Səlahəddin Xəlilov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/28
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12678
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

 
- 44 - 
Hər zaman, iştə hər yerdə. 
Əvət, göstərir hər səda, 
Hər hərəkət onu daim. 
Bir şey görmədim ki, onda 
Tanrıyı görmüş olmayım.
1
 
 
Bəli, bu «görmək» o «görmək»dən deyil. Bu məqam-
da  biz  mərhum  filosofumuz  Yaşar  Qarayevin  də  misal  gə-
tirdiyi məşhur rəvayəti yada salmaq istərdik:  
Filosofla  (İbn  Sina)  sufi  (Əbu  Səid  b.  əl-Xeyr)  görü-
şüb ayrıldıqdan sonra bir-birini belə səciyyələndirirlər: fi-
losof  –  «Mənim bildiyimi o görür», – deyir. Sufi – «Mənim 
gördüyümü o bilir», – deyir.
2
       
Şair zirvəni poetik vüsətin qüdrəti ilə fəth edir və təbii 
ki, özünü məhz sənətlə, musiqi və ya şeirlə ifadə edir (şairin 
filosofluğu).  
Filosof  kəşflə  qalxdığı  məqamı  təfəkkürün,  məntiqi 
idrakın dili ilə, terminlərlə ifadə etməyə çalışır – bilik əldə 
edir – anlayır, dərk edir. 
Sufi  harada  isə  şairlə  filosofun  arasında  qərar  tutur. 
Sufi-şair ruh aləminin yolçusudur. Və bu yolda rast gəldik-
lərini ifadə etmək üçün gah şeirin, sənətin, gah da fəlsəfənin 
xidmətindən istifadə edir.   
İlham,  vəcd  sənətkara  Haqqı  bilavasitə  görmək,  eşit-
mək, duymaq imkanı verir. Bu, sözü qanadlandıran və söz 
                                                 
1
 Йеня орада, с. 183. 
2
 YГарайев. Тарих: йахындан вя узагдан. Бакы, «Сабащ» 1996, 
səh. 94. 


 
- 45 - 
dünyasının böyük imkanlarını üzə çıxaran bir imkandır.  
Sufi  ilham,  vəcd,  kəşf  qanadlarında  mərtəbə-mərtəbə 
yüksəlir,  Haqla  özü  arasındakı  pərdələri  bir-bir  qaldıraraq 
Haqqa qovuşmağa çalışır.  
 
* * * 
 
Yaşar  Qarayev  Cavidin  “Mənim  tanrım  gözəllikdir, 
sevgidir”  bəyanını  Füzulinin  “Mən  aşiqəm,  həmişə  sözüm 
aşiqanədir” – estetik devizi ilə müqayisə edir
1
   və incə bir 
fərqi  önə  çəkir:  “Aşiqliyə,  sevgiyə  gözəllik  sözünü  artır-
maqla  şair  divan  ədəbiyyatının  çərçivəsini  qat-qat  böyüt-
müş və genişləndirmiş, həm də ona əsl, xalis bir Vaqif nik-
binliyindən təzə ruh aşılamışdır...”
2
 
Əlbəttə, Gözəllik tanrıçılığı – hələ Zərdüşt fəlsəfəsin-
dən  məlum  olan  Xeyir  tanrıçılığının  və  ya  qədim  türk  eti-
qadı  olan  Səma  (göy)  tanrıçılığının  bir  növ  davamı  və  ya 
başqa rakursu kimi də dəyərləndirilə bilər. Lakin, digər tə-
rəfdən,  İslam  Şərqində  məhz  gözəlliyin  özünün  də  ideal 
kimi, ilahi başlanğıc kimi önə çəkilməsi faktları vardır. Min 
ildən  çoxdur  ki,  məlum  olan  hülmaniliyə  görə,  «cismani 
gözəlliyə  sahib  olanlar  Allahın  yer  üzündə  təcəlliləri,  hər 
bir  məxluqun  gözəlliyi  Yaradanın  təcəssümüdür».
3
  Qərbdə 
isə  adətən  F.Dostoyevskiyə  istinadən  xatırlanan  gözəlliyin 
                                                 
1
 Yenя orada, s. 322. 
2
 Yenя orada. 
3
 K. Бцнйадзадя. Шярг вя Гярб: İлащи вящдятдян кечян юзцнц-
дярк, Бакы, 2007, с. 143.  


 
- 46 - 
xilaskarlıq  missiyası  və  onun  tanrıçılıq  siqləti  də  cavidşü-
naslığın mümkün ideya mənbələrindən biri kimi qəbul edilə 
bilər. Lakin gözəlliyi önə çəkən Cavid məhz hansı ideyadan 
bəhrələnib sualına cavab tapmaq çətindir.Yoxsa bu, sadəcə 
poetik  vüsətin,  intuisiyanın,  fəhmin,  yaradıcı  təxəyyülün 
məhsuludur?  H.Cavid  hansı  gözəllikdən  bəhs  edir?  Zahiri, 
yoxsa  batini  gözəllikdən?  Təbiət,  yoxsa  insan  gözəlliyin-
dən?  Hissin,  yoxsa  kamalın,  xəyal,  yoxsa  həqiqətin,  xeyir, 
yoxsa fəzilətin gözəlliyindən? Bizcə, bunların hamısından – 
universal  gözəllik  idealından.  Bircə  onu  deyə  bilərik  ki, 
Gözəllik  tanrıçılığı  bir  çoxlarının  düşündüyü  kimi,  heç  də 
islama zidd bir mövqeyin ifadəsi deyil. «O (Allah), yaratdı-
ğı  hər  şeyi  gözəl  yaratdı»,  –  deyən  Quran  ayəsindən  çıxış 
etsək, gözəlliyi dünyalaşdırmaq və dünyanı bir gözəllik ki-
mi görmək, əslində dünyada hər şeyi ilahi  yaradılışın məh-
sulu kimi görməkdir. Necə ki, «Allahı sevmək O-nun yarat-
dıqlarını sevməkdir» (Əbu Turxan), eləcə də Allahın yarat-
dıqlarını gözəl görmək gözəlliyin ilahi mənbəyini görmək-
dir.  Lakin  bu  gözəl,  müqəddəs  dünya  sanki  fani  dünyanın 
qaranlığına, çirkabına bürünmüşdür.     
Cavid universal gözəlliyi – “bütün gözəllikləri” sanki 
xilas  etmək,  naqis  mühitin  çirkabından  qorumaq  üçün  onu 
bu mühitin xaricinə çıxarır, səmaya yüksəldir. 
 
Mən istərəm ki, gözəllər, bütün gözəlliklər 
Uzaq-uzaq, pək uzaq bir üfüqdə əylənsin, 
 
 


 
- 47 - 
Uzaq və incə təbəssümlərilə şamü səhər 
Həyata nuri-səfa səpərək çiçəklənsin.
1
 
 
Cavid adətən konkret mühitdən uzaqlaşmaqda, səma-
lara  uymaqda  təqsirləndirilmişdir.  Lakin  fəlsəfəni  bilənlər 
bilir  ki,  yaxından  baxmaqla  ancaq  təkcələri,  təzahürləri 
görmək  mümkündür.  Gözəlliyi  məhz  «bütün  gözəlliklər» 
kimi,  universal  gözəllik  kimi  və  Tanrıya  aparan  yol  kimi 
dərk etmək üçün ayrı-ayrı təzahürlərdən uzaqlaşmaq bir zə-
rurətdir.  Burada  Əbu  Turxanın  «Həyatın  nə  olduğunu  bil-
mək üçün ondan kənara çıxmaq lazımdır» fikri yada düşür. 
Hər hansı bir varlığın mahiyyətini də açmaq üçün onun hü-
dudundan kənara çıxmaq, fövqünə yüksəlmək tələb olunur.  
Digər tərəfdən, Cavid poeziyası məhz ona görə fəlsə-
fidir ki, o, hadisələri deyil, ideyaları qələmə alır, ideya dün-
yası isə zaman-məkan kontiniumuna sığmır.  
 
Uzaqda var əbədiyyət ki, başqa nemətdir.
2
 
 
Bu  «başqa  nemət»  məhz  universal  prinsipə,  ideyaya 
işarədir.  Burada  uzaqlıq  da  tamamilə  şərti  səciyyə  daşıyır 
və məkan mənasında yox, fani dünyanın hüdudunu keçmək 
mənasında  işlədilir.  Çünki  ilahi  gözəllik  lokal  ölçü  daxi-
lində  və  adi  məntiqlə  başa  düşülə  bilməz.  İbn  Ərəbi  də 
məhz buna görə  «gördüyüm gözəllik idraka sığmır», – de-
yir.  Gözəlliyin  ancaq  bir  sıra  əlamətləri  ağıl,  idrak  güz-
                                                 
1
 Щ. Жавид. Ясярляри 5 жилддя, Ы жилд, Бакы, «Елм», 2005, с. 
92. 
2
 Йеня орада. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə