Səlahəddin Xəlilov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/28
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12678
1   2   3   4   5   6   7   8   9   ...   28

 
- 11 - 
çərçivələnmişdi.  Belə  bir  şəraitdə  ədəbi  tənqid  və  ədəbiy-
yatşünaslıq  sahələrində  emosiyaya,  təxəyyülə,  romantizmə 
meyl  açıq-aşkar  təqib  olunur,  elmilikdən  uzaqlaşmaq  kimi 
dəyərləndirilirdi.  
Stalinizm  dövrü  başa  çatsa  da  və  repressiya  qurban-
ları rəsmən bəraət alsalar da,  romantizmin bayraqdarı olan 
Hüseyn Cavid hələ uzun müddət ədəbiyyata və teatra qayı-
da  bilmədi.  Çünki  ayrı-ayrı  şəxslərə  aid  olan  cismani  re-
pressiyanın aradan götürülməsinə baxmayaraq, romantizmə 
qarşı  repressiya  hələ  yaşayırdı.  Çünki  romantizm  sadəcə 
ədəbi-bədii  metod  olmayıb,  həm  də  milli  ruhun  daşıyıcısı 
və ifadəçisi idi. 
Təəssüf ki, Cavid fəlsəfəsi hələ indiyədək kifayət qə-
dər  açılmadığından  və  ya  məsələyə  bəsit  yanaşanlar  yazıl-
mış  olanları  mənimsəyə  bilmədiklərindən,  Cavidin  əsərləri 
hələ də sovet dövründən qalma şablonlar, stereotiplər çərçi-
vəsində  araşdırılır.  Ədəbi  tənqid  mövzuya  əsasən  ədəbi-
bədii  prinsiplər  mövqeyindən  yanaşır,  məlum  metodların 
təsnifatına  istinad  edir.  Bəziləri  Cavidin  dünyagörüşündən 
gələn cəhətləri sadəcə romantizmin xüsusiyyəti kimi təqdim 
etməyə çalışırlar. Halbuki, ideya metoddan iləri gəlmir, me-
tod  ideyanın  daha  optimal  ifadəsi  üçün  seçilir.
1
  Ədəbiy-
yatşünaslıq üçün belə yanaşmalar, bəlkə də yetərlidir. Lakin 
Cavidi  «fəlsəfə»  adı  altında  tədqiq  edənlər  də,  təəssüf  ki, 
                                                 
1
  Бах,  мяс.:  Ш.Алышанлы.  Романтизм.  Споры  и  истины,  Баку, 
2001,  с. 175;  Э.Заманова.  Эстетика  азербайджанского  романтизма 
ХХ века, Баку, 2007, с.123-124.  


 
- 12 - 
şairin fəlsəfəsini ya duya bilmir, ya da aça bilmirlər. Rəsmi 
fəlsəfə üçün ən acınacaqlısı da budur ki, Cavid yaradıcılığı 
fəlsəfi yöndə az-çox dərəcədə məhz ədəbiyyatşünaslar tərə-
findən araşdırılmışdır. Məsud Əlioğlu, Yaşar Qarayev kimi 
tənqidçilər şairin ruhunu düzgün duya bildikləri üçün, fəlsə-
fi  qata  da  nüfuz  edə  bilmişlər  və  onların  apardığı  təhlillər 
Cavid  fəlsəfəsinin  bütöv  bir  sistem  kimi  inşa  edilməsinə 
xidmət  edən  qiymətli  materiallardır.  Lakin,  təəssüf  ki,  bu 
sözləri Cavid yaradıcılığının tədqiqinə qoşulan sonrakı nəs-
lin nümayəndələri, xüsusən gənclər haqqında demək müm-
kün  deyil,  –  Azər  Turanın  esse  səciyyəli  gözəl  bir  əsərini
1
 
istisna  etməklə.  O  da  məhz  esse  olduğuna  görə  daha  çox 
təəssüratdan doğmuşdur və köklü fəlsəfi tədqiqat üçün baza 
ola bilmir.  
Bu  sahədəki  tədqiqatlar  əsasən  eninə  inkişaf  edir, 
informativ  materiallar,  səthi  yanaşmalar  üstünlük  təşkil 
edir.  Xüsusən  «dissertasiya  janrı»  əsasən  başqa  məqsədə 
xidmət etdiyinə görə, cavidşünaslığın səthiləşməsinə gətirib 
çıxarır.  Əlbəttə,  eninə  genişlənmə  də  elmin  mühüm  şərt-
lərindən biridir. Yəni təfərrüatlara gedilməsi, Cavidin sənət 
dünyasında  bütün  guşələrin,  künc-bucağın  işıqlandırılması 
da görülməli işdir. Lakin bunların ideya dünyasına aidiyyəti 
yoxdur  və  bu  cür  tədqiqatlar  xarakterinə  və  səviyyəsinə 
görə fərqləndirilməlidir.  
Bu  məqamda  elmi  yanaşma  ilə  fəlsəfi  yanaşmanın 
fərqi  bir  daha  üzə  çıxır.  Görünür,  məsələyə  məhz  fəlsəfi 
                                                 
1
 Щ. А. Ябилов. Щцсни-худа шаири… Бакы, Чашоьлу, 2000. 


 
- 13 - 
baxımdan  yanaşmaq  üçün  təfərrüatların  fövqünə  qalxmaq, 
ideyanı  hadisə  kontekstindən  ayıraraq  mahiyyətlər  və 
ideyalar  dünyasının  öz  kontekstində  nəzərdən  keçirmək 
tələb olunur.  
Bizə elə gəlir ki, cavidşünaslıqda artıq ideya səviyyə-
sinə  qalxmaq  məqamı  çatmışdır.  Ona  görə  də,  Azərbayca-
nın böyük söz və fikir ustadlarının, görkəmli tənqidçilərinin 
dönə-dönə  müraciət  etdiyi  Cavid  yaradıcılığı  kimlərinsə 
elmi  ad  alması,  yubileylər  dalğasında  növbətçi  konfranslar 
keçirməsi  və  kitablar  çap  etdirməsi  üçün  bir  vasitə  ola 
bilməz.  Bu  sahədə  filosoflar  və  ədəbiyyatşünasların  ən 
yüksək səviyyədə konsolidasiyası tələb olunur.  
Digər tərəfdən rəsmi bölgüyə görə fəlsəfə və ədəbiy-
yat  sahələrində  çalışan  və  müvafiq  indekslər  üzrə  disser-
tasiya  işləri  yazan  şəxslər  özlərini  sanki  başqa  cəbhənin 
adamlarından  xəbərsiz  kimi  aparırlar.  Eyni  bir  ədəbi-bədii 
yaradıcılıq  faktını  araşdıran  ədəbiyyatçılar  öz  təhlillərində 
fəlsəfəçilərə  və  fəlsəfəçilər  də  ədəbiyyatçılara  müraciət  et-
mirlər.  Guya  fəlsəfi  yöndən  tədqiqat  aparan  bir  sıra  elmi 
işçilər bəzən özlərini elə aparırlar ki, sanki məsələnin fəlsəfi 
qatında  olduqlarından  ədəbi  tənqiddəki  məlum  araşdırma-
lara  ehtiyac  duymurlarmış.  Halbuki,  böyük  ədəbiyyatşünas 
alimlərin ədəbi-tənqidi irsində fəlsəfi məsələlərin araşdırıl-
ması  geniş  yer tutur.  Bu  gün  cavidşünaslıq  elə  bir məqam-
dadır  ki,  bu  barədə  sıravi  fəlsəfəçinin  və  ya  ədəbiyyat-
şünasın  dərslik  səviyyəsində  məlum  olan  fəlsəfi  və  estetik 
stereotiplər  mövqeyindən  yazdıqları  çox  bəsit  görünür.  Bu 


 
- 14 - 
mövzuya  yeni  müraciət  edənlərdən  və  dissertasiya  yazan-
lardan isə öz araşdırmalarını ilk növbədə klassik tədqiqatlar 
üzərində qurmaları tələb olunmalıdır; daha hər dəfə yenidən 
velosiped icad etmək və ya olanı da təhrif etmək yox! 
Cavidin  hər  bir  əsəri  haqqında  təfsilatlı  mətnlər  ya-
zan,  bədii  əsərin  məzmununu  «sadə  dildə»  yenidən  nəql 
edən icmalçı müəlliflərdən fərqli olaraq, Yaşar Qarayev və 
Məsud Əlioğlu bir tənqidçi kimi hər hansı bir  bədii əsərin 
təhlilini verməklə kifayətlənmirlər, – onları məhz ideya ma-
raqlandırır ki, bu da artıq fəlsəfənin predmetinə aiddir.   
Cavid – filosof şairdir. Onun haqqında, demək olar ki, 
ən  tutarlı  tənqidçilərimiz  söz  deyiblər.  Məsud  Əlioğlu  və 
Yaşar  Qarayev  Cavid  poeziyasının  fəlsəfi  aspektlərini  də 
xeyli dərəcədə işıqlandırmış, bu sahədə olduqca dəyərli təd-
qiqatlar  aparmışlar.  Bu  qədər  tədqiqatın  üstündən  orta  sə-
viyyəli  ədəbiyyatşünaslar  «…elə  yazır(lar  –  S.X.)  ki,  sanki 
ədəbiyyatımızın bu əzabkeş dahisi haqqında cildlərlə tədqi-
qatlar, saysız-hesabsız məqalələr qələmə alınmayıbdır».
1
  
Mən  bu  yerdə  konkret  misallar  çəkməyərək,  fikrimi 
Yaşar Qarayevin ümumiləşmiş şəkildə çox gözəl ifadə etdi-
yi  aşağıdakı  sözlərlə  tamamlamaq  istərdim:  «Belə  estetik 
mövqe Cavid şeirinə də ucada, zirvədə durub baxmağı, ona 
zirvədə  təhlil  və  qiymət  verməyi  nəzərdə  tutur:  həyatın  di-
bindən,  zirzəmi  və  mətbəx  pəncərəsindən  Cavid  görün-
                                                 
1
  А.  Ямращоьлу.  Юзц  иля  данышмаьы  бажаран  бяндянин 
Жавиди //  K.Ялийев. Щцсейн Жавидин шяхсиййяти вя  поетикасы, 
Бакы, Йазычы, 1997, с. 4. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə