Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə64/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   60   61   62   63   64   65   66   67   ...   78

 
317 
Artırdıqca ürəyimin dağını, 
unuduram ömrün coşqun çağını. 
Qəfil tufan tutmuş könül bağımı, 
açılmayan çiçəyim, hey, gülüm, hey. 
 
Bu dərd məni döndərəndən hədəfə
gizli-aşkar alışıram hər dəfə. 
Qoy başını köksüm üstə bir dəfə,  
bu istəkdən bihuş olub ölüm, hey. 
 
 
 
TƏKİ, DÖN HƏYATIMA 
 
Baxtıma tənhalıq yazılıb mənim, 
gözümdə qəm yükü, kədər yağışı. 
Sən yoxsan, demək yox gəlib-gedənim, 
bilmirəm günlərim necə ötüşür. 
 
Mən duyğu dustağı, həsrət xəstəsi, 
bu əzab içimdə tükənməz, bitməz. 
Ay mənim könlümün eşq əfsanəsi, 
sənə nə harayım, nə səsim yetməz. 
 
Bu ki, həyat deyil yaşayıram mən, 
daha bu dünyada vaxt itirirəm. 
Mənim qara çuxam yatıb elə bil, 
payıma yazılan baxt itirirəm. 
 
Mənə vüsal dəmi harammış, haram, 
cismin əlçatmazda, ruhun yanımda. 
Beləcə bir ömrü başa vururam
sevgin ürəyimdə, ağrın canımda. 
 
Sən ey nağıllaşan sevda mələyim, 
barı xəyal kimi dön həyatıma. 
Lap, çıx bəşərlikdən, dön, əzrayıl ol, 
bir kirpik yuxu tək en həyatıma. 


 
318
ƏTRAF DOLU GÖZƏLLƏRLƏ 
 
Dövrəmizdə, gör, nə qədər 
gözəl qızlar, gəlinlər var. 
Dərdlərindən gizli –  aşkar 
üzülənlər, ölənlər var. 
 
Ürəklərə od salıbdır 
şux duruşlu o alyanaq. 
Gülüşüylə canlar alır 
bu gülərüz, püstə dodaq. 
 
O xurmayı saçlı xanım 
necə baxır xumar-xumar. 
Könlünə yol tapmaq üçün 
düş dalınca, yalvar, yaxar. 
 
Nə yeyir, nə içir, görən 
bu incə bel, sivri sinə. 
Əcəb füsunkar yaradıb, 
şükür olsun Tanrısına. 
 
Mavi gözlü o nazlının 
baxışında Xəzər yatar. 
Bu qızların səf düzümü 
xəyallarda qatarlanar. 
 
Ətraf dolu gözəllərlə
şəhər dolu gözəllərlə, 
Küçə, meydan həm axşam, həm 
səhər dolu gözəllərlə. 
 
Allah, Allah, göz dəyməsin 
bu qızların camalına. 
Kaş onların hər birindən 
ürək dolu kam alına! 
 


 
319 
QAYIT 
 
Bilmədim nə idi suçum, 
sən məni belə tez unutdun. 
Daha nə bir zəng var, nə bir xəbər, 
demək məni atdın, ay vəfasız, 
mənə zülm edən insafsız. 
Hər gün gözümdə sonsuz kədər, 
bu titrək ürəyim səni istər. 
Sevgim iradəmdən güclüymüş, 
qayıt, sevirsənsə məni əgər. 
Qayıt, əzizim qayıt, 
sən ruhumun səsisən, qayıt. 
Sən sevmək həvəsimsən, qayıt. 
Qayıt ki, yenidən 
mən sənin qəlbinə qayıdım, 
qayıtsın əvvəlki həyatım. 
Qayıt, qayıt. 
 
 
 
BİLİRƏM, ... SEVİRSƏN 
 
Bilirəm, günlərin əzablı, 
bilirəm, sən məni sevirsən. 
Bəs niyə bu qədər susursan, 
bəs niyə sözünü demirsən? 
 
Baxma ki, baxışım soyuqdu, 
ürəyim istidi, yuxadı. 
Kaş bir gün özündə güc tapıb 
gözümün içinə baxaydın. 
 
Nə üçün, qarşıma bu qədər 
sıxıla-sıxıla çıxırsan, 
başını qaldırıb üzümə, 
utana-utana baxırsan? 


 
320
Mən elə bilirəm həyatda 
hamıdan güclüsən, axı sən. 
Dil-dil öt, danış-gül, sevinim, 
bir sevgi nəğməsi oxu sən. 
 
Hər zaman, qoy səni düşünüm, 
hər axşam gəl, tutum əlindən. 
Dünyanın ən şirin sözünü, 
eşidim, qoy hər gün dilindən. 
  
 
 
BARI BİR ZƏNG ELƏ 
 
Nə olar, arabir görün gözümə, 
nə olar, səsini eşidim hərdən. 
Bu yolla təskinlik verim özümə, 
bu cür uzaq olum sənli qəhərdən. 
 
Sənə yalvarımmı bunun üçün də, 
deyimmi yadından çıxarma məni? 
Hərdən biz tərəfdən ötüb keçməyə, 
hərdən bir zəngə də dəymirəm yəni? 
 
Doğrudanmı daha yox səndə həvəs 
soruşam halını, görəm üzünü. 
Bir vaxt güvəndiyim, arxam, hanı bəs 
qurban eyləyirdin mənə özünü? 
 
O qədər vədlərin, şirin sözlərin 
puç imiş, olsun bir telinə qurban. 
Axı, ürəyimdən silinmir yerin
barı bir zəng elə, əlinə qurban. 
 
Mən ki, öz eşqimdə təmənnasızam, 
səndən də bir zərrə ummaram, qəti. 
Bu mənim bəxtimə yazılan yazı, 
bu mənim sevdamın məğlubiyyəti! 


 
321 
 
SİZİN KÜÇƏ 
 
Duyğularım dinən yerdi sizin küçə, 
könlüm quşu istər daim burda süzə. 
Bir şəhərə bərabərdi sizin küçə, 
bu küçədən yol ayrılır evinizə. 
 
Başdan-başa yaraşıqdı sizin küçə, 
hər ağacı ətir saçır çiçək-çiçək. 
Bu küçədən gündə yüz yol yolum keçər, 
axı, burda bir qız yaşar gözəl-göyçək. 
 
Hər küçədən işıqlıdır sizin küçə, 
pəncərəniz qəlbilənmiş ay kimidir. 
Vurulmuşam bu küçəyə bilsən necə, 
burda hər şey sanki ürək məlhəmidir. 
 
Əcəb şirin hisslər keçir ürəyimdən,  
vaxtlı-vaxtsız  hər keçəndə bü küçədən. 
Gözüm gəzər aynanızda gecəyəcən, 
arada bir boylansana pəncərədən. 
 
Yaddaşlara düşüb indi sizin küçə, 
çoxmu düşür bu küçədən yolun, gözəl? 
Gəl, bir gəziş asta-asta, incə-incə, 
yerişinə baxıb bihuş olum, gözəl. 
 
Ah, necə də «bəxtəvərdi» sizin küçə, 
indiyəcən sezməmişəm bunu, düzü. 
Kaş mənim də sinəm üstən gözəl keçə
qalsın ondan xatirətək ayaq izi. 
 
 
 
 


 
322
KAŞ QAYIDAQ O İLLƏRƏ 
 
Mobil Babayev musiqi bəstələmişdir. 
 
Ömrün çoxu nə tez qaldı arxada, 
nə sən məndən, nə mən səndən doymadıq. 
Qoşa atdıq özümüzü hər oda, 
bu dünyanın çaldığına oynadıq. 
 
Cavanlığın odu hələ içimdə, 
elə bil ki, dünən oldu toyumuz. 
İllər ötür köçərilər köçündə, 
gedir üzü qocalığa yolumuz. 
 
Bizimləymiş dünyanın dərd alveri, 
evlənəndən qüssə çəkdik, qəm yedik. 
Özümüzçün yaşamadıq bu ömrü, 
doğmaların qayğısında xərclədik. 
 
Deyirdik ki, ömür hələ qabaqda, 
arzuların qanadında uçurduq. 
Günlərimiz ötüşdükcə qatarla, 
ömrün gənclik sarayını uçurtduq. 
 
Ürəyimdə həm sevinc var, həm qubar
xəyal çapır köhlənini yüz yerə. 
İmkanları qaytarmağa ümid var, 
ötən günü kim qaytarar bizlərə? 
 
Bir ömürmüş, ömrün ötən qırx ili, 
bu illərdə nə itirdik, nə tapdıq? 
Qırx yaş deyil, qırx həyəcan təbili, 
verməz bizə bundan sonra rahatlıq. 
 
Kövrəlirik bəzən toyda, büsatda, 
kaş qayıdaq o illərə bir də biz. 
İstəyimiz bir olsa da həyatda, 
heç doyunca yaşamadıq birgə biz. 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə