Səlahəddin Xəlilov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/28
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12678
1   2   3   4   5   6   7   8   9   ...   28

 
- 15 - 
mür».
1
  
 
 
 
 
 
Cavidin poeziyasında əsas fəlsəfi məsələlər və 
onlara ənənəvi münasibət 
 
Cavidin  qaldırdığı  fəlsəfi  məsələlərin  çoxu  Məsud 
Əlioğlunun «Hüseyn Cavidin romantizmi» kitabında xüsusi 
başlıqlar  şəklində  verilmişdir:  «Xəyal  və  həqiqət»,  «İdeal 
və varlıq», «Məhəbbət və din», «Ağıl və qəlb». Bundan əla-
və, bizim  «“İblis”də  fəlsəfi motivlər» kitabında təhlil etdi-
yimiz «Həqiqət və güc», «İnsan, dünya, Allah» problemləri 
də artıq müəyyən dərəcədə işıqlandırılmışdır. 
Məsud  Əlioğlu  Cavid  yaradıcılığını  təhlil  edərkən 
köklərə  gedir,  sanki  milli  ədəbiyyatımızda  bədii  vasitələrlə 
ifadə olunmuş fəlsəfi fikrin qaynaqlarını axtarır. Onun Ca-
viddən  bəhs  etməsi  heç  də  təsadüfi  deyildir.  Cavidə  həsr 
etdiyi tədqiqatlardan  birində  o  məhz fəlsəfi  motivlər  axtar-
dığını gizlətmir. Cavid poeziyası timsalında o, ideal və var-
lıq problemini araşdırır və bununla əlaqədar Hegelin «Tarix 
fəlsəfəsi» əsərinə müraciət edir. O dövrdə ancaq marksizm-
leninizm  klassikləri  ilə  kifayətlənən  rəsmi  fəlsəfə  profes-
                                                 
1
 Y.Гарайеv . Тарих: йахындан вя узагдан. Бакы, «Сабащ» 1996, 
с. 320.  


 
- 16 - 
sorlarından fərqli olaraq Məsud Əlioğlu «ideal» problemini 
idealizmin  ən  böyük  nümayəndəsi  Hegelin  təqdimatı  kon-
tekstində araşdırır. Cavid yaradıcılığını tədqiq edən müəllif 
yazır:  «Şairə  görə  bəşər  həyatı  yaşayışı  gözəlləşdirmək 
üçün yaranmışdır. Gözəl olan bir şey isə yüksəkdir, ülvidir, 
real  varlıq  isə  bu  səviyyəyə  qalxmamışdır.  Demək,  böyük 
ideal ülviyyətə, gözəlliyə yüksəlmək üçündür».
1
 
Müəllif  Cavidin  idealist  mövqedə  durduğunu  gizlət-
mir.  Lakin  bunu  o  dövrün  tələblərinə  uyğun  olaraq  tənqid 
eləmək fikrinə də düşmür. Çünki özü də həmin mövqedən 
çıxış edir: «H.Cavidin həyatın mənasını, yaşayışın məğzini, 
maddi real aləmin cövhərini, mənəvi-ruhi aləmini daim pak 
və  gözəl,  fərəh  dolu  hisslərlə  coşub-daşan  bir  səviyyədə 
görməyi  arzulaması  qüdrətli  və  böyük  insan  idealının  real 
aləmdəki  fənalıqlara  qələbə  çalacağına  bəslədiyi  tükənməz 
inamını  bildirir,  ifadə  edir».
2
  Bu  özünü  onun  «Sən  nəsən? 
Kimsən?» şeirinə münasibətdə də göstərir: «Fəlsəfi-idealist 
məzmunda yazılmış bu şeirdə H.Cavidi mütəfəkkir sənətkar 
olaraq düşündürən, onun mənəvi aləmini məşğul edən ixti-
şaşlı və böhranlı fikirlərin təbliği mühüm yer tutur. Şair bu 
əsərində, hər şeydən əvvəl, özünü dərk etməyə çalışır; qəl-
bini didən və dilləndirən suallara cavab axtarır…»
3
  
Belə bir cəhət də xüsusi vurğulanmalıdır ki, kommu-
nist ideologiyasından xilas olmağımıza baxmayaraq, müasir 
                                                 
1
 М.Ялиоьлу. Мящяббят вя гящряманлыг, Бакы, Йазычы, 1979, с. 
203. 
2
 Йеня орада, с. 209. 
3
 Йеня орада. 


 
- 17 - 
dövrdə müxtəlif Qərb fəlsəfi cərəyanlarının təsiri altına dü-
şərək millilikdən uzaqlaşmaq halları geniş yayılmışdır. Xü-
susilə  gənclər  arasında  nıtsşeçiliyin  və  postmodernizmin 
mahiyyətinə varmadan yayılması halları narahatlıq doğurur. 
Marksist  ateizmin  buxovlarından  yenicə  çıxdığımız  bir 
vaxtda  nitsşeçi  ateizmin  təsiri  altına  düşənlər,  insanı  sinfi 
mübarizə  məngənəsindən  çıxardıqdan  sonra  onu  heyvani 
nəfs qəlibinə salmağa çalışanlar, bir sözlə, sanki milli məf-
kurə  boşluğu  şəraitində  yeni-yeni  yabançı  məfkurələrə  pə-
nah aparanlar getdikcə çoxalır.  
Nitsşeçiliyin,  freydizmin  təsiri  altında  insanın  xislə-
tində  iblislik  və  canavarlıq  axtaranlar,  təəssüf  ki,  böyük 
klassiklərimizin  yaradıcılığına  da  bu  nöqteyi-nəzərdən  ya-
naşırlar. Bu gün H.Cavidin «İblis» əsərinin də məhz həmin 
mövqeyin  təsiri  altında  şərh  edilməsi  geniş  yayılmışdır. 
Təəssüfləndirici  haldır  ki,  H.Cavid  yaradıcılığı  haqqında 
yazanların  bir  çoxu  həmin  incə  məqamda  insanın  ali  mis-
siyasından çıxış edə bilmirlər və nəticədə müəllif mövqeyi 
də təhrif olunur. Onlar üçün «iblisin məhz insan xislətində 
olması» o dərəcədə «aydındır» ki, xüsusi tədqiqata və geniş 
müzakirəyə heç ehtiyac da duymurlar. Bizdə narahatlıq ya-
radan  odur  ki,  bu  cür  mübahisəli  bir  mövqe  niyə  belə 
əminliklə qəbul olunur? Bunun səbəbini ancaq nitsşeçiliyin 
dəbə  minməsindəmi,  yoxsa  fikir  tənbəlliyindəmi  axtarmaq 
lazımdır?  Çünki  belə  sadə  izah  «İblis»in  son  teatr  qoyu-
luşundakı recissor versiyası ilə də, adi şüur səviyyəsindəki 
təsəvvürlərlə də üst-üstə düşür. Görünür, gənclərimiz Cavi-


 
- 18 - 
di  daha  dərindən  başa  düşmək  üçün  Məsud  Əlioğlunun, 
Yaşar  Qarayevin  müvafiq  şərhlərini  və  bu  sətirlərin  müəl-
lifinin «“İblis”də fəlsəfi motivlər» əsərindəki hərtərəfli təh-
lili ya mənimsəyə bilmir, ya da sadəcə oxumurlar.  
Düzdür,  M.Əlioğlunun  «İblis»ə  həsr  olunmuş  məqa-
lələrində insanın xisləti ilə əlaqədar ziddiyyətli fikirlərə də 
rast  gəlmək  mümkündür.  Yəni  tənqidçi  özü  də  tərəddüd 
edir və bəzən ədəbiyyatda hakim olan nöqteyi-nəzərlərə gü-
zəştə  gedir.  Görünür,  «iblislik  insanın  xislətində  deyilsə, 
bəs haradadır?»  sualına  birmənalı cavab tapmaqda çətinlik 
çəkir. Yeri gəlmişkən, mən «“İblis”də fəlsəfi motivlər» əsə-
rində  insanın  xisləti  ilə  əlaqədar  mühakimələrə  görə 
M.C.Cəfərov,  Ə.İbadoğlu,  M.Məmmədov,  Ə.İsmayılov  və 
s.-lə  yanaşı,  M.Əlioğlunun  da  müvafiq  fikirlərini  tənqid 
etmişdim. Sonralar onun «Hüseyn Cavidin  romantizmi» ki-
tabını və digər əsərlərini bir də oxuyarkən əmin  oldum ki, 
M.Əlioğlunun  insan  xisləti  ilə  əlaqədar  şəxsi  düşüncələri 
daha nikbin və birmənalıdır. İnsan böyük ideallar üçün, yer 
üzündə haqqı, ədaləti təmsil etmək üçün yaranmışdır. Müəl-
lif  «Ağıl  və  qəlb»  məqaləsində  yazır:  «Arif  dərk  etməmiş 
deyildir ki, zülmət və fənalıq rəmzi İblis, insan qəlbində xe-
yirxahlıq  nurunu  alovlandırmağa  qadir  deyildir.  İşıqlı  və 
nəcib hissiyyat mayası və xisləti təmiz cövhərdən nəşət edə 
bilər… Ağıllı mühakimələri, həqiqətə bəslədiyi təmiz etiqa-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə