Səlahəddin Xəlilov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/28
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12678
1   2   3   4   5   6   7   8   9   ...   28

 
- 23 - 
Şu qiyafətlə zahir olmadayım.
1
 
 
Əlbəttə, belə düşünmək olardı ki, Cavid müqəddəs ki-
tabın ayələrini əqlin məhsulu kimi izah etməklə, onun ilahi 
mənşəyinə, «Allah kəlamı» olmasına alternativ bir şərh ve-
rir. Lakin insanın əql evinin işıqlanması və onun özünə hələ 
yaranışdan bəxş edilmiş hikmət dünyasına daxil olması özü 
də  ancaq  Allahın  iradəsi  ilə  mümkündür.  Çünki  normalda 
«insana ruh haqqında çox az bilgi verilmişdir» (Qurani-Kə-
rim 17/85). İnsanın  yaranışı, uzaq keçmişi, gələcəyi, ölüm-
dən sonrakı həyatı və s. ancaq Allaha bəllidir.  
Cavid  insanın  kainatla,  dünya  ilə  əlaqəsində  görünən 
və  görünməyən,  adi  şüur  səviyyəsində  qaranlıq  qalan  tə-
rəfləri  fərqləndirir  və  bu  qaranlığı  keçərək  dünyanın  ali, 
işıqlı  mənasını  dərk  etmək  üçün  cəhd  göstərməyə  çağırır. 
İnsanın  qəlbi  Allah  nuru  ilə  dolmayanda  dünya  da  onun 
üçün  qaranlıq  qalır.  Quranda  deyildiyi  kimi,  «…Allah  on-
ların nurunu aldı və onları zülmət içində qoydu, onlar görə 
bilmədi» (Qurani-Kərim 2/17). Sadəcə olaraq Cavid poezi-
yasında  «qaranlıq»,  «gecə»  məfhumlarının  məcazi mənala-
rını düzgün təsəvvür etmək lazımdır.  
O, peyğəmbərin dili ilə deyir:  
 
 
 
Gecə pək möhtəşəm… fəqət onu bən 
 
 
Seyrə daldıqca sanki məhv olurum, 
 
 
Qəlbim oynar da, çırpınır ruhum. 
 
 
Anlamam şu ölçüsüz, şu dərin 
                                                 
1
 Щ.Жавид.
 
 Ясярляри 5 жилддя, ЫЫЫ жилд, Бакы, «Лидер», 
2005, с.142. 


 
- 24 - 
 
 
Şu qaranlıq, çiçəkli pərdə niçin?
 1
 
 
Yeri gəlmişkən, göylərin pərdəsi ilə bağlı Səməd Vur-
ğun da çox gözəl demişdir: 
 
 
Yerlərə baxıram, bağçalı-bağlı, 
 
 
Göylərə baxıram qapısı bağlı. 
 
Cavidə  görə,  bu  bağlı  qapılar,  pərdələr,  qaranlıqlar 
dünyanın  ilahi  mənasını  dərk  etmək  üçün  bir  əngəldir.  La-
kin mələk bu idrak yolunun insanın öz qəlbindən keçdiyinə 
işarə edir:  
Onu dərk eyləmək qolay… Ancaq 
Ver içindən gələn sədaya qulaq.
2
 
 
  Cavid  dünyanın  bu  böyük  anlamını,  mənasını  duy-
maq üçün təkcə idrakın yetərli olmadığını, bunun üçün həm 
də  əzm  və  iradə  nümayiş  etdirilməsinin,  əngəllərin  aradan 
götürülməsinin vacibliyini vurğulayırdı: 
 
Şu siyah çarşaf ən böyük əngəl 
Uça bilsəydim iştə ən əvvəl. 
Onu yırtardı, parçalardı həmən 
Qovuşardım o hüsnü-mütləqə bən.
 3
 
 
Çarşafla əlaqədar Hüseyn Cavid XX əsrin əvvəllərin-
də  Azərbaycanda  «qadın  azadlığı»  adı  altında  gedən  pro-
seslərə müraciət edərək yazır: 
 
İnqilab iştə! Atıb çarşafı siz, 
O siyah pərdəyi rədd eylədiniz. 
                                                 
1
 Йеня орада, с.144. 
2
 Йеня орада. 
3
 Йеня орада. 


 
- 25 - 
Qeyd edərkən bunu tarix, ancaq 
Bir fəzilət deyə alqışlayacaq.
1
 
 
Əlbəttə, Cavid müasirlik tərəfdarı olan bir şəxs idi, 
lakin o, müasirləşməyi sadəcə libas dəyişmək kimi bəsit 
başa düşmürdü: 
 
Sizi aldatmasın amma bu qürur, 
Çarşaf atmaqla bitər sanma qüsur. 
Çox beyinlər yenə həp pərdəlidir, 
Mənəvi pərdəyi dəf etməlidir
2

 
 
* * * 
 
Şərq  fəlsəfəsində  ənənəvi  problemlərdən  biri  də  əql 
ilə nəfs arasındakı ziddiyyətdir. Bunun təməlində də insanın 
cismani varlıq olaraq instinktiv istəklərə meyli və ruhi (ru-
hani)  varlıq  olaraq  ali  hisslərə  və  əqlə  bağlılığıdır.  İnsanın 
özünün  ikili  təbiəti  onun  bütün  həyatı  boyu  davam  edən 
mübarizələrin təməlində dayanır. Bədənə, onun ehtiyacları-
na, istəklərinə qarşı çıxmaq ənənəsi hələ Platondan başlanır. 
İslamda  nəfsə  qarşı  cihad  ənənəsi  də  Qurani  Kərimin  mə-
lum  ayələrindən  və  Peyğəmbərin  kəlamlarından,  hədislər-
dən qaynaqlanır.  
H.Cavidin Şərq fəlsəfi ənənələrinə gətirdiyi ən böyük 
yenilik bu daxili mübarizəyə xarici amilləri də əlavə etməsi 
və ictimai mühitin rolunu nəzərə almasıdır. İnsan daxilində 
                                                 
1
 Щ. Жавид. Ясярляри 4 cilddə Ы жилд,  Бакы, Йазычы, 1982, с. 
193. 
2
 Йеня орада, с. 194. 


 
- 26 - 
gedən  mübarizə  fərdi  miqyasdan  çıxaraq  ictimai  miqyasa 
keçir. İnsanın ilahi mənşəyini ifadə edən  və Xeyrin, Ədalə-
tin, Gözəlliyin, Haqqın rəmzi olan əql yeni statusda – sosial 
ədalət kimi ortaya çıxır. Cismani tərəf olan insan bədəni isə 
ictimai mühitin timsalında genişlənir – daha böyük bir miq-
yasda təzahür edir. Ağıl və ədalətlə qurulmuş və idarə olu-
nan  cəmiyyətin  naqis  cəmiyyətə  nisbəti  əql  və  nəfs  arasın-
dakı mübarizənin sosial transformasiyası kimi ortaya çıxır.  
Ayrıca  götürülmüş  bir  insan  –  fərd  daha  artıq  ancaq 
öz daxili mübarizələri və sarsıntıları ilə yaşamır, onun icti-
mai  həyata  qədəm  qoyması  və  insan  ilə  cəmiyyət  arasında 
yaranan əksliklərin üzə  çıxması yeni tipli faciənin predme-
tinə çevrilir. «Azər» poemasında Cavid şəxsin öz daxili alə-
mindən ictimai həyata çıxmaq ehtiyacını belə ifadə edir:  
 
Sevdirmiş içindən ona bir cilvə həyatı, 
İnsanlara qoşmaq və qovuşmaq dilər əlan. 
Duymaq və duyulmaqla bulur zövqü, nəşat, 
Yalnızlığa, ıssızlığa qəlbən edər üsyan. 
İstər bulud olsun da, dənizlər kimi axsın, 
İstər günəş olsun da, qaranlıqları yaxsın.
1
  
 
«Azər» poemasında qəhrəmanın keçdiyi təkamül yolu 
və  keçirdiyi  daxili  təbəddülatlar  «İblis»  faciəsinin  də  əsas 
qayəsini  və  ideya  istiqamətini  düzgün  qiymətləndirməyə 
yardım edir. Azərin keçdiyi yolu fəlsəfi səpgidə təhlil edən 
Məsud Əlioğlu diqqəti fərdi mənəvi aləmlə ictimai həyatın 
uyğunsuzluqlarına  yönəldir.  «Özünü  daxilən  öyrənmək  va-
                                                 
1
 Йеня орада,  с. 145. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə