ibrətdir. İstəyən, Rəbbinə doğru aparan bir yol tutar. Amma Allah 

istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah Biləndir, Müdrikdir!

74

Sual 60.

Hər şeyin əvvəlcədən qədərdə yazılması, bizim əməl etməyimizə maneədir. Qədərə etimad 

etmək vacibdirmi?

Cavab:

İman edirik ki, hər şeyin əvvəlcədən yazılması bizim əməl etməyimizə maneə deyil. Allah rəsulu

(sallAllahu aleyhi və səlləm) buyurur: “Əməl edin! Hər kəsə etdiyi asanlaşdırılmışdır. ” Sonra 

isə bu ayəni oxudu:



Kim (haqqını) verir və (Allahdan) qorxursa, və ən gözəl olanı (lə ilahə illəllahı) təsdiq edirsə, 

Biz onu ən asan olana nail edəcəyik. Kim də xəsislik edərək (Rəbbinə) ehtiyacı olmadığını 

güman edirsə və ən gözəl olanı (lə ilahə illəllahı) yalan hesab edirsə, Biz onun üstünə ən çətin

olanı yükləyəcəyik.

75

Qədərdə olan şeylər üçün səbəblər vardır ki, ona çatdırır. Necə ki, nigah uşaq olmasına səbəbdir. 

Əmək torpağın yetişməsi üçün səbəbdir. Həmçinin saleh əməllər Cənnətə girmək üçün səbəbdir. 

Pis əməllər isə Cəhənnəmə girmək üçün səbəbdir.



Onuncu dərs

İmanda səhih əqidə

Sual 61.

73

 Saffət, 96



74

 İnsan, 29-30

75

 Leyl, 5-10



24


Əhli-Sünnətin imanda etiqadı nədir?

Cavab:

İman dillə demək – Yəni, şəhadət kəliməsini tələffüz etmək. Allahdan başqa ibadətə layiq haqq 

məbud yoxdur və Muhəmməd (sallallahu aleyhi və səlləm) onun elçisidir. Qəlb ilə etiqad etmək. 

Tam yəqinliklə (şəkk və şübhəsiz) tövhid  kəliməsini təsdiq etməkdir və onu əməllərdə 

göstərməkdir. 

Sual 62.

İman artıb azalırmı?



Cavab:

Bəli, iman itaətlə artır və asiliklə azalır.

Uca Allah buyurur:

(Bəzi) adamlar onlara: “Camaat sizə qarşı (ordu) toplayıbdır, onlardan qorxun!”– dedilər. 

Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”– 

dedilər.

76

Uca Allah buyurur:



Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər,

77

Allah rəsulu (sallAllahu aleyhi və səlləm) buyurur:

“İmanı ən kamil olan momin ən gözəl əxlaqı olandır!”

78

(İnsan) əgər gözəl əxlaqla vəsf olunursa, o, ən kamil imanlı mömindir. Ondan başqa əxlaqlı 



olanlar isə imanca naqislərdir.

Sual 63.

Etiqad olmadan iman doğru olarmı?



Cavab:

 Etiqadsız (deyilən) söz və (edilən) əməl iman sayılmır. Çünki bu münafiqlərin imanıdır. Uca 

Allah buyurur:

İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və Axirət gününə 

inanırıq”– deyirlər.

79

Sual 64.

İman mücərrəd (olaraq, təkcə) bilməkdirmi?

76

 Ali İmran, 173



77

 Ənfal, 2

78

 Əbu Davud Sünən, 4062; Əhməd, 2/250; Albani, Səhih Əbi Davud, 4682



79

 Bəqərə, 8

25



Cavab:

O (yəni, iman) təkcə bilmək deyildir. O kafirlərin və inadkarların imanıdır.

Uca Allah buyurur:

Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. Gör fəsad 

törədənlərin aqibəti necə oldu!

80

Uca Allah buyurur:



Əslində onlar səni yalançı hesab etmirlər. Lakin zalımlar Alla-hın ayələrini inadla inkar 

edirlər.

81

Sual 65.

Dillə deyib, (qəlblə) etiqad edib, fəqət əməlsiz iman olarmı?



Cavab:

Dillə deyib, (qəlblə) etiqad edib, fəqət əməlsiz iman olmaz. Çünki uca Allah imanı əməl 

adlandıraraq buyurur:

Allah sizin imanınızı puç etməz.

82

Yəni, qüdsə tərəf qıldıqları namazları.

İki səhihdə (Buxari və Muslim) İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət edilir ki, Allah 

rəsulu (sallAllahu aleyhi və səlləm) Vəfd ibnul Qahsa dedi: “Sizə dörd şey əmr edimmi? Allaha 

iman etmək.  Heç bilirsizmi Allaha iman etmək nədir? Allahın tək olduğuna şəhadət etmək 

Namaz qılmaq, zəkat vermək, ramazanda oruc tutmaq və qənimətlərin beşdə birini paylamaq!”

83

Sual 66.

Təkfirin hökmü nədir?



Cavab:

Təkfir Allah rəsulunun haqqıdır. Allah və rəsulunun, həmçinin müsəlmanların onun üzərində 

icma etdiyi şəxsdən başqa heç kimi təkfir etmirik. Kimsə birini, küfrü Quran və Sünnətlə, eləcə 

də, müsəlmanların icması ilə küfr olmayan şeylə təkfir edərsə, o insana şiddətli xəbərdarlıq edilir

və cəzalanmağı haqq edir. “Kim bir mömünü küfrlə ittiham edərsə, sanki onu öldürmüş 

kimidir.”

84

Sual 67.

Ümumi təkfir ilə xüsusi təkfir arasında fərq nədir?

80

 Nəml, 14



81

 Ənam, 33

82

 Bəqərə, 143



83

 Buxari, 2557

84

 Buxari


26


Yüklə 247,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə