Səlahəddin Xəlilov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/28
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12678
1   2   3   4   5   6   7   8   9   ...   28

 
- 7 - 
etmir. Ona  görə ki, cismani kütlə sıfır olduğundan hasil də 
sıfır olur.  
Milli  əhval  və  milli  məfkurə  də  buna  bənzər  inkişaf 
yolu keçir. Lakin burada xarici amillər, beynəlxalq vəziyyət 
və  s.  bu  kimi  əlavə  cəhətlər  də  olduğundan  millətin  aşağı 
pillələrə  eniş  «şansı»  daha  böyükdür.  Və  bir  millət  olaraq 
mədəni-mənəvi yüksəlişin növbəti qatına qalxmaq daha bö-
yük əzm və milli təşkilatlanma deyilən əlavə şərt tələb edir. 
Milli ruhun daşıyıcıları olan ayrı-ayrı şəxslərin düşüncə, hə-
yat  tərzi  və  fəaliyyət  prinsiplərini  bütün  millətin  malı  edə 
bilmək  üçün,  milli-ictimai  şüurun  seçilmişlərin  örnəyi,  nü-
munəsi  ilə  formalaşdırılması  üçün  milli-siyasi    iradənin  də 
bu istiqamətə yönəldilməsi tələb olunur.  
Siyasi  iradə  (dövlətin  yeritdiyi  ideoloji  xətt)  milli  zi-
yalı  məfkurəsi  ilə  üst-üstə  düşdükdə  milli  inkişaf  təşkilat-
lanmış surətdə həyata keçir və milli-ictimai şüurun intibahı 
təbəddülatlarsız ötüşür. Əks təqdirdə, yəni siyasi iradə milli 
ruhu  ifadə  etmirsə  və  onunla  müəyyən  bucaq  altında  kəsi-
şirsə ziddiyyətlər və onların pozitiv həlli üçün mübarizə qa-
çılmazdır. Siyasi iradə milli ruhun və milli maraqların əley-
hinə  işləyirsə,  onda  sosial-mədəni  mübarizədən  daha  çox, 
siyasi mübarizəyə ehtiyac yaranır.  
İstənilən  halda  bütün  bu  ziddiyyətlər  milli  intibahın, 
inkişafın  ziyanınadır  və  ictimai  şüurun  yüksəlişinə  mane 
olur.  Dövlət  siyasətinin  düzgün  qurulmaması və  nəticə  eti-
barı ilə dövlət maşınının milli ruha qarşı işləməsi isə elə bir 
xüsusi  haldır  ki,  bu  zaman  millət  tədricən  ruhsuzlaşır  və 


 
- 8 - 
amorf  kütləyə  çevrilir.  Milli  ruhun  inkişafı  sahəsində  neçə 
illər,  əsrlər  ərzində  əldə  olunmuş  uğurlar,  fəlsəfi  təməl  və 
mədəni-mənəvi meyarlar sistemi isə «oyundankənar vəziy-
yət»ə  düşür,  tarixdə  qalır,  kitablarda,  mahnılarda  yaşayır. 
Millətin  virtual  varlığı...  Ruhun  bədəndən  ayrılması.  Hətta 
tarixdə qalmış virtual varlığın özü də sıxışdırılır və bu za-
man  ən  aktiv  düşüncə  də  ruhsuzlaşmış    bədən,  kütlə  olur. 
Belə ki, kütləni manipulyasiya edənlər onu (millətin surro-
qatını)  millət  əvəzinə  təqdim  edə  bilmək  üçün  milli  ruhu 
(millətin  əslini)  tarixi  fakt  və  mədəni  hadisə  kimi  də  giz-
lətmək  zorunda  qalırlar.  Kütlə  isə  modern  qiyafətə  salınır 
və  özündən  müştəbeh  bir  hala  gətirilir.  Yeri  gəlmişkən 
Ç.Aytmatovun  «manqurtluq»  konsepsiyası  da  analoji  situ-
asiyanı  ifadə  edir.  Bu  cür  siyasət  əsasən  imperiyalara  xas 
olur.  «Milli dövlət» qiyafətində antimilli siyasət  aparılması 
isə tarixdə çox az rast gəlinən, əsasən Şərq ölkələrində tə-
sadüf olunan xüsusi, spesifik bir haldır. Belə hallarda kütlə-
ləşmiş  xalqın  simasında  millət  təsəvvürü  yaratmaq  üçün 
kütləyə milli ruhun görüntülərini və rəngini xatırladan libas 
geyindirirlər.     
Azərbaycan  xalqının  da  tarixində  milli-mənəvi  yük-
səliş  və  eniş  məqamları  çox  olub.  Millətsizləşmə  dövrünə 
ən  bariz  misal  repressiya  illəri  (30-cu  illər)  və  bütövlükdə 
stalinizm hesab oluna bilər. XX əsrdə Azərbaycanda millət-
ləşmə  və  millətsizləşmə  istiqamətindəki  proseslər  ya  za-
manca bir-birini əvəz etmiş, ya da eyni vaxtda baş verməklə 
sosial interferensiyaya səbəb olmuşdur.  


 
- 9 - 
Biz Cavid irsinin taleyini araşdırarkən yalnız onun öz 
yaradıcılıq illərində ideya-siyasi durumun təhlili ilə kifayət-
lənə bilmərik. Baxmayaraq ki, həmin dövrün səciyyəsi qis-
mən şairin özü tərəfindən verilmişdir, bizcə bu, yetərli de-
yildir. H.Cavidin məqalələrinin birində Cavad əfəndinin adı 
ilə təqdim edilən şeirdə deyilir:  
 
Göylər bizə işıq deyil, yıldırımlar saçırdı, 
Günəş, yağmur, sular bizdən qaçırdı.
1
  
 
Bu şeir bizim milli faciələrimizi ifadə etmək baxımın-
dan çox əlamətdardır:  
 
Quran nədir, anlamazdıq, vətən nədir, bilməzdik, 
Qarşımızda yetimlərin göz yaşını silməzdik, 
Ağlanacaq bir hal idi, özümüzdə görürdük, 
Dilimizin, dinimizin getməsinə gülürdük.
 2
 
 
Bu  şeir  nəinki  bolşevik  inqilabından  əvvəl,  Rusiya 
imperiyasının əsarəti altında, savadsızlıq dövründə, həm də 
inqilabdan  sonrakı  illər  üçün  çox  aktual  idi.  Təəssüflər  ol-
sun  ki,  «dilimizin,  dinimizin  getməsinə»  gülənlər  sonrakı 
dövrlərdə də üstünlük təşkil etmişlər. H.Cavid məhz bu şə-
raitdə  yazıb-yaradır  və  faciələrimizə  gülməyi  və  ya  ağla-
mağı deyil, düşünməyi və çıxış yolu aramağı, hərəkətə gəl-
məyi tərənnüm edirdi.  
                                                 
1
 Щ. Жавид. Мягаляляр // Ясярляри  4 жилддя, ЫВ жилд, Бакы, 
Йазычы, 1985, с. 222.
 
2
 Йеня орада. 


 
- 10 - 
Cavid  yaradıcılığının  caviddənsonrakı  taleyi  yenə  də 
həmin dövrlərdə siyasi-ideoloji vəziyyətlə şərtlənir. 
Yönü  birmənalı  şəkildə  dəyərləndirilə  bilməyən  belə 
mürəkkəb,  ziddiyyətli  dövrlərdən  biri  də  «müharibədən 
sonrakı dövr» idi.  
Bu  mərhələdə,  bir  tərəfdən,  iqtisadiyyatın  bərpası  və 
sosial-mədəni  inkişaf  getsə  də,  digər  tərəfdən,  antimilli  si-
yasət  və  milli  məfkurənin  itirilməsi  prosesi  davam  edirdi. 
XIX əsrin sonu XX əsrin əvvəllərində böyük mədəni-mənə-
vi yüksəliş keçən və milli yetkinlik mərtəbəsinə qədəm qo-
yan  xalqımız,  bolşevik  inqilabından  sonra,  qalxmış  olduğu 
milli-fəlsəfi fikir və məfkurə səviyyəsindən kosmopolit sin-
kretizm  qatına  endirilməyə  başladı.  Bir  tərəfdən  kütləvi 
savadlanma,  elm,  təhsil  və  incəsənətin  inkişaf  etdirilməsi, 
digər  tərəfdən  milli  müəyyənliyin  hər  hansı  təzahürünün 
aradan  qaldırılması  və  bunun  üçün  təbii  ki,  milli-fəlsəfi 
fikrin  də  qarşısının  alınması  –  bu  dövrü  səciyyələndirən 
əsas hadisələr idi.      
Düzdür,  bu  dövrdə  aşkar  repressiyalar  yox  idi,  çünki 
artıq  məfkurələr  kifayət  qədər  qəlibə  salınmışdı  və  yeni 
nəsil elmi metodlar, «elmilik» tələbləri ilə sərbəst düşüncə, 
yaradıcı təfəkkür imkanlarından məhrum edilmişdi. İdeoloji 
və  metodoloji  normativlər  beyinlərdə  o  dərəcədə  dərin  iz 
salmışdı  ki,  bu  normalardan,  standartlardan  kənara  çıxan 
hər  hansı  sərbəst  düşüncə  və  mühakimə  qeyri-elmi  hesab 
edilirdi. Sosializm realizmi artıq ədəbiyyatda da romantizmi 
sıxışdırmış,  ədəbi-bədii  yaradıcılıq  özü  də  xeyli  dərəcədə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə