Səlahəddin Xəlilov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/28
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12678
1   2   3   4   5   6   7   8   9   ...   28

 
- 19 - 
dı sayəsində isbat edir ki, nur ancaq işıq «içərisindən» şölə 
saça bilər («Mən nura fəqət talibim, atəş nəmə lazım!?»).
1
   
Bizcə,  «iblis  insanın  içindədir»  qənaətinin  dərin  kök 
atmasına  ancaq  bir  obyektiv  səbəb  ola  bilər.  Bu  da  ondan 
ibarətdir  ki,  iblisanəlik  həqiqətən  müəyyən  insanların  ca-
nına,  qanına  keçir.  Və  bu  naqis  cəhətlər,  xüsusiyyətlər  hə-
min  insanların  vasitəsilə  genetik  olaraq  da  yeni  nəslə  ötü-
rülür.  Yəni  naqis  ictimai  mühit  doğuluşdan  bu  cür  köklən-
miş insanlar üçün bir növ münbit mühit olur, burada onlar 
özlərini «suda balıq kimi» hiss edirlər.  
Onların  mühüm  arqumentlərindən  biri  də  budur  ki, 
əsərin özündə ya iblisin dili ilə, ya da başqa situasiyalarda 
bütün  fəlakətlərə  insanların  özlərinin  bais  olması  haqqında 
eyhamlar  vardır  və  bu  da  «İblis  insanın  içindədir»  fikrinə 
haqq verilirmiş kimi görünür.  
Bəs onda biz nəyə görə bu tezisi heç cür qəbul etmək 
istəmirik?!  Çünki  biz  «insanlar»  və  İnsan  arasındakı  fərqi 
nəzərə  alırıq.  Ümumiyyətlə,  İnsan  bəşəriyyətin,  insanlığın 
rəmzi  olan  insandır.  Gerçək  həyatda  insanlar  arasında  xə-
bislər  də  vardır  və  hətta  onlar  daha  çoxdurlar.  Lakin  yer 
üzərində hələ bircə nəfər də olsa iblisə uymamış, saf, təmiz 
qəlbli  bir  insan  tapmaq  mümkündürsə,  «insan»  ümumisini 
iblisanəliklə  damğalamaq  olmaz.  Deməli,  bu  cəhət  insanın 
mahiyyətindən  irəli  gəlmir  və  insanlığı  səciyyələndirmir; 
insan bu xəstəliyə hardansa başqa bir mənbədən yoluxmuş-
                                                 
1
 М.Ялиоьлу. Щцсейн Жавидин  романтизми, Б, Азярняшр, 
1975, с. 152 


 
- 20 - 
dur.  Qurani  Kərimdə  bu  məsələ  çox  aydın  şəkildə  işıqlan-
dırılır  və  göstərilir  ki,  iblis  əlbəttə,  insanların  qəlbinə  yol 
tapa  bilər,  amma  yalnız  o  insanların  ki,  onların  qəlbində 
müqəddəslik  duyğusu,  Allah  eşqi  yoxdur.  Allah  eşqi  olan 
yerə iblis yaxın düşə bilməz.  
Görünür, insanın xislətini iblisanəliklə bağlamağa ça-
lışanlar, sadəcə olaraq, Allahın varlığını unudurlar. Biz ona 
görə bu ideyanı nitsşeçiliklə,  «Allah ölmüşdür»  deyənlərlə 
əlaqələndiririk  ki,  doğurdan  da,  Allah  olmayan  yerdə  – 
Allah  duyğusu  olmayan  qəlbdə  iblis  üçün  böyük  meydan 
açılır. Amma H.Cavidin məqsədi də elə bundan ibarətdir ki, 
insanları  ilahi  eşqə,  müqəddəslik  duyğusuna  səsləsin  və 
bununla  da,  insanı  naqis  mühitin  fövqünə  qaldırsın;  insan 
nə  öz  içərisində,  nə  də  mühitində,  cəmiyyətdə  iblisə  yer 
qoymasın.  
Əlbəttə, Cavidin bu ideyasının sosial-siyasi müstəvidə 
davamı belə bir sualın cavabını tələb edir ki, ictimai mühit 
hansı qrup insanların əli ilə formalaşmışdır. Yəni hakimiy-
yət  kimin  əlindədir?..  İnsanlar  fərqli  olduğu  üçün  ictimai 
mühitin,  cəmiyyətin  iblisanə  rol  oynaması,  yoxsa  əksinə, 
insan  ruhunun  sağlamlığını  təmin  etməsi,  təbiətən  naqis 
insanları  da  düz  yola  sövq  etməsi  alternativi  ortaya  çıxır. 
Yəni  hakim  ictimai  mühit  qaranlığın,  iblisanəliyin  timsalı 
olduğu kimi, prinsipcə işığın, ilahi ruhun da timsalı ola bi-
lər. İblis – Allah dilemmasının insan müstəvisindən cəmiy-
yət müstəvisinə keçirilməsi, iki cür insan arasındakı müba-
rizənin  son  nəticədə  siyasi  müstəviyə  keçirilməsini  tələb 


 
- 21 - 
edir.  Nizaminin  «xoşbəxtlər  ölkəsi»  utopik  fikrin  məhsulu 
idi. Caviddə isə iblislə mübarizənin siyasi sonucu qafasında 
özünüdərk mücadiləsi gedən Ariflə əlində silah tutan Elxa-
nın  birliyi  perspektivində  iblisdən  azad  olmuş  real  ictimai 
mühitin  konturları  görünür.  «“İblis”də  fəlsəfi  motivlər» 
əsəri də məhz bu ideyanın açılışına xidmət edir. «İblis insa-
nın xislətindədir» tezisindən çıxış edən və bununla da bütün 
günahları hakim ictimai mühitdə deyil, ümumiyyətlə insan-
da,  onun  təbiətində  axtaranlar  isə  əsərin  bu  əsas  ideyasını, 
təbii ki, anlaya bilməzlər. Onlar Cavidin ənənəvi Şərq dün-
yagörüşündən  bir  pillə  yüksəyə  qalxaraq  fəlsəfi  problemi 
ictimai-siyasi gerçəklik müstəvisinə necə proyeksiya etdiyi-
ni, F.Əttar və İbn Ərəbi ənənələrini yaşatmaqla yanaşı, eyni 
zamanda,  M.Ə.Sabirlə  necə  qovuşduğunu  görə  bilməzlər. 
Məhz buna görə də, Cavid və Sabir paraleli bu gün də çox-
larına təəccüblü görünür.  
 
* * * 
 
Cavid  yaradıcılığının  xüsusiyyətlərindən  biri  budur 
ki,  ayrı-ayrı  obrazların  dilindən  söylənən  fGikirlər  müəllif 
ideyasının  açılması  üçün  bir  vasitədir.  Dramaturgiya  janrı 
Cavidə  öz  daxilindəki  fikir  plüralizmini,  bəzən  hətta  bir-
birini inkar edən mövqeləri ifadə etmək və seçim imkanını 
oxucunun  ixtiyarına  buraxmaq  imkanı  vermişdir.  Məhz 
müxtəlif mövqelərdə duran obrazların dili ilə verilən fikirlər 
oxucuya  hazır  bir  konsepsiya  son  nəticə  deyil,  fikirlərin, 
ideyaların mücadiləsi ilə tanış olmaq, müxtəlif fəlsəfi təlim-


 
- 22 - 
lərin  necə  bir-birini  rədd  etdiyinin  və  necə  ustalıqla  bir 
araya gətirildiyinin şahidi olmaq şansı verir.   
«İblis» bu cür kontrastlı fikirlərlə zəngin olduğundan, 
burada müəllif mövqeyinin müəyyənləşdirilməsi xüsusi təd-
qiqat tələb edir.  
«Peyğəmbər»  əsərinin  də  öz  spesifikası  var.  Burada 
Cavid ənənəvi islam tarixindən kənara çıxaraq, kitabın pey-
ğəmbərə  nazil  olmasını  fərqli  yozumda  şərh  edir.  Klassik 
islam  baxışlarına  görə,  kitabın  ayələri  Allah  kəlamı  olaraq 
ayrı-ayrı  vaxtlarda,  vəhy  məqamlarında  mələk  (Cəbrayıl) 
vasitəsilə çatdırılır. İslama görə mələk əsasən icraçıdır və o, 
öz  mülahizələrini,  istəklərini  deyil,  Allahın  tapşırıqlarını 
yerinə  yetirir.  Cəbrayıl  isə  xüsusi  statuslu  mələk  olmaqla 
Haqdan gələn ayələri çatdırır.  
Caviddə  isə  mələk  daha  çox  dərəcədə  qədim  yunan 
ilahələrini  xatırladır.  Peyğəmbərə  görünən  və  guya  kənar-
dan peyda olan mələk əslində onun öz içindən, əqli dünya-
sından  intixab  edirmiş.  Mələk  özünü  «şe„rü-hikmət,  zəka 
ilahəsi»  kimi  təqdim  edir.  Onun  həmçinin  «ulu  dahilərin 
nədiməsi»  olduğunu  nəzərə  alsaq,  burada  mələk  daha  çox 
dərəcədə ilham pərisini xatırladır. Və belə çıxır ki, peyğəm-
bərə «nazil olan» biliklər əslində onun ilham və yaradıcılıq 
məqamında  öz  daxili  dünyasından  aldığı  biliklərdir.  «Mən 
sənin əqlinəm» ifadəsi bunu bir daha sübut edir.  
 
Bən sənim, sən də bən, şaşırma, əvət 
Bən sənin əqlinim, fəqət daim 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə