Səlahəddin Xəlilov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/28
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12678
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

 
- 36 - 
Lakin  H.Cavidin  irəli  sürdüyü  bu  daha  böyük  missi-
yanın  poetik  təcəssümü  ideya  baxımından  yenə  təsəvvüf 
fəlsəfəsi  ilə  bağlıdır.  Bu  da  F.Əttardan  əvvəl  mövcud  ol-
muş,  ondan  azca  sonra  İbn  Ərəbi  tərəfindən  sistem  halına 
salınmış vəhdət əl-vücud, ilahi eşq və vahid din təlimidir.    
Cavid yazır: 
 
Birsə Həqq, cümlə din də bir… naçar, 
Xəlqi yalnız ayırmış azğınlar.
1
 
 
İdeal  sevgili  kimi  məhz  başqa  din  nümayəndəsinin 
seçilməsi  də,  bir  tərəfdən,  eşqin  daha  böyük  maneələri  aş-
maq  qüdrətini  göstərmək  üçündürsə,  digər  tərəfdən,  sevgi 
məqamında  dinlər  arasında  fərqin  aradan  götürüldüyünü 
göstərmək üçündür.  
   
                                                 
1
 Щ. Жавид. Сечилмиш ясярляри, Бакы, Чашыоьлу, 2004, с. 
243. 


 
- 37 - 
 
 
 
 
 
Cavid və İbn Ərəbi 
 
Fəlsəfə tarixində əsasən İbn Ərəbinin təlimi kimi təq-
dim  olunan  vəhdət  əl-vücud  fəlsəfəsinin  başlıca  müd-
dəalarından biri hissə ilə tamın eyniyyəti məsələsidir.  
Nəyə görə Hegel:  «Şərqin şüur forması Qərbə nisbə-
tən daha poetikdir»,
1
 – deyir? 
Şərq  bütövdən  çıxış  edir.  Hər  şey  nəyinsə  hissəsidir. 
Və bu «nə isə» özü də daxil olduğu bütövə doğru can atır. 
Hər şey öz həllini ancaq Vahiddə, Mütləqdə tapır.    
Ayrılıqda siması bəlli olmayan və ancaq əlamət kimi, 
hadisə  kimi  mövcud  olanlar  özünü  büruzə  vermək,  ifadə 
etmək üçün mənsub olduqları cövhərə, substansiyaya möh-
tacdırlar. Və  tərsinə.  Cövhər də  əlamətlərə möhtacdır,  yəni 
onların vasitəsilə ifadə olunur.  
İnsan  da,  dəniz  də,  meşə  də  eyni  bir  tamın  hissələ-
ridir.  Bizim  təəssüratlarımız,  yaşantılarımız  təbiətin  öz  ya-
şayışının təzahürlərinə uyğundur.  
Təbiət  (kainat)  nəfəs  alır;  biz  onun  nəbzini    tuturuq, 
ürək döyüntülərini eşidirik. İbn Ərəbiyə görə, kainat (təbiət) 
                                                 
1
 Гегель. Т.2, Лекции по эстетике. с. 311 


 
- 38 - 
də  bir  insan  orqanizmi  ilə  müqayisə  oluna  bilər.  Böyük 
aləmlə  kiçik  aləm,  makrokosmla  mikrokosm  arasında  bir 
adekvatlıq,  eyniyyət  mövcuddur
1
.  Və  böyük  dünya  kiçik 
dünyadan  böyük  deyil.  Çünki  kainat,  cismani  aləm  heç  də 
həmişə bütün varlığı ilə canlanmır. Canlanan və deməli, bu 
anda yaşayan onun ancaq lokal təzahürləridir. Əslində, ona 
can verən də insan hənirtisidir. İnsan nəzərləri aləmə tuşla-
naraq onu ancaq öz baxış bucağında işıqlandırır və canlan-
dırır.  Həmin  anda  insanın  özü  də  məhz  öz  baxış  bucağına 
bərabərdir. 
Cavid  mələyin  dili  ilə  ilahi  ruhun,  dünya  nurunun 
hissi  aləmdəki  hadisələrlə  əlaqəsinə  işarə  edir  və  zərrə  ilə 
tam arasındakı münasibətin dialektikasını belə açır.  
 
Dinlə həp kainatı, seyr eylə, 
Hər günəş ondan iştə bir şölə 
Hər ufaq zərrə, hər küçük yapraq 
Sana söylər bu rəmzi pək parlaq.
2
 
 
Təbiətdə, maddi dünyanın cisim və hadisələrində haq-
qın  nişanəsindən  bəhs  edilməsi  –  Allahın  təbiət  vasitəsilə 
özünü  ifadə  etməsi  kimi  də  izah  edilə  bilər.  Onu  da  qeyd 
edək ki, təsəvvüf fəlsəfəsinə xas olan bu böyük sezgini bə-
ziləri panteizm ruhunda şərh etməyə çalışırlar.  
Cavid  panteist  deyil,  lakin  onun  ontologiyası  mate-
rializmə və ya ardıcıl obyektiv idealizmə də uyğun gəlmir. 
                                                 
1
 Буна тясяввцфдя вящдят ял-вцжuд дейилир. 
2
 Щ. Жавид
 
. Ясярляри 5 жилддя, ЫЫЫ жилд, Бакы, «Лидер», 
2005, с. 144. 


 
- 39 - 
Bir  çox  əsərlərində  müraciət  etdiyi  «mələk»  və  «iblis»  ob-
razları,  xüsusən  «Peyğəmbər»  pyesində  Məhəmməd  pey-
ğəmbərin  dili  ilə  irəli  sürülən  konsepsiya  onun  təliminin 
materializmə  hər  hansı  bir  formada  uyğunlaşdırılmasına 
imkan  vermir.  Hətta  sovet  dövründə  də  Cavidi  irticadan 
mühafizə  etməyə  çalışanların  xüsusi  cəhdlərinə  baxmaya-
raq, onu materialist etmək və kommunist ideologiyasına uy-
ğunlaşdırmaq  mümkün  olmamışdır.  İslam  dininin  klassik 
fəlsəfi  interpretasiyaları  isə  daha  çox  dərəcədə  obyektiv 
idealizmlə  səsləşir,  yəni  Allahın  mütləq  ideya  kimi  qəbul 
olunması,  ideyalar  dünyasının  ilkinliyi  (Lövhi-məhfuzda 
olan  həqiqi  biliklər  –  həqiqət  kitabı)  və  bizim  yaşadığımız 
hissi  dünyanın  faniliyi,  əqlə  və  kəlama  üstünlük  verilməsi, 
hiss və emosiyalardan, instinktiv istəklərdən və s. çəkindir-
mək, nəfsi əqlə tabe etmək və s. – bütün bunlar Platon təli-
mi,  neoplatonçuluq  və  dini  ehkamlar  prizmasından  redaktə 
olunmuş  Aristotel  təlimi  ilə  daha  çox  uzlaşa  bilir.  Fərabi, 
İbn Sina və s. bu kimi peripatetiklərin islam dininin ehkam-
ları çərçivəsində yaratdıqları ontologiya və idrak nəzəriyyə-
si də obyektiv idealizmin bir istiqaməti kimi dəyərləndirilə 
bilər. Düzdür, İbn Sinada da panteizm axtaranlar vardır, la-
kin onun özü sanki belə bir anlamı qabaqcadan duyaraq öz 
konsepsiyasını  gələcək  qüsurlu  yozumlardan  qorumuşdur: 
«Elələri də vardır ki, nəfsi Allah hesab edirlər, – kafirlərin 
dediklərindən yüksəkdə dayan, – guya o müəyyən bir tərzdə 
hər şeydə  iştirak edir: bir halda təbiət, digər halda – zəka 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə