Səlahəddin Xəlilov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/28
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12678
1   2   3   4   5   6   7   8   9   10   ...   28

 
- 27 - 
sitəsilə  cəmiyyətin  halını  anlaya  biləcəyinə  ümid  bəsləyən 
Azər  real  həyata  yaxınlaşınca  aldandığını  büsbütün  başa 
düşür. Mövcud həyat, ictimai varlıq onun ruhuna – fikirlə-
rinə  yabançı  görünür.  Bu  səbəbdən  də  o,  real  yaşayışdan, 
cəmiyyətlə əlaqədar bütün qayğılardan üz döndərib, mahiy-
yəti yalqızlıq və təklikdən ibarət bir həyata bağlanır».
1
 La-
kin  poemada  hadisələrin  inkişaf  yolunu  izləyən  tənqidçi 
Azərin tək yaşamağın mümkün olmadığını dərk edərək, ye-
nidən cəmiyyətə qayıtmaq zərurətini qeyd edir. Və hər dəfə 
cəmiyyətə  qayıdış  yeni  ziddiyyətlər,  problemlər  yaradır. 
«İctimai həyatla, gözü önündə cərəyan edən hadisələrlə tə-
mas etdikdə, Azər fikrən və mənən nəyə qadir olduğunu an-
layır. O, hər şeydən əvvəl, özünü daxilən yenidən yoxlamaq, 
mənən dərk  etmək və dərk etdikləri ilə cəmiyyət məsələləri 
arasında müqayisələr aparmaq qənaətinə gəlir».
2
 
Məhz  fərd  miqyasından  kənara  çıxmaq  və  insan  ilə 
cəmiyyət arasındakı ziddiyyətləri nəzərə almaq baxımından 
Cavid təsəvvüf ənənələrindən də kənara çıxır və bununla da 
islam  düşüncəsinin  modernləşdirilməsi  sahəsində  mühüm 
addımlar  atır.  Əslində  digər  dinlərə  nisbətdə  daha  rasional 
mövqedə  duran  islam  düşüncəsi  neçə  əsrlər  ərzində  fərdi 
mənəvi  həyatla  məhdudlaşdırılmaqla  xeyli  təhrif  olunmuş-
dur. Cavidin cəmiyyət və sivilizasiya faktorlarını nəzərə al-
maq  cəhdləri  heç  də,  bəzilərinin  yozduğu  kimi,  islamdan 
                                                 
1
 М.Ялиоьлу. Щцсейн Жавидин романтизми, Б., Азярняшр, 
1975, с. 181. 
2
 Йеня орада, с. 184. 


 
- 28 - 
kənara  çıxmaq  yox,  həqiqi  islama  qayıtmaq,  onun  yeni 
dövrdə də mütərəqqi rol oynaya biləcəyini göstərməkdir. 
 


 
- 29 - 
 
 
 
 
 
Cavid və Əttar 
 
Orta  əsr  Şərq  (islam)  poeziyasına  təsəvvüf  fəlsəfəsi-
nin  böyük  təsiri  vardır.  Lakin  sufizmin  müxtəlif  qolları, 
müxtəlif təriqətlər mövcud olduğu üçün, şairlər də bu və ya 
digər ideyanı mənimsəmək və öz yaradıcılığında hansı ide-
yadan çıxış etməkləri baxımından fərqlənirlər. 
Nizami  Gəncəvi  sufizmdən  daha  çox  məşşai  fəlsəfə-
sindən təsirləndiyinə görə, onun poeziyasında maddi dünya, 
ictimai  həyat  geniş  yer  almışdır.  Bütün  poemaların  Allaha 
və peyğəmbərə həsr olunmuş münacat hissəsində mistisizm 
özünü aydın şəkildə göstərsə də, əsərlərin təhkiyəsində kon-
kret  insani  münasibətlərin  cəmiyyət  və  mühitlə  vasitələn-
məsi, insanların real iqtisadi, sosial və hətta instinktiv ehti-
yacları,  estetik  duyğular  və  s.  geniş  planda  tərənnüm  olu-
nur. Yəni Nizamidə ilahi duyğular, dini təsəvvürlər insanın 
maddi-cismani həyatını istisna etmir. Məhəbbət də Nizami-
də iki yerə ayrılır: ilahi eşq və insanlar arasında eşq. Bun-
ların  biri  digərini  əvəz  etmir,  çünki  şəxsi  həyatın  din  və 
iman  müstəvisinə  çıxarılması  və  burada  əridilməsi  təşəb-
büsü yoxdur. Sufilərin əksəriyyəti isə eşqin ilahiləşdirilməsi 
sahəsində o dərəcədə irəli gedirlər ki, insanlararası münasi-
bət tamamilə itir və ancaq Allah-insan münasibətləri saxla-


 
- 30 - 
nılır. Və bu münasibətlər çox vaxt təbiət və cəmiyyətlə də 
vasitələnmir.  Ayrı-ayrı  hallarda  konkret  insanla  münasibət 
təsvir olunsa da, son nəticədə bu münasibət də mistikləşir, 
ilahiləşir  və  Allaha  yönəlmiş  bir  duyğunun  keçici  məqamı 
kimi  arxa  plana  keçir.  Məsələn,  Fəridəddin  Əttarın  «Şeyx 
Sənan»  əsərində
1
  mavi  gözlü  xristian  qızı  Şeyx  Sənanın 
normativ  dini  ayinlərdən ayrılaraq  ilahi  sevginin  yeni  mər-
təbəsinə qalxması üçün bir növ keçid pilləsidir. Lakin sual 
olunur ki, nəyə görə ilahi eşqin yolu bir qadına olan eşqdən 
keçməlidir?  Nəyə  görə  ilahi  gözəllik  qadın  gözəlliyinin  li-
basında  təzahür  etməlidir?  Axı,  Qurani-Kərimdə  Allahın 
qüdrəti  daha  çox  başqa  ayətlərlə  nişan  verilir.  Bu  yer,  bu 
göy,  ulduzlu  səma,  bərli-bərəkətli  torpaqlar,  bütün  nəbatat 
və heyvanat aləmi və nəhayət insan, onun düşüncə və yara-
dıcılıq  əzmi  –  bütün  bunlar  da  məhz  Allahın  qüdrətinə  və 
hikmətinə  dəlalət  etməklə  yanaşı,  ilahi  sevginin  vəsilələri 
ola bilər.  
Konkret bir qadına olan məhəbbətin ilahi eşqə aparan 
yolda bir vəsilə kimi dəyərləndirilməsi isə sufi poeziyasının 
heç  də  bütün  klassik  formalarına  aid  olmayıb,  «məhəbbət 
dini»nin  tərənnümçülərinə  xasdır  ki,  bunların  da  ən  böyük 
nümayəndələri İbn Ərəbi və Mövlanadır. Belə ki, Rabiə əl-
Ədəviyyə, Cüneyd  Bağdadi, Mənsur Həllac kimi görkəmli 
sufilərin  yaradıcılığında  ilahi  eşq  hələ  insani  eşqlə  qarış-
dırılmır. Yuxarıda qeyd  etdiyimiz kimi, hər iki eşq forma-
                                                 
1
 Ф.Аттар. Шейх Санан. /Суфии. Восхождение к истине, М., 
Изд-во Эксмо, 2003, с.84-93. 


 
- 31 - 
sını  yüksək  dərəcədə  tərənnüm  edən  Nizami  Gəncəvi  də 
bunları qarışdırmır. Belə bir  «kompleks  yanaşma»  – qadın 
gözəlliyinə  aid  olan  metaforaların  ilahi  eşq  kontekstində 
istifadə edilməsi və ya qadına olan eşqin böyüyüb ilahi eşqə 
çevrilməsi, ümumiyyətlə, müqəddəslik duyğusunun məhəb-
bət və mərhəmət duyğusu ilə, dini hissin eşqlə eyniləşdiril-
məsi  özünün  klassik  formasında  məhz  «Məhəbbət  mənim 
dinim və imanımdır» deyən   İbn Ərəbi poeziyasında əksini 
tapır: 
 
Mən məhəbbət dininə inanıram 
O məni hansı səmtə çəkib aparsa da.
1
 
 
İbn Ərəbi belə bir mövqedən çıxış edir ki, ümuminin 
dərk olunması və mənimsənilməsi fərdi-konkret olanın mə-
nimsənilməsi  sayəsində  mümkündür.
2
  Görünür,  İbn  Ərəbi-
yə görə, ilahi gözəlliyin vəsfi üçün onun konkret təzahürlə-
rindən biri olan qadın gözəlliyini vəsf etmək də məqbul sa-
yıla bilərmiş.

   
                                                 
1
 Ибн Араби. Мекканские откровения (ал-Футухат ал-маккийа). 
Пер.  А.Д.Кныша,  СПб.:  Центр  «Петербургское  исследование», 
1995, с. 31. 
2
 Йеня орада. с. 51. 

  Ибн  Ярябинин  мящяббят  мювзусунда  йаздыьы  шеирлярин 
яслиндя  онун  севэилиси  Конйалы  Низам  адлы  эюзяля  щяср 
олундуьу  эцман  едилир.  А.Д.Кнышын  йаздыьы  кими,  1215-жи 
илдя  Ибн  Яряби  гадына  щяср  олунмуш  шеирлярдя  щяддян  артыг 
ачыг-сачыглыьа йол вердийиня эюря тяняляря мяруз галмыш вя о, 
бяраят  цчцн  бу  мящяббят  образларынын  яслиндя  символик 
характер  дашыдыьына  инандырмаьа  чалышмыш,  бу  мягсядля 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə