SəHİH ƏQİDƏ (Sual və Cavablarla) MÜƏLLİF: Abdus-Sələm ibn Bərcis


yürüdürsünüz? Məgər düşünüb ibrət almayacaqsınız? Yoxsa sizin aydın bir dəliliniz vardır?



Yüklə 247,27 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix14.06.2018
ölçüsü247,27 Kb.
#49099
1   2   3   4   5   6   7   8   9   10

yürüdürsünüz? Məgər düşünüb ibrət almayacaqsınız? Yoxsa sizin aydın bir dəliliniz vardır? 

Əgər doğru deyirsinizsə, kitabınızı gətirin!”

29

Sual 27.

Cəbrail haqda nə bilirsən?



Cavab:

Cəbrail (aleyhissələm) vəhy ilə mükəlləf olunmuşdur. Uca Allah buyurur:



“Kim Allaha, Onun mələk-lərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, 

Allah da o kafirlərə düşməndir.”

30

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) onu (Cəbraili) Elbat adlı yerdə altıyüz qanadlı 

görmüşdür. O öz əzəmətli qanadları ilə göyüzünü tutmuşdur. Sonra onu Merac gecəsi 

görmüşdür. Onu öz surətində bu iki vaxtdan başqa heç vaxt görməmişdir. Çox vaxt ona Dihyət 

Elkəbiynin (səhabə adıdır) surətində gəlmişdir.

31

Sual 28.

Mikail haqqında nə bilirsən?

Cavab:

Mikail bitkilərin, (təbiət hadisələrinin) Allahın izni ilə harada və necə bölünməsi ilə mükəlləf 

olmuşdur. İmam Əhməd Ənəsdən rəvayət etmişdir ki, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) 

Cəbrailə dedi: Nə üçün mən Mikaili heç gülən görmürəm? (Cəbrail) dedi: Cəhənnəm yaranan 

gündən bəri Mikail gülməmişdir.

32

Sual 29.

İsrafil haqqında nə bilirsən?

Cavab:

İsrafil Rəbbinin əmri ilə sura

33

 üç dəfə üfürməklə mükəlləf olmuşdur: Oyanış üfürməsi, həlak 



edici üfürmə və aləmlərin Rəbbinin qarşısında toplaşmaq üçün olacaq üfürmə. Bəzi alimlər bu 

üfürmənin iki dəfə olduğunu söyləyərək, uca Allahın bu ayəsini dəlil gətirmişdirlər:



“Sur üfürüləcək və Allahın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı 

öləcəkdir. Sonra bir daha ona üfürülən kimi onlar qalxıb baxacaqlar.”

34

29

 Saffət, 149-157



30

 Bəqərə, 98

31

 Səhih Muslimdə Aişə (Allah ondan razı olsun) Allah rəsulundan (sallAllahu aleyhi və səlləm) belə buyurur: 



And olsun ki, O artıq (Cəbraili) uca üfüqdə gördü (Təkfir, 22)” ayəsinin mənasını soruşdum. Dedi: Həqiqətən də,

o Cəbraildir. Bu iki vaxtdan başqa ona yarandığı surətdə gəlməmişdir. O səmadan enərkən əzəmətli yaradılışı ilə 

göylər və yer arasında hər bir şeyin qarşısını almışdır.”

32

 Əhməd, Musnəd, 13376



33

 Sur – Böyük bir borudur ki, ona üfürülür.

34

 Zumər, 68



12


Bunlar həmin mələklərdir ki, peyğəmbər (sallAllahu aleyhi və səlləm) gecə namazı duasında 

onların adını zikr etmişdir:

“Ey göyləri və yeri yaradan, Cəbrailin, Mikailin və İsrafilin Rəbbi olan Allahım. Qeyb aləmini 

bilən və şahid olan. Sən qulların arasındakı ixtilaflar haqqında hökm verəcəksən. Məni ixtilaf 

olan şeylərdən haqqa yönəlt. Həqiqətən, sən istədiyini haqqa yönəldənsən.”

35

Sual 30.

Ölüm mələyi kimdir? Onun bu addan başqa adı varmı?

Cavab:

Ölüm mələyi ruhları almaq üçün mükəlləf olmuşdur. Uca Allah buyurur:



De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə 

qaytarılacaqsınız!”

36

Onun Əzrail adı (Quran və Sünnədə) varid olmamışdır. Ancaq ayıdı keçdiyi kimi ölüm mələyi 

(adı ilə) varid olmuşdur.

Sual 31.

Qoruyucu mələklər kimlərdir?



Cavab:

Onlar, Adəm övladlarını hər halda - evdə, səfərdə, yatmış və oyaq olduqları halda qorumaq üçün 

təyin edilmiş mələklərdir. Uca Allah buyurur:

“Allahın əmri ilə insanın həm önündə, həm də arxasında daim onunla birlikdə olub onu 

qoruyan mələklər vardır. Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da 

onlarda olanı dəyişməz. Əgər Allah hər hansı bir camaata pislik etmək istəsə, heç nə onun 

qarşısını ala bilməz. Onların Ondan başqa ixtiyar sahibi yoxdur.”

37

İbn Abbas (Allah ondan razı olsun) bu kəliməni belə açıqlamışdır. Uca Allah buyurur:

“Onları izləyən” – yəni, mələklər onların qarşısından və arxalarından qoruyurlar. Əgər Allahın 

qədəri (ölüm) gələrsə, onlar (insanları) tərk edirlər.



Sual 32.

Hörmətli yazarlar kimdir?



Cavab:

35

 Muslim, 770; Əhməd, 61106; Nəsai, 31173



36

 Səcdə, 11

37

 Rad, 11


13


Hörmətli yazarlar – qulların xeyir və şər əməllərini yazanlardır. Uca Allah buyurur:

“Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır – çox möhtərəm, (əməllərinizi) yazanlar. 

Onlar sizin nə etdiklərinizi bilirlər.”

38

Sual 33.

Mələklərin çoxsaylı olmağına dəlil nədir? 



Cavab:

Artıq peyğəmbər (sallAllahu aleyhi və səlləm) bizə xəbər vermişdir ki, səmada olan “Beytul 

Məmura” (mələklər) daxil olurlar. Başqa rəvayətdə isə hər gün orada yetmiş min mələk namaz 

qılır  və bir daha oraya qayıtmırlar.

39

Sual 34.

Mələklərin varlığını inkar edənin hökmü nədir?



Cavab:

Kim mələklərin varlığını inkar edərsə, müsəlmanların icması ilə kafir olmuşdur. Uca Allah 

buyurur:

“Ey iman gətirənlər! Allaha, Onun Elçisinə və Elçisinə nazil etdiyi Kitaba və ondan əvvəl 

nazil etdiyi kitablara iman gətirin! Allahı, Onun mələklərini, kitablarını, elçilərini və Axirət 

gününü inkar edən şəxs dərin bir azğınlığa düşmüşdür.”

40

Altıncı dərs

Nazil olunmuş kitablarda səhih əqidə

Sual 35.

Nazil edilmiş kitablara necə inanırıq?



Cavab:

1. İman edirik ki, Allah hər bir rəsulu ilə kitab nazil etmişdir. Necə ki, Uca Allah buyurur:



“Biz elçilərimizi aydın dəlillərlə göndərdik və onlarla birlikdə Kitab və tərəzi nazil etdik ki, 

insanlar ədalətli olsunlar.”

41

38

 İnfitar, 10-12



39

 Buxari, 3208, Muslim, 164

40

 Nisa, 36



41

 Hədid, 25

14



Yüklə 247,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə